Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
300 spartalı
== Tarixi hadisə == Fermopil vuruşması — e.ə. 480-cı ildə Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında vuruşma. == Filmlər == 300 spartalı — 1962-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı — 2007-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı: Bir imperiyanın yüksəlişi — 2014-cü çəkilmiş amerikan filmi.
Spartalı Xilon
Spartalı Xilon (təq. e.ə. 600, Sparta, Peloponnes, Qərbi Yunanıstan və İon adaları – təq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu. Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox. == Həyatı == Həyatı haqqında məlumat çox azdır.Eforlar həmdə hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı? Xilon cavab vermişdir ki, -yalnız bircə hökmünə görə şübhə içindədir, bilmir ki haqlıdı ya haqsız.
300 spartalı (dəqiqləşdirmə)
== Tarixi hadisə == Fermopil vuruşması — e.ə. 480-cı ildə Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında vuruşma. == Filmlər == 300 spartalı — 1962-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı — 2007-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı: Bir imperiyanın yüksəlişi — 2014-cü çəkilmiş amerikan filmi.
300 spartalı (film, 1962)
«300 spartalı» (ing. The 300 Spartans) — rejissor Rudolf Matenin 1962-ci ildə çəkdiyi film. == Məzmun == Eramızdan əvvəl 480-cı il. Fars hökmdarı Kserks böyük ordu ilə Yunanıstana hücum edir. O atasının məğlubiyyətinin əvvəzini çıxmaq istəyir. Yunanlara isə Femistokl və Spartalı Leonid başçılıq edir. Leonidin cəmi 300 nəfər döyüşçüsü var. Farsların isə ordusu minlərlədir. 300 spartalı və farslar Fermopildə üz-üzə gəlir. Kserks qasid göndərərək spartalılara bildirir ki, təslim olsunlar və Leonidi ona təhvil versinlər.
300 spartalı (film, 2007)
300 spartalı (ing. 300) — rejissor Zak Snayderin çəkdiyi və 2007-ci ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələri haqqında olan film Frenk Miller və Lin Varlinin eyniadlı komiksinin ekranizasiyasıdır. Filmdə Kral Leonidin başçılığı altında 300 spartalı ilə çoxsaylı fars qoşunu arasında baş verən Fermopil tarixi döyüşü əks olunur. == Rollarda == Cerard Batler — kral Leonid Lina Hidi — kraliça Qorqo (Leonidin xanımı) Rodriqo Santoro — şah Kserks (fars hökmdarı) Tayler Neytzel — gənc Leonid Endryu Tirnan — Efialt (spartalı, sürgünə məruz qalan qozbel) == Maraqlı faktlar == Film 65 milyon dollara başa gəlmişdir. Filmdə farsların olduqca qəddar, çirkin və qorxaq kimi təsvir edilməsi filmin İranda nümayişinin qadağan olunmasına səbəb olmuşdur. Filmdə Kserks Leonidə nisbətən olduqca nəhəng görünməsinə baxmayaraq həmin rolu ifa edən Rodriqo Santoro Cerard Batlerdən cəmi 1 santimetr hündürdür. == Həmçinin bax == 300 spartalı (film, 1962) == Xarici keçidlər == 300ondvd.com — 300 spartalının rəsmi saytı 300 spartalı — Internet Movie Database saytında.300 spartalı AllMovie saytında 300 spartalı Rotten Tomatoes saytında (ing.) 300 spartalı Box Office Mojo-da 300 spartalı — azərbaycanca dublyaj Arxivləşdirilib 2018-10-05 at the Wayback Machine Gerri Miller. "Inside 300".
300 spartalı: Bir imperiyanın yüksəlişi (film, 2014)
300 spartalı: Bir imperiyanın yüksəlişi (ing. 300: Rise of an Empire) — rejissor Noam Murronun çəkdiyi və 2014-cü ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələrindən bəhs edən filmdə Marafon, Salamin, Fermopil, Artemisiya və digər vuruşmalar, spartalıların Kserksın başçılıq etdiyi çoxsaylı fars qoşunları ilə döyüşləri əks olunmuşdur. == Rollarda == Sallivan Steplton — Femistokl Yeva Qrin — Artemisiya Rodriqo Santaro — Kserks Kallen Mulvey — Skillias Hans Metison — Esxil Lina Hidi — Qorqo Yiqal Naor — Dara == Film haqqında == Film 2007-ci ildə çəkilmiş 300 spartalı filminin davamıdır. Femistokl rolu əvvəlcə Couell Edqertona təklif edilmiş, lakin o rədd etmişdir. Filmin ilk premyerası 2 avqust 2013-cü ildə olmuşdur.
Sarcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam)Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd.Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə)Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Spartak
Spartak (lat. Spartacus; bilinmir, Trakiya – aprel e.ə. 71) — Qədim Romada qulların ən böyük üsyanının (e.ə. 73 və ya 74-71) başçısı. Mənşəcə frakiyalı idi. Romalılar Spartakı əsir almış və qladiator məktəbinə vermişdilər. E.ə. 74 ildə Kapuya şəhərində qladiator məktəbində Spartakın rəhbərliyi ilə başlanmış üsyana bir çox qaçqın qullar, icarədar kəndlilər də qoşulmuşdu. == Spartak üsyanı == Üsyan haqqında onun iştirakçılarından alınan heç bir məlumat yoxdur. Buna görə də üsyançıların bir çox planları və onların həyat təfsilatları hələ də naməlum olaraq qalır.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Sparta
Sparta (Qədim Elence; Attika ləhcəsi: Σπάρτη Spártē, qədim Dor ləhcəsi: Σπάρτα Spártā) — klassik antik dövrdə ən çox „Λακεδαίμων" Lakedaimon olaraq adlandırılan şəhər. E.ə. II minilliyin sonunda Dori istilasından sonra Peloponnes (Mora) yarımadasında dorilər tərəfindən qurulan şəhər və şəhər dövləti. Yunanıstanda qədim dövlət. == Tarixi == Spartanın tarixi şəhər-dövlətlərin siyasi təkamülündə istisnalıq təşkil edir. Spartalıların digər yunanlarla eyni kökdən gəlməsinə baxmayaraq, dövlət demokratik idarəçilik istiqamətində heç bir inkişafa nail olmamışdı. Bunun əvəzində, Sparta müasir elit diktatorluğa bənzər formada inkişaf etmişdi. Dövlət 6 əsrdən sonra mədəni cəhətdən də inkişafı dayandırmışdı. Ölkənin ətraf aləmdən təcrid olunması qismən bunun səbəblərindən biri idi. Şimal-qərbdən və Qərbdən dağlarla əhatələndiyinə və limanların azlığına görə Spartalıların ətraf dünyada yaşanan inkişafdan faydalanmaq şansı az idi.
Arximed spiralı
Arximed spiralı (hesab spiralı da adlandırılır) eramızdan əvvəl 3-cü əsrdə yaşamış Arximedin şərəfinə adlandırılıb. == Düsturu == Polyar koordinat sistemində (r, θ) bu bərabərliklə təsvir olunur r = a + b θ {\displaystyle \,r=a+b\theta } burada a və b' real ədədlərdir. a parametrinin dəyişməsi spiralı fırladır, b isə ardıcıl fırlanmalar arasında məsafəni tənzimləyir.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. == Yayılması == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. == Yaşayış yeri və həyat tərzi == Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində - blóðörn) - Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. == Mənbə == Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. == Tarixi == === Orta əsrlər === Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Spartak (ad)
Spartak — ad.
Spartak (dəqiqləşdirmə)
Futbol klublarıSpartak Trnava FK —
Spartak Məlikyan
Spartak Seyranoviç Məlikyan (erm. Սպարտակ Մելիքյան; 2 yanvar 1968, Çovdar, Daşkəsən rayonu) — Ermənistan Milli Məclisinin deputatı. == Həyatı == Spartak Seyranoviç Məlikyan 2-ci illərdə yanvar 1968-ci ildə, Azərbaycan SSR-nin Daşkəsən rayonunun Çovdar kəndində anadan olmuşdur. Məlikyan 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. O, 1991–1996-cı illərdə Primorski Dövlət Kənd Təsərrüfatı Akademiyasında baytar mühəndisi kimi təhsil almışdır. Məlikyan 1992–1997-ci illərdə həmin Akademiyanın İqtisadiyyat fakültəsində iqtisadçı olaraq təhsil almış, iqtisad elmləri namizədi olmuşdur. Bundan sonra o, 2003-2006-cı illərdə Moskva Ən Yeni Hüquq İnstitutunda hüquqşünas kimi təhsil almışdır. Məlikyan 1992–1994-cü illərdə "Ararat" özəl müəssisəsində baş mühasib işləmişdir. O, 1994–1995-ci illərdə "Spartak" MMC-nin (Ussuriysk) baş direktoru olmuşdur. Bundan sonra Məlikyan 1995–1996-cı illərdə "Antares" ASC-nin baş direktoru (Ussuriysk) kimi çalışmışdır.
