Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. == Tarixi == İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. == Fiziki xassələri == Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). == Alınması == Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). == Kimyəvi xassələri == Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Solea
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Musculus soleus
Proprioseiopsis solens
Proprioseiopsis solens (lat. Proprioseiopsis solens) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis solens Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Sohail Aman
Sohail Aman (Urdu: سہیل عمان) - Pakistan Hərbi Hava Qüvvələrinin 21-ci komandanı. 19 mart 2015-ci ildə bu vəzifəni baş aviasiya marşalı Tahir Rafik Buttdan təhvil almışdır. 1980-ci ildə Pakistan HHQ-nin Sarqoda şəhərində yerləşən kollecindən bakalavr dərəcəsi ilə məzun olmuş, 1993-cü ildə Kəraçi Universitetindən, 1998-ci ildə London Kral Kollecindən məzun olmuşdur. O, 2006-cı ildə "müdafiə və strateji elmlər" üzrə Milli Müdafiə Universitetində magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur.
Te-Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. == Tarixi == İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Acacia colei
Acacia colei (lat. Acacia colei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Aleksandar Solic
Aleksandar Şoliç (29 yanvar 1983 və ya 9 yanvar 1983, Riyeka) — peşəkar karyerasını bitirmiş Xorvatiya futbolçusu, son olaraq "Opatiya" klubunda çıxış etmişdir. == Karyerası == 2007-ci ilin may ayında Bosniya və Herseqovina millisinə dəvət alsa da heç biri oyunda iştirak etmədi. 2009-2010 mövsümündə Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilmişdir.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Solea calycina
Hybanthus calycinus (lat. Hybanthus calycinus) — bənövşəkimilər fəsiləsinin hybanthus cinsinə aid bitki növü. == Sinonimləri == Calceolaria calycina (DC.) Kuntze nom. illeg. Ionidium glaucum (Endl.) Steud. Pigea glauca Endl. Ionidium calycinum (DC.) Steud. Solea calycina (DC.) Spreng.
Solli Madonna
Solli Madonna (it. La Madonna Solly) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500-1504-cü illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Solli Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Soçil Qomes
Soçil Qomes (ing. Xochitl Gomez; 29 aprel 2006, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Qomes 29 aprel 2006-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində meksikalı valideynlərin ailəsində anadan olmuşdur. Onun adı — Xóchitl Meksikanın yerli dili olan astek dilində "gül" deməkdir. == Karyerası == Qomes 5 yaşında yerli musiqi videolarında rol almağa başladı. "Dayələr klubu" teleserialında görünməzdən əvvəl "Genetikalaşmış", "Reyvenin evi" və "Sən pisliyin təcəssümüsən" teleseriallarında rol almışdır. Qomes 2019-cu il filmi "Kölgə canavarları" filmindəki roluna görə 2020-ci ildə "Cavan Aktyor Mükafatı" qazandı. Həmin ilin sonunda Qomesin "Doktor Strenc: Dəliliklərin multikainatında" filmində Amerika Çavesi canlandıracağı açıqlandı. == Şəxsi həyatı == Qomes "Black Lives Matter" hərəkatına dəstək olaraq 2017-ci ildə "Qadın marşları"nda iştirak etmişdir.
Sleim Ammar
Şleim Ammar (ərəb. سليم عمار‎; 30 iyun 1927[…], Sus – 6 noyabr 1999) — tunisli psixiatr və psixoloq və şair. O, Məğrib psixiatriyasının yaradıcılarından biri və eyni zamanda Dəməşq Ərəb Akademiyasının müxbir üzvü idi. == Həyatı == 30 iyun 1927-ci ildə Sus şəhərində anadan olub, 1954-cü ildə Paris Universitetinin tibb fakültəsini tibb dərəcəsi alıb. Daha sonra 1984-cü ildə Tunis Tibb Fakültəsinin psixiatriya və tibbi psixologiya üzrə fəxri professoru olub. Şleim Ammar Şimali Afrika psixiatriyasının qabaqcıllarından biri hesab olunur və fransız və ərəb dillərində yazdığı şeirləri ilə tanınır. O, İbn Sinanın tədqiqatçısı idi. == Kitablar == Poème de la médecine arabe, Tunis, Alif, 1990, 153 p. (ISBN 978–9973716187). Autopsie de la guerre, Tunis, L'Art de la composition, 1992, 168 p.
Smolvil (teleserial, 2001)
Smallville — 2001-ci ildə çəkilişinə başlanan, Supermenin gəncliyini mövzu alan ABŞ serialı
Didrik Solli-Tangen
Didrik Solli-Tangen (11 iyun 1987) - norveçli müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "My Heart Is Yours" mahnısı ilə təmsil etmişdir.
