Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Aleut adaları
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir. == Coğrafiyası == Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir. Arxipelaq 5 qrupa bölünür: 1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları. 2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar 3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s. 4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. 5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.
Aleut burnu
Aleut burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. == Adı == Burun öz adını 7 noyabr 1877-ci ildə Yaponiya sahillərində qəzaya uğramış «Aleut» şxunundan almışdır. == Coğrafiya == Burun Minonosok buxtasının cənub-şərqində yerləşir. Böyük Pyotr körfəzi, Poset körfəzinin qərbində yerləşən Reyd Pallada buxtasına doğru uzanır.
Aleut dili
Aleut dili və ya Unangan dili (öz dilində olan adı: Unangam Tunuu) – Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarında və Rusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin iki qolundan birini təşkil edən dil. == Dialektləri == Dialekt və etnosları: Uzak Qərb Aleutçası Sasignan Aleutçası (öz adı Sasignan; Doğu lehçesinde Sasxinan; Batı lehçesinde Sasxinas; İngilis dilində Attuan): Attu, Agattu, Semichi adalarında danışılır. Rus Aleutçası (öz adı Kasakam Unangangis 'Rus Aleutları'; İngilis dilində Copper Island Aleut; Rus dilində медновский язык): Rus dili bazlı Sasignan kreolü olup Rusiya Federasyonuna bağlı Komandor adalarında (Остров Беринга и Медный Остров) danışılır. Orta Qərb Aleutçası (öz adı Aliguutax̂; İngilis dilində Atkan, Western Aleut) Naahmiĝus: Delarof (Amatignak, Tanaga) adalarında yaşayırlar. Niiĝuĝis: Andreanof (Kanaga, Adak, Atka, Amlia, Seguam) adalarında yaşayırlar. Şərq Aleutçası (İngilis dilində Eastern Unangan, Eastern Aleut) Akuuĝun ya da Uniiĝun: Four Mountains (Amukta, Kagamil) adalarında yaşayırlar. Qawalangin: Fox (Umnak, Samalga, Unalaska'nın batısı) adalarında yaşayırlar. Qigiiĝun: Krenitzen (Unyalaskanın doğusu, Akutan, Akun, Tigalda) adalarında yaşayırlar. Qagaan Tayaĝungin: Sanak (Unimak, Sanak) adalarında yaşayırlar. Taxtamam Tunuu: Belkofskide danışılır.
Aleut susüpürəni
Aleut xalqı
Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır. == Tarixi == Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülkü və ayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
South Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Aleut adalarında zəlzələ
Aleut adalarında zəlzələ — 1946-cı il aprelin 1-də baş vermiş zəlzələ. Alyaska sahillərinin yaxınlığında, Aleut adaları rayonunda baş vermiş zəlzələ nəticəsində nəhəng dəniz dalğaları əmələ gəlib, Havay adalarına və Kaliforniyaya böyük ziyan vurmuşdur.
Eskimos-Aleut dilləri
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Seuta Kral Divarları
Seuta Kral Divarları (isp. Murallas Reales de Ceuta) - İspaniyanın Şimali Afrikada yerləşən muxtar bölgəsi olan Seuta şəhərində yerləşən tarixi abidə kompleksi. Seuta Kral Divarları müxtəlif dövrlərdə tikilmiş çoxlu sayda müdafiə və gözətçi qalalarından ibarətdir. Ən qədim tikilinin 962-ci ilə aid olduğu təxmin edilir və bu rəqəm XVIII əsrə qədər uzanmaqdadır. Seuta Qədim Roma və Karfagen dövləti zamanlarında hərbi gəmilərin keçid və gözləmə məntəqəsi kimi istifadə olunurdu və ərazidən oxşar məqsədlərlə 5-ci əsrə qədər istifadə edildiyi məlumdur. İlkin müdafiə və gözətçi qüllələri V-VI əsrlərdə inşa edilməyə başlanmışdır. Müxtəlif səbəblərdən həmin tikililərin demək olar ki, heç biri günümüzə qədər gəlib çatmamışdır. Müasir Kral Divarlarının inşası portuqalların 1415-ci ildə Seutanı fəth etməsindən sonra başlamışdır. Portuqaliya krallığının maliyyə vəsaiti hesabına ərazinin müdafiə gücünün gücləndirilməsi və Aralıq dənizindən keçən düşmən gəmilərinin rahat müşahidə edilməsi məqsədi ilə indiki kral divarlarının inşası başlanılır. Qala divarının ətrafında xəndəklərdə qazılmışdır və inşaat işləri 1540-cı ilə qədər davam etmişdir.
