Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomsk
Tomsk (rus. Томск) — Rusiyada şəhər. Tomsk vilayətinin mərkəzi. Tomsk Sibir ərazisində yerləşən ən qədim tarixə malik şəhərlərdən biridir. 2014-cü ildə şəhərin əsasının qoyulmasının 410-cu ildönümü qeyd olunmuşdur. Şəhərdə tədris və elmi mərkəz olaraq fəaliyyət göstərən 7 dövlət universiteti yerləşir. Burada yerləşən Tomsk Dövlət Universiteti bütün Sibir ərazisində yaradılmış ilk ali təhsil müəssisəsi hesab olunur. == Həmçinin bax == Rusiya şəhərləri Sibir Tomsk vilayəti == İstinadlar == == Xarici keçidlər == Официальный сайт муниципалитета города Томска Товики — томская городская вики Памятники Томска Томское краеведение ОЭЗ в г. Томске Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine Российские особые экономические зоны Томск.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Vilhelm Tomsen
Vilhelm Lüdviq Peter Tomsen (dan. Vilhelm Ludwig Peter Thomsen; 25 yanvar 1842, Kopenhagen — 12 may 1927, Kopenhagen) — Danimarka dilçisi və tarixçisi, professor, Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü (1894-cü ildən), Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti (1909-1927). Hind-Avropa dilləri, Baltik-Fin və Türk dillərinin tarixinə, etrusk dilinə, həmçinin dilçilik tarixinə və Avropa tarixinə dair əsərlərin müəllifidir. == Həyatı == Vilhelm Tomsen Kopenhagen Universitetini bitirmiş, burada doktorluq dərəcəsi almış və 1871-ci ildən 1913-cü ildə təqaüdə çıxana qədər müəllimlik etmişdir. Məşhur Danimarkalı dilçi Kristofer Nurop onun tələbələri arasında olmuşdur. Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti (1909), 1894-cü ildən Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == 25 noyabr 1893-cü ildə Türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxuduğunu bildirib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib. 1893-cü il dekabrın 15-də Danimarka alimi Vilhelm Tomsen Orhun çayı sahilində daşların üzərində yazılmış sirli yazıları deşifrələdi.
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Yüksek Sadakat
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.
Tomsk vilayəti
Tomsk vilayəti (rus. Томская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Tümen vilayəti
Tümen vilayəti (rus. Тюменская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Tümen şəhəridir.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Tudeşk
Tudişk – İranın İsfahan ostanının İsfahan şəhristanının Kuhpaya bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,940 nəfər və 1,100 ailədən ibarət idi.
Şimşək
İldırım — göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək — bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 500 min amper, gərginlik isə 109 volt ola bilir.İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək adlanır. == Mənbə == Coğrafiya ensiklopediyası (I cild).
Rubl abidəsi (Tomsk)
Rubla abidə (Tomsk) — iki metr hündürlükdə, 250 kiloqram çəkidə ağacdan hazırlanmış rubl abidəsi. 100:1 nisbətində hazırlanmışdır. Ağcaqayın ağacından hazırlanıb və rütubətdən qorunması üçün üstü xüsusi məhlulla örtülüb. Hal-hazırda şəffaf qutu içərisinə yerləşdirilib.
