şəmsi-qəmər

is. le Soleil et la Lune

şəms
şəmşir
OBASTAN VİKİ
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Qəmər Adıgözəlova
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.
Qəmər Almaszadə
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur. Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür. Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.
Qəmər Almazzadə
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur. Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür. Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.
Qəmər Ağaoğlu
Qəmər Ağaoğlu (ing. Kamer Aga-Oglu; 15 oktyabr 1903, Şuşa – avqust 1984, Miçiqan) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir. Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir. Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır.
Qəmər Cavadlı
Qəmər Cavadlı (23 avqust 1960, Bakı) — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru. Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavinidir. Cavadlı Qəmər xanım Aydın qızı – 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. AR Mədəniyyət nazirliyinin sosioloji tədqiqatlar şöbəsində, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat və informasiya xidmətində çalışıb. 1991–94-cü illər ərzində "İslam" qəzetində və "Qafqazinform" mərkəzində əməkdaşlıq edib. 1995–97-ci illərdə Türkiyə Diyanət Başkanlığına xidməti ezam olunub. 2002–13 illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi olmuşdur. Q.Cavadlı 2010-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qərarı ilə QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsinə təyin olunub. Müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.
Qəmər Məmmədova
Qəmər Məmmədova (tam adı: Qəmər Məlik qızı Məmmədova; d. 10 sentyabr 1954) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013). 10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. Azərb.Döv.Mədəniyyət və İncsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Qəmər Salamzadə
Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib.
Qəmər Surəsi
54-cü surə
Qəmər Topuriya
Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 15 avqust 1902, Tiflis – 3 iyun 1947, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olmuşdur. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxmışdır. O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib.
Qəmər adaları
Komor adaları, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km² (Mayotta (Maore) adası ilə 2235 km²). Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli). Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, "ay" deməkdir. Ayın təsviri bayrağında da vardır. 6 iyul 1975-ci il tarixindən Komor adaları müstəqil dövlətdir. Ölkənin prezidenti 26 may 2016-cı ildən başlayaraq – Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. Komor Adalarının doğru adı Qəmər adalarıdır.
Qəmər İmamverdiyeva
Qəmər İmamverdiyeva (1922, Gəncə – 2011, Gəncə) - "Qəhrəman Ana" fəxri adı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalıilə təltif edilmişdir. Qəmər İmamverdiyeva 1922 ci ildə Gəncə Şəhərində anadan olmuşdur. Atası Məhəmməd kişi Təbrizdən olduğu üçün 1930 cu illərdə atası və iki bacısı İrana, Təbrizə departasya olumuşlar. Qəmər İmamverdiyeva və anası Fatma, bacısı Humay və balaca olan qardaşı Qəzənfər Gəncədə qalmalı olmuşlar. 1936 cı ildə Əli İmamverdiyevlə evlənmişdir. 2011 ci ildə Gəncədə vəfat etmişdir.
Qəmər Əmiraslanova
Qəmər İskəndər bəy qızı Əmiraslanova (1893-?) — əməkdar həkim. Qəmər İskəndər bəy qızı Əmiraslanova 1893-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1915-ci ildə Tiflis qadın gimnaziyasını bitirmişdir. 1918-ci ildə Moskva 1-ci diş həkimliyi məktəbini tamamlamışdır. 1932-1933-cü illərdə təhsilini Azərbaycan Tibb İnetitutunda davam etdirmişdir. İnstitututun daxili xəstəliklər propedevtikası kafedrasında dosent işləmişdir. Respublikanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Qəmər Əmiraslanova "Böyük Vətən Müharibəsi dövründə rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Qəmər Əmiraslanova İskəndər İskəndərovla ailə qurmuşdu. Gülarə adlı qızı vardı.
Şəmsi Bədəlbəyli
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23 fevral 1911, Şuşa – 23 may 1987, Bakı) — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1964). 23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875–1932) və Rəhimə xanım Qacarın (1880–1966) ailəsində dünyaya gəlmişdir. Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur. 1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi. Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir.
Şəmsi Cəfərov
Şəmsi Fəxri
Şəmsi Fəxri — XIV əsr İran lüğətçisi və filoloqu. O, ən çox 1344-cü ildə Fars vilayətinin son incuid hakimi Əbu İşaq İncuya (hak. 1343–1357) həsr olunmuş "Miyar-i Cəmali və-miftə-yi Bu İşaki" nin ("Camala təklif olunan quş tələsi və Əbu İshaqa həvalə edilən açar") əsərinin müəllifi kimi tanınır. Şəmsi Fəxri gəncliyi dövründə Luristanda hökmranlıq sürən həzarəspilər sülaləsinin sarayında xidmət etmişdir. O, 1313-cü ildə hökmdar Nüsrətəddin Əhmədə (hak. 1296–1330) həsr etdiyi "Miyar-i nüsrəti" şeirini ərsəyə gətirmişdir. Monqol Elxanilərin fars əsilli vəziri olan Qiyasəddin ibn Rəşidəddinin sarayına qoşulmuş, ondan sonra incuidlərin sarayına qatılmışdır. Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press.
Şəmsi Pənahoğlu
