Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələkbər Ziyatay
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948).
Siyavar
Siyavar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kənd ərazisində hallabonq bağları salınmışdır.
Siyavan (Salmas)
Siyavan (fars. سياوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 214 nəfər yaşayır (36 ailə).
Siyavan (Üşnəviyyə)
Siyavan (fars. سياوان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (91 ailə).
Siyavar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyaman (Xudabəndə)
Siyaman (fars. سيامان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (44 ailə).
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Koci Miyata
Koci Miyata (d. 15 yanvar 1923) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Siyana Vasileva
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı. Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır. Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir. Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır. Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.
İsatay Taymanov
İsatay Taymanov (qaz. Исатай Тайманұлы; 1791 – 12 iyul 1838) — 1836–1838-ci illərdə Qərbi Qazaxıstanda üsyan başçısı. XVIII əsrin sonunda Kiçik Jüzün başına, qazaxların arasında nüfuzu olmayan Aysuak xan, Rusiya tərəfindən iqtidara gətirilmişdir. Kiçik Jüzdə nüfuz sahibi şəxslərin olmaması və böyüklər ilə sultanların bir araya gəlməməsi ilə birlikdə xalqla münasibətləri nizama salan insanlar qalmayınca, jüzün rəiyyət və soyluları arasında anlasmazlıqlar artmışdır. Bu dönəmlərdə rusların xidmətində olan Başqırd və kazakların basqınları yenidən ortaya çıxmışdır. 1803-cü ildə bu durumdan sikayətçi olan Kiçik Jüzün böyükləri Orenburqda toplanmışdılar. Bu toplantının ən önəmli məqsədi, istila və yağmaçılığın sona çatdırılması və xanlıq içərisindəki siyasi həyatın sağlam tutulmasıydı. Ancaq bu toplantıda alınmış olan qərarlar sadəcə kağız üzərində qalmışdır. Rusların gözləntilərini yerinə yetirə bilməyən Aysuak xanın yerinə oğlu Cantörə taxta çıxarılmışdır. Tədqiq olunan dönəmdə Orta Jüzdəki hadisələr fərqli bir şəkildə qarşımıza çıxmaqdadır.
Cığatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist. Yaşayış məntəqələri Cığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.
Svyatoy Nos burnu
Svyatoy Nos burnu — Şimal Buzlu okeanın Dmitriy Laptev boğazında yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Svyatoy Nos burnu Syorryoktyax və Abelyaxaya buxtası arasında yerləşir. Hündürlüyü 28–56 fut təşkil edir. Lyaxovski adalarına gedənlər burada çoxlu sayda xaç quraşdırmışlar. Svyatoy Nos burnu 1648-ci ildə Budlakov tərəfindən aşkarlanmışdır. Sonradan Hedenştorm və Pyotr Anju tərəfindən ziyarət edilmişdir. Sovet dönəmində burada rabitə xətti ilə əlaqəli 11/103 "Kvarc" stansiyası qurulmuşdur.
Svyatoy Nos yarımadası
Svyatoy Nos yarımadası (bur. Хилмэн хушуун, rus. Святой Нос) — Baykal gölü ərazisində yerləşən iri yarımada. İnzibati baxımından Rusiya Federasiyası, Buryatiya Respublikası, Barquzin rayonu ərazisinə daxildir. Əhatə etdiyi su sahəsi ilə birlikdə Zabaykal Milli parkı ərazisinə daxildir. Ərazisində ən iri yaşayış məntəqəsi Kurbulıkdır. Yaşayış məntəqələri əsasən adanın şərqində, Civıykuy körfəzi sahilində yerləşir. Yarımadada yerləşən yaşayış məntəqələri:Uroçişe Qlinka, Katun, Kurbulık, Yarımadanın sahəsi 596 km², uzunluğu 53 km, ən enli hissəsi 20 km-dir. Ən hündür nöqtəsi Markov dağıdır (1878 m). Svyatoy Nos yarımadası ərazisindən su ayrıcı Akademik silsiləsi keçir.
Şibata
Şibata – soyad. Keyta Şibata – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Kyuo Şibata – Yaponiya təbliğatçısı Hanae Şibata — Yaponiya qadın futbolçusu. Renzaburo Şibata – Yaponiya romançısı. Şibata Katsuie – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.
