Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərsanə
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Topxanə qəsri
Tophane Qəsri — Topxanədə, Necatibəy Prospekti üzərində və Nusretiyə Məscidinin yanındadır. Köhnə Topxanə Meydanının ən əhəmiyyətli elementlərindən biridir. Sultan Əbdül-Məcid tərəfindən İngilis memar Uilyam Ceyms Smitə inşa edilən binanın tikintisi 1852-ci ildə başa çatdırılmışdır. Qəsr, padşahların Topxanədəki hərbi obyektləri səfərləri və ya şəhəri dəniz yolu ilə səfərə gələn xarici dövlət adamlarının qarşılanması zamanı istifadə edilən bir məkan olmuşdur. Rus Çarının qardaşı Qrandük Konstantin Sultan Əbdül Məcid tərəfindən burada qəbul edilmiş, Osmanlı-Yunan müharibəsinə son qoyan 1897-ci il beynəlxalq konfransı və Lozanna Müqaviləsi sonrası Beynəlxalq Boğazlar Komissiyası Topxanə Qəsrində toplanmışdır. Qəsr dənizə paralel, dördkünc planlı və iki mərtəbəli bir binadır. Xarici səthindəki bəzəklər, ikinci mərtəbədəki konsollara oturdulan barokko üslub çıxıntılar, əl işləmələri tavan bəzəmələri və mərmər buxarıları qəsrin ən cəlbedici xüsusiyyətləri arasındadır.
Şəbxana (Kəleybər)
Şəbxana (fars. شبخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
Rüstəm Tərxan
Rüstəm Tərxan (tam adı : Rüstəm ibn Tərxan) — Qaraqoyunlu sərkərdəsi. Qızılbaşlar tarixi əsərinə görə Rüstəm Tərxan Qaraqoyunlu Sultan Cahanşahın yaxın adamlarından idi. == Həyatı == Rüstəm Tərxan Qara Yusifin oğlu Əmir İsfahanın əmirlərindən olmuşdur. O, Qara İsgəndər dövründən başlayaraq Bağdatda müstəqil hakimiyyət sürürdü. 1446-cı ildə Əmir İsfahanın ölümündən sonra Rüstəm Tərxan da daxil olmaqla Qaraqoyunluların Bağdat əmirlərindən olan bir neçə əyan və Ağqoyunlulardan bir neçə əyanın məşvərəti ilə onun oğlu Məzidi hakimiyyətə gətirdilər.Bu dövrdə Sultan Cahanşah ordu toplayaraq Bağdada yürüş təşkil etdi. Qala uğrunda döyüşlərin getdiyi əsnada Ağqoyunlulardan Mahmud bəy və Ömər Şeyx Rüstəm Tərxan ilə razışlaşaraq qalanı Cahanşaha təslim etdilər. Cahanşah Bağdadın "Ağca qapu"sundan şəhərə daxil oldu. O, oğlu Məhəmməd mirzəni şəhərə vali təyin etdi. Həmçinin Mosulun idarəsini qardaşı oğlu Əlvəndə, Rüstəm Tərxana, və digər əyanlara tapşıraraq yaylağa (qeyd) doğru hərəkət etdi.Lakin bir müddət sonra Əlvənd Cahanşaha müxaliflik etməyə başladı və Kürdüstanla Ərbili də ələ keçirdi. Cahanşah Rüstəm Tərxanı yanına çağıraraq onu Əlvəndin üzərinə göndərdi.
Təranə Abbasova
Təranə Abbasova (13 yanvar 1967) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Təranə Abbasova 1967-ci il yanvarın 13-də anadan olub. == Karyerası == Təranə Abbasova Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Təranə Abbasova final mərhələsində 165.0 Kq. nəticə göstərdi və olimpiadanı 10-cu pillədə başa vurdu.
Təranə Haşımova
Təranə Haşimova (tam adıː Haşimova Təranə Əzim qızı) — Fəlsəfə doktoru, dosent, şairə. == Həyatı və Təhsili == Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. == Elmi Yaradıcılığı == Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Təranə Muradova
Muradova Təranə Hüseyn qızı (6 avqust 1965, Bakı) — Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı,baletmeyster.Azərbaycan Respublikasının xalq artisti (1998),Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru. == Həyatı == Muradova Təranə Hüseyn qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (1974-1983), Azərbaycan Dövlət İncəsənət Universitetini (1991-1995), Rusiya Dövlət Sosial Universitetində isə hüquqşunaslıq ixtisası üzrə təhsil alıb (2004-2008). 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri kimi çalışmışdır. 2000-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 26 dekabr 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, "Səyyah" uşaq rəqs ansamblının və "Odlar Yurdu" rəqs ansamblının həm direktoru həm də bədii rəhbəridir.
Təranə Muxtarova
Muxtarova Təranə Sərdar qızı — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982). == Həyatı == Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996). Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996). == Əsərləri == 1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh.