Şəmsi Pənah oğlu Əhmədov (1959, Kərki, Sədərək rayonu) — Azərbaycan şərqşünası, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru. Şəmsi Pənahoğlu 1959-cu ildə Naxçıvan MR-in Kərki kəndində doğulub. I sinfi Sədərəkdə, II–IV sinifləri Naxçıvanda, V–X sinifləri Ordubad internat məktəbində oxuyub. 1981-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. Orta, orta-ixtisas, ali məktəblərdə dərs deyib. Əfqanıstanda müşavir aparatında işləyib, İran, Türkiyə, Rusiyada yaşayıb, Avropanın bir neçə ölkəsində olub. Müxtəlif vəzifələrdə, o cümlədən, dövlət qulluğunda və ictimai işlərdə çalışıb: 1986–1989 — Naxçıvan ş. 1 saylı orta-məktəbdə dərs hissə müdiri; 1987–1991-Naxçıvan MR Beynəlmiləl Hərbçilər Şurasının sədri; 1987–1991-Naxçıvan Vilayət Komsomol Komitəsində büro üzvü; 1988–1990-OADKYC Naxçıvan Şəhər Komitəsinin sədri; 1990–1990-"Şəfqət" xeyriyyə cəmiyyətində işlər müdiri; 1991–2004-"Səfəvi" assosiasiyasının sədri; 1991–1996-Naxçıvan MR Nazirlər Kabinetində Hərbi Səfərbərlik şöbəsinin rəisi; 1997–1998-Naxçıvan MR Turizm İdarəsində tərcüməçi; 1998–1998-Naxçıvan MR Antiinhisar Komitəsi KOSİA-nın direktoru; 2001–2003-İİR Naxçıvan Baş Konsulluğunda tərcüməçi; 2005–2008-AMEA Naxçıvan Bölməsində elmi işçi; 2006–2008-Naxçıvan Özəl Universitetində müəllim; 2007–2010-"Kanal 35", "ANS" və "Space" televiziyalarında tərcüməçi; 2008–2009-"Qlobal Biznes Servis"də tərcüməçi. 2009-cu ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda işləyir.
Şəmsi Qoca
Şəmsi Adilxan oğlu Qocayev (27 aprel 1961, İlanlı, Amasiya rayonu) — Azərbaycanlı şair, publisist, pedaqoq. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib. 2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir.
Şəmsi Rəhimov
Rəhimov Şəmsi Nuru oğlu (1924, Qafan, Zəngəzur qəzası – 29 sentyabr 1994, Bakı) — Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi (8 yanvar — 29 sentyabr 1994). Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub. 1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb. 1943–1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946–1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub. 1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi. 1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir. 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir. 29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir.
Şəmsi Təbrizi
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan böyük filosof, şair və yazıçı. O, İranın ən sirli personajlarından biridir. Şəms Təbrizinin türbəsi. Məqalət-e Şəms-i ​​Təbrizi (Şəms-i ​​Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər.
Şəmsi İmanov
Şəmsəddin (Şəmsi) İbad oğlu İmanov — Azərbaycan mahir klarnet ifaçısı Şəmsi İmanov 1930-cu il iyulun 2-də Şuşada anadan olmuşdur. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şəmsəddinin ailəsində musiqi ilə məşğul olan olmasa da, İbad kişinin muğam sənətinə xüsusi rəğbəti vardı. Bəlkə elə bu səbəbdən də, şəhərin bir çox tanınmış musiqiçiləri onunla dostluq etmiş, evinin qonağı olmuşlar. Görünür, musiqi əhlinə olan belə doğma münasibət balaca Şəmsəddinə də sirayət etmişdi. Şəmsi beş yaşındaykən ailəsi ilə birlikdə Bakının Xilə (Əmircan) kəndinə köçür. Atası ona musiqi təhsili verə bilməsə də, bu yoldan çəkindirməyə də bir o qədər səy göstərmir. Evdə hər dəfə sənətdən söz düşəndə İbad kişi həmişə — "Əgər uşağın həvəsi və qabiliyyəti varsa, gec-tez özünü büruzə verəcək, o özünə yol aça biləcək" — deyərdi. Elə də oldu. Əmircanın musiqi mühiti, kənd mədəniyyət evində tez-tez düzənlənən teatr tamaşaları balaca Şəmsəddinin musiqi zövqünü, sənət təxəyyülünü formalaşdırır. Mahir ifaçı kimi ad çıxarmış kəndin və ətraf qəsəbə toylarının aparıcı klarnetçalanı olan Kərim Şərifin kiçik qardaşı Tofiqlə dostluq edir.
Şəmsi Şəmsizadə
Şəmsi Heydər oğlu Şəmsizadə — aktyor. 1975-ci ildən Azərbaycan kinosunda fəaliyyət göstərir. Epizodik rollar ifaçısıdır. 40-a qədər filmə çəkilmişdir. 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Alıcının sərgüzəşti (film, 1976) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: əksinqilabçı təşkilat üzvü Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bağçada Rahat Yer (1978) Bir ailəlik bağ evi (film, 1978) Birisigün, gecəyarısı... (film, 1981) Cəza (film, 1986) Cin mikrorayonda (film, 1985) Dad (film, 1984) Dantenin yubileyi (film, 1978) Dədə Qorqud (film, 1975) Defisit qliserin (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Gözlə məni (film, 1980) Gümüşgöl əfsanəsi (film, 1984) Gümüşü furqon (film, 1982) Hədiyyə (film, 1986) İstintaq (film, 1979) Küləyapardı (film, 1986) Qara gölün cəngavərləri (film, 1984) Qəzəlxan (film, 1991) Qızıl uçurum (film, 1980) Mastika (film, 1986) Musiqili sınaq (film, 1982) Mühazirə (film, 1986) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sizi, kiçik toy məclisinə dəvət edirik.
Şəmsi Əsədullayev
Şəmsi Əsədullayev — XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatı, multimilyonçu, ictimai xadim. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxuda. Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. O, gənc yaşlarında kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salırdı. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XX əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur olurlar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başlayır.
Əli Şəmsi
Əli Şəmsi — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Əli Şəmsi 1964-cü ildə Şəkidə anadan olub. 1981-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1985-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərlərindən biri Vatinkan muzeyindədir.
Qəmər Adıgözəlova-Polçayeva
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.

Значение слова в других словарях