Tərxan Zabit oğlu Qurbanov (29 iyun 1996, Kiçik Dəhnə, Şəki rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Tərxan Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Qurbanov Tərxan Zabit oğlu. 29.06.1996-cı il Şəki rayonunun Kiçik dəhnə kəndində anadan olmuşdur.2004-cü ildə Moskva şəhərində 1-ci sinifə gedib. Sonra isə 2005-ci ilde Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin rus bölməsinin 2-ci sinifində Fəal şagird olaraq təhsilini əla qiymətlərlə davam etdirib. Həmçinin məktəbdə keçirilən tədbirlərdə və hərbi hazırlıq təlimlərində və hərbi hazırlıq tədbirlərində fəal iştirak etmişdir. 2015-ci ildə isə məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Mingəçevir şəhər 3 nömrəli məktəbin məzunu olub. Elə həmin il 2015-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olur . Universitetdə bir çox debatlarda iştirak edərək sertifikat qazanmışdır. Tərxan universitetin Sevilən şagirdlərindən biri olmuş və ən çoxda müəllimələr və qrup yoldaşları arasında Böyük hörmət qazanmışdır. 2019 -cu ildə həmin Universitetdən Məzun olduqdan sonra 05.07.2019- cu ildə Ağcabədi rayonun N saylı hərbi hissəsinə hərbi xidmətə çağırılmışdır.. Tərxan əsgərlikdə də fəal tibb işçisi kimi (yəni sanitar) olmuşdur. Tərxan gecə gündüz xəstə olan olan əsgərlərin qayğısına qalmışdır. Fəal olduğuna görə orada da Tərxanı Sertifikatlarla təltif etmişdirlər . Tərxan orada da çox hörmət qazanan , sevilən əsgər olmuşdur. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. Tərxana geridə arxada duraraq yaralılara kömək etməsini desələr də Tərxan bu sözlə razı olmayıb və önə vuruşmağa gedib. Və Tərxan bir neçə mövqelərdə fəal vuruşub. Çoxlu sayda Erməni şərəfsizlərini məhv edib. Tərxan Fizuli Xocavənd Və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Tərxan və Tərxan olan dəstə Xocavəndin mərkəzinə gedən ilk dəstə olublar. Tərxan "Vətən uğrunda" , "Xocavənd uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Tərxan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərxan Qurbanov noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərxan Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərxan Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]