Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Misqal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Pirqax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Timqad
Timqad (ərəb. تيمقاد‎ ) — Əlcəzairdə, Aures dağlarında yerləşən qədim Roma şəhəri idi. Şəhər təxminən 100-cü illərdə imperator Trayan tərəfindən qurulmuşdur. Şəhərin tam adı Colonia Marciana Ulpia Traiana Thamugadi idi. Trayan şəhərə bu adı anası Marcia, böyük bacısı Ulpia Marciana və atası Marcus Ulpius Traianusun xatirəsinə vermişdi. Müasir Əlcəzairdə, Batna şəhərindən təxminən 35 km şərqdə yerləşən xarabalıqlar Roma şəhər planlaşdırmasında istifadə edilən ən yaxşı mövcud nümunələrdən birini təmsil etməsi ilə diqqət çəkir. Timqad 1982-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir. Timqadın köhnə adı olan Marciana Traiana Thamugadi'nin birinci hissəsi - Marciana Traiana - roma dilindədir və qurucusu imperator Trayan və bacısı Marciananın adını ifadə edir. Adın ikinci hissəsi - Thamugadi "zirvə" mənasını veriri və şəhərin qurulduğu yerin bərbərcə adıdır. Şəhər imperator Trayan tərəfindən, təxminən 100-cü illər ətrafında hərbi koloniya kimi qurulmuşdur.
Tisian
Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490 – 27 avqust 1576[…], Venesiya, Venesiya Respublikası) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır. Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir. Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.
Tinqa
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Tista
Tista ( ing. Teesta Teesta, nep. टिस्ता खोला - "Tista Khol", benq. তিস্তা নদী তিস্তা নদী - "Tista Nodi"), Hindistan və Banqladeşdəki çaydır və Brahmaputranın bir qoludur. Keçmiş Knyazlığın əsas su yolu idi və hazırda Hindistanın Sikkim əyaləti, öz mikroiqlimi ilə Himalayadakı dərin bir vadidən keçərək bütün dövlətə axır. Müəyyən dərəcədə Sikkim və Qərbi Benqal dövlətləri arasındakı sərhədi təşkil edir, sonra Qərbi Benqal və Banqladeşdən keçərək Brahmaputraya axır. Tibetlə sərhəddəki Sikkimin çox şimal-şərqindəki Tista buzlaqından qidalanan Khangchung gölündən axır. Yuxarıda Çombo adlanır ( ing. Chombo Çombo ). Əvvəlcə qərbə, Sikkimin şimal sərhədi boyunca axır, sonra cənuba dönür və dövləti demək olar ki, yarısında kəsir.
İşğal
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi. İşğal adətən Anneksiyadan fəqləndirilir. Məskunlaşmış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi işğal, məskunlaşmamış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi isə anneksiya adlanır. Müvvəqəti missiya ya qeyri müəyyən status Təcavüzə məruz qalan ölkənin vacibliyi Müharibə vəziyyətinin mövcudluğu Ərazinin idarə üsulunun işğalçı tərəfindən öz üzərinə götürülməsi Beynəlxalq qurumlar tərəfindən işğalın tanınması Müharibə şəraitində işğal; IV Haaqa (1907) konfransı, eləcə də Cenevrə konvensiyasına (1949) və ona 1977-ci ildə edilmiş əlavəyə əsasən işğalın rejimi və hüququ bazası xüsusi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquq normalarına əsasən hərbi işğal müvəqqəti olaraq bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. İşğalçı tərəf insan haqqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. İşğalçı ordu dövlətə məxsus pul xəzinəsini, dövlət aktivlərini mənimsəyə bilər, lakin şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülklərinin toxunulmazlığını təmin etməlidir. Buna misal olaraq SSRİ və Avropanın faşist Almaniyası tərəfindən işğalını (1939–1945), Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ərafındakı rayonların işğalını (baxmayaraq ki Cenevrə konvensiyasının hüquqi tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Əhali kütləvi qırğınlara və deportasiyaya məruz qalmışdır.
Tisian Veçellio
Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490 – 27 avqust 1576[…], Venesiya, Venesiya Respublikası) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır. Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir. Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.
Tisza plitəsi
Tisza plitəsi — müasir Avropada tektonik plitə və ya mikroplitədir. Ortadunay düzənliyinin iki əsas qabıq blokları olan Pelso və Tisza plitələri Kaynozoy dövrü ərzində dəyişən ölçülərin səbəb olduğu mürəkkəb proseslərə məruz qalmışdır. Aralıq tektonik blokunun şimala doğru hərəkəti həm Pelso, həm də Tisza bloklarının şərqə doğru yerdəyişməsi və fırlanmasına səbəb olmuşdur. Zaqrab-Hernab xətti Afrika mənşəli Pelso ilə Avrasiya mənşəli Tisza plitəsi arasında yerləşən qədim bir plitədir.
