Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klayd Tambo
Klayd Uilyam Tambo (4 fevral 1906[…] – 17 yanvar 1997[…]) — Amerikan astronomu.O Pluton planetini kəşf etməyi ilə məşhurdu.
Bonni və Klayd
Bonni və Klayd — Bonni Parker və Klayd Barroudan təşkil olunmuş quldur dəstəsi. Bonni və Klayd, uzun müddət ABŞ-də cinayətkarlardan hesab olunmuşdular. Dəstənin fəaliyyəti 1930-cu illərin əvvələrində bank və dükanların soyulması ilə başlamışdır. XIX əsrin 30-cu illərində Şimali Amerikada yaşayan əhalidə işsizlik və aclıq problemi olduğundan, əhali varlı insanları xüsusən də bankları günahlandırırdı. Bu səbəbdən Bonni və Klayd tərəfindən gerçəkləşdirilən soyğunçuluq hadisələri yerli xalq tərəfindən hər zaman hərarətlə qarşılanmışdır. ABŞ-də Bonni və Klayd arasında sevgi münasibətlərinin olduğu daim ehtimal edilmişdir. Hər iki şəxsin bunu inkar etməməsi, bu barədə olan ehtimalları zamanla doğrulamışdır. Bonni və Klayd dəstəsinin özünə məxsus cəhətlərindən biri də, hər soyğundan sonra hadisə yerinə çiçək buraxılması idi.
Oşin Pyer Sayd
Oşin Pyer Sayd — Cem Sultanın nəvəsi, Sayd knyazlığının ikinci knyazı. == Həyatı == 1500-cü ildə Romada doğulmuşdu. 1522-ci ildə atası kiçik qardaşı öldürülərkən Rodosdan qaçmışdı. Həmin il dayısı tərəfindən Maltaya aparılmışdır. Qardaşı Nikoloya torpaqlar verilmiş, Ambrosio isə qubernator olmuşdu. Oşin Pyer 1523-cü ildə Papa VII Klement tərəfindən Sayd knyazı kimi təsdiqlənmişdir. 1594-cü ildə Neapolda vəfat etmişdir. == Övladları == Genuyalı əsilzadə ailəsi Qrimaldilərdən olan Tereza di Qrimaldi ilə evlənmişdir.
Pyer Məhəmməd Sayd
Pyer Məhəmməd Sayd yaxud Pyer Murad Sayd (1475, Türkiyə – 1522, Rodos) — Cem Sultanın oğlu, Osmanlı şahzadəsi. == Həyatı == 1475-ci ildə Konyada, atasının Karaman valisi olduğu dövrdə anadan olmuşdu. Cem Sultan Rodosa gedəndə o Misirdə nənəsi ilə qalmışdı. 1490-cı illərdə Rodosa köçmüş və burda 17 oktyabr 1492-ci ildə xristian olmuşdur. == İtaliya həyatı == Daha sonra Papanın dəvətilə atasının yanına — Romaya köçmüş və burada Papa VI Aleksandr tərəfindən "Sayd knyazı" əsilzadə titulu verilmişdi. Daha sonra isə 1495-ci ildə Neapol şəhərinə köçmüş və burada Neapol krallığı hökmdarı I Ferdinand (Neapol kralı) isə ona Sayd vikontu titulunu vermişdi. Burada o Genuyanın Neapoldakı konsulunun qızı Mariya Konsetta Doriya ilə evlənmişdi. 1522-ci ildə Rodosu ziyarət edərkən Osmanlı hücumu nəticəsində ən kiçik oğlu Mustafa ilə birlikdə öldürülmüşdür. Qəbri Rodos kafedralında idi, lakin dağıdılmışdır. == Ailəsi == Mariya Konsetta Doriya ilə evlənmişdir.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Layda
Layda - (rus. лайда, ing. layda) yüksək qa­bar­malar zamanı su altında qalan Avrasiyanın şimal dənizlərinin ova­lıq sahilləri. Adətən bataqlaşmış, bəzən kəsəkli və ya təpəli olur: L. eni bir neçə kilometrə çatır.
Sayad
Sayad (Xaçmaz)
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Siland
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. == Tarixi == Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Skayp
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. == Anonimlik == Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Slade
Slade (oxunur "Sleyd" ; əvvəllər Ambrose Slade) — Britanialı rok qrupdur, qlem rokun liderlərindən biridir.
Slayer
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir. Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir. Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Alaid adası
Alaid adası (ing. Alaid Island; aleut. Игиҥинаҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. Vulkan mənşəllidir. Semiçi adalarının ən qərb nöqtəsini təşkil edir. Ondan şərqdə Nizki adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Attu adasından 25 km şərqdə qərarlaşır. Uzunluğu 4,9 km, maksimal hündürlüyü 204 metrdir (Semiçi adalarının ən hündür nöqtəsidir.).
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Aland adaları
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Aland dənizi
Aland dəniz — Atlantik okeanına daxil olan Baltik dənizi ilə Botniç körfəzi arasında yerləşir. Ən dərin yeri 301 metr təşkil edir. Aland adaları ilə materik arasında mövqe tutur. Dəniz İsveç və Finlandiya arasında əsas dəniz yolu üzərində yerləşir. Dəniz sahilində 67,700 nəfər yaşayır (hər m2 üçün 0,0000677 nəfər).
