Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Qorxu və tamah (film, 1953)
Qorxu və tamah (ing. Fear and Desire) 1953-cü il Amerika istehsalı antimilitarist bir filmdir. Stenli Kubrik tərəfindən rejissorluq edilmiş filmin ssenarisi Hovard Sakler tərəfindən yazılmışdır. Cəmi on beş nəfərdən ibarət heyəti ilə film Kubrikin rejissorluq debütü idi.
Çəkmə
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması == Haqqında == Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. == Azərbaycanda çəkmə istehsalının tarixi == Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
CAMAH
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. == Haqqında == İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. == Azərbaycanda == CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. == İstinadlar == == Xarici keçidlər == South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Tanah
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Mərz çəkmə
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. == Yer ölçmümünün iş bölmələri == Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür: Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). == Yer düzənlik işləri == Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək: (d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. == Topoqrafiya toru yaratmağının nədəni == Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. == Alti metre işləri == hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Çarmıxa çəkmə
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. == Etimologiya == Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* == Tarixçə == Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Çəkmə (geyim)
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması == Haqqında == Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. == Azərbaycanda çəkmə istehsalının tarixi == Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Çəkmə (dəqiqləşdirmə)
Çəkmə — Ayaqqabı. Çəkmə (texnika) — maşın hissəsinin hazırlanma üsuludur..
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
Böyük Tamar
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib. Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi. Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb.
Cennifer Tamas
Cennifer Tamas — keçmiş ABŞ voleybolçusu 1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan Cennifer Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerikalı voleybolçu 2009/2010 mövsümünü Puerto-Riko çempionatında keçirib. O, "Llanares of Toa Baja" klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub. 2010-cu ildə Azərreyl Bakı komandasına transfer olub. Son komandası isə daha sonradan bu klubun əsas komandası çevrilən Azəryol olmuşdur. 2013-cü ildə bu klubda karyerasını başa vurmuşdur.
Misao Tamay
Misao Tamay (16 dekabr 1903 - 23 dekabr 1978) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Tamam Cəfərova
Tamam Cəfərova (azərb. Tamam Şaməmməd qızı Cəfərova‎; 5 aprel 1959, Bakı) — Tarix elmləri namizədi, dosent, VI çağırış Milli Məclisin Şamaxıdan seçilən deputatıdır. == Həyatı == Tamam Şaməmməd qızı Cəfərova 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində 1976-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinə daxil olub. 1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1987–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülüb. 1996-cı ildən dosent vəzifəsində çalışır. 2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Siyasi Tarix" kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin "Diplomatiya və müasir inteqrasiya prosesləri" kafedrasında dosent vəzifəsində çalışıb.
Tamam Əliyeva
Tamam Əliyeva (1903, Şərur-Dərələyəz qəzası – 16 avqust 1980, İliç rayonu) — Pambıqçı,Naxçıvanın əmək qabaqcılı,Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Tamam Əliyeva 1903-cü ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Yengicə (hazırda Azərbaycan Naxçıvan MR Şərur rayonu Yengicə kənd.).kəndində anadan olmuşdur. 1938-ci ildə Şərur rayonunda yerləşən "Sosializm" kolxozunda Manqabaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.SSRİ Ali Sovetinin 10 mart 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1980-ci ildə vəfat edib. == İstinadlar == == Mənbə == Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Taman xan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. == Hakimiyyəti == Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. == Ölümü == 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman xaqan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. == Hakimiyyəti == Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. == Ölümü == 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman yarımadası
Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. == Coğrafi yerləşməsi == Taman yarımadası şimaldan Taman körfəzi (Azov dənizi), qərbdən Kerç boğazı, cənubdan Qara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəzlərlə parçalanmışdır. Üstəlik burada həm də çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Antik dövrdə yarımada bir-birindən boğazlarla ayrılan adalar şəbəkəsindən ibarət olmuşdur. Yarımadanın relyefi, flora və faunasına Kuban deltası böyük təsir göstərir. == Tarixi == Yarımada ərazisində ilk insan izləri Alt paleolit dövrünə təsadüf edilir (2,1—1,8 mln il öncə). Qədim dövrlərlə ərazi Skiflər tərəfindən məskunlaşılmışdır. Antik dövrdə bölgə Bosfor çarlığının ərazinə daxil idi. Burara yunanlar, sarmatlar və yahudilər yaşayırdı.
