Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hacıman
Hacıman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Hacıman şəlaləsi
Hacıman şəlaləsi — Azərbaycan Respublikasının Ağsu rayonu, Hacman kəndi inzibati vahidliyində yerləşir. Şəlalə həmçinin Pirqulu Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.
Taliban
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Taliqan
Taliqan— İranın Əlburz ostanının şəhərlərindən və Taliqan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,281 nəfər və 988 ailədən ibarət idi.
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Caiman
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. == Görünüşü == Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Hacman
Hacıman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Tatian
Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardıcıl hekayəyə birləşdirmiş və redaktə etmişdir "Diatessaron" adlanan bu kitab Assuriya kilsəsi tərəfindən müqəddəs kitab kimi qəbul edilmiş və bir neçə yüzillik boyu orada rəsmi ibadətlərdə oxunmuşdur. Həmdə Diatessaronun Əhdi Cədidin kanonik (kilsə tərəfindən qəbul edilən) mətninin oluşması prosesində bəlli qədər rol oynamışdır. Tatianın həyatı haqqında biliklər çox azdır. Əsərlərin birində o özü haqqında yazmışdır ki, "Assuriya torpaqlarında doğulmuşdur". Dəqiq ölüm ili və yeri də bilinməməkdədir. Güman edilir ki, o Assuriyada 185 ildə ölmüşdür. Bir çox ölkələrə səfər etmiş, çeşidli xalqların mədəniyyəti və dünyagörüşü ilə tanış olmuşdur.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Taliqan şəhristanı
Taliqan şəhristanı (fars. شهرستان طالقان‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Taliqan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 25 781 nəfər və 7 574 ailədən ibarət idi.
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.
Ərciman xalçaları
Ərciman xalçaları – Şirvan xalçaçılıq məktəbinə daxil olan xovlu xalçalar. Xalçanın adı Şamaxıdan 25 km şimalda yerləşən Ərciman (və ya Ərçiman) kəndinin adı lə bağlıdır. Bu xalçalar həm də Məlhəmdə, Göylərdə, xüsusilə Ağsu rayonunun Lənqəbiz kəndində, Qonaqkənddə, Qubada, Şahnəzərlidə istehsal olunur. Ona görə də sənətşünaslar bu xalçaya bəzən "Şirvan", "Quba çiçi" və ya "Şahnəzərli" adını veriblər. "Ərciman" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə yerləşdirilmiş bir neçə göldən ibarətdir. Bu göllər bir — birinə keçərək yanlış şaquli fiqur əmələ gətirir. Göllərin əksəriyyəti səkkizbucaqlı formaya malik olub, haşiyələrlə və ya kiçik kvadratlarla bəzədilir. Ara sahədə olan göllər xalçanın uzunluğundan asılı olaraq üç, beş və ya yeddi dəfə, bəzən doqquz və ya on bir dəfə təkrarlanır. "Ərciman" xalçalarının köbə bəzəkləri müxtəlif zolaqlardan, o cümlədən orta haşiyədən, kiçik haşiyədən və mədahildən ibarətdir. Köbə zolağının mərkəzini təşkil edən orta haşiyə əksər hallarda ağ fonda olub, "Qaraqaşlı" xalçasından, həmçinin Quba və Şirvan xalçalarından götürülmüşdür.
Ərciman xalçası
Ərciman xalçaları – Şirvan xalçaçılıq məktəbinə daxil olan xovlu xalçalar. Xalçanın adı Şamaxıdan 25 km şimalda yerləşən Ərciman (və ya Ərçiman) kəndinin adı lə bağlıdır. Bu xalçalar həm də Məlhəmdə, Göylərdə, xüsusilə Ağsu rayonunun Lənqəbiz kəndində, Qonaqkənddə, Qubada, Şahnəzərlidə istehsal olunur. Ona görə də sənətşünaslar bu xalçaya bəzən "Şirvan", "Quba çiçi" və ya "Şahnəzərli" adını veriblər. "Ərciman" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə yerləşdirilmiş bir neçə göldən ibarətdir. Bu göllər bir — birinə keçərək yanlış şaquli fiqur əmələ gətirir. Göllərin əksəriyyəti səkkizbucaqlı formaya malik olub, haşiyələrlə və ya kiçik kvadratlarla bəzədilir. Ara sahədə olan göllər xalçanın uzunluğundan asılı olaraq üç, beş və ya yeddi dəfə, bəzən doqquz və ya on bir dəfə təkrarlanır. "Ərciman" xalçalarının köbə bəzəkləri müxtəlif zolaqlardan, o cümlədən orta haşiyədən, kiçik haşiyədən və mədahildən ibarətdir. Köbə zolağının mərkəzini təşkil edən orta haşiyə əksər hallarda ağ fonda olub, "Qaraqaşlı" xalçasından, həmçinin Quba və Şirvan xalçalarından götürülmüşdür.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Ege Tanman
Franyo Tucman
Franyo Tucman (14 may 1922[…], Veliko-Trqovişçe[d], Zaqreb diyarı[d], Serblər, xorvatlar və slovenlər krallığı[d] – 10 dekabr 1999, Zaqreb) — Xorvatiyanın 1-ci prezidenti. Müstəqil Xorvatiyanın marşalı, xorvat millətçisi, antiyuqoslavist, Xorvat Demokratik İttifaqının banisi və sədri kimim tanınan Tucman, yuqoslav dövründə kommunist, hərbi və elm xadimi idi.
