Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinniqes-Arı (Yakutiya)
Sinniqes-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimaldan cənubə doğru uzanır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Istakan-Arıta adası yerləşir.
Sindi
Sindi (est. Sindi) - Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. == Tarix == Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Sünni
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 2 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Albert Finni
Albert Finni (ing. Albert Finney; 9 may 1936[…] – 7 fevral 2019[…]) — kino aktyoru, kino prodüseri, kinorejissor, müğənni, teatr aktyoru, ssenarist, telerejissor və televiziya aktyoru. == Həyatı == Alis və Albert Finninin oğlu kimi İngiltərənin Lancashire əyalətinin Salford şəhərində anadan olmuşdu. Finni "Kral Dramatik Sənət Akademiyası"nda oxumuşdur. Finney 1963-cü ildə Toni Riçardson tərəfindən uyğunlaşdırılan Henri Fildinqin "Tom Jones" filmində rol aldı. Filmdəki roluna görə "Oskar" mükafatına namizəd olan Finni bu roluna görə "Tom Jones Venesiya Film Festivalı"nda (Volpi Kuboku) ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. Aktyor 1984-cü ildə "Paltar" filminə görə "Berlin Film Festivalı"nda "Ən Yaxşı Aktyor mükafatı"nı qazanıb. "Paltar" və "Vulkanın altında" filmlərinə görə "Ən Yaxşı Dəstəkləyici Aktyor Akademiyası Mükafatı"na namizəd oldu. Ceyn Venham (1957-1961), Anuk Emi (1970-1978) və Keyterin Ettson (1989-1991) ilə evlənmişdir. Aktyor Albert Finney 7 fevral 2019-cu ildə 82 yaşında vəfat etdi.
Cinni Uizli
Cinni Cinevra Molli Uizli (ing. Ginny Ginevra Molly Weasley 11 avqust 1981) C. K. Roulinq-in Harri Potter roman seriyasındakı uydurma personajdır. Cinni Harri Potter və Fəlsəfə Daşı kitabında Uizli ailəsinin yeganə qızı kimi təqdim edilir. O, Harrinin əsas sevgisinə çevrilir və serialın sonunda onunla evlənir. == Xarakter inkişafı == Cinni Uizli 11 avqust 1981-ci ildə anadan olmuş saf qanlı cadugərdir, Artur və Molli Uizlinin yeddinci övladı və yeganə qızıdır.O, Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində ailəsinin qalan üzvləri kimi Qriffindor fakültəsində oxuyub. Serialın gedişatında Cinni özünü müstəqil və bacarıqlı kimi göstərən, Qaranlıq İncəsənətə qarşı döyüş zamanı birdən çox dəfə Harri ilə birlikdə döyüşən güclü cadugər olur. "The Leaky Cauldron" və "Mugglenet"-ə verdiyi birgə müsahibədə Roulinq Cinni və Harrinin "bir yerə gəlib sonra ayrılacaqlarını" "həmişə bildiyini" açıqladı.Müəllif izah etdi ki, serial irəlilədikcə Harri və bununla da oxucu Cinninin əslində Harri üçün ideal qız olduğunu kəşf edir. Roulinq, Harrinin "Harri Potter onunla birlikdə olmağın tələblərinə dözə bilən biri ilə birlikdə olmalıdır, çünki o, bir çox cəhətdən qorxulu bir sevgilidir" dedi.Serialın sonrakı hissəsində Cinni və Harri "tam bərabərdirlər" və "bir-birinə layiqdirlər". Müəllif, həmçinin hər iki personajın keçdiyi "böyük emosional səyahət"i yazmaqdan həzz aldığını və bir personaj kimi Cinni çox bəyəndiyini də qeyd edib. == Görünüşlər == Cinni ilk dəfə Harri Potter və Fəlsəfə Daşı filmində Harri Kinqs Kross stansiyasında Uizli ailəsi ilə qarşılaşdıqda və onlar ona Platforma 9¾-ə çatmağa kömək edəndə görünür.