Luis Gilyermo Solis
Luis Gilyermo Solis (isp. Luis Guillermo Solís Rivera; 25 aprel 1958) — 2014-cü ildən Kosta-Rika prezidenti. == Həyatı və karyerası == Nyu Orleanda Tuleyn Universitetinin Latın Amerika Çalışmalarında yüksək dərəcə almışdır. 1981–1987 illərdə Kosta-Rika Universitetində dosent olmuşdur. 1983–1985-ci illərdə Miçiqan Universitetində professor olmuşdur. Bu vaxt ərzində Arias yönətimi ilə çalışmış, Barış və Uzlaşma (CPR) Mərkəzində direktor olmuşdur. 1992-ci ildən 1995-ci ilə qədər Birləşmiş Millətlər Sistemində Akademik Konsey ilə çalışmışdır. 1999-cu ildən başlayaraq Ədalət İdarəsi Mərkəzində koordinator kimi və Latın Amerikasıda siyasi və sosial olayları analiz edən Latın Amerika ve Karib Mərkəzində araşdırmaçı olaraq Florida Beynəlxalq Universitetində çalışmışdır. 2014-cü ildən Kosta-Rika prezidentidir.
Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.
Şorəbil
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
Şorəli
Şorəli — İrəvan xanlığının Göycə mahalında kənd adı. == Toponimiyası == XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).
Qay Yuli Solin
Qay Yuli Solin (ən tezi II əsr və ən geci IV əsr, İtaliya – bilinmir, Roma) ― romalı yazıçı və coğrafiyaçı. O çox populyar "Qiymətli yaddaş haqqında" əsərin müəllifidir. Bu əsər coğrafiya sahəsində təkmil bir əsər hesab olunur. Pomponiya melin və Svetoniyanın əsərlərinə daha çox müraciət edib. Solin məqsədi — kütləyə gözəl əsər tədqim etməkdir. Onun əsərləri əsasən səyahətləri ilə bağlıdır. Burada rast gəldiyi insanlar, heyvanlar, bitkilər və minerallar barədə məlumat verir. Solin İtaliya, Qellespont və Pont, Almaniya, Qalliya, Britaniya, İspaniya, Kiçik Asiya və Hindistanı öz əsərlərində təsvir edir. O ilk dəfə "Aralıq dənizi" terminini elmə gətirmişdir. Solinə Serviya, Avqustin, Marçiana Kapelli, Prinçiana, İsidora və başqaları istinad vermişlər.
Soli (Mersin)
Soli — (Solo, Solipolis və Pompeipolis adları də verilir), Mersində antik bir şəhər. == Məskunlaşma == Soli antik şəhər olub dəniz sahilinə yaxın geniş bir ərazidir və Mersin Böyükşəhər Bələdiyyəsi sərhədləri içərisində yer almaqdadır. Mezitli metropoliten bələdiyyəsinin Viranşəhər səmtindədir. == Tarixi == Soli şəhəri e.ə. 700-ci illərdə Rodos adasından gələn Dorlar tərəfindən quruldu. Şəhər adı Günəş mənasını verir. Dorlar Günəş tanrısına ibadət etdiklərindən ehtimalla şəhər adı da dini inanc ilə əlaqədar idi. Ancaq Soli Rodos əlaqəsi davamlı olmadı və şəhər böyük ölçüdə muxtar olaraq qısa zamanda Anadolunun Aralıq dənizi sahilindəki ən işlək limanlarından biri oldu. Bəzii qeydlərə görə, Yunanıstandakı Attica Delos ittifaqına üzv idi. Amma, Fars döyüşləri sonrasında, e.ə.
Şorəbil gölü
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Visente Martin-i-Soler
Visente Martín y Soler (2 may 1754 və ya 5 mart 1754, Valensiya – 11 fevral 1806, 10 fevral 1806, 3 mart 1806, 30 yanvar 1806 və ya 1816, Sankt-Peterburq) — İspan opera və balet bəstəkarı idi. İndi nisbətən qaranlıq olsa da, öz günündə o, opera bufasının bəstəkarı kimi müasir Wolfgang Amadeus Mozart ilə müqayisə edildi. Onun dövründə "Martini lo spagnuolo" ("Martini the Spaniard") adlanırdı; müasir dövrdə ona "Valencian Motsart" adı verilmişdir. O, ilk növbədə melodik İtalyan komik operaları və 18-ci əsrin sonlarında Lorenzo Da Ponte ilə işləməsi, həmçinin Motsartın Don Giovanninin yemək səhnəsində sitat gətirdiyi Una cosa rara mahnısı ilə tanınırdı . == Tərcümeyi-hal == Martín Soler Valenciyada anadan olub. Atası Francisco Xavier Martín, gəncliyində Visente'nin xor ifaçısı olduğu şəhərdəki kafedralda tenor idi. Visente, ehtimal ki, təxminən 1775-ci ildə Madridə köçdü və Giovanni Battista Martini'nin nəzdində Boloniyada musiqi təhsili aldı. İlk operası, Giovanni Paisiellonun La frascatana'dan uyğunlaşdırılmış bir İtalyan librettosu olan İl tutore burlato (1775) idi, bu da öz növbəsində Filippo Livigninin eyni adlı pyesinə əsaslanır. Bu, 1775-ci ildə Madridin şimalındakı San Lorenzo de El Escorial'da Teatro Real Coliseo-da təqdim edildi. 1776 və ya 1777-ci illərdə bəstəkar librettonun İspan dilinə tərcümə olunduğunu və La madrileña, o El muəllim burlado kimi danışıq danışıqlarını əlavə edərək zarzuela formasına saldı.