İşğal Almaniyası
"1945–1949-cu illərdə Almaniya" və ya "İşğal altındakı Almaniya" — Almaniyanın İkinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlər tərəfindən idarə olunduğu dövrdür. Amerika, Böyük Britaniya, Sovet və Fransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi ölkəni 1945–1949-cu illərdə idarə etdi. Onun ərazisində sonralar Qərbi Almaniya, Şərqi Almaniya, Qərbi Berlin və Saar Protektoratı yaradılmışdır. 1945-ci ilin ilk aylarında İngilislər, Kanadalılar, Amerikalılar və Fransızlar Reyndən keçərək Qərbi və Cənubi Almaniyanı işğal etdilər. Sovet ordusu Berlinə Polşa, Macarıstan və Çexoslovakiyanı alaraq daxil oldu. Berlin 16 aprel – 2 may 1945-ci illər arasında olan ağır döyüşlərdən sonra təslim oldu. Bu vaxt Adolf Hitler intihar etdi. Bir neçə gün sonra, 8 may 1945-ci ildə Fransadakı Alman ordusu, general Dvayt Eyzenhaverə təslim oldu. Almaniyanın hamısı müttəfiqlər tərəfindən işğal edildi. İngilislər Reyn bölgəsində, Hannover, Şlezviq-Holşteyn və Hamburqda idi; Amerikalılar Mərkəzi və Cənubi Almaniya və Bremen; Fransızlar Saarland və Yuxarı Reyn; Elba və Köniqsberqdən şərqdəki bölgələri sovet qüvvələri (bu gün Kalininqrad adlanır); Polyaklar Şərqi Prussiyanın, Pomeraniyanın, Brandenburqun qalan hissəsini və Oder və Neisse çaylarının şərqindəki bölgələri işğal etdilər.
İşğal: Yağış
İşğal: Yağış — 2018-ci ildə çəkilmiş İşğal filminin davamı olan Avstraliya istehsalı elmi fantastika döyüş filmidir. Filmin ssenari müəllifi və rejissoru yenə də Luk Sparkdır. == Süjet xətti == Sidneyə hücumdan 2 il sonra yadplanetlilər hücumdan sağ qalmış insanları öldürməyə hələ də davam edirlər. Sağ qalanlar son gücü ilə Avstraliyanın paytaxtını geri almağa çalışırlar. Bununla belə, bu məqsədlərinə nail ola bilmirlər, lakin olduqca vacib ollan məlumatları ələ keçirə bilirlər: yadplanetlilərin hazırlamış olduqları "Yağış" layihəsi haqqında məlumat əldə edirlər. Əsgər Simmons və onun yeni gələn dostu Harri sirli "Yağış"ın axtarışına başlayırlar.
İşğal (dəqiqləşdirmə)
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi İşğal (film, 2017) — Keri Murnion və Conatan Milott tərəfindən 2017-ci ildə çəkilmiş olan Amerika döyüş triller filmidir.
Zəkanın rəmzləri (Tisian)
Zəkanın rəmzləri — İtaliyalı məşhur rəssam Tisian tərəfindən 1565-1570-ci illərdə kətan üzərində yağlı boya ilə çəkilmiş alleqorik rəsm əsəri. Əsər Londonda, Milli Qalereyada saxlanılır. Əsərdə üç müxtəlif heyvan (canavar, şir və it) başı üzərində üç istiqamətdə baxan insan başları təsvir edilmişdir. Üç insan başı Sfinksin məşhur müəmması kimi, insanın üç yaş dövrünün (gənclik, yetkinlik və qocalıq) rəmzləri kimi təsvir edilmişdir. Əsərdə təsvir edilən insanlardan birinin rəssamın oğlu Orazio, digərinin Tisianla birgə çalışan gənc xalası oğlu Marko Veçellio, üçüncünün isə rəssamın özü olduğu güman edilir. Tisian 1567-ci ildə də avtoportretini çəkmişdi və həmin əsərlə "Zəkanın rəmzləri" müqayisə edilir. Digər üzlər də həmçinin Tisianın həmdövr əsərlərindəki başqa simalarla müqayisə edilir. Bu əsər Tisianın şüarı olan yeganə əsəridir: "EX PRAETERITO/PRAESENS PRUDENTER AGIT/NE FUTURA ACTIONẼ DETURPET" – Keçmiş təcrübədir, gələcəyinin qənaətbəxş olması üçün bu gün ehtiyatlı ol!
