Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təcrübə
Təcrübə (Təcrübəyə əsaslanan bilik və ya təcrübi bilik) - Epistemologiyanın əsas anlayışlarından biri, bir anda və ya uzun müddət ərzində müşahidə, praktiki fəaliyyət və ya hər hansı bir təəssürat nəticəsində qazanılmış bilik və bacarıqlar toplusu. Bilikdən fərqli olaraq abstrakt düşüncə yolu ilə əldə edilə bilməz. Lakin burada düşüncənin özü ilə bağlı əldə edilən təcrübə istisnadır. İnsan düşünərək, öz düşünmə tərzini, düşünmə sürətini və ya digər düşünməyə aid xüsusiyyətlərini dəyişdirə, inkişaf etdirə bilirsə, buna öz düşüncələrini müşahidə edərək nail olur. Deməli, bu yolla əldə edilmiş düşünmədəki dəyişikliklər də təcrübə yolu ilə əldə edilmiş hesab edilə bilər. Təcrübə - bilik və bacarıq, hissiyat və iradə kimi mövhümlərin birgəliyini ifadə etməklə, bəşəriyyətin bu mövhümlərin, sosial-mədəni irs kimi, nəsildən nəsilə ötürülməsinin sistematikliyini xarakterizə edir. Təcrübə anlayışı onu ya bilik mənbəyi hesab etməyən və ya varlığını tamamilə inkar edən empirizm və rasionalizmlə qızğın mübarizə mühitində aktiv inkişaf etmişdir. Təcrübə biliyi refleksiyaya tabe olmayan gizli bilikdən fərqli anlayışdır. Aristotel hesab edirdi ki, təcrübənin insanlarda əmələ gəlməsinin səbəbi yaddaşdır. Aristotelə görə bir obyekt haqqında olan bir neçə fikir - bir təcrübə dərəcəsinə yüksəlir.
Pedaqoji təcrübə
Pedaqoji təcrübə – təlim-tərbiyə işi prosesində müəllimin qazandığı pedaqoji bilik, bacarıq və vərdişlər; müəllimin pedaqoji ustalığının əsası; pedaqoji elmi inkişaf etdirmək mənbələrindən biri. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. ПЕДАГОГИЧЕСКИЙ ОПЫТ - это...
Aktif təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Aktiv təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Fəal təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Passiv təlim
Passiv təlim — Təlim prosesində müəllim dərsin aparıcı siması və idarəedicisi, şagirdlər isə onun göstərişlərinə sözsüz əməl edən passiv dinləyicilər — obyektlərdir. Bu formalı prosesdə tərəflər arasında əlaqə daha çox suallar, yoxlama işləri və test tapşırıqları vasitəsilə saxlanılır. Müasir təlim texnoloqlarına görə passiv metod dövrümüzün ən səmərəsiz metodudur. Onun müsbət cəhəti isə müəllimin dərsə asan hazırlaşmasına və məhdud zaman çərçivəsində daha çox tədris materialı təqdim etməsinə imkan yaratmasıdır. Ona görə hələ də bir çox müəllim bu metoda üstünlük verir. Mühazirə-dərs bu metodun ən yayılmış formasıdır.
Təlim təyyarəsi
Təlim təyyarəsi əsas etibarilə pilotların və ya ekipaj üzvlərinin uçuş vərdişlərini artırmaq məqsədilə istifadə olunan təyyarələrdir. Bir sıra ölkələrin hərbi hava qüvvələrində təlim təyyarələri öz əsas məqsədləri ilə birlikdə, həmçinin döyüş əməliyyatlarında da istifadə olunur. Lakin, bu cür təyyarələr qırıcılara nisbətən qarşı tərəfdən gələcək hər hansı bir hücuma qarşı qorumalı olmadığı üçün müasir döyüş əməliyyatlarında istifadə olunması nəticəsində uğur qazanmaq da çətin olur. Tarixən bəzi təlim təyyarələrinin hücum məqsədilə istismar olunan variantları da yaradılmışdır. Məsələn, XX əsrin ikinci yarısında Cənubi Afrikada baş vermiş sərhəd toqquşmalarında İtaliya istehsalı olan Aermacchi MB-326 təlim təyyarələri CAR Hərbi Hava Qüvvələrinin əsas zərbə gücü hesab olunurdu. Çin istehsalı olan Hongdu JL-8 təyyarəsi də aşağı intensivliyə malik döyüş əməliyyatlarında düşmən bölmələrinə hücum etmək məqsədilə hazırlanmışdır. Buna baxmayaraq, qırıcılara nisbətən zəif təchiz olunmuş təlim təyyarələrinin gözlənilməz hücum əməliyyatında iştirak etməsi və ya xüsusilə də hücum edən tərəfin hava üstünlüyünü öz əlində saxlayacağına əmin olması bu təyyarələrin də uğur qazanmasına səbəb ola bilər.