Visente Martín y Soler
Visente Martín y Soler (2 may 1754 və ya 5 mart 1754, Valensiya – 11 fevral 1806, 10 fevral 1806, 3 mart 1806, 30 yanvar 1806 və ya 1816, Sankt-Peterburq) — İspan opera və balet bəstəkarı idi. İndi nisbətən qaranlıq olsa da, öz günündə o, opera bufasının bəstəkarı kimi müasir Wolfgang Amadeus Mozart ilə müqayisə edildi. Onun dövründə "Martini lo spagnuolo" ("Martini the Spaniard") adlanırdı; müasir dövrdə ona "Valencian Motsart" adı verilmişdir. O, ilk növbədə melodik İtalyan komik operaları və 18-ci əsrin sonlarında Lorenzo Da Ponte ilə işləməsi, həmçinin Motsartın Don Giovanninin yemək səhnəsində sitat gətirdiyi Una cosa rara mahnısı ilə tanınırdı . == Tərcümeyi-hal == Martín Soler Valenciyada anadan olub. Atası Francisco Xavier Martín, gəncliyində Visente'nin xor ifaçısı olduğu şəhərdəki kafedralda tenor idi. Visente, ehtimal ki, təxminən 1775-ci ildə Madridə köçdü və Giovanni Battista Martini'nin nəzdində Boloniyada musiqi təhsili aldı. İlk operası, Giovanni Paisiellonun La frascatana'dan uyğunlaşdırılmış bir İtalyan librettosu olan İl tutore burlato (1775) idi, bu da öz növbəsində Filippo Livigninin eyni adlı pyesinə əsaslanır. Bu, 1775-ci ildə Madridin şimalındakı San Lorenzo de El Escorial'da Teatro Real Coliseo-da təqdim edildi. 1776 və ya 1777-ci illərdə bəstəkar librettonun İspan dilinə tərcümə olunduğunu və La madrileña, o El muəllim burlado kimi danışıq danışıqlarını əlavə edərək zarzuela formasına saldı.
Xuan Dias de Solis
Xuan Dias de Solis (isp. Juan Díaz de Solís) (1470, Lebrixa, Sevilya – 20 yanvar 1516), ispan kəşfiyyatçı. İspanya Kralının yanında dənizci olaraq Visente Yanes Pinson ilə birlikdə 1508-də Braziliya səfərlərini istiqamətləndirdi. 1512-də Ameriqo Vespuççinin ölümündən sonra baş bələdçi oldu. Yeni qitənin cənubuna səfər edən Solis 8 oktyabr 1515-də 3 gəmi və 70 nəfərlik ekipajıyla İspanyadakı Sanlukar-de-Barramedadan ayrıldı. Braziliya sahillərinə keçərək La Platanın şərq sahilinə çatdı. Solis və ekipajı koloniya qurmaq üçün biraz irəlilədilər, ancaq 1516-da Uruqvayda yerlilərin hücumuna məruz qalıb öldürüldülər.
'O sole mio
'O sole mio (azərb. Mənim Günəşim‎) — musiqisi italyan bəstəkarı və müğənnisi Eduardo di Kapua, sözləri isə italyan şairi Covanni Kapuro tərəfindən 1898-ci ildə yazılmış opera janrındakı italyan mahnısı. Dünyanın bir çox ölkələrində ən çox dinlənilən və məşhur mahnıları sırasında yer almaqla yanaşı digər dillərə də tərcümə olunaraq oxunur. Buna baxmayaraq, əsasən yazıldığı dildə, Neapol ləhcəsində ifa olunur. Ədəbi italyan dilində "Il sole mio" adlandırılan mahnı, Azərbaycan dilinə "Mənim günəşim" kimi tərcümə olunur. Mahnını başda Enriko Karuzo olmaqla, Cüzeppe di Stefano, Luçano Pavarotti, Plaçido Dominqo, Xose Karreras və Andrea Boçelli kimi dünya şöhrətli tenorlar oxumuşdur. Elvis Preslinin "It`s now or never" (Ya indi, ya heç vaxt) mahnısı məhz "`O sole mio" mahnısının musiqisi əsasında yazılmışdır.
Louren Şoler Donner
Louren Şoler Donner (23 iyun 1949) — Ümumi gənclər və ailə yönümlü əyləncə sahəsində ixtisaslaşmış Amerika film prodüseri.