Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sofist Sofroni
Sofroni (560[…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi. == Həyatı == Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı, həm də Suriya əsilli olduğunu irəli sürmüşdür. Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur.O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir. Monoenerjizm Məsihin tək və ilahi enerjiyə malik olduğu fikrini müdafiə edən qeyri-ortodoksal bir doktrinadır.
Alkim (sofist)
Alkim (lat. Alcimus) — IV əsrin ikinci yarısında yaşamış Roma sofisti. Alkim Nikomediyada anadan olmuşdur. O, 343–348-ci illərdə saxta qətl ittihamı ilə Nikomediyada Libani ilə birlikdə həbs edilmişdir. Alkim Nikomediyada ritorikadan dərs deyirdi. 356-cı ildə Romaya səyahət etmiş və burada Böyük Vasili ilə birlikdə qalmışdır. Bir il sonra Alkim Nikomediyada heyvan tamaşalarını təşkil etmişdir. O, Vifiniyada nüfuzlu olmuşdur. 362-ci və ya 363-cü ildə Alkim Antioxiyada imperator Mürtəd Yulianın sarayını ziyarət etdi. Arestenet onun qohumu olmuşdur.
Sofistlər məktəbi
Sofistlər məktəbi - (yun. σοφιστής- "müdrik", "bilikli", "bacarıqlı", "yaradıcı",, "ustad", "rəssam", "yaradan" ) — e. ə.V-II əsrlərdə Afinada natiqlik öyrədən müəllimlər və eyni adlı fəlsəfi cərəyan. Geniş mənada "sofist" bacarıqlı və müdrik insan deməkdir. Sofistlərin diqqət mərkəzində hüquq və siyasət, əxlaq, natiqlik sənəti məsələləri dururdu. == Tarixi və mahiyyəti == Təxminən e.ə. V əsrin ortalarında Yunanıstanda intellektual inkişaf başladı. Bunun səbəbi Afinada demokratiyanın yüksəlməsi idi. Vətəndaşların gücünün artması, individualizmin inkişafı və praktiki problemlərin həllinə olan tələbat düşüncənin köhnəlmiş formalarına qarşı reaksiya ilə nəticələndi. Bunun nəticəsində, bəzi yunan filosofları fiziki dünyanı öyrənməyi dayandırdı və diqqətini fərdlə daha yaxın mövzulara yönəltməyə başladı.
Sofistika
Sofistika (qədim yunan dilindən – hikmət): Sofistika — qədim yunan sofistlərinin təlimi. İkinci sofistika — e.ə. I əsrdən b.e. III əsrinə qədər davam edən dövrü. Sofizm — müzakirədə sofizmlərdən istifadə.
Yeni sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
İkinci sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
Bəhram Əliyev (solist)
Bəhram Babaxan oğlu Əliyev (13 mart 1950) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tenor səs tembrinə malik yüksək dərəcəli solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışmışdır. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır. B. Əliyev teatrın repertuarında olan bir sıra milli və klassik opera tamaşalarında ikinci dərəcəli rolları ifa edir. Buna baxmayaraq onun ifası istər vokal, istərsə də aktyorluq cəhətdən hər zaman professionallığı ilə fərqlənir. Onun Ü. Hacıbəyovun "Koroğlu" operasında ifa etdiyi Həmzə bəy, M. Maqomayevin "Şah İsmayıl" operasında Vəzir, R. Mustafayevin "Vaqif" tamaşasında Əli bəy, F. Əmirovun "Sevil" operasında Məmmədəli bəy, Z. Hacıbəyovun "Aşıq Qərib" operasında Mahmud, habelə C. Puççininin "Çio-Çio-San" operasında Yamadori, R. Leonkovallonun "Payatsı" operasında Kəndli və s. rolları öz fərdiliyi ilə seçilir və sevilir.
