sinfi

sif. de classe ; ~ antoqonizm (ziddiyyət) classes fpl hostiles, contradictions f pl de classes ; ~ quruluş régime m de classe ; ~ mübarizə lutte f des classes ; ~ maraq intérêt m des classes ; ~ mahiyyət essence f des classes ; ~ mübarizənin kəskinləşməsi aggravation f de la lutte des classes ; ~ mübarizə nəzəriyyəsi théorie f de la lutte des classes ; ~ münasibətlər rapports m pl des classes ; ~ münasibətləri dərinləşdirmək approfondir les rapports des classes ; ~ təbəqəlşmə différenciation f des classes

sindikat
sinif
OBASTAN VİKİ
Mamırkimilər sinfi
Bryophytes (lat. Bryophytes) — yaşıl bitkilər yarımaləminə aid bitki şöbəüstü. Mamırkimilər şöbəsinə hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlarında isə torpaq üzərinə səpilmiş tallomlar (qatları) olan bitkilər aiddir. Onlarda cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər hərəkət edən spermatozoidlər vasitəsilə mayalanır. Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.
Məməlilər sinfi
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Pauropodlar sinfi
Pauropodlar (Pauropoda) sinfinin nümayəndələri çox kiçik canlılar olub (0.5 – 2.0 mm) bədəni 10 buğumdan ibarətdir. Birinci buğum ayaqsızdır. Digər buğumayaqlılardan fərqli olaraq bu sinfə aid olan növlərin gözləri, ürəyi və traxeyası yoxdur. Onlar dəri tənəffüsünə malikdir. Pauropodlar torpaqda, parçalanmış bitki qalıqları arasında yaşayıb onlarla qidalanır. Onlara çürümüş ağaçlarda da rast gəlmək olur. Bəzi növlər sinantrop olub bağlarda və istixanalarda məskən salır. Müxtəlifcinsli canlıdır. Dişi fərdmayalandıqdan sonra yumurta qoyur. Sürfələr puplaşır.
Sinfi mübarizə
Sinfi mübarizə anlayışı ilk dəfə Karl Marks və Fridrix Engels birlikdə yaratdığı Kommunist Manifesti adlı əsərində "İndiyə qədərki bütün cəmiyyətin tarixi, sinif savaşları tarixidr" demişdir. Marksa görə kapitalizmdə istehsal edici mövqedə olan ancaq bu mövqeyə qarşı istehsal vasitələrinin burjuaziyanın özəl mülkiyyətində olmasından ötrü istismar edilən işçi sinfinin bu istismardan qurtulması üçün burjuaziyanın iqtidarına son verməsi və istehsal vasitələrinin dövlət nəzarətinə keçilməsidir. Sinfi mübarizə, Marksist sinif teoriyasında və tarix anlayışında siniflər arası münasibətlərin müstəqil halı olaraq təsbit edilir. Marksist tarix anlayışına görə sinfi mübarizələr yalnız müəyyən bir andakı cəmiyyətin siniflər arasındakı mübarizəsi deyildir, əksinə o tarixin motorudur, yəni tarixi inkişafın və ilərləmənin dayağı ifadəsini siniflər arasındakı mübarizə tapır. Marksizmdə əsas olaraq."Tarix sinfi mübarizə tarixidir" fikri götürülür. Hər qabaqcıl sinif, müəyyən bir mərhələdə mürtəceləşir və mənfəətlərini mövcud olanın qorunmasında tapır. Marksist teoriyada Bu qaçınılmaz olaraq belədir. Marks bunun misalını burjuaziyanı, feodalizmi tövsiyə edərkən inqilabçı öz böyüklüyünü qurduqdan sonra mürtəce olaraq ortaya çıxar. Ancaq sınfi mübarizə bitməmişdir və onu məhv edəcək sinif burjuaziya ilə birlikdə doğulmuşdur. Yəni proletariat Sinfi mübarizənin qaynağı sosial iqtisadi şərtlər deyilən maddi cəmiyyət quruluşudur, yəni müəyyən bir andakı istehsal münasibətləri ilə mürtəce istehsalçılar arasındakı münasibət və ziddiyətlərin toplamı.