Con Suinni
Con Suinni (ing. John Swinney; 13 aprel 1964, Edinburq) — Şotlandiyanın Maliyyə, Konstitusiya və İqtisadiyyat Kabinetinin katibi. == Həyatı == === Siyasi fəaliyyəti === === Şəxsi həyatı === Ailəlidir. İki övladı vardır.
Corc Stinni
Corc Stinni (21 oktyabr 1929 – 16 iyun 1944, Kolumbiya[d]) — Səhvən 2 azyaşlı, 7 və 11 yaşlı Amerikalı qızların öldürülməsində şüphəli bilinərək, ölüm cəzasına məhkum edilmişdir. O, elektrik stuluna bağlanaraq edam edilən ən gənc, 14 yaşlı Amerikalı məhkum idi. == Hadisə == 2 ağdərili Amerikalı qız, 7 yaşlı Meri Emma Sames və 11 yaşlı Beti Cun Binikerin gecə saatlarında evə geri dönmədikləri aşkar olunduqdan sonra, onlar Cənubi Karolina ştatının Alkolu qəsəbəsində ölü olaraq tapılıb. Bu qəsəbə, ağdərililərin yaşadığı və qaradəlilərin yaşadığı hissələr olmaqla ikiyə bölünürdü və qızlar qaradərili amerikalıların yaşadığı ərazidə itmişdilər. Onların Stinney ailəsinin evinin ətrafında söhbət etdikləri məlum idi. Geniş miqyaslı axtarışlara başlandıqdan sonra çirkli su ilə dolu bir xəndəkdə, başları qırılmış qızların cəsədləri tapıldı. == İttiham və həbs == Qəsəbə polisi azyaşlı qızların öldürülməsində Stinni ailəsindən 14 yaşlı Corcu şüphəli bildi. Polislər, Corcun, işlənmiş cinayəti etiraf etdiklərini söylədilər və həbs etdilər. İstintaq aparan vəkilin təqdim etdiyi yazılı məlumatdan başqa, etiraf haqqında heç bir yazılı qeyd və sənədlər yox idi.
Mamırkimilər sinfi
Bryophytes (lat. Bryophytes) — yaşıl bitkilər yarımaləminə aid bitki şöbəüstü. Mamırkimilər şöbəsinə hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlarında isə torpaq üzərinə səpilmiş tallomlar (qatları) olan bitkilər aiddir. Onlarda cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər hərəkət edən spermatozoidlər vasitəsilə mayalanır. Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.
Məməlilər sinfi
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Pauropodlar sinfi
== Ümumi xarakteristikası == Pauropodlar (Pauropoda) sinfinin nümayəndələri çox kiçik canlılar olub (0.5 – 2.0 mm) bədəni 10 buğumdan ibarətdir. Birinci buğum ayaqsızdır. Digər buğumayaqlılardan fərqli olaraq bu sinfə aid olan növlərin gözləri, ürəyi və traxeyası yoxdur. Onlar dəri tənəffüsünə malikdir. Pauropodlar torpaqda, parçalanmış bitki qalıqları arasında yaşayıb onlarla qidalanır. Onlara çürümüş ağaçlarda da rast gəlmək olur. Bəzi növlər sinantrop olub bağlarda və istixanalarda məskən salır. Müxtəlifcinsli canlıdır. Dişi fərdmayalandıqdan sonra yumurta qoyur. Sürfələr puplaşır.
Sanni Leone
Sanni Leone (ing. Sunny Leone) — hind əsilli Kanadalı model, pornoaktrisa və aktrisadır. == Həyatı == Karencit Kanadanın Ontario vilayətində yerləşən Sarniya şəhərində, siqhizm təliminə əməl edən pəncab ailəsində doğulub. Onun atası Tibetdə doğulub və Dehlidə böyüyüb. Anası isə Sirmur əyalətindəndi (2008-ci ildə vəfat edib). Ailəsi onu siqhizm adəti ilə tərbiyə olunsa da, onu katolik məktəbə verirlər. Çünki ictimai məktəb onun üçün təhlükəli sayılırdı. 13 yaşında ailəsi Kaliforniyaya köçür.1999-cu ildə məktəbi bitirərək, Kaliforniyada yerləşən Orinc ətrafında, həkim kursunda təhsil almağa başlayır. Burada onun eyni kursda oxuyan və gecə klublarında rəqqasə kimi fəaliyyət göstərən dostu, onu Con Stivens ilə tanış edir. Con Stivens isə Karenciti "Penthouse" jurnalının fotoqrafı olan Cey Allenlə tanış edir.