Fərid Əliyev (solist)
Fərid Fərhad oğlu Əliyev (29 mart 1975, Bakı) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Şövkət Məmmədova adına Opera studiyasının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti, Xəzər Universiteti Musiqi və İncəsənət departamentinin müəllimi. Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Fərid Əliyev 29 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsinə daxil olmuşdur. Bakı Musiqi Akademiyasıda təhsil alıb, lirik-tenor səsə malikdir. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində "Vesyolaya vdova", "Maritsa", "Tsıqan premyer", "Silva", "Neistovıy Qasqonets", "Talelər qovuşanda", "Volqalı canan", "Aldın payını, çağır dayını", "O olmasın, bu olsun" kimi tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Natəvan" operasında Hacı Abbas Ağa, "Şah İsmayıl" operasında Vəzir, "Koroğlu" operasında Koroğlunun və Həmzə bəyin partiyalarını ifa edir. F. Əliyev Bakı Musiqi Akademiyasının Ş. Məmmədova adına Opera studiyasının solistidir. Orada "Boqema" operasında Rudolf, "Traviata" operasında Alferd, "Kənd namusu" operasında Turiddu, "Faust" operasında Faust, "Yevgeni Onegin" operasında Lenski rpartiyalarını ifa etmişdir.
Sionist
Sionizm (İvrit: צִיּוֹנוּת‎, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədi ilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar.Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. == Sionizm ideologiyası == Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar. Lakin bütün bu yanaşmaları birləşdirən əsas xətt ondan ibarətdir ki, bu ideologiya yəhudi xalqının bütün nümayəndələri tərəfindən dəstəklənmir və yəhudi xalqının milli hərəkatı kimi xarakterizə edilə bilməz.
Sofiya
Sofiya — Bolqarıstanın paytaxtı və ən böyük şəhəri. Sofiyada 1.4 milyona yaxın insan yaşayır, bəzi mənbələrdə isə 2 milyona yaxın əhalinin olduğu deyilir. Sofiya əhalisinin 96% bolqarlar təşkil edir. İkinci böyük etnik qrup isə türklərdir — 0,6%. Digər millətlər isə əhalinin 3%-ni təşkil edir.Sofiya şəhəri ölkənin qərb hissəsində Vitoşa dağının ətəyində yerləşir.Şəhər İskar çayının qərbində salınıb.Rütubətli kontinental iqlimə malikdir.Balkan yarımadasının mərkəzində olmaqla, Qara dənizlə Adriatik dənizinin arasında və Egey dənizinə ən yaxın yerdə yerləşir.Antik dövrdə Serdica və Orta əsrlərdə Sredets kimi tanınan Sofiya şəhəri eramızdan əvvəl 7000-ci ildən bəri insanların məskunlaşdığı ərazidir. Şəhərin yaranma tarixi eramızdan əvvəl 29-cu ildə Serdicanın Roma Respublikasının Kelt qəbiləsindən olan Serdi tərəfindən fəth edilməsi ilə başlayır. Roma İmperiyasının tənəzzülü zamanı şəhərə hunlar, vestqotlar, avarlar və slavyanlar basqın etdilər. 809-cu ildə Serdica Krum xan tərəfindən Birinci Bulqar dövlətinin tərkibinə daxil edildi və Sredets adı ilə tanındı. Şəhər 1018-ci ildən 1194-cü ilə qədər Bizans imperiyasının tərkibində olmuşdur. Sredets 1382-ci ildə Osmanlı imperiyası tərəfindən fəth edilənə qədər böyük bir inzibati, iqtisadi, mədəni və ədəbi mərkəzə çevrildi.
Sofizm
Sofizm (yun. σόφισμα - söz ustalığı, biclik, müdriklik) — bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlərdir. == Tarixi == M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” (yun. Σοφιστής, lat. Sophistes – müdriklik ustaları) deyirdilər.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Aya Sofiya
Ayasofiya və ya Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία, türk. Ayasofya) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. Hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii) adlanır. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.
