Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qıznaz Türkeli
Qıznaz Türkeli (türk. Kıznaz Türkeli; 1 yanvar 1962, Mələkli) — Azərbaycan əsilli Türkiyə əsnafı və siyasətçisi. == Həyatı == Qıznaz Türkeli 1 yanvar 1962-ci ildə Türkiyədə, İğdırın Mələkli qəsəbəsində anadan olmuşdur. Onun ailəsi İğdıra Təbriz və Qum şəhərlərindən gəlmişdir. Türkeli özünü sosialist adlandırmışdır. O, ibtidai və orta təhsilini İğdırda tamamlamışdır. Türkeli gənc yaşlarında bir çox iş yerlərində və fabriklərdə çalışaraq iş həyatına başladıqdan sonra 15 il əsnaf olaraq çalışmışdır. O, qadın təşkilatları fəhlə hərəkatlarında fəal iştirak etmişdir. Türkeli Türkiyə Böyük Millət Məclisinin XXV çağırış Iğdır millət vəkili olmuşdur. Ailəlidir, uşağı var.
Petax-Tıkva
Petax-Tikva (ivr. ‏פתח תקווה‏‎) — İsraildə şəhər.Təl-Əvivdən 10.6 km uzaqlıqdadır.Pravoslav Yəhudiləri tərəfindən "Qədim Yişov" olaraq qurulmuş və 1883-cü ildə Baron Edmond de Rotşildin maliyyə köməyi ilə daimi yaşayış yeri olmuşdur.
Ətirnaz
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Tikab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. == Tarix == Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Tikina boğazı
Tikina boğazı (isp. Estrecho de Tiquina) — Titikaka gölünün Boliviya hissəsində, La Paz departamentində yerləşir. == Coğrafiya == Tikina boğazı Titikakanın iki hissəsini bir-birinə birləşdirir. Şimal-qərbdən cənub-şərqə doğru bir istiqamətə sahibdir. Boğazın cənub sahilində San Pedro de Tikina şəhəri, cənubunda isə San Pablo de Tikina yerləşir. Boğazın eni 800 metr, uzunluğu isə 4 kilometrdir. == Daşınma == Boğazdan davamlı olaraq sərnişin daşıyan bərə fəaliyyət göstərir. Bu bərə Boliviyanın La Pas və Kopakabana şəhərlərini birləşdirən magistral yolun bir hissəsidir. On illərdir ki, yerli sakinlər Kopakabana yarımadasını Boliviyanın qalan hissəsi, San Pedro de Tikina və San Pablo de Tikina şəhərləri ilə birləşdirmək üçün boğazda bir körpü tikməyi xahiş edirlər.
Çimnaz Aslanova
Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüəli qızı Aslanova; 1904 – 10 mart 1970) — Azərbaycan dövlət və ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin I–IV çağırış deputatı. == Həyatı == Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur. == Fəaliyyəti == 1938–39-cu illər — Bakı xalq maarifi şöbəsinin müdiri 1939–43-cü illər — Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri 1943–48-ci illər — AK(b)P MK-da məktəblər şöbəsinin müdiri 1951–52-ci illər — Azərbaycan SSR maarif nazirinin müavini 1952–56-cı illər — AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri 1956–58-ci illər — Partiya orqanları şöbəsi müdirinin müavini 1958-ci ildə — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri 1946–58-ci illər — SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.
Çimnaz Babayeva
Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır. Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir. == Yaradıcılığı == Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır. Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir. Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar: == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (21 may 1970) — Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə "Azərbaycan SSR xalq artisti" fəxri adı (10 yanvar 1978) — Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı (1974) — M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin sevgilisi partiyasına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002) — Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə == İstinadlar == == Ədəbiyyat == Балет: энциклопедия. Москва: Советская энциклопедия.
