– Hünər heç vaxt öz əlində bu qədər şirni görməmişdi.
At kişmiş qoxusunu alaraq, Ayaza yaxın gəldi və şirnini onun ovucundan sümürdü.
◊ Şirni içilmək – nişanlanmaq, üzük taxılmaq.
Bir həftə sonra şirni içildi, kəbin kəsildi, toy dəsgahı Məşədi Cavadın vəfatının ili çıxmasına qaldı.
Şirni içmək – nişanlamaq.
[Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz, şirni içməyə gələk?
Şirni vermək – xoş, xeyir bir iş münasibətilə şirniyə qonaq eləmək. Təzə evin şirnisini vermək. Paltarın şirnisini vermək.