Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Aya Sofya
Ayasofiya (türk. Ayasofya) və ya Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii), keçmişdə — Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır. == Tarixi == İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır.
Sofya Bəsirzadə
Sofya Bəsirzadə (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofya Miliband
Sofya Davıdovna Miliband (17 iyul 1922, Moskva – 12 fevral 2017, Moskva) — Rusiya şərqşünası, iranşünas, yazıçı, elm tarixçisi. Sofya Miliband Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun elmi işçisidir, iranşünasdır. Sofya Miliband Böyük Britaniya siyasətçiləri Devid Rayt Miliband və Ed Milibəndin babasının qardaşı nəvəsidir. Ərdə deyil, uşaqları yoxdur. Востоковеды России, XX — начало XXI века = Russian orientalists of the 20th and Early 21st Centuries : биобиблиографический словарь : в 2 кн. / С. Д. Милибанд. — М.: Восточная литература, 2008-. ISBN 978-5-02-036364-9 Кн. 1: А — М. — 2008.
Somma (departament)
Somma (fr. Somme) — Fransanın şimalında yerləşir. O-de-Frans regionunun bir departamentidir. Administrasiyanın mərkəzi — Amendir. Əhalisi 571 632 nəfərdir (2014). Somma tarixi Pikardiya əyalətinində yerləşir. Pa-de_kale, Nor, Uaza və Ena departamentləri ilə həmsərhəddir. Qərbdən Pa-de-Kale körfəzinin suları ilə yuyulur. Bütün ərazidən Somma çayı keçir. Departamentin adı Somma çayına görə adlandırılır.
Somma döyüşü
Somma vuruşması - 1916-cı ildə Fransada baş verən 1 milyondan çox itki ilə Birinci dünya müharibəsinin ən böyük vuruşmalarından biridir. Bu müharibə həm də İngilislər tərəfindən ilk dəfə tankın istifadə edildiyi döyüşdür.
Somma çayı
Somma çayı — Fransanın şimalından axır. Uzunluğu 245 km, hövzənin sahəsi isə 5,5 min kv.km-dir. Çay öz mənbəyini Fonsom şəhərindən götürür. Qərbə doğru axan çay La-Manş körfəzinə tökülür. Əsasən yağış suları ilə qidalanır. Çayın axımı sürəti 45 m³/san-dir. İl ərzində axım sürəti az dəyişir. Çay Uaza və Şeldov kanalları ilə birləşir.
Sonya Baryaqtaroviç
Sonya Baryaqtaroviç (11 sentyabr 1986, Berane) — Monteneqronu təmsil edən həndbolçu. Sonya Baryaqtaroviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Sonya Baryaqtaroviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Sonya Basiç
Sonya Başiç (d. 26 noyabr 1987; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Sonya Başiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu. Sonya Başiçin atası həndbolçu, 1984 Los-Anceles Olimpiadasının qızıl, 1988 Seul Olimpiadasının isə bürünc medalçısı Mirqo Başiçdir.
Sonya Qandi
Sonia Gandhi (d. 9 dekabr 1946[…]) əsl adı Edvige Antonia Albina Maino olan İtaliya mənşəli Hindistan siyasətçisidir. Hindistan Milli Konqresinin. ex former lideri və köhnə başçısı Rajiv Gandhinin həyat yoldaşı, Rahul Qandinın isə anasıdır. 2004-cü ildə Forbes jurnalı tərəfindən dünyanın ən güclü üçüncü qadını olaraq göstərilmişdir. Bu anda da 13-cü sırada yer alır. Ayrıca olaraq Time jurnalının dünyanı təsirləmiş 100 ad siyahısında yer almışdır.
Sonya Yonçeva
Sonya Yonçeva (bolq. Соня Йончева; 25 dekabr 1981, Plovdiv, Bolqarıstan Xalq Respublikası[d]) — bolqar əsilli opera müğənnisi. Plovdiv Milli Musiqi Məktəbində vokal və fortepiano təhsili almışdır. Bir sıra milli mükafatlar qazanmışdır. Milandakı Enriko Karuzo yarışmasının finalına çıxmışdır. 2003-cü ildə Milanda Nikolay Qyaurov və Mirella Freninin himayəsi altında qala konsertdə iştirak edir. 2009-cu ildə Cenevrə Konservatoriyasında magistr dərəcəsini alır. Bolqarıstan Milli Televiziyasının təşkil etdiyi "Hit-1" yarışmasında qardaşı ilə birlikdə "İlin Müğənniləri 2000" mükafatını qazanır. 2000 və 2001-ci illərdə Bolqarıstanda bir neçə musiqi yarışmasında qazanmışdır. Qardaşı rok müğənnisi Marin Yonçevdir.
Naoki Soma
Naoki Soma (d. 19 iyul 1971) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 4 qol vurub.
Soya burnu
Soya burnu (yap. 宗谷岬) — Hokkaydo adasının ucqar şimal nöqtəsidir. İnzibati cəhətdən Soya dairəsinin Vakkanay şəhəri ərazisinə daxildir. Yaponiyanın Kuril adalarına olan iddiası istisna olaraq ölkənin ucqar şimal nöqtəsini təşkil edir. Reallıqda isə Yaponiyanın ucqar şimal nöqtəsi Hokkoydadan 1 km şimal-qərbdə yerləşən Bentencima adasında yerləşir. Aydın havada Laperuz boğazının digər sahilində Saxalin adasında yerləşən Krilon burnu görünür. Burnun cənubunda Porosiri dağı yerləşir. Burunda çoxlu sayda memarual mövcuddur. Burada hətta burnun qutaracağında belə abidə vardır. Ən məşhur abidələrdən biri Dua gülləsidir.