Təranə Məmmədova
Təranə Məmmədova (tam adı: Məmmədova Təranə Aslan qızı; 9 sentyabr, 1963, Bakı) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, texnika elmləri doktoru. == Həyatı == Təranə Məmmmədova 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1971–1981-ci illərdə Bakı şəhəri 39 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunun polimerlər sintezi fakültəsinə daxil olub, 1987-ci ildə isə bitirib. 1987-ci ildə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun "Katalitik krekinq və piroliz" laboratoriyasına mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunub. 1988-ci ildən 1992-ci ilə qədər həmin laboratoriyada dissertant olub. 1992-ci ildə "Seolit tərkibli katalizatorlar üzərində ikinci emal benzin fraksiyalarının metanolla aşağı temperaturda birbaşa kontaktı yolu ilə yaxşılaşdırılmasının tədqiqi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi adını alıb. 1993-cü ildən 1997-ci ilə qədər həmin laboratoriyada kiçik elmi işçi vəzifəsində işləyib. 1997–2002 illərdə elmi işçi, 2002–2007-ci illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.
Tərxan Batiraşvili
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri. Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir. == Həyatı == Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir: Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.
Tərxan Qurbanov
Tərxan Zabit oğlu Qurbanov (29 iyun 1996, Kiçik Dəhnə, Şəki rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurbanov Tərxan Zabit oğlu. 29.06.1996ci il Şəki rayonunun Kiçik dəhnə kəndində anadan olmuşdur.2004cu ildə Moskva şəhərində 1ci sinifə gedib. Sonra isə 2005ci ilde mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin rus bölməsinin 2ci sinifində Fəal şagird olaraq təhsilini əla qiymətlərlə davam etdirib. Həmçinin məktəbdə keçirilən tədbirlərdə və hərbi hazırlıqda təlimlərində və hərbi hazırlıq tədbirlərində fəal iştirak etmişdir. 2015 ildə isə məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Mingəçevir şəhər 3 nömrəli məktəbin məzunu olub. Elə həmin il 2015 ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini qazanmışdır. Universitetde bir çox debatlarda iştirak edərək sertfikat qazanmışdır. Tərxan universitetin Sevilən şagirdlərindən biri olmuş və en çoxda müəllimələr və qrup yoldaşları arasında Böyük hörmət qazanmışdır. 2019 cu ildə həmin Universitetdən Məzun olduqdan sonra 05.07.2019 cu ildə Ağcabədi rayonun N saylı hərbi hissəsinə hərbi xidmətə çağırılmışdır..
İlyas Tərxan
İlyas Tərxan — krım tatar dramaturq, "Yaş kuvet" qəzetinin redaktoru, SSRİ Yazıçılar İttifaqının üzvü, 1931-1937-ci illərdə Krım Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin sədri. 17 aprel 1938-ci ildə "əksinqilabçı millətçi pantürk təşkilat"ın üzvü olmaqda ittiham edilərək güllələnib. 24 noyabr 1956-cı ildə ölümündən sonra bəraət qazanıb. == Həyatı == İlyas Ömər oğlu Tərxan 1900-cü ildə torpaqsız kəndli ailəsində anadan olub. 1913-1917-ci illərdə Kazanda yaşadığı üçün tatar məktəbində təhsil alıb. Bağçasarayda Zəncirli mədrəsədə təhsilini bitirib. 1919-cu ildə Kommunist Partiyasına üzv olub. Krımda "ağlara" qarşı partizan hərəkatında iştirak edib. Daha sonra Türkiyədə yeraltı kommunist hərəkatının iştirakçısı olub. 1920-ci ildə sovet hökuməti tamamilə qurulduqdan sonra onun atası Korbek kəndinin inqilab komitəsinin sədri olur.
Təranə Quliyeva
Təranə Arif qızı Quliyeva (25 iyun 1974, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini == Həyatı == Təranə Quliyeva 25 iyun 1974-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Naxçıvanın tanınmış ziyalılarından, görkəmli musiqiçi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır. == Təhsili == Təranə Quliyeva 1984-cü ildə Naxçıvan şəhər 3 nömrəli rus dili təmayüllü orta məktəbi bitirib. O, 1982–1988-ci illərdə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıb. 1989-cu ildə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumuna (İndiki Musiqi Kolleci) qəbul olunub, 1993-cü ildə həmin texnikumu "Fortepiano" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Həmin akademiyada "Musiqişünaslıq" ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Təranə Quliyeva əmək fəaliyyətinə 1991-ci ildə müəllim kimi başlayıb. Əvvəlcə Naxçıvan şəhər uşaq incəsənət və musiqi məktəbində, 1993-cü ildən isə Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərib.