Çimnaz Mirzəzadə
Çimnaz Hadi qızı Mirzəzadə (24 aprel 1945, Bakı) — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru == Həyatı == Çimnaz Mirzəzadə 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinə baş laborant vəzifəsinə işə götürülmüşdür. İnstitutda çalışdığı müddət ərzində Ç. H. Mirzəzadə baş laborant vəzifəsindən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Ç. H. Mirzəzadə 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olmuş, 1981-ci ildə "Azərbaycan toponimləri orta əsr ərəb coğrafi mənbələrində" adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. == Elmi və pedaqoji fəaliyyəti == Mirzəzadə Çimnaz Hadı qızı 1992-ci ildən 2007-ci ilə kimi BDU İlahiyyat fakültəsində müəllim, baş müəllim kimi ərəb dilindən dərs demişdir. 2007-ci ildə İlahiyyat fakültəsinin "Dillər" kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2009-2018-ci illərdə həmin kafedranın müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Çalışdığı müddətdə ərəb dilindən mühazirə və məşğələ dərslərini aparmış, kurs və buraxılış işlərinə rəhbərlik etmişdir. Eyni zamanda BDU-nun İlahiyyat fakültəsinin Elmi Şurasının katibi, Fakültə Tədris-Metodik Şurasının sədri, İlahiyyat fakültəsinin "Elmi Məcmuəsi"nin redaksiya heyətinin üzvü olmuşdur.
Çimnaz Mədətova
Çimnaz Mədətova (tam adı: Mədətova Çimnaz Yaqub qızı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Fəaliyyəti == Naxçıvan Muxtar Respublikası Dövlət Ədəbiyyat Muzeyinin baş elmi işçisi vəzifəsində işləmişdir.
Çimnaz Salmanova
Çimnaz Qafar qızı Salmanova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Spektroskopik analizi" laboratoriyasının baş elmi işçisi, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Salmanova Çimnaz Qafar qızı, 1948-ci il fevral ayının 20-də Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Göyçay şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1966-cı ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildən 1975-ci ilə qədər Göyçay şəhərindəki 7 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmışdır. 1975-ci ildən hal-hazırkı dövrə qədər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1985-ci ildə Azərbaycan MEA-nın NKPİ-in nəzdində aspiranturaya qəbul olmuş, 1990-cı ildə "Neft kimyası" ixtisası üzrə "Katalitik krekinqin ağır qazoylu fraksiyasından alınmış lüminoforların fotooksidləşmə çevrilmələri və stabilləşməsi" mövzusunda namizədlik dissertasiyasınını müdafiə etmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə böyük elmi işçi adını almışdır. 2011-ci ildə "Ağır neft qalıqları komponentlərinin fotooksidləşməsi və onların antioksidləşdirici xassələri" mövzusunda "Neft kimyası" və "Fiziki kimya"ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Çimnaz Əliyeva
Çimnaz Rizvan qızı Əliyeva (4 dekabr 1949, Ağdam) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Çimnaz Əliyeva 1949-cu il 4 dekabr tarixində Ağdam şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Çimnaz Əliyeva ailəlidir, üç övladı var. Respublikanın Əməkdar Mədəniyyət işçisidir. == Fəaliyyəti == 1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 47 nömrəli Ağdam şəhər dairəsindən bitərəf namizəd olan Çimnaz Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Çimnaz Əliyeva Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Tinka Kurti
Tinka Kurti (alb. Tinka Kurti; 17 dekabr 1932, Sarayevo) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır. == Həyatı == Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir.
İqnaz Urban
İqnaz Urban (alm. Ignaz Urban‎; 7 yanvar 1848 – 7 yanvar 1931, Berlin) — Almaniya botaniki. == Əsərləri == Plantae novae vel rariores III A Cl. E. L. Ekman 1924—26 lectae. Urban, Ignaz. — Stockholm: Almqvist & Wiksell, 1926. Plumiers Leben und Schriften nebst einem Schlüssel zu seinen Blütenpflanzen. Urban, Ignaz. — Dahlem b. Berlin: Repertorium, 1920.
Şinaz qülləsi
Şinaz qülləsi və ya Eşik qalası - Şəki rayonu Şin kəndində Orta əsrlərə aid tarixi abidə.
Tina Karol
Tina Qriqoryevna Karol (ukr. Тіна Григорівна Кароль), doğum adı Tatyana Qriqoryevna Liberman (ukr. Тетяна Григорівна Ліберман; d. 25 yanvar 1985, Orotukan, Yaqodin, Maqadan vilayəti, RSFSR, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2017). == Həyatı == Tina Karol 25 yanvar 1985-ci ildə Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olmuşdur.1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçən Tina 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirmişdir."Novaya Volna-2005" müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanmışdır. 2006-cı ildə buraxdığı “Show me your love” albomu uğur qazanır və Ukrayna Tinanı 2006 Avroviziya Mahnı Müsabiqəsinə göndərməyi qərara alır. Yunanıstanın paytaxtı Afinada keçirilən müsabiqədə Tina “Show Me Your Love” (Azərbaycan dilində: "Mənə sevgini göstər") mahnısını ifa edir və 7-ci yerə layiq görülür. İndiyədək onun 3 albomu və 8 sinqlı işıq üzü görüb.
