Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anal tıxac
Anal tıxac — cinsi zövq almaq məqsədilə anal dəliyə yeridilən (daxil edilən) müxtəlif material, ölçü və dizaynlarda hazırlanmış seks oyuncağıdır. Anusa rahat daxil ola bilməsi üçün daralmış (küt konusvari) uca sahib olan anal tıxaclar mərkəzə qədər genişlənir və mərkəzdən başlayaraq yenidən daralır. Anal dəlik tərəfindən udulmaması üçün anal tıxaclar tutacaq hissəyə sahibdir. == Növləri == == İstifadəsi == Anal tıxacların istifadəsindən əvvəl tıxacın və anus dəliyinin xüsusi vasitələr ilə sürüşkən hala gətirilməsi tövsiyə olunur. Bu, arzuolunmaz qıcıqlanmanın və yaralanmanın qarşısını almaqda kömək edir. == Təmizlənməsi == Anal tıxaclar adətən sabun və su ilə və ya müxtəlif seks oyuncaq təmizləyiciləri ilə təmizlənə bilər. Bununla belə anal tıxac alan zaman qutunun içərisindəki təlimatlar mütləq oxunmalıdır.
Tixius
Tixius (lat. Tychius) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. Tixiuslar 2–3 mm böyüklükdə olmaqla, bədənləri və qanadlarının üzəri sıx sarı və qızılı pulcuqlarla örtülmüşdür. Böcəklərin xortumu nazik və xeyli uzundur. Sürfələri çirkli-ağ rəngdədir. Ayaqsızdır. Başın rəngi sarı ilə qəhvəyi arasında dəyişir. Müəyyənləşdirilmişdir ki, Azərbaycanda toxumluq yonca bitkisinə üç növ tixius: sarı (Tychius flavus Beck.), kürən (Tychius femoralis Bris.) və fır (Tychius medicaginis Bus.) böyük zərər vurur. Yonca tarlalarında bu zərərvericilər torpağın 5-15 sm dərinliyində böcək fazasında qışlayır. Böcəklər mart ayında qışlama yerlərindən çıxmağa başlayır və onlar havalar bir az isindikdən sonra qidalanır, əsasən yarpaqları, gövdələri yeyir, bəzən isə qönçə və çiçəkləri də zədələyir.
Cinas
'Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır. Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır: Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur. Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.
Texas
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
İxlas
İxlas— Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq mənasını verir. İxlasla, ixlas ilə şəklində zərf kimi, ixlas göstərmək şəklində feil kimi istifadə olunur. İxlasla, ixlas ilə – sədaqətlə, səmimi qəlblə, ürəkdən, ixlas göstərmək – yaltaqlanmaq, kiminsə xeyrinə çıxış etmək deməkdir. İxlas sözü ərəb mənşəli alınma sözdür, Azərbaycan dilində sərbəst söz kimi işlənir; eləcə də, Azərbaycan dilinə fars dilindən keçmiş, əsasən sözdüzəldici şəkilçi - suffiks rolunu oynayan "kar", "keş" ilə birləşərək, yeni ixlaskar, ixlaskeş sözlərinin tərkibində də iştirak edir. İxlas sözü Azərbaycan klassik ədəbiyyatında, Mirzə Fətəli Axundovun (Axundzadə) ( Nuxalılar: Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz, ”Hekayəti Molla İbrahim-Xəlil Kimyagər“; Mirzə Möhsün: Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam, „Aldanmış kəbakib”), Nəcəf bəy Vəzirovun əsərlərində (Mirzə Həbib: Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var, "Təzə əsrin ibtidası") və s., eləcə də dini xarakterli mətnlərdə (İman edən bir kimsənin Allaha qarşı səmimi, ixlaslı olması qədər təbii bir şey ola bilməz, Emeli saleh olmasi ucun Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır) rast gəlinir.
Tinus
Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (lat. Viburnum opulus) istifadə edilir. Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir. Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb.
Quba tıxması
Xəmir üçün: Əla növ buğda unu — 520q, kərəli marqarin — 190q, üzlü süd — 127q, yumurta — 2 əd., maya — 8q, zəfəran — 0 0,3q, duz. İç üçün: əla növ buğda unu — 130q, kərə yağı — 64q, şəkər — 127q, hil — 0,3q, muskat qozu — 0,3q. Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90–100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35–40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90–100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20–25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180–200 °S-də 35–40 dəqiqə bişirilir.