Təranə Bayramova
Təranə Eyvaz qızı Bayramova (15 fevral 1972, Bakı) — Azərbaycan alimi, həkim-cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru (2015), Mərkəzi Gömrük Hospitalı Mama-ginekologiya şöbəsinin rəisi (2012), Gömrük Tibb Xidməti Polkovnik-leytenantı (2023). == Həyatı == Təranə Bayramova 15 fevral 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Nəriman Nərimanov rayonunda yerləşən 82 saylı orta pilot məktəbinin birinci sinfinə getmişdir, 1987–1988-ci illərdə fizika, kimya fənləri üzrə keçirilən şəhər olimpiadasında I yeri tutmuşdur. 1989-cu ildə orta məktəbi bitirmişdir.1989-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1995-ci ildə fakültəni əla qiymətlərlə müalicə işi ixtisası üzrə bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə, azad təyinatla mamalıq-ginekologiya ixtisası üzrə Türkiyə Respublikasına ezam olunmuşdur. 1995–2000-ci illərdə Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında mamalıq-ginekologiya ixtisasına (mütəxəssislik) yiyələnmişdir. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəhər Onkoloji dispanserində onkoloji ginekologiya şöbəsində internatura keçərək, onkoginekoloq ixtisası almışdır. 1999-cu ilin fevral ayından etibarən Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu "Ana, Döl, Uşaq Sağlamlığının mühafizəsi" şöbəsində kiçik elmi işçi, həkim mama-ginekoloq vəzifəsinə təyin olunmuşdur.
Mehmet Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Məhməd Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Tüp-Tərxan yarımadası
Tüp-Tərxan (ukr. Тюп-Тархан, krımtat. Tüp Tarhan, Тюп Тархан) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. == Coğrafiyası == Yarımadanın səthi hamardır. Sivaş körfəzinin suları ilə yuyulur. Sahillərində şoranlıq vardır. Ən hündür nöqtəsi 8,2 metrdir. Sahil xəttində dərinlik 0,4 metr, şimal-şərqində isə 0,1 metrdir. Sahilləri düzəndir.
Tərxan Qut yarımadası
Tərxan Qut yarımadası (ukr. Тарханкутський півострів, krımtat. Tarhan Qut yarımadası, Тархан Къут ярымадасы) — Krım yarımadasının qərb qutaracağını təşkil edən yarımada. Sahillərini Qara dənizin suları yuyur. Yarımadanın adı krım tatarlarının dilində işlənən krımtat. Тархан sözlü ilə əlaqədardır. Bu isə vergidən azad bölgə mənasını verir == Coğrafiyası == Qərb qutaracağı Priboyski burnu ilə bitir. 1953-cü ilə qədər krımtatar dilində olan Qaramburun adlanırdı. Bu nöqtə Krım yarımadasının ucqar qərb nöqtəsini təşkil edir. Cənub-qərbində isə Tərxan Qut burnu yerləşir.
Əbdülhaq Hamid Tərxan
Əbdülhaq Hamid Tərxan — Türk ədəbiyyatının nümayəndlərindən biri, şair == Həyatı == Əbdülhaq Hamid Tərxan 1852-ci ildə anadan olmuşdur. 1937-ci ildə vəfat etmişdir. Əbdülhaq Hamid XIX əsrin ikinci yansı — XX əsrin birinci yansmda Türkiyənin ən böyük şairlərindəndir. Türkiyə ədəbiyyatma Şinasinin, Ziya Paşanm, Namiq Kamalm gətirdiyi yenilikləri davam etdirmək yoluyla gedən Ə. Hamid bu yeniləşmədə daha yüksək zirvəiərə qalxmış, türk şerini həm məzmun, həm formaca zənginləşdirmişdir. Divan ədəbiyyatı ənənələrindən bəhrələnən, hətta şerlərini ərəb-fars tərkibləriylə qəlizləşdirən Hamid eyni zamanda Qərb ədəbiyyatımn da bir çox dəyərlərini yaradıcı surətdə mənimsəmiş, türk poeziya və dramaturgiyasmda yeni bir səhifə açmışdır. XX əsrin əvvəllərində Hamid sənəti Azərbaycan ədəbiyyatma, özəlliklə Hüseyn Cavid kimi müqtədir bir sənətkann yaradıcılığma təsir göstərmişdir. Gənc yaşlarmda itirdiyi həyat yoldaşmın xatirəsinə həsr etdiyi "Məqbər" poeması şairin şah əsərlərindən, ümumtürk ədəbiyyatının poetik zirvələrindəndir. == Yaradıcılığı == Böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə "Sənət sənət üçündür!" deyir, bu inamla yazıb-yaradırdı.
Əbu Təbarə-yi do
Əbu Təbarə-yi do (fars. ابوطباره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 73 ailədə 148 nəfəri kişilər və 151 nəfəri qadınlar olmaqla cəmi 299 nəfərdir.
Əbu Təbarə-yi yek
Əbu Təbarə-yi yek (fars. ابوطباره یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 34 ailədə 65 nəfəri kişilər və 72 nəfəri qadınlar olmaqla cəmi 137 nəfərdir.
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur.Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu. Qeyri-dini ədəbiyyatda isə meyxanə, sözün əsl mənasında, içki içənlər və şərab içənlərin oturub-içdikləri, söhbət etdikləri, yəni toplandıqları bir məkandır.
Baccharis texana
Baccharis texana (lat. Baccharis texana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Quercus texana
Quercus texana (lat. Quercus texana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvia texana
Salvia texana (lat. Salvia texana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.