Sidni Puatye
Sidni Puatye (ing. Sidney Poitier; 20 fevral 1927[…], Ket-Aylend (Baham adaları), Baham adaları və ya Mayami, Florida – 6 yanvar 2022[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülmüş ilk qaradərili aktyor, sonrakı illərdə diplomat.
Sidni Şeldon
Sidni Şeldon (ing. Sidney Sheldon) — yəhudi əsilli ABŞ yazıçısıdır. Sidni ilk həyat yoldaşı Horhor Kartrayt Şeldonun 1985-ci ildə vəfat edənə kimi ailə həyatı qurmuş, 1989-cu ildə isə Aleksandre Kastoffla evlənmişdir. Onun Meri Şeldon adlı yeganə qız övladı vardır. Sidni Şeldon 90-a yaxın ölkələrdə olmuşdur. == Maraqlı faktlar == Bir dəfə Sidninin evində yanğın olmuşdur. Yanğın zamanı yanğın söndürənlər ona evdəki ən qiymətli əşyaları götürməyi təklif edir. Bu zaman Sidni evdən qələmi və bloknotu götürür..
Sinci (Salmas)
Sənci (fars. سنجي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər. yaşayır (99 ailə).
Sindi Krouford
Sindi Krouford (20 fevral 1966[…]) ([ˈsɪndi ˈæn ˈkrɔfɚd]) — Məşhur amerikalı supermodel, aktrisa və teleaparıcı. == Həyatı == Sindi Krouford 20 fevral 1966 -cı ildə ABŞ-də, İlinoys ştatında anadan olub. Atası elektrik, anası tibb bacısı idi.
Sindi Mun
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir. İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir. == Nəşrolunma tarixi == İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir.
Sindi Ninos
Sindi Ninos (d. 27 mart 1972) — Yunanıstanı təmsil edən skeletonçu. Sindi Ninos, Yunanıstanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Sindi Ninos, 2002-ci ildə Yunanıstan yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Sindi Ninos, 1-ci gedişdə 54.54 saniyə, 2-ci gedişdə isə 54.74 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında sonuncu, 13-cü yerdə başa vurdu.
Sinfi mübarizə
Sinfi mübarizə anlayışı ilk dəfə Karl Marks və Fridrix Engels birlikdə yaratdığı Kommunist Manifesti adlı əsərində "İndiyə qədərki bütün cəmiyyətin tarixi, sinif savaşları tarixidr" demişdir. Marksa görə kapitalizmdə istehsal edici mövqedə olan ancaq bu mövqeyə qarşı istehsal vasitələrinin burjuaziyanın özəl mülkiyyətində olmasından ötrü istismar edilən işçi sinfinin bu istismardan qurtulması üçün burjuaziyanın iqtidarına son verməsi və istehsal vasitələrinin dövlət nəzarətinə keçilməsidir. Sinfi mübarizə, Marksist sinif teoriyasında və tarix anlayışında siniflər arası münasibətlərin müstəqil halı olaraq təsbit edilir. Marksist tarix anlayışına görə sinfi mübarizələr yalnız müəyyən bir andakı cəmiyyətin siniflər arasındakı mübarizəsi deyildir, əksinə o tarixin motorudur, yəni tarixi inkişafın və ilərləmənin dayağı ifadəsini siniflər arasındakı mübarizə tapır. Marksizmdə əsas olaraq."Tarix sinfi mübarizə tarixidir" fikri götürülür. Hər qabaqcıl sinif, müəyyən bir mərhələdə mürtəceləşir və mənfəətlərini mövcud olanın qorunmasında tapır. Marksist teoriyada Bu qaçınılmaz olaraq belədir. Marks bunun misalını burjuaziyanı, feodalizmi tövsiyə edərkən inqilabçı öz böyüklüyünü qurduqdan sonra mürtəce olaraq ortaya çıxar. Ancaq sınfi mübarizə bitməmişdir və onu məhv edəcək sinif burjuaziya ilə birlikdə doğulmuşdur. Yəni proletariat Sinfi mübarizənin qaynağı sosial iqtisadi şərtlər deyilən maddi cəmiyyət quruluşudur, yəni müəyyən bir andakı istehsal münasibətləri ilə mürtəce istehsalçılar arasındakı münasibət və ziddiyətlərin toplamı.
Sinti-metal
Sinti-metal (ing. Synth-metal) — heavy metal və elektronika elementləri özündə əks etdirir. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir.
Sinti-pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sinti pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sioni kafedralı
Sioni Məryəmin vəfatı kafedralı (gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი) – Tbilisidə yerləşən Gürcü pravoslav kafedralıdır. Kilsələrin Müqəddəs torpaqlardakı yer adları ilə adlandırılması orta əsr gürcü ənənəsinə əsasən kilsə Yerusəlimdəki Sion dağının adı ilə adlandırılmışdır. Gürcüstan ərazisində yayılmış və Sioni adlı digər kilsələrlə qarışdırılmaması üçün Tbilisidəki kilsə bir çox mənbələrdə "Tbilisi Sioni" də adlandırılır. Tbilisi Sioni kilsəsi şəhərin tarixi mərkəsində "Sionis Kuça" (Sioni küçəsi) adlı ərazsidə yerləşir və şərq fasadı Kür çayının sağ sahilinə baxır. Kilsə təxminən VI–VII əsrlərdə ina edilmişdir. O dövrdən etibarən kilsə dəfələrlə dağıntılara məruz qalmış və bərpa edilmişdir. Hazırkı kilsə binası XII əsrə aid olmaqla, özündə, XVII–XIX əsrdə edilmiş bəzi dəyişiklikləri də əks etdirir. 2004-cü ildə Müqəddəs üçlük kafedralının açılmasına kimi Sioni kafedralı əsas Gürcü pravoslav kilsəsi və Gürcüstan katolikos-patriarxının iqamətgahı olmuşdur. == Tarixi == Müxtəlif gürcü xronikalarının məlumatlarına görə, hazırkı kafedralın yerində ilk kilsə binasının tikintisi V əsrdə çar Vaxtanq Qorqasalı tərəfindən sifariş edilmişdir.
Siqni adası
Siqni adası (ing. Signy Island) — Cənubi Orkney adaları qrupuna daxil olan, Koroneyşen adasından 1,6 km cənubda yerləşən elədə böyük olmayan ada. Adanın uzunluğu 6,5 km, eni isə 5 km təşkil edir. Ən hündür nöqtəsi Makleod buzlağında səthə çıxan Tyoqa-Hill dağıdır (290 m.). == Tarixi == Ada ilk dəfə 1823 ildə balina ovunu həyata keçirən Beaufoy gəmisinin kapitanı Mettyu Brisben yərəfindən Koroneyşen adasının cənubunu xəritəyə salarkən kəşf edilmişdir. Adanın növbəti araşdırılma işləri noveç balina ovunu həyata keçirən Stryomness staniyası tərəfindən həyata keçirilmişdir. Piter Syorli adaya yan almaq üçün əlverişli yer və Byorqe-Bey körfəzində şirimsu mənbəyini aşkarlamışdır. Elə məhz o adanı öz həyat yoldaşı Siqni Syorlinin (norv. Signy Sørlle) şərəfinə adlandırmışdır.1920—1921 illərdə norveçə məxsus olan Tønsbergs Hvalfangeri şirkəti adada bslina ovunu həyata keçirən stansiya inşa edir. 1925—1926 illərdə bu stansiya fəaliyyətini göstərmişdir.
Sonni Rollins
Teador Valter "Sonni" Rollins (ing. Theodore Walter "Sonny" Rollins) - Qremmi mükafatçası olan amerikan caz tenor saksofon ifaçısı.
Ssifoidlər sinfi
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Sürünənlər sinfi
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Xarakteristikası == Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. == Bədən forması və hərəkəti == Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Şinci
Şinci — ad.