Sofiko Çiaureli
Sofiko Mixaylovna Çiaureli (gürc. სოფიკო ჭიაურელი; 21 may 1937, Tbilisi - 2 mart 2008, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1976), Ermənistan SSR-in xalq artisti (1979). 100-dən artıq filmdə çəkilmişdir. Sovet aktrisaları arasında yeganə şəxsdir ki, yeddi dəfə "Ən yaxşı qadın roluna görə" beynəlxalq müsabiqələrdə mükafata layiq görülüb. == Həyatı == Sofiko Çiaureli Tbilisidə aktrisa Veriko Ancaparidze və kinorejissor Mixail Çiaurelinin ailəsində anadan olmuşdur. 1960-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Boris Bibikovun emalatxanasını əla qiymətlərlə bitirmiş və vətənə geri dönmüşdür. 1960-1964-cü illərdə və 1968-ci ildən başlayaraq Marcanişvili adına Tbilisi Akademik Teatrının aktrisası olmuşdur. 1964-1968-ci illərdə isə Şota Rustaveli adına Gürcü Dövlət Akademik Teatrında çalışmışdır. 9-cu çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. Sofiko Çiaureli 2 mart 2008-ci ildə, 71 yaşında uzun sürən xəstəlikdən vəfat etmişdir.
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Sofiya Alekseyevna
Sofiya Alekseyevna (Rusca: Со́фья Алексе́евна) (d. 27 sentyabr 1657, Moskva – ö. 14 iyul 1704, Moskva) — Rusiya çarı I Alekseyin böyük qızı. == Həyatı == == İstinadlar == Romanovs. The second film. Feodor III, Sophia Alekseyevna; Ivan V; on YouTube – Historical reconstruction "The Romanovs". StarMedia.
Sofiya Bəsirzadə
Sofiya (Sofa) Bəşir qızı Bəsirzadə (Vəzirova) (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofiya Cermen
Sofiya Cermen fr. Marie-Sophie Germain; 1 aprel 1776[…], Paris – 27 iyun 1831[…], Paris) — Fransa riyaziyyatçısı, mexaniki və filosofu. == Həyatı == Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-ci ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir. Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir.
Sofiya Hellkvist
Sofiya Hellkvist (ing. Sofia Kristina Hellqvist və ya rəsmi adı: ing. Princess Sofia, Duchess of Värmland; d. 6 dekabr 1984, Elvdalen, İsveç) — Varmland Düşesi. İsveç şahzadəsi Karl Filip Edmund Bertilin həyat yoldaşı; keçmiş erotik qlamur model və realiti-şou iştirakçısı. == Həyatı == Sofiya Hellkvist 1984-cü ilin dekabrın 6-da İsveçin mərkəzindəki Elvdalendə, orta sinif mənsubu olan ailədə anadan olub və "adi vətəndaş" sayılır.Məktəbi Stokholmda başa vurandan sonra, Nyu-Yorkdakı biznes və ingilis dili məktəbində oxuyub. Daha sonra yoqa kurslarında təhsil alıb, Stokholm Universitetində qlobal etika, uşaqlar və gənclərin hüquqlarını öyrənib.Model karyerası da olan Sofiya 20 yaşında ikən "Paradise Hotel" realiti-şousuna qatılmışdır. == Kral ailəsinin üzvü == 13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində ölkə kralı 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə toyu olmuşdur. Beləliklə ölkədəki krallıq tarixində ilk dəfə Sofiya Hellkvistin timsalında sadə xalq nümayəndəsi krallıq ailəsinə qəbul edilmiş və şahzadə titulu almışdır.
Sofiya Hüseynova
Sofiya Həsən qızı Hüseynova (Sofa İsmayılova) (26 fevral 1926, Bakı – 30 iyul 2015, Naxçıvan) — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1996). == Həyatı == Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Qızlıq soyadı İsmayılovadır. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olmuş, bir-birindən maraqlı və rəngarəng obrazlar yaratmışdır. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Sofiya Jozeffi
Sofiya Jozeffi (rus. София Жозеффи; tam adı Sofiya Lvovna Lipkina (rus. София Львовна Липкина); 1906, Klintsı-1997, Hyuston, ABŞ) — Sovet sirk və kino aktrisası. == Həyatı == Sofiya Jozeffi sirk artistləri ailəsində doğulmuşdur. Uşaq yaşlarından ailəsi ilə birgə sirk şoularında iştirak etmişdir. 1923-1934-cü illərdə Azərbaycan SSR və Gürcüstan SSR-də 10-a qədər filmə çəkilmişdir. Bunlardan ən məşhurları "Qız qalası əfsanəsi" və "Savur-məzar" filmləridir. 1930-cu illərin əvvəllərində Sofiya Lipkina-Jozeffi onu filmlərə çəkən rejissor Vaxnyanski ilə ailə həyatı qurmuşdur. 1992-ci ildə qızı ilə birlikdə ABŞ-yə mühacirət etmişdir. Sonrakı aktrisalıq fəaliyyəti haqqında heç bir məlumat yoxdur.