Abilin (Texas)
Abilin (ing. Abilene) — ABŞ-nin cənubunda, Texas ştatının mərkəzi hissəsində şəhər. 2006-cı ilin məlumatlarına görə, şəhərin əhalisi 113,888 nəfər olmuş, şəhərətrafı ərazisində 130 min nəfərdən insan yaşayırdı. Abilin mühüm kənd təsərrüfatı və neft istehsalı regionunun mərkəzidir. Şəhərdə pambıq yağı və yem istehsalı inkişaf etmişdir. Burada Abilin Xristian Universiteti, Qardin-Simmons Universiteti və Makmürri Kolleci yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == abilenetx.com — Rəsmi saytı Convention & Visitors Bureau Abilene.com "Collections: City Directories: Abilene". Portal to Texas History. University of North Texas Libraries. (circa 1900s-1950s) "Historical Maps of Texas Cities: Abilene".
Ancelina (Texas)
Angelina rayonu (ing. Angelina county) - Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 80 130 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi azalaraq 80 038 nəfər olmuşdur. Rayonun mərkəzi Lafkin şəhəridir. == Tarixi == Angelina rayonu 1846-cı ildə yaradılmışdır. Bu rayon, ispan missionerlərinə kömək edən Ancelinanın (ing. Angelina) şərəfinə adlandırılmışdır. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, Ancelina bölgəsinin sahəsi 2239 km2, bunlardan 2076 km2— quru, 163 km2 isə su səthi (7,28%) təşkil edir. === Əsas şoselər === ABŞ şosesi 59 ABŞ şosesi 69 ABŞ şosesi 69 Ştatdaxili şose 7 Ştatdaxili şose 63 Ştatdaxili şose 94 Ştatdaxili şose 103 Ştatdaxili şose 147 Farm Market şosesi 1818 == Əhali == 2000-ci ildə əhalinin siyahıyaalmasına görə, 80 130 nəfər Ancelina rayonunda yaşayırdı.
Anderson (Texas)
Anderson County — ABŞ-nin Texas əyalətindədir. 2010-cu ildə ABŞ-də əhalinin siyahıya alınmasına əsasən, əhali 58,458 nəfərdir. Ən böyük şəhəri Palestindir. Anderson rayonu 1846-cı ildə yaranmış və 1845-ci ildə vəfat etmiş Texas Ştatının Baş vitse-prezidenti olmuş Kenneth L. Andersonun şərəfinə adlandırılmışdır. Rayon tamamilə 430 – 903 bölgə kodları daxilində yerləşir. == Coğrafiyası == === Əsas avtobanlar === === Göllər === == Hökumət, məhkəmə və siyasət == === Hökumət === Anderson rayonu komissiya heyəti tərəfindən idarə edilir. Komissiya heyəti, dörd komissardan ibarət bir heyətdir. ==== Rayon komissiya heyəti ==== ==== Ştat həbsxanaları ==== Texas Cəza Ədliyyə İdarəsi mahalda kişilər üçün dövlət həbsxanaları fəaliyyət göstərir. Beto, Coffield, Michael və Powledge birimləri və Gurney vahidi köçürmə təsisi Fələstinin 7 mil qərbindəki etibarsız ərazidə yerləşir. Beto Vahidi Təşkilat İdarəsi Bölməsinin Region II xidmət mərkəzinə malikdir.
Andryus (Texas)
Andryus rayonu (ing. Andrews county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 13 004 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi artaraq 13 645 nəfər olmuşdur. Rayonun mərkəzi Andryus şəhəridir. Andryus Rayonu Texasın 46 "quru" rayonlarından biridir, yəni burada da digər rayonlar kimi "quru qanun" fəaliyyət göstərir. == Tarixçəsi == Andryus rayonu 1876-cı ildə Texas qanunvericiliyinin 15 nömrəli fərmanı ilə yaradılmışdır. Bu rayon 1835-ci ildə Texas müstəqillik müharibəsində həlak olmuş ilk şəxs – Riçard Andreyevin (ing. Richard Andreev) şərəfinə adlandırılmışdır. 1890-cı ilə qədər rayon ərazisində əsasən rançonun sahibi, hərbi işçilər və hindilər (Anasazi, Apaçi və Komançi) yaşamışlar.
Minas-Jerays
Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-Santu və Rio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə Qoyas və Matu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir. Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)» anlamını verir. Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir.