Tomsk Politexnik Universiteti
Tomsk Politexnik Universiteti (rus. Национальный исследовательский Томский политехнический университет (ТПУ)) — Rusiyada universitet; Rusiyanın texniki istiqamət üzrə ixtisaslaşan aparıcı ali təhsil ocaqlarından biridir. Hazırda Tomsk Politexnik Universitetində Təbii resurslar, Energetika, Yüksək texnologiyalar fizikası, Kibernetika, Fiziki-texniki, İctimai-humanitar texnologiyalar, Beynəlxalq təhsil və dil kommunikasiyası, Distant təhsil, əlavə fasiləsiz təhsil adlı tədris institutları yaradılıb. Universitetin iki filialı fəaliyyət göstərir: Yurginski Texnologiya İnstitutu (4 fakültə, 11 kafedra) və Novokuznetsk filial (2 kafedra). Hazırda ali məktəbdə təqribən 22 600 tələbə təhsil alır. == İnformasiya texnologiyalarının tətbiqi == Tomsk Politexnik Universitetində informasiya texnologiyalarının inkişafı təhsildə, elmi-tədqiqat fəaliyyətində və resursları idarə etmədə dünya təcrübəsindən istifadəni təmin edir. Bu sferada əsasən smart-təhsil prinsipləri üzrə elektron tədris mühitinin qurulması, bulud texnologiyalar əsasında universitetin partnyorlarının informasiya sistemləri ilə inteqrasiyada tədris resurslarının münasib bankının yaradılması, mürəkkəb trendlərin proqnozlaşdırılması üçün təşkilatın resurslarının planlaşdırılması sisteminin (ERP-sistemlər) tətbiqi məsələlərinə diqqət yetirilir. Universitetin Distant Texnologiyalar Mərkəzində kompüter proqramları, interaktiv elektron sənədlər, videomateriallar, uyğunlaşdırılmış komplekslər istiqamətləri üzrə elektron tədris resursların hazırlanması həyata keçirilir. Sadalanan istiqamətlərdən hər biri bir neçə bölmə üzrə metodiki tədris materiallarını ehtiva edir. Mərkəzin öhdəsində videomaterialların istehsalı üçün videokameralar, videomontaj pultları, translyasiya avadanlığı ilə təchiz edilmiş iki çəkiliş pavilyonu var.
Qırmızı ayaqlı sümsük quşu
Qırmızı ayaqlı sümsük quşu (lat. Sula sula) — Sümsük quşları cinsinə daxil olan quş növü. == Təsviri == Lələklərinin rəngi ağ, açıq-boz və açıq qəhvəyi, ayaqları qırmızımtıl, dimdiyi mavi rəngdə olur. Qanadlarının sonucları qara rəngdədir. Bədənlərinin uzunluğu 70 sm çatır. Qanadları arasında məsafə 1.5 km-dir. Cavan Qırmızı ayaqlı sümsük quşları Qonur sümsük quşlarına bənzəyirlər. == Yayılması və həyat tərzi == Adətən növ Sakit okean suları çevrəsində yayılmışdır. Ancaq onlara Tobaqo adası çevrəsində də rastlamaq mümkündür. Sakit okeanın tropik adalarında yuva qururlar.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Tütək
Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti. == Tarixçə == İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar. Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır.
Təsək
Təsək — adətən gecələr başa qoyulan toxunulmuş və ya parçadan tikilmiş papaq.
Berhan Şimşek
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Berxan Şimşək

Bərxan Şimşək

Kumşak çayı
Kumşak çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Kumşak çayı Don çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 121 km, hövzəsinin sahəsi isə 759 km² təşkil edir. Çay olduqca dayaz axara malikdir. Bu səbəbdən bəzi illərdə tamamən quruya bilir. Çay üzərində balıqların ovlanması məqsədi ilə kiçik su tutarları hazırlamışlar. Mənbəyinin hündürlüyü 165 metr, mənsəbinin hündürlüyü isə 12 metrdir. == Axını == Çay öz başlanğıcını Bıstraya və Şimla suayrıcılarından götürür. Mənsəbi inzibati baxımından Rusiya Federasiyası, Rostov vilayəti, Morozovski rayonu. Tabunnı qəsəbəsinin şimal-qərbindən başlayır.
Qara şimşək
Qara şimşək (ing. Black Bolt) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur. Qara şimşək supergüclərə malik Qeyri-insanlar adlı irqin lideri və kralıdır. Qara şimşək bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. 2017-ci ildə buraxılmış və Marvel Kinematoqrafiya Kainatına daxil olan "Qeyri-insanlar" serialında Qara şimşək rolunu Enson Maunt canlandırmışdır. == Nəşrolunma tarixi == Qara şimşək Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur. == Bioqrafiya == Qara şimşək ilk peyda oluşunda Qeyri-insanların başçısı kimi təqdim olunmuşdur. "Tales of the Inhumans" hekayədə Qara şimşəyin hekayəsi açıqlanmışdır. Kral Aqonun və Kraliça Rindanın oğlu olan Qara şimşək hələ embrionda ikən Terriqen dumanlarına məruz qalmış və elektronları manipulyasiya etmək gücü qazanmışdır.