Soya cərəyanı
Soya cərəyanı (yap. 宗谷海流) — Yapon dənizinin ən şimal hissəsindən keçən isti dəniz cərəyanı. Son qolosen dövründə Soya cərəyanının sürəti zəyifləmiş Oxot dənizinin cənub hissəsinə təsiri olduqca azalmışdır. Bu baxımda Kiçik Kuril adaları daha çox seçilir. Burada Sakit okeanın ərazisindən keçən soyuq Oyaşio cərəyanı Soya cərəyanının zəyifləməsinə təsir göstərir. Soyanın ən güşlü sıəsiri isə hələ də Saxalin adasının cənub-qərb və cənub hissələrinə, Moneron adasına, Kunaşir və İturup adalarının Oxot dənizi hissələrinə təsir göstərir. Soya cərəyanı öz növbəsində Tsuşima cərəyanınin şimal qolunu təşkil edərək onun güçünün 30 % özü ilə aparır. Burada Primorsk cərəyanının təsiri ilə şimala istiqamətlənir. Laperuz boğazı ilə Soya burnunun yaxınlığından Oxot dənizinə keçir. Burada isə iki qola bölünür.
Kürən Sonya (film, 1985)
Kürən Sonya (ing. Red Sonja) — 1985-ci ildə istehsal olunmuş ABŞ döyüş filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Metro-Goldwyn-Mayer kinokompaniyası distribütorlik etmişdir. == Məzmun == Sehrli gücə sahib olan Kraliça Qedren Sonyanın ailəsini öldürür. Sonyanın intizarını görən ilahələrdən biri ona sehrli güc verir. Bu səbəbdən Sonya Çin ustasının yanına gedir ki, qazandığı güclə qılınc oynada bilsin. Həmçinin, bu müddətdə müxtəlif sehrli qüvvəsi olan talisman haqqında öyrənir. Həmin talismanı məbədin kahinləri qoruyur. Talismanı qaranlığa qərq etməsələr, dünyada güclü zəlzələ yaradacaq və insanları məhv edəcəkdir.
Sonya Bleyd (Mortal Kombat)
Sonya Bleyd (ing. Sonya Blade ) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Sonya Bleyd Kanonun izinə düşdükdən sonra onu təqib etməyə başlayır. Sonya "Ölümcül döyüş" turnirinə aparan gəmiyə düşür. Şanq Tsunqun təşkil ediyi turnir zamanı Kanonu öldürür. Lakin turniri axıra qədər davam etdirmək məcburiyyətində qalır. Sonya Bleyd Liu Kenq, Conni Keyc və Reyden ilə dostluq etməyə başlayır. Əsl məqsədi Yer dünyasını Yeraltı qüvvələrdən qurtarmaqdır. Turnirlərdə Yer döyüşçüləri tərəfindən Şao Kannın döyüşçülərinə qarşı vuruşur.
Şoma Doy
Şoma Doy (21 may 1992, Yamaqata) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şoya Nakacima
'Shōya Nakajima' (中島 翔哉, Nakajima Shōya, 23 avqust 1994) Şoya Nakacima — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 4 qol vurub.
Kimya
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini ,çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsini və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir. == Etimologiyası == Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı. XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məfhumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing. chemistry, alm. chemie, çex və hollandca chemic, fransızca və rumın dilində chimie, italyanca chimica, polyak, slovak və latın dillərində chemia, litva dilində chemija, ispan və portuqal dillərində quimica, İsveç dilində kemi, eson dilində keemia, xorvat və sloven dillərində kemija, latış dilində kimija, Norveç dilində kjeıııi adlanır. Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır.
Konya
Konya — Türkiyənin Konya ilinin mərkəzi. == Tarixi == Anadolu, Asiya ilə Avropa nı bir-birinə bağlayan körpü rolunu oynayır. Konya da bu körpünün mərkəzində qapı rolunu oynayır. Tarixin ən qədim dövrlərindən bu günə qədər Konya şəhəri bir çox mədəniyyətlərin beşiyi olmuşdur. Anadolu Səlcuqlu Dövlətinin paytaxtı, Bəylik və osmanlıların başda gələn mərkəzlərindən olmuşdur. Konya şəhəri tarixin əvvəlki dövrlərində, müəyyən zamanlarda müxtəlif adlarla adlandırılmışdır. Antik dövrlərdə ən məşhur adı "İconium" dur. Bu "müqəddəs rəsim, heykəl" mənasına gələn "icon" kəlməsindən gəlir. Danaia şəhərini və xalqını böyük fəlakətlərə uğradan qorxunc əjdahanı, Perseus öldürür. Onun qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə onun şərəfinə daşdan abidələr düzəldilir.
Lobya
Lobya (lat. Phaseolus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda istifadə olunan yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda adətən yemək üçün istifadə olunmur. Bunun qurudulmuşundan, lobya-plov bişirilir. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Ostya
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Remya
Remya (lat. Remya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Remya kauaiensis Hillebr. Remya mauiensis Hillebr.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Samoa
Samoa — dövlət. Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. Samoa 11 dairəyə bölünür. 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Selya
Selya (isp. Sella) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 38.72 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 649 nəfərə çatmışdır. Şəhər mərkəzdən 50 km məsafə uzaqlıqdadır.
Iomys
Iomys (lat. Iomys) — sincablar fəsiləsinə aid heyvan cinsi.