Böyük Tiqan qəbiristanı
Böyük Tiqan qəbiristanı (rus. Больше-Тиганский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Alekseyev rayonunun Böyük Tiqan kəndi yaxınlığında yerləşən arxeoloji abidə. == Tarixi == 1974-cü ildə aşkar edilmiş Böyük Tiqan qəbiristanı Şərqi Avropada VIII əsrin sonu – IX əsrin birinci yarısına aid qədim macarlara məxsus ilk tədqiq olunmuş nekropoldur. Burada ölülər çoxsaylı dəfn avadanlığı – silahlar, bəzək əşyaları, qoşqu ləvazimatı və at sümükləri, gümüş dəfn maskaları ilə birlikdə dəfn olunmuşdur. Macarlara aid analoji IX-X əsrlər dəfn yerləri Dunayda da məlumdur. Bu, macarların IX əsrdə Uralyanı və Volqaboyundan qərb istiqamətində köçməsini təsdiq edir.
İşğal altında: Ağdam
İşğal altında: Ağdam — İşğal altında: Şuşa oyununun davamıdır. Oyun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" tərəfindən yaradılıb. İlk oyun "İşğal atında - Şuşa" bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb. Oyun Qarabağ müharibəsini əks etdirir.Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir.Yeni oyunda kompüter qrafikası təkmilləşdirilmiş, xüsusi effektlərdən istifadə edilmişdir. Oyunun qrafikası Qarabağın,həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulmuşdur.Şəhərin görüntüləri 2 zaman kəsiyində-işğaldan öncə və işğaldan sonra göstərilmişdir. Oktyabr ayının 7-də “Four seasons”mehmanxanasının "Rast" zalında “İşğal altında: Ağdam” kompüter oyununun təqdimat mərasimi keçirilmişdir. Oyun optimallaşdırılıb, nisbətən zəif kompüterlərdə də rahat çalışır. Əməliyyat sistemi: Windows XP; Vista; 7 Prossesor: Intel Core 2 Duo 2.0 GHz və daha yüksək; Operativ yaddaş: 1 GB Ram və daha yüksək; Videokart: NVIDIA GeForce 7600 GT 512 Mb / ATI Radeon X1900 512 Mb və daha yüksək İşğal altında: Şuşa İşğal Altında: Ağdam.
İşğal altında: Şuşa
İşğal altında - "AzDimension" istehsalçıların komandasıyla yaradılmış Azərbaycan kompüter oyunudur. Oyun Qarabağ müharibəsinə həsr edilmiş və ölkənin gənclərinin hərbi-vətənpərvərlik ruhu yüksəltməyə çağırılmış. Oyun döyüş janrında yaradılmışdır və əsas onun hədəfi – Şuşanı işğaldan azad etməkdir. Hadisələr yaxın gələcəkdə Qarabağda baş verir. İkinci Qarabağ Döyüşü başlayır və müharibədə çoxları şəhid və qəhrəman olurlar. Hücum əməliyyatlarının birində düşmən dəstə baş qəhrəmanın dəstəsini pusquya salır və ondan və onun zabitindən başqa hamı ölür. Ancaq onları kəndin axırında Azərbaycan əsgərləri gözləyirlər. Onlara çatmaq üçün düşmənlə mübarizə aparmaq lazımdır. Layihə 2010-cu ildə baş vermişdi. Azərbaycandan tələbə-proqramçıların komandasıyla yaradılırdı.
Trik-il-Visqa
Trik-il-Visqa (malta Torri ta' Triq il-Wiesgħa) — Maltanın Zabbar şəhəri yaxınlığında iki mərtəbəli gözətçi qülləsidir. 1659-cu ildə tikilmişdir. Bu, De Redinin qüllələri arasında doqquzuncu qüllədir. 20-ci əsrdə qüllə əhəmiyyətli dərəcədə zədələndi, lakin 2008–2009-cu illərdə aparılan bərpa sayəsində indi yaxşı vəziyyətdədir. Qüllə 1659-cu ildə Maltanın cənub-şərq sahilində, Böyük Limanın yaxınlığında tikilmişdir. "Trik-il-Visqa" adı "Geniş küçə" deməkdir, bu ad qüllənin qorumalı olduğu geniş sahil xəttinə görə verilmişdir. Trik il Visqa qülləsi Santa Mariya delle Graziye (qərbdə) və Çonkor (şərqdə) qüllələri arasında yerləşirdi, lakin bu iki qüllə Britaniya hərbçiləri tərəfindən söküldükdən sonra artıq mövcud deyil. İkinci Dünya Müharibəsi zamanı qüllənin yaxınlığında uzunmüddətli atəş nöqtələri yerləşirdi.