Minas (Salmas)
Minas (Fars.: ميناس‎) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənd. Minas şəhəri Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənddir. Bu kəndin əhali sayı 2006-cı ildə aparılan siyahıyaalınmaya görə, 137 ailə - 565 nəfərdən ibarətdir.
Minas Avetisyan
Minas Avetisyan (erm. Մինաս Ավետիսյան, 20 iyul 1928[…], Carcur, Düzkənd rayonu, Ermənistan SSR, SSRİ – 23 fevral 1975, İrəvan) — Ermənistan-sovet rəssamı. Minas Avtisyan Sovet Ermənistanın Carcur kəndində anadan olub. Onun anası Sofo Qalıdan keşişin qızı olub, atası Karapet isə Muşlu dəmirçi idi. Onun həyat yoldaşı Qayane Mamajanyan idi. Onun əsərlərinin əsas mövzusu Ermənistan təbiəti, Carcurun təbiəti, din, yoxsul insanlar, dağlar, çöllər və s. idi. Avetisyan 1962-ci ildə İrəvanda keçirilən "Beşliyin sərgisi"ndə öz işlərini təqdim etmişdi. Çoxsaylı mütəxəssislər və sərgiyə gələnlər onun işini yüksək qiymətləndirmişdilər. Avetisyanın metodu bir vaxtlar Ermənistan incəsənətində geniş yayılmış plener rəssamlığından fərqli idi.
Ostin (Texas)
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
PUC Minas
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
Plano (Texas)
Plano - Texas ştatında şəhər, ABŞ.
Serbin (Texas)
Serbin — ABŞ-nin Texas ştatı, Li qraflığında yerləşən, heç bir bələdiyyəyə aid olmayan, birləşdirilməmiş ərazidir. Ərazi Ostin şəhərindən 50 mil (80 km) məsafədə yerləşir. Yaşayış məskəni 1850-ci illərin ortalarında Texasdakı Sorb imiqrantları tərəfindən "Low Pin Oak Settlement" (Aşağı Pin palıd qəsəbəsi) adı ilə salınmışdır. Cəmiyyətin adı 1860-cı ilə qədər sorb dilində "Sorb diyarı" mənasını verən Serbin olaraq dəyişdirildi. (Hər iki slavyan etnik qrupunun adları ümumi mənşəyə malik olsa da, sorblar serblərlə qarışdırılmamalıdır) Sorbin immiqrantları ABŞ-yə ən böyük kçləri zamanı Serbini "ana koloniya" olaraq istifadə edərək Texasda məskunlaşdılar. 20 sentyabr 1854-cü ildə Lusatiya, Prussiya və Saksoniyadakı yığıncaqlardan təxminən 550 sorbiyalı lüteran Con Kilianın rəhbərliyi ilə Texasa yola düşdü. Texasa gəldikdə, indiki Serbin xalqı Texasdakı Lüteran Kilsəsinin – Missuri Sinodunun ən erkən üzvləri oldular. 1871-ci ildə tikilmiş Müqəddəs Pol Lüteran Kilsəsi, Vend memarlığının hələ də tam istifadə edilən tipik bir nümunəsi olaraq qalır. Serbində Müqəddəs Pol kilsəsi meydanında Texas Vendləri İrsi Muzeyi yerləşir. Bina keçmiş Müqəddəs Paul parokal məktəbi də daxil olmaqla üç müstəqil binanı özündə birləşdirir.