İsatay Taymanovun üsyanı
İsatay Taymanovun üsyanı — İsatay Taymanovun başçılıq etdiyi Kiçik juz qazaxların üsyanı. Bökey Ordasında İsatay Taymanov və Məhəmbət Ütəmisovun rəhbərlik etdiyi üsyanın əsas səbəbi kifayət qədər otlaq sahəsinin olmaması nəticəsində yaranan torpaq sıxlığı idi. Yararlı torpaqların sayı durmadan azalmaqda idi. Böyük və Kiçik Üzen boyunca və Qamış-Samara göllərinin ətrafında yerləşən torpaqlar müntəzəm olaraq kazak təsərrüfatları üçün əhalinin əlindən alınırdı. Qalan torpaqlar qeyri-bərabər şəkildə bölüşdürülürdü, əsas otlaqlar Cangir xan və onun yaxın adamlarına qalırdı. Ural çayını keçmək və onun çaylağı boyunca otlamağın qadağan olunması vəziyyəti daha da çətinləşdirdi. Ailələrini doyurmaq istəyən və torpaqların daha ədalətli paylanmasına ümid etməyən əhali sultan və xanların mal-qarasını soymağa başladı. 1836-cı ilin fevral ayından qarşısıalınmaz çıxışlar başçı Taymanov və ona qoşulan akın Mahambet tərəfindən dəstəkləndi. Onlar xanlar və Ural Kazak Ordusunun torpaqlarını işğal etmək, Ural çayı tərəfə köçmək və mal-qaranı geri almağa çağırırdılar. Daha sonra, üsyana bir neçə soy nümayəndələri qoşuldular.
Cığatay (Xaçmaz)
Cığatay — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 656 nəfərdir (2009). Kəndin milli tərkibi azərbaycanlılardan ibarət olaraq, dinləri isə islamın şiə məzhəbidir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Cığatay (Ərdəbil)
Cığatay — İranın Ərdəbil ostanında kənd. Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 32 km şimaldadır.
Cığatay dili
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir. Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir. 1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
Cığatay xan
Çağatay Xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan – 1242, Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu. Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi. Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı. Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü.
Cığatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Cığatay Şıxzamanov
Cığatay İsgəndər oğlu Şıxzamanov (9 noyabr 1925, Gəncə) — tərcüməçi, publisist, ssenarist. 1925-ci ildə Azərbaycan SSR Gəncə şəhərində anadan olub. Bakıda təhsil alıb. Teleradio Komitəsi sədrinin müavini olmuşdur. “İki acgöz ayı balası” Macar xalq nağılı. Uşaqgəncnəşr, 1956 “Qardaşlar” povesti məşhurdur.
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu. 1996-cı ildə yaranmışdır.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nao Şikata
Nao Şikata (d. 5 noyabr 1979) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Keyta Şibata
Keyta Şibata (柴田 桂太, Şibata Keyta, 20 sentyabr 1877, Tokio – 19 noyabr 1949) – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Keyta Şibata 1877-ci ildə Tokioda doğulmuşdur. Tokio Universitetindən məzun olmuş və elə bu universitetdə işləməyə başlamışdır. Almaniyada təhsil almış və bitki fizioloqu Vilhelm Pfefferin tələbəsi olmuşdur. Şibata bitki dünyasında flavonoid birləşmələrinin yayılması üzrə araşdırmalar aparmaqla yanaşı, tənəffüs və metabolizma sahələrində də uğurlu tədqiqatlara imza atmışdır. Bir çox tanınmış alim yetişdirmişdir. Şibatanın atası Şokey Şibata tanınmış farmakoloq olmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha.