İşğal (film, 2017)
İşğal — Keri Murnion və Conatan Milott tərəfindən 2017-ci ildə çəkilmiş olan Amerika döyüş triller filmidir. Filmin premyerası 21 yanvar 2017-ci ildə Sundance Film Festivalında keçirilmişdir. Film 70-ci Kann Beynəlxalq Film Festivalında (2017) Rejissorların iki həftəsində iştirak etmək üçün seçilmişdir. Texas ştatı ABŞ-dan ayrılmaq niyyətindədir. Nyu-Yorkda bu məsələ ilə bağlı danışıqlar aparılır və buna görə şəhər müharibə zonasına çevrilir. Sadə Nyu Yorklu bir qız olan Lüsi keçmiş dəniz piyadası ilə birləşərək Bruklinin Buşvik məhəlləsinin beş blokunu keçərək nənəsi ilə birlikdə gizlənməyi bacarır.
İşğal (film, 2018)
İşğal — Luk Sparkın rejissorluğu və ssenari müəllifliyi ilə 2018-ci ildə çəkilmiş Avstraliya elmi fantastika döyüş filmidir. Filmdə əlavə dialoqları Feliks Uilyamson yazmışdır. Filmin prodüseləri SparkeFilms şirkətindən Karli və Karmel İmri olmuşdur. 2018-ci ilin fevral ayında Saban Entertainment şirkəti Şimali Amerika regionunda filmin hüquqlarını əldə etmişdir. Pinnacle Film şirkəti isə filmin Avstraliya və Yeni Zelandiyada nümayiş hüquqlarını əldə etmişdir.2020-ci ildə filmin davamı olan İşğal: Yağış filmi buraxılmışdır.
Rövşən İsax
Rövşən İsax (tam adı: Rövşən İsax oğlu Məmmədov; 14 avqust 1970, Kirovabad) — Azərbaycanlı rejissor, aktyor. Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988–1992). Dövlət Gənclər Teatrında (1993–1994), Dövlət Pantomim Teatrında (1994–1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993–1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub (1998–2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir. Ailəlidir. Üç övladı var.
Tisa gölü
Тisa gölü(Kişköre; mac. Tisza-tó, mac. Kiskörei-víztározó)- Macarıstan su anbarının yaxınlığında yerləşən göldür. Tisa çayı da buraya tökülür. Bu göl Böyük Macarıstan düzündə yerləşən Eger şəhərinin cənub-şərqində yerləşmişdir. Tisa gölü 3 medyenin sərhədində- Borşod-Abauy-Zemplen (medye), Haydu-Bihar və Yas-Naqikun-Solnok arasında yerləşmişdir. Tisa gölü həm də 1999-cu ildə yaradılan Xortovad Milli Parkının bir hissəsidir. Avropanın Dünya mədəni irs siyahısına daxil edilmişdir.. Tisa gölünün uzunluğu 27 km, sahəsi isə 127 km²-dir. Orta dərinliyi 1,3 m, maksimal dərinliyi isə 17m-dir.
Tisa çayı
Tisa çayı (ukr. Тиса, mac. Tisza, slovak. Tisa, serb. Тиса) — Dunay çayının ən uzun qolu olub, Mərkəzi Avropadan axır. Bu çay başlanğıcını Ukraynanın qərb əyalətindən götürür. Onu demək olar ki, Raxova şəhəri yaxınlığında Qara Tisa və Ağ Tisanın birləşməsi əmələ gətirir. Qara Tisanın mənbəyi dəniz səviyyəsindən 1400 m-də olub, şimal-şərq Svidov qalxmasından başlanğıc götürür. Ağ Tisa isə öz başlanğıcını cənub-qərbi Çernoqoriya massivindən 1650 m hündürlüyündən başlanğıcını götürür. Ukrayna daxilində Tisa çayı 201 km məsafədə uzanır.
Tisa Şakya
İsax Verdiyev
Gürcüstanın işğal edilmiş əraziləri
Gürcüstanın işğal edilmiş əraziləri (gürc. საქართველოს ოკუპირებული ტერიტორიები) 2008-ci il rus-gürcü müharibəsi zamanı Rusiya tərəfindən ələ keçirilən torpaqlardır. Torpaqların tərkibinə statusu beynəlxalq mübahisə olaraq qalan Abxaziya və Cənubi Osetiya daxildir. Müharibədən sonra işğal olunan ərazilərdə Rusiya hərbi qüvvələri yaradılır. Rusiya Avropa Birliyi Monitorinq Missiyasının həmin ərazilərə daxil olmasını izin vermir.