Ssifoidlər sinfi
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Sürünənlər sinfi
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sinfi əməkdaşlıq
Sinfi əməkdaşlıq cəmiyyətin sosial siniflər iyerarxiyasına bölünməsinin sivilizasiyanın müsbət və fundamental tərəfi olduğuna inamına əsaslanan sosial təşkilatlanma prinsipidir. Sinfi əməkdaşlıq faşizmin sosial arxitekturasının əsas sütunlarından biri hesab olunur. Benito Mussolininin sözləri ilə ifadə edilərsə, faşizm "insanlar arasında düzəldilməsi mümkün olmayan, səmərəli və faydalı bərabərsizliyi təsdiqləyir". Bu müddəa nəzərə alındıqdan sonra, faşistlər belə nəticəyə gəlmişdirlər ki, sosial iyerarxiyanı mühafizə etmək bütün siniflərin maraq dairəsindədir və buna görə də bütün siniflər onun müdafiəsində əməkdaşlıq etməlidirlər. Yəni ki, həm aşağı, həm də yuxarı siniflər öz rollarını qəbul etməli və öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Faşizm düşüncəsində sinfi əməkdaşlıq prinsipi ifrat millətçiliklə birləşdirilmişdir. Millətin sabitliyi və rifahı siniflər arasındakı mövcud olan əməkdaşlığın son məqsədi kimi görülmüşdür. Kommunistlər sinfi əməkdaşlığın ideoloji və əsas əleyhdarları olub, sinfi mübarizəni müdafiə edirlər və ümumiyyətlə bir sinifsiz cəmiyyət yaratmağın tərəfdarıdırlar. Sinfi mübarizə doktrinası aşağı sosial sinifləri sosial bərabərliyə nail olmaq üçün hakim sinif və mövcud ictimai strukturu devirməyə təşviq etdiyi halda, sinfi əməkdaşlıq təlimi aşağı sosial sinifləri sosial bərabərsizliyi təbii vəziyyətin bir hissəsi kimi qəbul etməyə və ictimai strukturu mühafizə edib saxlamağa sövq edir. Onlar həmçinin də belə fikirləşirlər ki, cəmiyyətdəki sinfi düşmənçiliyə qarşı dövlət tərəfindən təkbaşına mübarizə aparılır və bu mübarizə nəticəsində kommunizmə aparan konflikt tamamilə həll olunacaqdır.
Dəqiqlik sinfi (maşınqayırma)
Dəqilik sinifi - maşınqayırmada hissələrin (hissə, düyüm, maşın, cihaz) hazırlanma dəqiqliyininin standartlarda verilən müsaidələrin qiyməti ilə müəəəyn olunan səciyyəsidir. Dəqiqlik sinifi məhsulun ayrı-ayrı həndəsi parametrlərinə (məsələn, dişli çarxların parametrləri, xətti və bucaq ölçüləri və .s.) və ya məhsulun bütövlükdə özünə (məsələn dəzgahlar, yastıqlar və s.) aid edilə bilər. Həndəsi parametrlərin dəqiqlik sinifləri maşınqayırmada tipik birləşmələr üçün verilən müsaidə və oturtma standartlarının tərkib hissəsidirlər, məsələn hamar, yivli, konik, şlisli və s. birləşmələrə aid olan dəqilik sinifləri istənilən məhsulda tətbiq olunan bu həndəsi parametrlər üçün eynidir. Müsaidələrin verilən standart sistemdəki istənilən dəqiqliyi müasidə vadidi nominal ölçüdən asılı olaraq i ilə müəyyn olunur. Məsələn, hamar silindrik birləşmələr üçün müasidə vahidi (mkm) 1-500 mm arasında: i=0,45 d 3 {\displaystyle {\sqrt[{3\,}]{d}}} +0,001 (İSO-ya əsasən) olur. Burada, d- daxilində müasidə sabit götürülən verilmiş interval üçün nominal ölçünün orta qiymətidir (mm). Hər bir dəqiqlik sinifi üçün, əsasə 1,6, bəzi hallarda 1,25 və ya 2 olan həndəsi silsilə üzrə tərtib edilmiş müəyyən sayda müsaidə vahidi götürülür. Hər bir müasidə sistemində bir neçə dəqiqlik sinifi mövcud olur. Onlar ardıclıl oaraq nömrələnirlər.
Miksinlər (Myxini) sinfi
Monogenetik Sorucular sinfi
Selikli Sporlular sinfi
Selikli Sporlular sinfi (lat. Myxosporıdıa ) — Heyvan qamçılıları yarımsinfinə aid olan sinif. Miksosporidilər, əsasən balıqlarda, qisməndə də suda-quruda yaşayanlarda və sürünənlərdə parazitlik edir. Bu parazitlərin 700-ə qədər növü məlumdur. Parazitlər balıqların əzələlərini, qəlsəmələrini, beynini, böyrəklərini, sidik kisəsini və digər orqanlarını zədələyərək, balıqçılıq təsərrüfatına böyük ziyan vururlar. Miksosporidilər inkişaflarının ilk mərhələsindən birnüvəli formada olurlar, sonradan isə protoplazma kütləsinə malik olan çoxnüvəli formaya keçir. Bədən boşluğunda yaşayan miksosporidilər çılpaq olub, amöbvarı hərəkət edir. Toxumalarda yaşadıqda isə onlar örtüklə əhatə olunurlar və bir neçə mm-dən bir sm-ə qədər ölçüyə malik olurlar . Balıqlar sporu udmaqla parazitə yoluxurlar . Balığıın bağırsağında həzm fermentlərinin təsirindən spor açılır və dalayıcı kapsula xaricə atılaraq bağırsağın divarına yapışır.