Aland konvensiyası
Aland konvensiyası - Aland adalarının statusunun müəyyən edilməsi ilə bağlı 1921-ci ildə onlarla dövlət tərəfindən qəbul edilmiş və Millətlər Cəmiyyəti tərəfindən təsdiq edilmiş müqavilə. == Tarixi == Aland konvensiyasının şərtlərinə uyğun olaraq Aland adaları tamamilə silahsızlaşdırılmış zona elan olunurdu: onun ərazisində heç bir hərbi birləşmə saxlanıla və heç bir hərbi istinadgahlar inşa edilə bilməzdi. İsveç dilinin və mədəniyyətinin saxlanması haqqında Əsasnaməyə əsasən Aland adalarında yaşayan gənclər hərni xidmətə cəlb edilə bilməzlər. 1939-1940-cı illərdə baş vermiş Sovet-fin müharibəsinin başa çatması ilə bağlı SSRİ ilə Finlandiya arasında Aland adaları haqqında razılaşmaya dair müqavilədə Aland konvensiyasının bir çox şərtləri təkrar olunurdu. Lakin demilitarizasiya haqqında yeni müqavilə az sonra SSRİ ilə Finlandiya arasında başlanmış müharibə nəticəsində pozuldu. İkinci dünya müharibəsindən sonra Aland adalarının demilitarizasiyası ilə bağlı statusu 1947-ci il Paris sülh müqavilələri ilə təsdiq olundu və bu günədək qüvvədədir.
Aland müharibəsi
Aland müharibəsi (fin Oolannin sota, isv. Åländska kriget) — 1854–1856-cı illərdə Rusiya imperiyası ilə Fransa və İngiltərə arasında Krım müharibəsi zamanı Finlandiya böyük hersoqluğu sahillərində Britaniya–Fransa dəniz qüvvələrinin hərbi və mülki obyektlərə qarşı əməliyyatları. Finlandiya tarixşünaslığında istifadə edilir. Müharibə Alanddakı Bomarsund döyüşünün şərəfinə adlandırılmışdır.Rumıniya cəbhəsində irəliləyən Rusiya imperiyası 4 oktyabr 1853-cü ildə Osmanlı imperiyasını müharibə elan etməyə təhrik etmiş, İngiltərə və Fransa osmanlıları dəstəkləmək qərarına gəlmişdi. Aland müharibəsinin məqsədi Rusiyanın kommunikasiya yollarını və xarici ticarətini kəsmək, onu sülhə məcbur etmək və İsveçi Rusiyaya qarşı müharibəyə cəlb etmək idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Eero Auvinen: Krimin sota, Venäjä ja suomalaiset. Turun yliopisto, 2015. (in Finnish) Raoul Johnson & Ilkka Malmberg: Kauhia Oolannin sota – Krimin sota Suomessa 1854–1855. John Nurmisen säätiö, 2013. ISBN 978-952-9745-31-9ISBN 978-952-9745-31-9.
Aland mərkəzi
Aland mərkəzi (isv. Åländsk Center) - Aland adalarıda fəaliyyət göstərən aqrar-mərkəzçi siyasi partiya. Əsası 1976-cı ildə qoyulmuşdur. 2003-cü ildə Aland adalarında keçirilmiş parlament seçkilərində partiya 24,1% səs toplayaraq, 30 mümkün yerdən 7-sini, 2007-ci ildə 23,5% səslə 8-ni, 2011-ci ildə 23% səslə 7 yeri əldə etmişdir. Partiyanın hazırkı lideri Yorqen Petterssondur.
Asena (soyad)
Orxan Asena — türk teatr sənətçisi. Duyğu Asena — türk jurnalist və yazıçı. Reyhan Asena Keskinci — türk aktyor.
Corc Floyd
Corc Floyd (14 oktyabr 1973, Feyetvill[d], Şimali Karolina – 25 may 2020, Minneapolis, Minnesota, ABŞ) — repçi, basketbolçu. == Həyatı == Corc Floyd ABŞın Şimali Karolina ştatının Fayetteville şəhərində anadan olmuşdur. Floyd Texas ştatında Houston şəhər mərkəzinin cənubunda qaradərililərin sıx yaşadığı Uçüncü Bölgədə böyüyüb. Məşhur müğənni Beyonsun də doğulub böyüdüyü bu məhəllədə həm də blyuz musiqisinin önəmli nümayəndələri yetişib. Floydun ölümündən sonra məlum olan faktlardan biri də budur ki, 1990-cı illərdə o, hip-hop tərzinin yaradıcısı, məşhur hyustonlu DJ Screw ilə birlikdə çalışıb. 20-ci əsr boyu davam edən irqi problemlər Üçüncü Bölgədə də kəskin hiss olunub, son illərdə isə bura qanqster müharibələriylə, evsizlik probleminin yaratdığı gərginliklərlə məşhurlaşıb. Boyu 2 metrdən çox olan Floyd hələ gənc yaşlarından idmana maraq göstərməyə başlayıb, basketbol və Amerika futbolu üzrə xüsusi qabiliyyət nümayiş etdirib. Məktəb illərində Floyd basketbol və futbol yarışlarında iştirak etmişdir. Daha sonra "Screwed Up Click" adlı hip-hop musiqi qrupunda çıxış etmişdir. "Big Floyd" ləqəbi ilə tanınmışdır.
Dead Island
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Şalya
Şalya (slovak. Šaľa, alm. Schelle‎, mac. Vágsellye) — Slovakiyanın cənubunda, Vaq çayının sahilində şəhər. Əhalisi 25 min nəfərə yaxındır. == Tarix == Şalyanın adı ilk dəfə 1002-ci ildə qeyd olunur. 1252-ci ildə Şalyanı monqol-tatar ordusu talan edərək yandırır. Elə həmin ildə də macar kralı IV Bela Şalyaya şəhər statusu verir. XVI-XVII əsrlərdə şəhəri bir neçə dəfə Osmanlı ordusu ələ keçirmək istəyir, lakin buna nail ola bilmir. XVII əsrdə burada qala tikilir.