Kozo Taşima
Kozo Taşima (d. 21 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Tasman Torpağı
Tasman Torpağı (ing. Tasman Peninsula) — Qərbi Avstraliyanın şimal hissəsindəki, Avstraliya materikinin çıxıntı hissəsidir. Tasman Torpağı Kinq və Kembric körfəzləri arasındakı Kimberli yaylaları, Antrim vulkanik yaylası və Fisroy çayı ovalığını özündə birləşdirən sahil zolağını əhatə edir. Ərazinin adı hollandiyalı tədqiqatçı Abel Tasmanın şərəfinə verilmişdir.
Tasman dənizi
Tasman dənizi – Avstraliya və Okeaniyada yerləşir. Sakit okeana çıxışı vardır. Tasmaniya dənizi Avstraliya və Yeni Zelandiyanın arasında yerləşir. Dəniz məşhur holland səyyah Abel Tasmanın şərəfinə adlandırılmışdır.
Asiman Həsənov
Asiman Həsənov (4 sentyabr 1974, Nüvədi, Meğri rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tədqiqatçı. 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin müəllifidir. Səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır. == Həyatı == Həsənov Asiman Balakişi oğlu 4 sentyabr 1974-cü ildə Zəngəzur mahalı, Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1981–1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almış, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur. 1997–1998-ci illərdə bir illik internatura təhsili alaraq həkim-cərrah ixtisasını qazanmışdır. 1999, 2001, 2006-cı illərdə İzmirdə Ege Universistetində Loporoskopiya və Endoskopiya üzrə ixtisasartırmada olmuşdur. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisası üzrə məzun olmuşdur. 2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində çalışır.
Tarman Şanmuqaratnam
Tarman Şanmuqaratnam (tam. தர்மன் சண்முகரத்தினம்; 22 yanvar 1957, Sinqapur) — 2023-cü ilin 14 sentyabr tarixindən etibarən Sinqapur'un IX prezidenti vəzifəsini icra edən sinqapurlu dövlət xadimi və iqtisadçı. Prezident seçilməzdən əvvəl Tarman 2019–2023-cü illər arasında Sinqapurun baş naziri, 2015–2023-cü illərdə isə Sosial Siyasətlər üzrə Koordinasiya Naziri vəzifələrində çalışıb. O, 2011–2023-cü illər arasında Sinqapur Valyuta Təşkilatının (MAS) sədri vəzifəsini icra edib. İxtisasca iqtisadçı olan Tarman bütün iş həyatını Sinqapur üçün dövlət xidmətində, əsasən iqtisadi və sosial siyasətlərlə bağlı vəzifələrdə keçirmişdir. O, eyni zamanda müxtəlif yüksək səviyyəli beynəlxalq şura və panellərə rəhbərlik edib. Hazırda dövlət və özəl sektorlar və akademik dairələrin iqtisadi və maliyyə liderlərindən ibarət qlobal şura olan Otuzlar Qrupunun Qəyyumlar Şurasının sədridir. O, həmçinin Nqozi Okonyo-İveala, Mariana Maççukato və İohann Rokştröm ilə birgə Su İqtisadiyyatı üzrə Qlobal Komissiyaya həmsədrlik edir. Onun ilkin tövsiyələri 2023-cü ilin martında BMT-nin Su Konfransının nəticələrinin formalaşmasına kömək etmişdir. Tarman həmçinin 2021-ci ildən bəri Nqozi Okonyo-İveala və Lourens Summerslə birlikdə Pandemiyaya Hazırlıq və Cavab üçün Qlobal Maliyyələşdirmə üzrə G20 Yüksək Səviyyəli Müstəqil Panelə həmsədrlik edir.
Asiman Allahverdiyev
Asiman Quliyev
Asiman Aydın oğlu Quliyev (1956, Şəki, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi, əməkdar müəllim (2020). == Həyatı == Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur. 1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-1" kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalının mətbuat katibidir.
Tasman yarımadası
Tasman yarımadası ing. Tasman Peninsula - Tasmaniya adasının bir hissəsini təşkil edir. Yarımada Abel Tasmanın şərəfinə adlandırılıb. Tasman yarımadasını adadan iki bərzəx birləşdirir. Qabarma və çəkilmə nəticəsində onlardan biri tədricən boğaza çevrilir. Bərzəxin eni 30 - 40 metr təşkil edir. Ərazidə Port Artur şəhəri yerləşir. Yarımadanın cənub-şərqində Tasman milli parkı vardır. Oradan cənub-şərqdə məşhur Tasman adası yerləşir.
Hacıxan
Anbaq-i Hacıxan (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Hacıxan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Ərçiman
Ərçiman – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Ərçiman kəndi Dəmirçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərçiman kənd Soveti yaradılmışdır. Arçiman oykonimi mürəkkəb söz olmaqla iki hissədən ibarətdir. Bəzi tədqiqatçılara görə, toponim arçan (ardıc bitkisi) və man (ətraf) sözlərinin birləşməsindən yaranaraq yerli tələffüz nəticəsində indiki formasını almışdır. Kənd ətrafı arçan ağacları ilə zəngin olan dağın ətəyində salındığı üçün belə adlandırılmışdır. Toponimik sözlüklərdə Ərçiman variantında olan bu oykonim 1917-ci ildə Arçiman şəklində qeydə alınmışdır. Oykonim arçi və man sözlərindən düzəlib. Arçilər Qərbi Dağıstanda yaşayan və avarlara yaxın olan etnik qrupdur. Türk dillərində arçi sözü "dağlı" sözünün sinonimidir, man komponenti isə "adam", "yer, məkan", "əhatə olunmuş" mənalarını ifadə edir. Arçiman oykonimi "dağlılar", yaxud "dağlıların məskunlaşdığı yer" kimi başa düşülməlidir.
Tapılan obyekt
Tapılmış obyekt (Fransızca objet trouvé -dən hərfi tərcüməsi ) və ya tapılmış sənət , ört-basdır edilməmiş, lakin əsasən dəyişdirilmiş əşyalardan və ya məmulatlardan yaradılmış sənətdir ki, onlar adətən sənət olduğu qəbul edilməyən materiallardır. Onların qeyri-bədii funksiyası var, çünki adətə belə edilir. Pablo Pikasso bu ideyadan ilk dəfə stul çəngəllərinin çap olunmuş şəklini “Stulun çəmənliyi ilə natürmort” (1912) adlı rəsminə yapışdırarkən istifadə etdi. Marsel Duchamp bir neçə il sonra özü tərəfindən seçilmiş və sənət kimi təyin edilmiş tamamilə dəyişdirilməmiş gündəlik əşyalardan ibarət bir sıra hazır məhsullar ortaya qoyaraq konsepsiyanı təkmilləşdirdiyi güman edilir. Ən məşhur nümunə Fəvvarələrdir (1917), bir tikinti malları mağazasından alınmış və yan tərəfində dayanan bir postamentdə nümayiş etdirilən standart pisuardır. Ən ciddi mənada "hazır" termini yalnız geyim sənayesindən bu termini götürmüş Marsel Dyuşampın istehsalı olan əsərlərə tətbiq edilir ( fr. prêt-à-porter ) Nyu Yorkda yaşayarkən və xüsusilə 1913-cü ildən 1921-ci ilə qədər olan əsərlərə. Tapılan əşyalar sənət əsəri kimi kimliklərini rəssamın onlara qoyduğu təyinatdan və obyektlə birlikdə gələn sosial tarixdən alır. Bu ya onun anonim köhnəlməsi ( Kurt Şvittersin kollajlarında olduğu kimi) və ya istehlakçıların qəbul etdiyi mənası ilə tanınması ( Haim Steinbachın heykəllərində olduğu kimi) ilə göstərilə bilər. Onun yerləşdirildiyi kontekst də çox aktual amildir.