Tumsoy-Lam
Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi. == Haqqında == Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır. Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində xatırlanır: == Tarixi == 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub. Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var.
Yüksək Sədaqət
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.
Yüksək sahil
Yüksək Sahil (isv. Höga Kusten) — İsveçin şimal-şərqindəki Angermanland əyalətində, Kramfors, Harnosand və Örnsköldsvik bələdiyyələrinin ərazisində yerləşən İvaniya körfəzindəki İsveç sahillərinin bir hissəsi. Bu buzlaqların əriməsi nəticəsində torpaq yüksəlir, buzlaqdan sonrakı qalxma və izostasiya hadisəsi burada aydın nəzərə çarpır. Son buz dövründən bəri bölgə qeyri-adi hündür uçurumları əhatə edən 300 metr artmışdır. Yüksək sahil İsveç, Fin Şimali Kvarken boğazı Dünya İrsi Mirasının bir hissəsidir. == Tarixi == Bu gün Hoqa Kusten kimi tanınan ərazi tarixən Angermanland sahili kimi tanınmışdır. 1974-cü ildə Yüksək sahil termini ərazidə bir məlumat ilə əlaqələndirilmişdir. 2000-ci ildə YUNESKO bölgəni Dünya İrsi Mirasina daxil etmişdir. Yüksək sahil ərazisi, yer səthinin buzlu və quru sahələrini meydana gətirən mühüm proseslərin başa düşülməsi üçün əla fürsətlər verir. 2006-cı ildə Yüksək sahil Şimali Kvarken boğazı əraziləri ilə birləşdirildi.
Yüksək çözümlülük
Yüksək çözümlülük (high resolution) – rastr displeylərində və çapda: mətni və qrafikanı kifayət qədər dəqiq (incəliklə) əks etdirən ekranın və ya görüntünün keyfiyyət xarakteristikasıdır. Çözmə kəmiyyəti görüntünü yaratmaq üçün istifadə edilən piksellərin (nöqtələrin) sayı ilə müəyyən olunur: piksellər nə qədər çox olarsa, çözümlülük də bir o qədər yüksək olur. Məsələn, IBM Enhanced Graphics Adapter (640×350 piksel) adapteri ilə müqayisədə IBM Video Graphics Array (VGA) adapteri daha yüksək çözümlü (640×480 piksel) görüntü yaradir. Displeyin çözmə imkanını kifayət qədər, hətta meqapikselli displeylərin (1000×1000 piksel) göstəricilərini aşaraq, artırmaq olar (məsələn, 1600×1200 piksel). Çapa gəldikdə isə, yüksək çözümlülük anlayışından əsasən lazerli printerlərlə və fotoyığım avadanlıqları ilə bağlı istifadə olunur; bu halda çözmə imkanı bir düymdə çap olunan nöqtələrin sayı ilə ifadə olunur. Lazerli çapda çözümlülük təxminən bir düymdə 300-dən 1200 nöqtəyədək olur; sadə fotoyığım qurğularında çözümlülük təxminən bir düymdə 1000 nöqtə, sənaye keyfiyyətli qurğularda isə 1000-2000 və daha artıq nöqtəyə çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yüksək İntibah
Yüksək İntibah — ənənəvi olaraq 1490-cı illərdən etibarən İtaliya İntibah tarixində bir dövr, Leonardo da Vinçinin Son Şam yeməyi freskasının meydana çıxma vaxtı və Florensiyada Lorenzo de Medicinin ölümü, 1527-ci ildə Roma tərəfindən imperator Çarlzın qoşunları tərəfindən talan edilməsindən əvvəl adı ilk olaraq alman dilində ortaya çıxdı (Hochrenaissance) XIX əsrin əvvəllərində sənət tarixçisi İoqam İoahim Vinkelman tərəfindən təqdim olunan rəsm və