Spartak Stadionu
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. == Tarixi == Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Spartak buxtası
Spartak buxtası — Taymır yarımadasının sahilində yerləşən buxta. Avrasiya materikinin materik hissəsində yerləşən ən ucqar körfəzdir. İnzibari cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Buxta Sakko burnu ilə Çelyuskin burnu arasında yerləşir. Dərinliyi 10-20 metr arasında dəyişir. Qərb sahilində bir necə ev vardır. Cənub hissədən körfəzə çaylar axır. Şərq sahilində isə Çelyuskin qütb stansiyası yerləmir. Buxta 1937-ci ildə stansiya əməkdaşları tərəfinfən stabsiyaya ləvazimatlar daşıyan gəminin şərəfinə adlandırmışlar.
Spartak üsyanı
Spartak üsyanı (lat. Bellum Spartacium) — e.ə. 74-71-ci illərdə Spartakın başçılığı ilə baş vermiş qul üsyanı. == Tarixi == Üsyan haqqında onun iştirakçılarından alınan heç bir məlumat yoxdur. Buna görə də üsyançıların bir çox planları və onların həyat təfsilatları hələ də naməlum olaraq qalır. Eramızdan əvvəl 1-ci əsrdə İtaliyaya qulların axını davam edirdi. Qulların vəziyyəti əvvələrdə olduğu kimi çox ağır idi. Bu, qulların öz zülmkarlarına qarşı mübarizəsinin daha da güclənməsinə gətirib çıxarırdı. Kapuya şəhərində qladiatorların böyük həbsxana məktəbi var idi. B.e.-dan əvvəl 74-cü ildə qullar gizlincə qaçmağa hazırlaşırdılar.
Spartak Əliyev
Spartak Əliyev(tam adı: Spartak Əsgər oğlu Əliyev; d. 14 may 1930, Türkmənistan SSR, Bayraməli şəh.) — aqrar elmlər üzrə elmlər dok­toru. == Həyatı == Spartak Əliyev 1930-cu il may ayının 14-də Türkmənistan SSR-nin Bayraməli şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Spartak Əliyev 1954-cü ildə K.A.Timiryazev adına Lenin ordenli Kənd Tə­sərrüfatı Akademiyasını bitirmişdir. Alimin torpaqşünaslıq, torpaq biologiyası və torpağın üzvü hissəsinin öyrənilməsində xidmətləri olmuşdur. S.Ə.Əliyev 1964-cü ildə kənd təsərrüfatı elmləri doktoru (aqrar elmlər üzrə elmlər dok­toru) elmi dərəcəsi almışdır. 1976-cı ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1967-ci ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpağın biokimyası və humus əmələgəlmənin ekologiyası labo­ratoriyasının müdiri olmuş, daha sonra 1979-cu ildən 1983-cü ilə kimi həmin institutun direktoru vəzifəsində işləmişdir. Əsas tədqiqatları torpaqda üzvi maddələrin ekologiyası, energetikası, torpağın paramaqnit xassələri, torpağın münbitliyinin və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında bunlardan səmərəli istifadə yolları, torpaqda fermentativ proseslərin termodinamikasının öyrənilməsinə həsr olunmuşdur. Torpaqşünasların Adelaidada (1968) və Moskvada (1974) keçirilən Beynəlxalq konqreslərində məruzələrlə çıxış etmişdir.
Spartel burnu
Spartel burnu (isp. Espartel, ərəb. رأس سبارتيل‎) — Mərakeşin Cəbəllütariq boğazı sahillərində yerləşən burun. Tanjer şəhərindən 10 km aralıdadır. Burundan bir qədər aralıda 12 min il öncə batnış Spartel adası yerləşirdi. Bəzi tətqiqatçılar bu adanın Altantida olması fikirini irəli sürürlər. burundan cənuba doğru dünyanın ən uzun çimərliklərindən (47 km) biri yerləşir. Herkules mağaraları buradadır. Atlantik okean və aralıq dənizi arasında bir ərazidə yerləşməsi onun əhəmiyyətini artırır. 1782-ci ilin oktyabrında ABŞ İstiqlal müharibəsinə aid britaniyalılarla ispanlar arasında Spartel burnu döyüşü baş vermişdir.
Çöl qartalı
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir, köçəri növdür. == Yayılması == Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır. == Yaşayış yeri == Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır. == Təbiətdə sayı == Dəqiq məlumat yoxdur.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.