TƏRANƏ

сущ.
1. мелодия, мотив, напев. Muğam təranələri мелодии мугама, bahar təranələri весенние мотивы
2. песня (звуки птичьего пения). Bülbül təranəsi соловьиная песня, quşların təranələri песни птиц
TƏR
TƏRAVƏT
OBASTAN VİKİ
Təranə Abbasova
Təranə Abbasova (13 yanvar 1967) — Azərbaycanı təmsil edən ağır atlet. Təranə Abbasova Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Təranə Abbasova final mərhələsində 165.0 (75.0 + 90.0) nəticə göstərdi və olimpiadanı 10-cu pillədə başa vurdu.
Təranə Haşımova
Təranə Həşimova (tam adıː Həşimova Təranə Əzim qızı; 26 oktyabr 1977, Bakı) — Fəlsəfə doktoru, dosent, şairə. Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Təranə Muradova
Muradova Təranə Hüseyn qızı (6 avqust 1965, Bakı) — Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı,baletmeyster.Azərbaycan Respublikasının xalq artisti (1998),Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru. Muradova Təranə Hüseyn qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (1974-1983), Azərbaycan Dövlət İncəsənət Universitetini (1991-1995), Rusiya Dövlət Sosial Universitetində isə hüquqşunaslıq ixtisası üzrə təhsil alıb (2004-2008). 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri kimi çalışmışdır. 2000-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 26 dekabr 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, "Səyyah" uşaq rəqs ansamblının və "Odlar Yurdu" rəqs ansamblının həm direktoru həm də bədii rəhbəridir.
Təranə Muxtarova
Muxtarova Təranə Sərdar qızı — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982). Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996). Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996). 1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh.
Təranə Məmmədova
Təranə Məmmədova (tam adı: Məmmədova Təranə Aslan qızı; 9 sentyabr, 1963, Bakı) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, texnika elmləri doktoru. Təranə Məmmmədova 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1971–1981-ci illərdə Bakı şəhəri 39 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunun polimerlər sintezi fakültəsinə daxil olub, 1987-ci ildə isə bitirib. 1987-ci ildə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun "Katalitik krekinq və piroliz" laboratoriyasına mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunub. 1988-ci ildən 1992-ci ilə qədər həmin laboratoriyada dissertant olub. 1992-ci ildə "Seolit tərkibli katalizatorlar üzərində ikinci emal benzin fraksiyalarının metanolla aşağı temperaturda birbaşa kontaktı yolu ilə yaxşılaşdırılmasının tədqiqi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi adını alıb. 1993-cü ildən 1997-ci ilə qədər həmin laboratoriyada kiçik elmi işçi vəzifəsində işləyib. 1997–2002 illərdə elmi işçi, 2002–2007-ci illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.
Təranə Quliyeva
Təranə Arif qızı Quliyeva (25 iyun 1974, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyeva 25 iyun 1974-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Naxçıvanın tanınmış ziyalılarından, görkəmli musiqiçi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır. Təranə Quliyeva 1984-cü ildə Naxçıvan şəhər 3 nömrəli rus dili təmayüllü orta məktəbi bitirib. O, 1982–1988-ci illərdə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıb. 1989-cu ildə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumuna (İndiki Musiqi Kolleci) qəbul olunub, 1993-cü ildə həmin texnikumu "Fortepiano" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Həmin akademiyada "Musiqişünaslıq" ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Təranə Quliyeva əmək fəaliyyətinə 1991-ci ildə müəllim kimi başlayıb. Əvvəlcə Naxçıvan şəhər uşaq incəsənət və musiqi məktəbində, 1993-cü ildən isə Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərib.
Təranə Bayramova
Təranə Eyvaz qızı Bayramova (15 fevral 1972, Bakı) — Azərbaycan alimi, həkim-cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru (2015), Mərkəzi Gömrük Hospitalı Mama-ginekologiya şöbəsinin rəisi (2012), Gömrük Tibb Xidməti Polkovnik-leytenantı (2023). Təranə Bayramova 15 fevral 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Nəriman Nərimanov rayonunda yerləşən 82 saylı orta pilot məktəbinin birinci sinfinə getmişdir, 1987–1988-ci illərdə fizika, kimya fənləri üzrə keçirilən şəhər olimpiadasında I yeri tutmuşdur. 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1995-ci ildə fakültəni əla qiymətlərlə müalicə işi ixtisası üzrə bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə, azad təyinatla mamalıq-ginekologiya ixtisası üzrə Türkiyə Respublikasına ezam olunmuşdur. 1995–2000-ci illərdə Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında mamalıq-ginekologiya ixtisasına (mütəxəssislik) yiyələnmişdir. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəhər Onkoloji dispanserində onkoloji ginekologiya şöbəsində internatura keçərək, onkoginekoloq ixtisası almışdır.
Təranə Həşimova
Təranə Həşimova (tam adıː Həşimova Təranə Əzim qızı; 26 oktyabr 1977, Bakı) — Fəlsəfə doktoru, dosent, şairə. Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Təranə Əlidostu
Təranə Əlidostu (fars. ترانه علیدوستی‎; 12 yanvar 1984, Tehran) — İran aktrisası. == Həyatı == Təranə Əlidostu İran futbol yığmasının oyunçusu Həmid Əlidostunun ailəsində anadan olmuşdur. Anası isə heykəltəraşlıqla məşğul olub. Təranənin kinematoqrafda debütü 17 yaşına təsadüf edir. O zaman Rəsul Sədr Əməlinin "Mən Təranəyəm, 15 yaşım var" filmində baş rolu ifa etmişdi. Bu roluna görə o, Lokarno Film Festivalında ən yaxşı aktrisa kimi "Gümüş bəbir" və Fəcr Beynəlxalq Film Festivalında "Büllur simurq" mükafatlarına layiq görülmüşdür. İkinci mükafata layiq görülən ən gənc ifaçı kimi tarixə düşüb. Təranə Əlidostu tanınmış İran kinorejissoru Əsgər Fərhadi ilə sıx əməkdaşlıq edir. Aktrisa onun "Gözəl şəhər", "Atəşfəşanlıq çərşənbəsi", "Elli haqqında" və "Satıcı" filmlərində çəkilmişdir.
Səadət təranələri (film, 1980)
Film Respublika Pionerlər Sarayının məşhur "Cücələrim" ansamblının fəaliyyətinə, ölkəmizdə və xaricdə uğurla çıxışlarına həsr olunmuşdur.
Xalq təranələri (film)

Значение слова в других словарях