South African Airways
South Africa Airways — Cənubi Afrikanın bayraq daşıyıcı aviaşirkətidir.Onun qərargahı Airways Parkda Kempton Parkı, Ekurhuleni, Gauteng O. R. Tambo Beynəlxalq Hava Limanına bağlıdır.SA Express, SA Airlink və aşağı qiymətli daşıyıcı olan Mango ilə birgə, Cənubi Afrikada, Afrika qitəsi və dünyanın dörd bir tərəfində 56 hava limanına, Johannesburg [2] hubundan və 47 hava gəmisinin filosunudan istifadə edərək uçur. Vuyani Jarana 2017-ci ilin noyabr ayından etibarən CEO-lərdir.South African Airways, Cənubi Afrika hökuməti tərəfindən Union Airways şirkətinin satın alınmasından sonra 1934-cü ildə quruldu. Hava yolu şirkəti Cənubi Afrika Dəmir Yolları və Limanlar İdarəsi tərəfindən əvvəlcə nəzarət edildi.Afrika ölkələri tərəfindən ayrı-seçkilik əleyhdarı sanksiyalar aparteid dövründə hava limanının hava limanından məhrum olub, qitəni uzun məsafəli təyyarə ilə keçməyə məcbur etdi.Bu dövrdə o, Afrikanın adı ilə tanınan Suid-Afrikaanse Lugdiens (SAL, lit. "South African air service") tərəfindən tanınmışdı. 1997-ci ildə SAA adı, imic və təyyarə paltarını dəyişdi və onlayn bilet xidmətləri təqdim etdi. 2006-cı ildə SAA müstəqil hava yolu şirkəti kimi fəaliyyət göstərmək üçün onun əsas şirkətindən Transnet-dən ayrıldı. SAA, aşağı qiymətli bir yerli hava yolu olan Mango şirkətinə sahibdir və Airlink və Cənubi Afrika Express ilə əlaqə qurmuşdur. Star Alliance'ın üzvüdür. 2021-ci ilin noyabrında Cənubi Afrika Prezidenti Cyril Ramaphosa və Keniya Prezidenti Uhuru Kenyattanın iştirakı ilə keçirilən mərasimdə imzalanmış Strateji Tərəfdaşlıq Çərçivəsində (SPF). Kenya Hava Yolları və Cənubi Afrika Hava Yolları indi "Cənubi Afrika, Keniya və Afrika qüvvələrini istifadə edərək sərnişin daşımalarını, yükdaşıma variantlarını və ümumilikdə ticarəti artırmaq üçün birlikdə işləyəcəklər", bir kommünike izah edir.
Seth Rollins
Colby Lopez (28 may 1986) — bilinən rinq adı ilə Seth Rollins WWE müqaviləli peşəkar güləşçi. 29 mart 2015 tarixində keçirilən WrestleMania 31 şousunda WWE kəmərini qazanmışdır.
Eskimo-Aleut Dil Ailəsi
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Eskimos-Aleut dil ailəsi
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Il pleut de l'or
Il pleut de l'or (Azərbaycanca:Qızıl yağış yağır) - Avroviziya 2010-da İsveçrəni təmsil etdiyi mahnı. Mahnını Michael von der Heide ifa etdi.
Səth
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. == Həyatı == Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Səth axımı
Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir. Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir. Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır. Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir.
Səth morenləri
Səth parlaqlığı
Səth parlaqlığı və ya Obyektin görünən səthi parlaqlığı — obyektdən onun vahid səthinə düşən hissəsindən fəza bucağı vahidində gələn işıq selidir. Səth parlaqlığı obyektə qədər məsafədən asılı deyil.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Üfqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfüqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.