Həlim Gəray

Həlim Gəray (16891759, Türkiyə) — XXXX Krım xanı.[1]

Həlim Gəray
mart 1756 – 1758
ƏvvəlkiArslan Gəray
SonrakıKrım Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1689
Vəfat tarixi 1759
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası IV Səadət Gəray
Uşağı
Ailəsi Gəraylar
Dini sünni islam

Krım xanı IV Səadət Gərayın oğludur. Əmisi II Məngli Gərayın hər iki səltənətində nurəddin ünvanı almışdır. 1756-cı ilin martında bilinməyən bir səbəblə vəzifədən alınan Arslan Gərayın yerinə xan təyin edildi. Qardaşlarından Dövlət Gərayı kalqay, Mehmed Gərayı isə nurəddin təyin etdi.

Vəzifəyə gəldikdən sonra öz yaxın adamlarını və qohumlarını yüksək saray rütbələrinə təyin etdi. Ancaq təyin edilən şəxslərin bir çoxu yaxşı idarəçi deyildi və bu saray əyanlarıyla xanın münasibətlərini pisləşdirdi. Ayaqlanan saray əyanları və xidmətçilər Həlim Gərayı saraydan qovdular. Məsələyə Osmanlıların müdaxiləsi ilə əvvəlcə Arslan Gəray xanlığa gətirilmək istənilsə də, yerli tatar bəyləri bunu qəbul etmədi və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər.

Olduqca yaşlı olan Həlim Gərayın İstanbul yaxınlığında Saracelində yaşamasına icazə verildi. Ertəsi il burada vəfat etdi.

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479