Sui-qəsd sinfi: Məzuniyyət
Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen) — 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır. "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir, hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir. Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır. Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir. Film 2015-ci ilin aprelində anons edilmişdir. Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır. Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında, Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur. Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır. 2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.
Sui-qəsd sinfi (film)
Sui-qəsd sinfi (yap. 映画 暗殺教室) — 2015-ci il istehsalı Yaponiya döyüş-komediya filmi. Eyiçiro Hasuminin rejissoru olduğu film Yuusey Matsuinin "Assassination Classroom" adlı manqa seriyası əsasında çəkilmişdir. Yaponiyada 21 mart 2015-ci ildə ekranlaşdırılmışdır. Davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 2016-cı ildə yayımlanmışdır. Filmin hekayəsi manqanın ilk bir neçə cildini ələ alır. Səkkizayağa bənzər qəribə məxluq bir il ərzində Yeri məhv edəcəyini bildirir. Lakin bəşəriyyətin cəmi bir şansı var: bu məxluq Kunuqiqaoka məktəbinin 3-E sinfində müəllim olur, şagirdlərini isə onu öldürməklə vəzifləndirir. Filmin çəkilişlərinə 31 avqust 2014-cü ildə başlanılmışdır. Yaponiyada 21 mart 2015-ci ildə yayımlanmışdır.
Sui-qəsd sinfi (film, 2015)
Sui-qəsd sinfi (yap. 映画 暗殺教室) — 2015-ci il istehsalı Yaponiya döyüş-komediya filmi. Eyiçiro Hasuminin rejissoru olduğu film Yuusey Matsuinin "Assassination Classroom" adlı manqa seriyası əsasında çəkilmişdir. Yaponiyada 21 mart 2015-ci ildə ekranlaşdırılmışdır. Davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 2016-cı ildə yayımlanmışdır. Filmin hekayəsi manqanın ilk bir neçə cildini ələ alır. Səkkizayağa bənzər qəribə məxluq bir il ərzində Yeri məhv edəcəyini bildirir. Lakin bəşəriyyətin cəmi bir şansı var: bu məxluq Kunuqiqaoka məktəbinin 3-E sinfində müəllim olur, şagirdlərini isə onu öldürməklə vəzifləndirir. Filmin çəkilişlərinə 31 avqust 2014-cü ildə başlanılmışdır. Yaponiyada 21 mart 2015-ci ildə yayımlanmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəhlə sinfi
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Sui-qəsd sinfi: Məzuniyyət (film, 2016)
Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen) — 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır. "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir, hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir. Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır. Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir. Film 2015-ci ilin aprelində anons edilmişdir. Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır. Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında, Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur. Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır. 2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.
Chlorophyceae sinfinə aid cinslərin siyahısı
== Chaetopeltidales sırası == == Chaetophorales sırası == == Order Chlamydomonadales == == Chlorococcales sırası == == Chlorosarcinales sırası == Incertae sedis Chlorosarcina Chlorosarcinopsis Chlorosphaeropsis Desmochloris Neochlorosarcina == Oedogoniales sırası == Fəsilə: Oedogoniaceae Oedocladium Oedogonium == Sphaeropleales sırası == == Tetrasporales sırası == == Incertae sedis == == References == Chlorophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 3166 Chlorophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı
Excentrosphaera Neglectella Ankistrodesmopsis Picochlorum Microthamniaceae fəsiləsi Microthamnion Phyllosiphonaceae fəsiləsi Mysteriochloris Phyllosiphon Phytophysa Polulichloris Elliptochloris Şablon:Wikispecies Guiry, M.D.; Guiry, G.M. "Trebouxiophyceae". AlgaeBase. World-wide electronic publication, National University of Ireland, Galway. 2024. Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 75966 Trebouxiophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
XBT-10 sinfinin siyahısı
XBT -10 — Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu yenidən işlənmiş variantı. XBT-10 hər biri xəstəliyin vəziyyəti və kodu olan yarımbölmələrdən təşkil olunmuş 21 bölmədən ibarətdir. I sinif. Bəzi infeksion və parazit xəstəliklər II sinif. Yeniyaranmışlar III sinif. Qan, qan əmələgətirən orqanlar və immun mexanizminə cəlb edilmiş orqanların finksiyasının pozulması IV sinif. Endokron sisteminin, qidalanma və maddələr mübadiləsinin pozulması xəstəlikləri V sinif. Psixi pozğunluq və davranışlardakı pozğunluq VI sinif. Sinir sistemi xəstəlikləri VII sinif. Göz və göz aparatı xəstəlikləri VIII sinif.

Значение слова в других словарях