heykəltəraşlıqda "yüksək üslub" anlayışından irəli gəlir. Hal-hazırda, "Yüksək İntibah" adı akademik ictimaiyyət tərəfindən bədii inkişafın təhlilini sadələşdirmək, tarixi kontekstə məhəl qoymamaq və yalnız bir neçə seçilmiş sənət əsərinə yönəltmək üzündən şübhə ilə qəbul edilir. Yüksək İntibah adətən, Roma Papası II Yuliyin dövründə İtaliya şəhərlərində, xüsusən Papa Dövlətlərinin paytaxtı Romada bədii yaradıcılığın müstəsna yüksəlişinin nisbətən qısa 30 illik dövrünə aiddir. Yüksək İntibah dövrünün başlanğıcı və sonu tarixləri bir-birindən fərqlənir və ümumiyyətlə ən məşhur nümayəndələrin — ilk növbədə Leonardo da Vinçi, erkən Mikelancelo və Rafael Santinin yaranma vaxtını başa düşürlər.Yüksək İntibah dövrünün təsviri sənəti klassik ənənəyə vurğunu yeniləmək, himayəçilik institutunu genişləndirmək və sonradan manyerizm üslubu adlandırılan təsvir texnikalarının tədricən ortaya çıxması ilə İntibah dövrünün ümumi mədəniyyətindən fərqlənir. Corco Vazarinin təklif etdiyi sənət tarixinin modelinə görə, Fra Bartolomeo və ya Mariotto Albertinelli kimi daha az əhəmiyyətli sənətkarlar kompozisiya və qüsursuz texnikanın harmoniyası üçün hələ də yüksək qiymətləndirilən sənət əsərlərini yaratdıqları zaman Yüksək İntibah yaradıcı dahinin partlayışı hesab edildi. Mikelancelo və Rafaelin vatikan əsərlərinin nümunəsində Yüksək İntibah dövrünün təsviri sənətinin əsas xüsusiyyətlərini — iddialı tərəzi yüksək kompozisiya mürəkkəbliyi, insan orqanizmini yaxından araşdırmaq, klassik antik dövrlərə aid ikonoqrafik və bədii istinadlar ilə birləşdirmək olar. Son illərdə sənət tarixçiləri Yüksək İntibah dövrünü bir dövr deyil, bir istiqamət olaraq xarakterizə etdilər — XV əsrin sonu — XVI əsrin əvvəllərinə aid sənətə bir neçə eksperimental yanaşmadan biri, bunları mühafizəkar kimi şərh etmək olar; gözəlliyin yeni qavrayışı kimi; dövrün ədəbi dəbi ilə əlaqəli eklektik təsvirlərin sintezi kimi; görüntülərin yeni şərhləri və mənaları kimi izah olunur. == İstinadlar == == Ədəbiyyat == Алпатов М. В. Высокое Возрождение // Всеобщая история искусств. II. Искусство эпохи Возрождения и Нового времени. М.—Л.: Искусство.
Mehmet Şimşək
Mehmet Şimşək (həmçinin Mehmet Şimşək; türk. Mehmet Şimşek; 1 yanvar 1967, Arıca[d], Batman vilayəti, Türkiyə) — Türkiyə siyasətçisi və iqtisadçısı. O, 3 iyun 2023-cü ildən Türkiyə Xəzinə və Maliyyə naziri vəzifəsində çalışır. Şimşək 24 noyabr 2015-ci il tarixindən 9 iyul 2018-ci ildə bu vəzifə ləğv edilənə qədər Türkiyə Baş nazirinin müavini olmuşdur. O, daha əvvəl 2009–2015-ci illərdə baş nazirlər Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunun hökumətlərində maliyyə naziri vəzifəsində çalışmışdır. Şimşək Ədalət və İnkişaf Partiyasının üzvü olaraq 2007-ci ildə keçirilən ümumi seçkidə Qaziantepdən, 2011-ci ildə isə Batmandan millət vəkili seçilmişdir. == Həyatı == Mehmet Şimşək 1 yanvar 1967-ci ildə Türkiyənin Batman vilayətinin Gərcüş rayonunun Arıca kəndində anadan olmuşdur. Kürd əsillidir. Şimşək səkkiz uşaqlı ailənin ən kiçiyi idi. Anası o, dörd yaşında olarkən vəfat etmişdir.
Məhməd Şimşək