İnteraktiv təlim
İnteraktiv təlim. İdraki və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimsənilməsinə proses iştirakçılarının hər biri öz töhfəsini verir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında söhbət və dialoq rejimində fəaliyyət göstərirlər. İnteraktiv metodlar biliklərin şagirdlərə hazır şəkildə verilməsini deyil, bu bilikləri daha çox onların özlərinin birlikdə axtarıb tapmalarına yardımı nəzərdə tutduğundan təlim prosesində müəllim təşkiledici, əlaqələndirici, istiqamətverici və məsləhətverici, şagirdlər isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər kimi fəaliyyət göstərirlər.
Təcrübə (film, 2001)
Təcrübə və ya Alman dilindəki adı ilə Das Experiment — Oliver Hirşbigelin rejissorluğu ilə Stenford həbsxana eksperimenti haqqında 2001-ci ildə çəkilmiş Alman filmidir. Bu film, alman yazıçısı Mariyo Cordanonun 1971-ci ildə Filip Zimbardonun həyata keçirdiyi Stenford həbsxana eksperimentindən bəhs edən “Das Experiment Black Box” adlı kitabından ilhamlanaraq çəkilmişdir. Filmin ssenarisini Mariyo Cordanodan başqa Don Bohlinqer və Kristofer Darnştadt da yazmışdır. Filmdə baş rolları Morits Bleibtreu, Kristian Berkel, Oliver Stokovski və Andrea Savatzki ifa etmişdir. Film 2002-ci il iyun ayının 21-də Türkiyədə nümayiş olunmuşdur.
Təcrübə (film, 2010)
Təcrübə (ing. The Experiment) 2010-cu ildə çəkilmiş olan Amerika psixoloji triller filmidir. Bu film Amerikalı psixoloq Filip Zimbardonun həbsxana təcrübəsinin hadisələri əsasında 2001-ci ildə çəkilmiş olan "Das Experiment" adlı alman filminin remeyki hesab olunur.
Təcrübə-Sənaye Zavodu (Azərbaycan)
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı. AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır. AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir. AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir. Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır. AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir. Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır. Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur.
Fəal-interaktiv təlim
Fəal-interaktiv təlim — təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə yeni bir vəzifəni — bələdçi(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Burada biliyin qrup və cütlərələ iş formalaraından müntəəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qrup işləri təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir.
Fəal interaktiv təlim
Fəal-interaktiv təlim — təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə yeni bir vəzifəni — bələdçi(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Burada biliyin qrup və cütlərələ iş formalaraından müntəəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qrup işləri təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir.
Kompüter-dəstəkli təlim
Təhsil texnologiyası — öyrənməyi asanlaşdırmaq üçün kompüter avadanlığının, proqram təminatının və təhsil nəzəriyyəsi və praktikasının birgə istifadəsi. "EdTech" abreviaturu adətən təhsil texnologiyası yaradan şirkətlər sənayesinə aid edilir. "EdTech Inc.: Selling, Automating and Globalizing Higher Education in the Digital Age" (2019) adlı kitabda Tanner Mirrlis və Şahid Alvi "EdTech sənaye mülkiyyəti və bazar qaydalarına istisna" olmadığını vurğulayır, "EdTech" sənayesini "mənfəət əldə etmək məqsədilə təhsil bazarı üçün kommersiya avadanlıqlarının, proqram təminatının, mədəni malların, xidmətlərin və platformaların maliyyələşdirilməsi, istehsalı və paylanması ilə məşğul olan bütün özəl şirkətlər kimi" müəyyən edir. Onlara görə, "bu şirkətlərin əksəriyyəti ABŞ-də yerləşir, Şimali Amerikada təhsil bazarlarına sürətlə genişlənir və bütün dünyada getdikcə böyüyür". == Tərifi == Təhsil Kommunikasiyaları və Texnologiyaları Assosiasiyası (TKTA) təhsil texnologiyasını "müvafiq texnoloji prosesləri və resursları yaratmaq, istifadə və idarə etməklə öyrənmənin asanlaşdırılması və performansın təkmilləşdirilməsinin tədqiqi və etik təcrübəsi" kimi müəyyən etmişdir. Bu, tədris texnologiyasını "öyrənmə proseslərinin və resurslarının layihələndirilməsi, inkişafı, istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi nəzəriyyəsi və təcrübəsi" kimi ifadə edilir. Beləliklə, təhsil ztexnologiyası avadanlıq, eləcə də elmi tədqiqatlardan əldə edilən proseslər və prosedurlar kimi bütün etibarlı və etibarlı tətbiqi təhsil elmlərinə aiddir. Müəyyən bir kontekstdə nəzəri, alqoritmik və ya evristik proseslərə istinad edə bilər. Bu, mütləq fiziki texnologiya demək deyil. Təhsil texnologiyası texnologiyanın təhsilə müsbət şəkildə inteqrasiyası prosesidir ki, bu da daha müxtəlif öyrənmə mühitini və tələbələrin texnologiyadan, eləcə də ümumi tapşırıqlarını necə istifadə etməyi öyrənmələrinə kömək edir.
Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
İqtisadi təlim məktəbləri
İqtisadi təlim məktəbləri (ing. school of economic thought) — iqtisadiyyatların necə işlədiyinə dair ortaq bir baxışı paylaşan bir qrup iqtisadi mütəfəkkir. İqtisadçılar həmişə müəyyən məktəblərə uyğun gəlməməsinə baxmayaraq, xüsusən günümüzdə iqtisadçıları düşüncə məktəblərinə görə təsnif etmək adi haldır. İqtisadi düşüncəni təxminən üç mərhələyə bölmək olar: müasir (Yunan-Roma, Hindistan, Fars, İslam və Çin), erkən modern (merkantilist, fiziokratik) və müasir (Adam Smit və XVIII əsrin sonunda klassik iqtisadiyyatdan başlayaraq). Sistemli iqtisadi nəzəriyyə əsasən müasir çağ adlanan başlanğıcdan inkişaf etmişdir. Hal-hazırda, iqtisadçıların böyük əksəriyyəti ümumi iqtisadiyyat ("ortodoksal iqtisadiyyat" da deyilir) adlanan bir yanaşma tətbiq edirlər. İqtisadçılar ümumiyyətlə makroiqtisadiyyat, geniş mənada, bütövlükdə iqtisadiyyatın ümumi həcmi və ya mikroiqtisadiyyat, xüsusi bazarlarda və ya aktyorlarda ixtisaslaşırlar . ABŞ-dəki makroiqtisadi cərəyan daxilində "duzlu su iqtisadçıları" ilə "şirin su iqtisadçıları" nın daha azad fikirləri arasında fərq qoyula bilər. Bununla birlikdə, ümumi tarazlığın əhəmiyyəti, xüsusi məqsədlər üçün istifadə olunan modellərlə əlaqəli metodologiya (məsələn, proqnozlaşdırma üçün statistik modellər, əks-faktik analiz üçün struktur modellər və s.) və xüsusi amillərin təhlili üçün qismən tarazlıq modellərinin əhəmiyyəti barədə geniş bir razılaşma mövcuddur. iqtisadiyyat üçün vacibdir (məsələn, bank işi).
Ülküçü təlim düşərgələri
Ülküçü təlim düşərgələri — Alparslan Türkeş tərəfindən yaradılmış ideoloji və hərbiləşdirilmiş təlim düşərgələri. Düşərgələr "Bozqurdlar"ın üzvlərinə şəhər müharibəsi təlimi vermək üzrə ixtisaslaşmışdır. Düşərgələr 1968-ci ildə yaradılmışdır və 1978-ci ilə qədər tamamilə ləğv olunmuşdur. "Qladio" əməliyyatının bir hissəsi olaraq ABŞ düşərgələrə silah göndərmiş və onları maliyyələşdirmişdir. Düşərgələrdəki təlimçilər əvvəllər də ABŞ-də təhsil almış TSQ veteranları idi. İlk sessiya 14 iyul 1968-ci ildə İzmir və Gümüldərə şəhərlərində başlamışdır. 1969-cu ilə qədər düşərgələrdə 100,000-dən çox insan təlim keçmişdi. 1970-ci ilin sonunda düşərgələrin sayı 35-ə çatmışdır. Türkiyə daxilində İzmir, Yozgat, Çanqırı, Kayseri, Trabzon, Antalya, Ankara və İstanbul kimi şəhərlərdə ümumilikdə 100-dən çox düşərgə fəaliyyət göstərirdi. Əsgərlər "yaxşı nizam-intizamlı" kimi təsvir edilirdi və düşərgələri bitirdikdən sonra onlar Türkiyədəki siyasi münaqişədə vuruşmuş, solçulara, ələvilərə, kürdlərə və islamçılara qarşı atışmalarda, sui-qəsdlərdə və digər hücumlarda iştirak etmişdilər.
Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tədris == Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Təhsil və Təlim Nazirliyi (Vyetnam)
Təhsil və Təlim Nazirliyi (vyet. Bộ Giáo dục và Đào tạo) — Vyetnamda ümumi, akademik təhsilin və ali təhsilin idarə olunmasına cavabdeh olan nazirlik. Peşə təhsili sahəsi Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi tərəfindən idarə olunur. Nazirliyin ofisləri mərkəzi Hanoyda, Kodayvyet küçəsində yerləşir. Vyetnam sistemində bu nazirlik onun tabeliyində olan təhsil müəssisələrinin peşəkar fəaliyyətinə və tənzimlənməsinə cavabdehdir, lakin əsas dövlət universitetləri istisna olmaqla, mülkiyyət və maliyyə məsələləri onun məsuliyyətində deyil. Bundan başqa, Hanoy və Hoşimin şəhərində yerləşən Vyetnam Milli Universiteti birbaşa Baş nazirin aparatına tabedir. Təhsil müəssisələrinin əsas hissəsi, o cümlədən bütün məktəb səviyyəli ümumi təhsil müəssisələrinin inzibati və maliyyə məsuliyyəti vilayət və ya rayon hökumətlərinin tabeliyindədir. Bu hökumətlər Vyetnam Konstitusiyasına əsasən bir çox büdcə qərarlarında əhəmiyyətli muxtariyyətə malikdirlər. Bəzi müəssisələr, əsasən, ali təhsil səviyyələrində (orta və ali məktəblərdə) olmasına baxmayaraq, digər mərkəzi nazirliklər tərəfindən də idarə olunur. Nazirlik vilayət səviyyəli departamentləri (DoETs, E&T Departamentləri) saxlayır, onların nəzdində həmçinin rayon idarələri (BoETs, E&T Bürosu) və mərkəzi departamentlər var.
Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tədris == Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
"Kür" Olimpiya Təlim və İdman Mərkəzi
"Kür" Olimpiya Tədris-İdman Mərkəzi — Azərbaycanın Mingəçevir şəhərində, Kür çayı üzərində yerləşən avarçəkmə bazası. == Tarixi == Ümumittifaq əhəmiyyətli Kür Olimpiya Avarçəkmə Təlim Mərkəzi 1964-cü ildə yaradılmışdır. Avarçəkmə bazası idman kompleksinin memarı Tələt Xanlarov idi. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında olub və onun yenidən qurulması ilə bağlı tapşırıqlar verib. Baza üçün layihə-smeta sənədləri hazırlandıqdan sonra 2007-ci ildə tikinti işlərinə başlanılıb. 2010-cu ilin oktyabrında prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə yenidən qurulan mərkəzin açılışı olub. == Şəraiti == Kompleksdə inzibati bina, üzgüçülük hovuzu, 250 çarpayılıq altı mərtəbəli gəmi formalı otel, idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar və hakim qülləsi var. == Yarışlar == Mərkəzə təlim-məşq toplanışı, təsnifat və digər yarışlar üçün hər il SSRİ və müttəfiq respublikalardan avarçəkənlər gəlirdilər. 2007-ci ildən etibarən bazanın yardımçı hissəsində avarçəkmə üzrə beynəlxalq "Prezident Kuboku" reqatası keçirilir. 2023 və 2024-cü illərdə kubok Avropa Kanoe Assosiasiyasının rəsmi təqviminə daxil edilib.
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı. == Tarixi == AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır. AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir. AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir. == Fəaliyyət istiqamətləri == Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır. AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir. == Elmi nəticələr == Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır. Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur.
Təcrübi iqtisadiyyat
Təcrübi iqtisadiyyat — iqtisadi suallara cavab tapmaq üçün eksperimental metodların tətbiq edilməsidir. Təcrübələrdə toplanan məlumatlar miqyas effektini təxmin etmək və dəyərləndirmək, iqtisadi nəzəriyyələrin etibarlılığını yoxlamaq və bazar mexanizmlərini işıqlandırmaq üçün istifadə olunur. İqtisadi təcrübələr, ümumiyyətlə, real həyatdakı təşviqi təqlid etmək üçün subyektləri həvəsləndirmək məqsədiylə nağd puldan istifadə edir. Təcrübələr bazarların və digər mübadilə sistemlərinin necə və niyə işlədiyini anlamaqda kömək edir. Təcrübi iqtisadiyyat, həmçinin, qurumları və hüququ (təcrübi hüquq və iqtisadiyyat) anlamaq üçün də genişlənmişdir. Mövzunun fundamental bir istiqaməti eksperimentlərin dizaynıdır. Təcrübələr fərdi və ya qrup davranışından asılı olmayaraq sahədə və ya laboratoriya şəraitində aparıla bilər. Bu cür rəsmi sərhədlərdən başqa, mövzunun tətbiq üsullarına təbii və yarım-təbii təcrübələr daxildir.
Kosmik Cihazqayırma Təcrübi Zavodu
«Kosmik Cihazqayırma Təcrübi Zavodu» Azərbaycan Milli Aerokosmik Agentliyi nəzdində 1987-ci ildə təşkil olunan, məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisə. == Fəaliyyətlər == Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hazırlanmış texniki və texnoloji sənədlər əsasında elmi tədqiqat üçün avadanlıqlar hazırlayır. hazırlayır. MAKA-ya elmi təcrübi sınaq işləri üçün verilmiş cihaz və komplekslər "Salyut" və "Mir" kosmik gəmilərində kosmosun tədqiqində, kosmosdan yeraltı və yerüstü sərvətlərin aşkar edilməsində o cümlədən, "Çernobıl" AES-də baş vermiş qəzanın aradan qaldırılmasında istifadə edilmişdir. == Bölmələri == Mexaniki emal və qeyri-standart avadanlıqlar bölməsi. Elektronika bölməsi. Mikroelektronika bölməsi.
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], Konstantinopol, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
I Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir. Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi.
Montessori təlimi
Montessori təlimi (it. Metodo Montessori) — italiyalı pedaqoq Mariya Montessori tərəfindən yaradılan tədris metodikası. 26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi. Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. Mariya Montessori pedaqogika, psixologiya və antropologiyanı tədqiq etməyə başlayır, fransız psixoloqları Qaspar İtard (fransız həkimi) və Eduard Segenin (fransız psixiatrı) əsərlərini oxuyur, Jan Piaje (isveçrəli psixoloq və filosof), Anna Freyd (Britaniya psixoloqu Ziqmund Freydin kiçik qızı) ilə müzakirələr edir, müşahidələr və təcrübələr aparır, nəticələrin üzərində düşünür. Tədqiqatları və mütaliələri əsasında belə qərara gəlir ki, əqli geriliyi olan uşaqlar tibdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır.
Sparta təlimi
Aqoqe (yun. ἀγωγή — Spartada oğlanların təlim-tərbiyə sistemi. Sparta tərbiyə sistemi- Lakonika əkinçilik ölkəsi idi. Əsas yeri qul əməyi tuturdu. Qullar amansızcasına istismar edildiklərindən, bəzən üsyan edir, öz sahibkarlarına divan tuturdular. Qədim yunan mütəfəkkiri Aristotelə görə, Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi güdülürdü. Burada vəzifə möhkəm və davamlı hərbiçilər, gələcək quldarlar yetişdirmək idi. Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. 7 yaşa qədər spartalılar ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar. Sonra elə bir vaxt gəldi ki, dövlət böyüməkdə olan nəslin tərbiyə və təlimini öz üzərinə götürdü.
Həlim Gəray
Həlim Gəray (1689 – 1759, Türkiyə) — XXXX Krım xanı. Krım xanı IV Səadət Gərayın oğludur. Əmisi II Məngli Gərayın hər iki səltənətində nurəddin ünvanı almışdır. 1756-cı ilin martında bilinməyən bir səbəblə vəzifədən alınan Arslan Gərayın yerinə xan təyin edildi. Qardaşlarından Dövlət Gərayı kalqay, Mehmed Gərayı isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra öz yaxın adamlarını və qohumlarını yüksək saray rütbələrinə təyin etdi. Ancaq təyin edilən şəxslərin bir çoxu yaxşı idarəçi deyildi və bu saray əyanlarıyla xanın münasibətlərini pisləşdirdi. Ayaqlanan saray əyanları və xidmətçilər Həlim Gərayı saraydan qovdular. Məsələyə Osmanlıların müdaxiləsi ilə əvvəlcə Arslan Gəray xanlığa gətirilmək istənilsə də, yerli tatar bəyləri bunu qəbul etmədi və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər. Olduqca yaşlı olan Həlim Gərayın İstanbul yaxınlığında Saracelində yaşamasına icazə verildi.
Telim xan
Telim xan Teymur xan oğlu Türkman (1757, Mərağey[d], Mərkəzi ostanı – 1830, Savə, Mərkəzi ostanı) — el şairi. Telim xan 1742-ci ildə Savə vilayətinin Mərağey kəndində anadan olmuşdur. 14-15 yaşlarında şeir yazmağa başlamışdır. Çox gözəl şeirlər yazdığı və mükəmməl aşıqlığından dolayı onun "Haqq aşığı" olduğuna inanılmışdır. Telim xan gənclik illərində əmisi qızı Mehri xanıma aşiq olmuş, onun ardınca Şiraza getmiş, orada yeddi il qalaraq yəhər-səmər işləriylə, sərraclıqla məşğul olmuşdur. O, nakam bir eşq yaşamış, çox sevdiyi Mehri xanıma qovuşa biməmışdir. Amma son nəfəsinə qədər Mehri xanımı sevmişdir. Telim xan bir şerində 60 yaşına, başqa bir şerində isə 90 yaşına çatdığına işarə etmişdir. Onun doxsan yaşında öldüyü qəbul edilsə də, şair hicri-qəməri 1245-ci ildə, yəni miladi 1829-cu ildə vəfat edib. Telim xanın oğullarından biri Qulamhüseyn bəydir.
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Filadelfiya təcrübəsi
Filadelfiya eksperimenti (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir. 28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project).