Sofiya Kianni
Sofiya Kianni — Amerikalı iqlim fəalı. O, iqlim dəyişikliyi məlumatlarını 100-dən çox dilə tərcümə edən beynəlxalq gənclər qeyri-kommersiya təşkilatı Climate Cardinals-ın təsisçisi və direktorudur. O, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqlim Dəyişikliyi üzrə Gənclər Məsləhət Qrupunun ən gənc üzvü kimi Birləşmiş Ştatlarını təmsil edir. O, həmçinin Gələcək üçün cümə günündə Milli Strateq, Extinction Rebellion üzrə beynəlxalq sözçü və “This is Zero Hour” mövzusunda milli tərəfdaşlıq koordinatoru kimi fəaliyyət göstərir. == Bioqrafiya == Kianni anası, atası, kiçik bacısı və iki məhəbbət quşu ilə birlikdə Virciniya ştatının Maklin şəhərində yaşayır. O, komandasının ümummilli Elm Olimpiadasının qalibi olduğu Henri Uodsvord Lonqfello Liseyində və Milli Təqaüd Proqramında yarımfinalçı olduğu Tomas Cefferson Elm və Texnologiya Liseyində oxuyub. Kianni bir yeniyetmənin COVID-19 pandemiyası ilə bağlı sosial uzaqlaşdırma tədbirlərinə reaksiya nümunəsi olaraq medianın geniş diqqətini çəkir: CNN, Time jurnalı və The Washington Post onun və dostlarının üz-üzə ünsiyyəti, hətta onların ünsiyyəti necə təşviq etdiyi haqqında yazır. == Fəaliyyət == Sofiya Tehranda orta məktəbdə oxuyarkən, bir gecə ulduzların dumanla örtüldüyü zaman iqlim fəallığı ilə maraqlanmağa başlayır və bu “dünyamızın həyəcan verici sürətlə istiləşməsinin siqnalına çevrilir”. Daha sonra o, Qreta Tunberqin "Gələcək üçün cümə günləri" qrupuna qoşulur və iqlim fəaliyyətinə dəstək olmaq üçün dərslərdən vaxt ayırır. 2019-cu ildə Qara cümə iqlim tətilinin təşkilində kömək edir.
Sofiya Konux
Sofiya Konux (9 mart 1980, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Sofiya Konux, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Sofiya Konux, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Sofiya Kovalevskaya
Sofiya Vasiliyevna Kovalevskaya (rus. Со́фья Васи́льевна Ковале́вская, 3 (15) yanvar 1850, Moskva, Rusiya imperiyası[…] – 10 fevral 1891[…], Hedviq-Eleonora[d], İsveç) — rus riyaziyyatçısı və mexaniki. == Həyatı == Sofiya Vasilyevna Korvin Krukovski zadəganlara mənsub, yaxşı təhsil almış valideynlərin ortancıl uşaqları olaraq 15 yanvar 1850-ci ildə Moskvada anadan olub. Sofiyanın atası Rusiya ordusunda general idi. Sonya adı ilə tanınan Sofiya həyatı boyunca yayınlarında cinsiyyətinin anlaşılmasının qarşısını almaq üçün həyat yoldaşının soyadının bir hissəsindən istifadə etdi. Çox kiçik yaşından riyaziyyata maraq göstərən Sofiya Moskvada, sonra da Sankt-Peterburqda xüsusi müəllimlər və tərbiyəçilər tərəfindən dərs aldı. Sofiyanın riyaziyyata böyük maraq duymasına əmisi Pyotr Vasilyeviç Krukovski təsir etmişdi. Sofiya 11 yaşındaykən evlərinin təmiri zamanı divar kağızlarının əskikliyinə görə öz otağının üstündə diferensial və inteqral hesab məsələləri olan kağızlarla örtülməsi səbəbi ilə bu "qəribə" simvolları və həlləri anlamağa çalışarkən riyaziyyata böyük həvəs oyanmışdı. Liseyi bitirdiyi zaman Sofiyanın bütün həvəsi universitetdə təhsil almaq idi. Lakin o dövrdə Rusiyada bir qadın üçün bu imkansız idi.
