Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Basırqa
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Tayılqa
Basırga
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Qasırğa
Qasırğa — isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir. Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir.
Euseius talinga
Euseius talinga (lat. Euseius talinga) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir. Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır.
T-300 Qasırğa
T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir. Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir. Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir. Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 Mach olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur. Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür. Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır.