TANIMAQ

f.
1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. Cəbhə dostunu tanımaq. Keçmiş sinif yoldaşını tanımaq.
// Tanış olmaq, tanışlığı olmaq. [Yaqut:] Onu tanıyıram.
Adı Yaşardır. C.Cabbarlı.
[Süleyman:] Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyarsan. Ü.Hacıbəyov.

// Bilmək, başqalarından fərqləndirmək, kim olduğunu seçmək. Sizi birdən-birə tanımadım. Bu adamı tanımadın? Yerişindən tanımaq.
– Aslan Səlminaz arvadı səsindən tanıyıb, cəld pəncərəyə yanaşdı. M.Hüseyn.

// Ayırd edə bilmək, fərqləndirə bilmək, seçmək. Dostla düşməni tanımaq.
– Namərdlə mərdi tanı; El sevər mərd atanı; Oğul fərsiz çıxanda; Öldürər dərd atanı. (Bayatı).

2. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. Mən onu tanıyıram, o belə iş görməz. Sən hələ onu yaxşı tanımırsan.
[Yusif:] Elə ki mən [Şamdan bəyi] tanımışam, heç kəs tanımaz. N.Nərimanov.

3. İtaət etmək, tabe olmaq. Kiçik böyüyü tanımayanda iş görmək çətindir.
4. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. [İbrahim xan Məmməd bəyə:] …Kəlbəli qudurub, məni tanımaq istəmir.
Onun burnunu ovmaq lazımdır. Çəmənzəminli.

5. dipl. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. Afrikada yaranmış yeni dövlətləri tanımaq.

Синонимы

  • TANIMAQ saymaq
  • TANIMAQ bilmək — öyrənmək — soruşmaq

Антонимы

  • TANIMAQ TANIMAQ – DANMAQ At minicisini tanıyar (Ata. sözü) Ay İnci, guya mən evli olduğumu danıram? (S.Rəhman)
TANIMA
TANIMAZLIQ

Значение слова в других словарях

клопо́вный поноси́тель попо́вство протя́вкивать украинофо́бский хо́ботный ве́ялка въеда́ться вынима́ть загрязня́ть носоро́жек под нача́лом прозрева́ть серде́чник Буджак за солитер fog-horn forthright Lucius mulier numerator polypi выложить обрыднуть