Sofiya Lodi
Sofiya Lodi (d. 29 yanvar 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Sofiya Lodi 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Lodi həmdə Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. == Karyerası == Sofiya Lodi 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Sofiya Qubaydulina
Sofiya Asqatovna Qubaydulina (tat. София Әсгать кызы Гобәйдуллина; 24 oktyabr 1931[…], Çistopol, Tatarıstan MSSR) — Rus bəstəkarı, 1991-ci ildən Almaniyada yaşayır. 100-dən çox Simfonik əsərlərin, solistlər üçün bəstələr, xor və orkestr, instrumental ansambl, teatr, kino və cizgi filmləri üçün kompozisiyaların müəllifidir. == Bioqrafiya == Sofiya Qubaydulina, Tatar MSSRʼin Çistay şəhərində anadan olub. Atası Qubaydulin Asqat Masqudoviç, mühəndis –geodez, anası Qubaydulina Fedosiya Fedorovna, müəllimə, babası Masqud Qubaydulin molla idi. 1932-ci ildə ailə Kazana köçdü. 1935-ci ildə Sofiya, P. I. Çaykovski adına 1 saylı musiqi məktəbinə daxil oldu.1946-cı ildən 1949-cu ilə qədər Kazan Musiqi Pianino Məktəbində (M. Ə. Pyatnitskaya sinfi) və, 1949-cu ildən 1954-cü ilədək Kazan Konservatoriyasında professor Albert Lehmanın sinifində, həmçinin Qriqori Koandanın piano sinifində təhsil almışdır.1954-cü ildə Moskva Konservatoriyasına, Yuri Şaporinin sinifinə, sonra isə Yoqub Zackin pianino sinfində təhsil aldı. Stalin təqaüdçüsü idi. 1963-cü ildə professor Vissarion Şebalinin rəhbərliyi ilə Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir. 1969–1970-ci illərdə Qubaydulina A. N. Skryabin muzeyində Moskva Elektron Musiqi Eksperimental Studiyasında işləmiş və orada "Vivente — non vivente" (həyat – qeyri həyat, 1970) elektron pyesini yazmışdır.Qubaydulina filmlər üçün də musiqi yazmışdır.
Sofiya Riqa
Sofiya Riqa (18 iyul 1988) — Yunanıstanlı marafonçu. Sofiya Riqa Yunanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sofiya Riqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 49 dəqiqə 7 saniyəyə qət edərək 157 marafonçu sırasında 103-cü yeri tutdu.
Sofiya Rotaru
Sofiya Mixaylovna Rotaru (mold. Sofia Rotaru, ukr. Софiя Ротару; 7 avqust 1947, Marşintsı[d], Çernivtsı vilayəti) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı. Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası" və "Bu bizim dünyamızdır!" adlandırmışdı. 1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır. Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur.
Sofiya Universiteti
Sofiya Universiteti və ya tam adı Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (bolq. Софийски университет „Св. Климент Охридски“) — Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ilk ali təhsil ocağıdır. Universitetin rektoru professor İvan İlçevdir. == Ali mükafatı == Sofiya Universitetinin ali mükafatı "Mavi Lent Fəxri Nişanı"dır (ing. "Honorary Blue Ribbon Insignia"). Bu mükafatın verilməsi haqqında qərar həmin universitetin 2012-ci il 19 dekabr tarixində keçirilmiş Elmi Şurasının toplantısında qəbul edilmişdi. Bu mükafatın laureatları aşağıdakılardır: Kamal Abdulla (2013) == Xarici əlaqələri == 2013-cü ilin may ayında Sofiya Universitetinin rektoru professor İvan İlçev ilə Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdulla arasında Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması ilə bağlı saziş imzalanmışdır.