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Lenski təcrübəsi
Lenski təcrübəsi — Riçard Lenski və qrupunun başlanğıcda eyni populyasiyaya aid Escherichia coli bakteriyalarından ələ alıb, bunları 12 qrupa ayırması ilə etdikləri təcrübi təkamül çalışmasıdır. Bununla bir-biri ilə başlanğıcda az qala eyni, 12 fərqli bakteriya populyasiyası əldə edilmişdir. Təcrübə 24 fevral 1988 tarixində başladılmışdır. == Təcrübi yanaşma == Təcrübədə E. coli bakteriyalarının istifadə edilmə məqsədi, bakteriyaların bölünmə sürətinin 20 dəqiqə olmasıdır. Bu bakteriyalar, hər 20 dəqiqədə 1 dəfə bölünürlər, beləliklə Təkamül müddətində 1 nəsli yalnız 20 dəqiqədə keçmək mümkündür. Insanların ömrünün 80 il olduğunu və bu müddətdə ortalama 30 yaşına çatdıqlarında çoxaldıqlarını, beləcə 1 nəslin keçilməsinin 30 il qədər sürdüyünü və bu səbəblə bir insanın ömüründə ən çox 2 və ya 3 insan nəsli görə biləcəyini, bütün növlər arasında bilinən növləşmə sürətlərinin ortalaması alındığında, bir növdən yeni iki növün meydana gələ bilməsi üçün keçməsi lazım olan nəsil sayı təxminən 1000-ə qədər olur. 1000 nəsil, insan üçün 300000 il, E. coli bakteriyası üçün təxminən 333 saat, yəni 14 gündür. == Metodlar == Lenski bu 12 fərqli bakteriya qrupunu götürərək davamlı çoxalmalarına şərait yaratdı. Hər bir qrupu minimal böyümə mühitində (texniki bir termindir və bir canlının yaşaması üçün lazım olan minimum şərtləri ifadə edir) saxlamağa başladı. Hər yeni gündə böyüyən populyasiyanın 1%-ni yeni bir qab içərisinə yerləşdirərək, "1 nəsil" olaraq işarələdi.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Milqram təcrübəsi
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Sinxron tərcümə
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq mümkündür. Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə Azərbaycanda sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə proqramları
Tərcümə proqramları dedikdə mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur. Tərcümə proqramları iki cür olur: Sözlərin ayrı-ayrılıqda tərcüməsini yerinə yetirən proqramlar – Polyglot, Lingvo, Lingvosoft Dictionary və s. Mətnin ümumi tərcüməsini yerinə yetirən proqramlar – Dilmanc, PROMT, Systran, SOKRAT, Cevirt və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Fatih Terim
Fatih Terim (4 sentyabr 1953, Adana) — Qalatasarayın və Türkiyə millisinin keçmiş baş məşqçisi. Terim 2013–2017-ci illərdə İtaliyada (Milan və Fiorentina) və Türkiyədə bir neçə kluba, həmçinin Türkiyə milli futbol komandasına rəhbərlik edib. == Həyatı == 4 sentyabr 1953-cü ildə Adanada anadan olub. Futbolçu karyerasında Türkiyə millisinin və Qalatasarayda yarımmüdafiəçi kimi çıxış edib. == Karyera == Türkiyənin ən uğurlu məşqçisi Fatih Terim indiyədək xaricdə "Fiorentina" və "Milan" klublarının baş məşqçisi olub. 58 yaşlı mütəxəssis, 2013-cü ilin sentyabrın 24-nə qədər Qalatasaray klubuna rəhbərlik edirdi. Fatih Terim klub tərəfindən sentyabrın 24-ü istefaya göndərilmişdir və Türkiyə millisinin baş məşqçi postuna gətirilmişdir.
Məlik Rəhim bəy
Məlik Rəhim bəy Fətəli bəy oğlu (Zərdablı) (XVIII əsr — XIX əsr) — Şirvan əyalətinin Qarasubasar mahalının naibi, eyni zamanda Zərdab kəndinin sahibi, Həsən bəy Zərdabinin babası. == Atası == Fətəli bəy Şamaxı xanlığında Məlik Fətəli kimi tanınıb. Fətəli bəy 18–19-cu əsrlərdə indiki Zərdab ərazisində yaşayıb. O dövrdə "Məlik" müəyyən bir yaşayış məntəqəsinin, inzibati ərazinin sahibinə, naibinə verilən titul olmuşdur. Fətəli bəyin indiki Zərdab ərazisində mövcud olan inzibati ərazilərin birinin naibi olmasını və bu səbəbdən ona "Məlik" titulunun verilməsini ehtimal etmək olar. Fətəli bəyin ailəsinin, nəslinin nümayəndələri Əlvənd və Zərdab kəndlərində yaşayıblar. Sənədlərə əsasən XVIII əsrin sonlarında Əlvəndin naibi Məlik Məhəmməd bəy olub. Böyük ehtimalla, Fətəli bəy Zərdab kəndinin sahibi, naibi idi. Sənədlərdə bu barədə məlumat olmasa da, Fətəli bəyin Qarasubasar mahalının naibi olmasını da güman etmək olar. Həm Şamaxı xanı Ağası xan, həm də övladlarının Əlvənd (müasir Zərdab rayonunun kəndidir) bəyləri ilə qohumluq əlaqələri olmuşdur.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Məcrusə (Urmiya)
Məcrusə (fars. مجروسه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (19 ailə).