Tina Macorino
Tina Macorino (ing. Tina Marie Majorino; 7 fevral 1985) — İtalyan əsilli ABŞ aktrisasıdır. == Seçilmiş filmoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Tina Macorino — IMDb səhifəsi Interview in Stumped?
Tina Törner
Tina Törner (ing. Tina Turner; 26 noyabr 1939[…], Braunsvill[d], Tennessi[…] – 24 may 2023, Küsnaxt[d]) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır. == Həyatı == Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır. İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır.
Tina Çou
Tina Çou (ing. Tina Chow; 18 aprel 1950, Leykvyu[d], Ohayo – 24 yanvar 1992, Pasifik-Paliseyds[d], Kaliforniya) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı. == İlk illəri == Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur. Onun doğum adı Bettina Luiza Lutsdur. Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur. Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur. Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır. Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur. == Karyerası == Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır.
Hapoel Petah-Tikva FK
Hapoel (Petax-Tikva) - İsrailin futbol klubu
Makkabi Petax-Tikva FK
Makkabi (Petax-Tikva) — İsrailin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Horas və Tina
Tina Harmonun qətli
Tina Mari Harmonun (ing. Tina Marie Harmon; d. 9 iyun 1969-cu il, ABŞ, Ohayo, Kreston – ö. 29 oktyabr 1981-ci il, ABŞ, Ohayo, Kreston) — 29 oktyabr 1981-ci ildə Ohayo ştatı Lodi qəsəbəsində oğurlanan, təcavüz edilən və öldürülən 12 yaşlı amerikalı qız. Cəsədi aşkar edildikdən sonra o, Maple Mound qəbiristanlığında dəfn edildi. Əvvəlcə bir şəxs müfəssəl dəlillərə görə məhkum edildi, lakin sonunda hökm ləğv edildikdə sərbəst buraxıldı. Harmon cinayəti 2010-cu ildə ona təcavüz edən şəxsin DNT-si Robert Entoni Byuel ilə uyğun gəldikdə həll edildi. == Hadisənin tarixi == Deyilənə görə, Tina Harmon Ohayo ştatı Lodi qəsəbəsində atasının sevgilisi tərəfindən atıldıqdan sonra sonuncu dəfə iyirmi yaşlarında bir şəxslə görülüb.Harmonun cəsədi oğurlandıqdan beş gün sonra Ohayo ştatının Navarre qəsəbəsində bir neft quyusu sahəsinin yanında tapıldı. Onun paltarında cövüz rəngli xalça lifləri və it tükləri tapıldı. 1982-ci ildə Ernest Holbruk və Henri Rey Raker- hər ikisi Harmona təcavüz etməyə və öldürməyə görə məhkum edildi.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
== Məzmun == Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev === Filmi səsləndirən === Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) == Sitatlar == Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Horas və Tina (teleserial, 2001)
Horas və Tina (ing. Horace and Tina) ilk dəfə 2001-ci ildə "Network Ten" kanalında nümayiş olunan Avstraliya uşaq televiziya serialıdır. Serial "Jonathan M. Shiff Productions" tərəfindən istehsal edilmişdir. Azərbaycanda teleserial Lider TV-də yayımlanmışdır. Nelflərin teleserialda canlandırılması üçün elektro-mexanik kuklalardan istifadə edilmişdir. Serialın mövzusu Lauren Parker və ancaq onun görə bildiyi iki nelfin (Horas və Tina) macəralarından ibarətdir. Horas balacaboy, tərs, 200 yaşı olan, dünyanın ən çox fitnə-fəsad törədən nelfidir. Horasın böyük bacısı Tina 271 yaşındadır, heç vaxt düzəlməyəcək dərəcədə romantikdir, insanların işinə qarışmağı və məsləhət verməyi sevir. Lauren Horas və Tinanı görə bilən yeganə insan olduğundan onların mövcudluğunu ailəsindən və dostlarından gizli saxlamalıdır. Horasın həmişə sosiska yemək istəyi vəziyyəti daha da çətinləşdirir və Laurenin nelfləri qorumaq üçün etdiyi hərəkətlər ögey atası və ögey qardaşı tərəfindən qəribə qarşılanır.