Kyuo Şibata
Kyuo Şibata (柴田 鳩翁, Şibata Kyuo, 4 iyun 1783, Kioto – 13 iyun 1839) və ya digər adı ilə Kenzo – Yaponiya təbliğatçısı və Edo dövründə yaranmış Şinqaku etika məktəbinin alimi. Kyuo Şibata 1783-cü ildə Kiotoda doğulmuşdur. Buddist keşişi olduqdan sonra Kyuo adını götürmüşdür. O, 20 yaşlarında olanda qəhrəmanlıq nağıllarının – kodanın peşəkar nəqlçisi olmuş, bu sənətdəki bacarıqlarına görə məşhurlaşmışdır. 30 yaşlarının sonunda Satta Tokukenin şagirdi olmuş və ondan Şinqaku dərsləri almağa başlamışdır. Həyatının qalan hissəsini sənətlə, səyahət etməklə və mühazirələr verməklə keçirmişdir. 44 yaşında görmə qabiliyyətini itirmişdir. Sadə və inandırıcı üslubu fermerlər, samuraylar və zadəganlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur. 1835-ci ildə nəşr olunmuş və Bayqan İşida tərəfindən tərtib olunmuş "Kyuo dova" adlı əsəri Şinqaku alimlərinin əsərləri arasında ən əhəmiyyətli işlərdən biri hesab olunur. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Renzaburo Şibata
Renzaburo Şibata (柴田錬三郎, Şibata Renzaburo, 26 mart 1917, Tsuruyama[d], Okayama prefekturası – 30 iyun 1978, Tokio) – Yaponiya romançısı. Renzaburo Şibata 1917-ci ildə Yaponiyanın Okayama prefekturasında doğulmuşdur. Keyo Universitetini bitirmişdir. "İesu no sue" adlı qısa hekayəsinə görə 1951-ci ildə Naoki mükafatını qazanmışdır. 1956–1958-ci illərdə "Shukan shincho" həftəlik jurnalında nəşr olunan "Nemuri Kyoşiro buray hikae" adlı tarixi romanı ilə məşhurlaşmışdır. Roman kobud və hissiz qılınc ustası olan Nemuri Kyoşirodan bəhs edir. Roman o qədər uğurlu olmuşdur ki, tempi sürətli olan, döyüş üslubunda olan bir çox davam romanı yazmışdır. Qomi Yasusuke ilə birlikdə 1950-ci illərdə məşhurlaşan kenqo (güclü qılınc ustası) janrını yaratmışdır. Digər əsərlərinə "Akay kaqeboşi" (1960) daxildir. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Şibata Katsuie
Şibata Katsuie (柴田 勝家, ən geci 1530, Ovari vilayəti[d], Tokaydo[d] – 6 iyun 1583 və ya 14 iyun 1583, Fukui) – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi. O, Oda Nobunaqanın ən çox güvəndiyi generallardan biri olmuşdur. Şibata Oda Nobunaqa ilə kiçik qardaşı Nobuyuki arasında baş vermiş münaqişə zamanı Nobuyukinin tərəfini tutsa da, daha sonra ona xəyanət etmiş və Nobunaqanın tərəfinə keçmişdir. O, Nobunaqanın bir çox hərbi əməliyyatında iştirak etmişdir: 1569-cu ildə İsedə döyüşmüş, 1570–1573-cü illərdə daymyolar Asay Naqamasa və Asakura Yoşikaqenin devrilməsində iştirak etmiş, 1570–1575-ci illərdə Eçizen və Osakada İkko İkki silahlı qruplaşmalarına qarşı mübarizə aparmışdır. Eçizen əyalətinin 1575-ci ildə ələ keçirilməsindən sonra əyalətin idarəçiliyi ona verilmiş və Nobunaqanın təyin etdiyi üç müfəttişin nəzarəti altında əyaləti idarə etməyə başlamışdır. Şibatanın Eçizendə tətbiq etdiyi bir çox siyasət – kəndlilərin samuray zümrəsindən uzaqlaşdırılması, qılınc ovu, torpaq soğrusu, dini inkvizisiya Nobunaqa rejiminin əyalət idarəçiliyinə olan yanaşmasını əks etdirir. Onun tətbiq etdiyi bu siyasətlər Nobunaqanın davamçıları olan Toyotomi Hideyoşi və Tokuqava İeyasu tərəfindən mənimsənilmiş, genişləndirilmiş, sistematikləşdirilmiş və bütün Yaponiyada tətbiq olunmuşdur. İkko sektasının Kaqa və Notoda yerləşən ərazilərinin 1580-ci ildə ələ keçirilməsi onun Nobunaqa üçün gördüyü sonuncu əsas iş olmuşdur. Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Hideyoşinin rəqibi olmuşdur. Hideyoşi 11 iyun 1583-cü ildə Şizuqatake döyüşündə Şibatanı məğlub etmişdir.
Qala Rəsul Siyat (Bükan)
Qala Rəsul Siyat (fars. قلعه رسول سيت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 478 nəfər yaşayır (104 ailə).