Texas Instruments
Texas Instruments Inc. (TI) – elektrik avadanlıqlarının və elektron cihazların istehsalı ilə məşğul olan şirkət. Mənzil-qərargahı Dallaş şəhərində (ABŞ, Texas ştatı) yerləşir. Yarımkeçirici cihazların istehsalı sahəsində dünyada Intel, Samsung və Toshiba şirkətlərindən sonra 4-cü yeri tutur. Mobil qurğular üçün mikrosxemlərin istehsalı üzrə isə 1-ci yerdədir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Texas Respublikası
Texas Respublikası (ing. Republic of Texas) — 1836–1846-cı illərdə Şimali Amerikada mövcud olmuş dövlət. Texas Respublikası Meksikanın şimal-şərqində istiqlaliyyət uğrunda gedən müharibənin nəticəsində yaranmışdır. 1845-ci ildə vətəndaşların azad iradəsi və öz müqəddəratını təyin etmək barədə aktın qəbulundan sonra ABŞ-nin tərkibinə daxil olmuş və ştat hüququnu almışdır. 1830-cu illərin ortalarında prezident Antonio Santa-Annanın diktaturası və Meksikada hökm sürən özbaşınalıq nəticəsində dövlət tamamilə məhv olmaq ərəfəsində idi, Texas və Yukatan əraziləri konstitusiyaya uyğun olaraq-ayrılmaq arzusu adı ilə dövlətdən qoparılmışdır. Texaslıların narazılığının digər bir səbəbi də 1835-ci ildə qəbul olunmuş Texas konstitusiyası və Meksikada quldarlığın ləğv olunması idi. 1835-ci il 2 oktyabrda Qonzales şəhəri yaxınlığında texaslılarla Meksika süvari dəstələri arasında baş vermiş toqquşma hərbi əməliyyatların başlanmasına səbəb oldu. 1835-ci il 10 oktyabrda Qoliadda Meksika qarnizonu təslim oldu. 1935-ci il 24 oktyabrda texaslılar Bexarda (indiki San-Antonio şəhəri) Meksika qarnizonunu mühasirəyə aldılar. 1835-ci il 28 oktyabrda Konsepsyon yaxınlığında baş vermiş döyüşün gedişində 90 nəfər texaslı 450 nəfər meksikalının hücumunu dəf etdi.
Texas bluebonnet
Lupinus texensis (lat. Lupinus texensis) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü. Texasdan Meksikanın şimal-şərqinə qədər ərazidə yayılmışdır.
Texas ştatı
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
Viburnum tinus
Həmişəyaşıl başınağacı (lat. Viburnum tinus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizyanı ölkələrində bitir. Hündürlüyü 4 m-ə çatan həmişəyaşıl koldur. Cavan zoğları çılpaq və ya tükcüklü,illik zoğları qonurdur. Yarpaqları dərili, ellipsvari (12 x5,5 sm), kənarları bütöv, üstü parlaq yaşıl, alt tərərfi açıq rəngli, damarcıqları tükcüklüdür. Çiçəkləri çəhrayı-ağ, ətirlidir, çətirvari süpürgələrdə toplanmışdır, diametri 10 sm-dir. Yazın sonunda çiçəkləyir. Meyvəsi şirəli, bir çəyirdəklidir, qara-göy, şarşəkilli və ya yumurtavaridir. Meyvəsi payızda yetişir.
İxlas məscidi
İxlas məscidi (rus. Мечеть Ихлас, başq. Ихлас мәсете) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən bir məscid. İxlas məscidi 1997-ci ildə, köhnə "Luç" kinoteatrının sahibliyi Ufa şəhəri, Kirov rayonu müsəlman dini təşkilatına köçürüldüyü zaman yaradılmışdır. Bina yenidən qurulmuş və 6 iyul 2001 tarixində məscid olaraq təntənəli şəkildə açılmışdır. Məscidin başçısı, açılmasında əhəmiyyətli bir rol oynayan imam-xətib Qəlliyamov Məhəmməd Mustafoviçdir. Hal-hazırda məscidin əsas binasını yenidən qurmaq üçün işlər aparılır. Məsciddə iki dənə 40 metrlik minarələr tikirilir. İslami kitabxananın açılışı üçün 6,000 kitab hazırlanır. Bu kitabların hazırlanmasında böyük rol oynayan "İxlas" nəşriyyat evi 2004-cü ildən etibarən fəaliyyət göstərir və indiyə kimi çoxlu dini kitablar çap etmişdir.
Tinus laurifolius
Həmişəyaşıl başınağacı (lat. Viburnum tinus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Aralıq dənizyanı ölkələrində bitir. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan həmişəyaşıl koldur. Cavan zoğları çılpaq və ya tükcüklü,illik zoğları qonurdur. Yarpaqları dərili, ellipsvari (12 x5,5 sm), kənarları bütöv, üstü parlaq yaşıl, alt tərərfi açıq rəngli, damarcıqları tükcüklüdür. Çiçəkləri çəhrayı-ağ, ətirlidir, çətirvari süpürgələrdə toplanmışdır, diametri 10 sm-dir. Yazın sonunda çiçəkləyir. Meyvəsi şirəli, bir çəyirdəklidir, qara-göy, şarşəkilli və ya yumurtavaridir. Meyvəsi payızda yetişir.