Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ərciman xalçaları – Şirvan xalçaçılıq məktəbinə daxil olan xovlu xalçalar.
Xalça | |
Ərciman xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Şirvan xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Bölgə | Şirvan |
Kənd | Ərciman |
Toxunması haqqında məlumatlar | |
Tarixi | XIX əsrin sonu |
Digər məlumatlar | |
Sahəsi | 3,3777 m² |
Uzunluğu | 2,43 m |
Eni | 1,39 m |
Material | Yun |
Xalçanın adı Şamaxıdan 25 km şimalda yerləşən Ərciman (və ya Ərçiman) kəndinin adı lə bağlıdır. Bu xalçalar həm də Məlhəmdə, Göylərdə, xüsusilə Ağsu rayonunun Lənqəbiz kəndində, Qonaqkənddə, Qubada, Şahnəzərlidə istehsal olunur. Ona görə də sənətşünaslar bu xalçaya bəzən "Şirvan", "Quba çiçi" və ya "Şahnəzərli" adını veriblər.
"Ərciman" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə yerləşdirilmiş bir neçə göldən ibarətdir. Bu göllər bir — birinə keçərək yanlış şaquli fiqur əmələ gətirir. Göllərin əksəriyyəti səkkizbucaqlı formaya malik olub, haşiyələrlə və ya kiçik kvadratlarla bəzədilir. Ara sahədə olan göllər xalçanın uzunluğundan asılı olaraq üç, beş və ya yeddi dəfə, bəzən doqquz və ya on bir dəfə təkrarlanır.
"Ərciman" xalçalarının köbə bəzəkləri müxtəlif zolaqlardan, o cümlədən orta haşiyədən, kiçik haşiyədən və mədahildən ibarətdir. Köbə zolağının mərkəzini təşkil edən orta haşiyə əksər hallarda ağ fonda olub, "Qaraqaşlı" xalçasından, həmçinin Quba və Şirvan xalçalarından götürülmüşdür.
"Ərciman" xalçasının ara sahəsinin fonu əksər hallarda sürməyi olur. Nadir hallarda tünd — qırmızı və ya tünd — abı fonlu xalçalara rast gəlinir. Köbə zolağının rəngi ara sahənin rənginə uyğun olaraq dəyişir.
"Ərciman" xalçalarının ölçüsü 120x170sm-dən 130x200sm-ə qədər dəyişir. Əksər hallarda120x450sm ölçülü uzunsov xalçalar istehsal olunur. Nadir hallarda böyük ölçülü xalçalar toxunur.
İlmələrin sıxlığı bir kvadrat desimetrdə 40x40 ilmədən 45x45 ilməyə qədərdir (bir kvadrat metrdə 160 min ilmədən 200 min ilməyə qədər). Xovun hündürlüyü 4–7mm-dir.