Tamar (Salmas)
Tamar (fars. تمر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,064 nəfər yaşayır (243 ailə).
Tamar Çuqoşvili
Tamar Çuqoşvili (gürc. თამარ ჩუგოშვილი; 11 avqust 1984, Gürcaani) — Gürcüstan siyasətçisi. O, 2016-cı ilin noyabrından 2019-cu ilin noyabrına qədər Gürcüstan parlamentinin birinci vitse-spikeri vəzifəsində çalışmışdır. Çuqoşvili "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibi və partiyanın Siyasi Şurasının üzvü olmuşdur. == Fəaliyyəti == Çuqoşvili 2015-cı ildən "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibidir. O, 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin üzvü və birinci vitse-spiker seçilmiş, o vaxtdan parlamentin Gender Bərabərliyi Şurasının sədri, Parlamentdə ABŞ və İsrail kokuslarının sədri, xəzinədarlar şurasının sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Daimi Parlament Nümayəndəliyinin rəhbəri, AŞPA-da Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədr müavini və Qadın Siyasi Liderlərin Qlobal Forumunda səfir kimi xidmət etmişdir. Çuqoşvili Gürcüstanda hökumət islahatlarında iştirak etmişdir. Odur ki, o, parlamentinin reqlamentində islahatlara rəhbərlik etmişdir. Yeni reqlament 2018-ci ilin dekabrında təsdiq edilmişdir. Ona əsasən, parlamentin nəzarət funksiyası artırılmış, qanun yaradıcılığı prosesi təkmilləşdirilmiş, öarlamentin hesabatlılığı artırılmış, vətəndaşların iştirakı təşviq edilmiş və şəffaflıq səviyyəsi yüksəlmişdir.
Tamar İveri
Tamar İveri (gürc. თამარ ივერი; 8 sentyabr 1971, Tbilisi) ― Gürcüstan opera sopranosu ifaçısı. Onun doğulanda adı Tamar Cavaxişvili idi, atası Avtandil Cavaxişvili bariton ifaçısı idi, həm də onun müəllimi olmuşdur. == Karyerası == Iveri opera debütünü 1998-ci ildə Verdinin "Otello" əsərində Dezdemona rolu ilə etdi..1999-cu ildə Zalsburq keçirilən Motsart Yarışmasında birinci mükafat qazandı. Bir neçə il 2000-ci illərin əvvəllərində Qrats Opera ansamblının üzvü idi, orada o, Verdinin "Don Karlos" operasında Elizabet rolunu, Françesko Çileanın "Adriana Lekuvrör" və Cakomo Puççininin "Ancelika bacı" əsərlərində baş rollarını canlandırmışdır, həmçinin Verdinin "Simon Bokkaneqra" operasında Ameliya və Dezdemona rollarında çıxış etmişdir. O, 2011-ci ilin dekabr ayında Milan şəhərindəki La Skalada debüt etdi, Daniel Barenboymun rəhbərlik etdiyi "Don Covanni" operasında Donna Anna rolunu almışdır. O vaxtdan Vyana Dövlət Operası, Metropoliten-opera, Kovent Qarden Kral Opera Teatrı, Bastiliya Operası və Zalsburq Festivalı kimi tədbir məkanlarında çıxış etdi. O, "Hamı belə edir" operasında Fiordilici, "Titanın mərhəməti"ndə Viteliya, "İdomeney"də Elettra, "Bohema"da Mimì və "Yevgeni Onegin"də Tatyana rollarını ifa etmişdir. == Münaqişələr == İveri 2013-cü ildə Tbilisidə homofobiya əleyhinə keçirilən mitinq barəsində səsləndirdiyi fikirlər mübahisələr doğrutmuşdur. Helə də böyük olmayan etiraz aksiyasının məqsədi Tbilisidə geylərin haqqlarının qorunması tələbi idi, həmin hadisə zamanı etirazçılarln üstünə minlərlə geylərə qarşı nümayişçilər hücüm etdi və 20 nəfərdən çox şəxs yaralandı.
Tamay (Tikantəpə)
Tamay (fars. ‎تماي‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 580 nəfər yaşayır (112 ailə).
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Çökək Hamam
Çökək hamam — Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır. 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Tikilidə bir ara dekorativ sənət mərkəzi yerləşmişdir. 2013-cü ildə təmir işləri aparıldıqdan sonra tarixi abidəni "V&GO" Hoteli qanunsuz olaraq hamam-saunaya çevirmişdir. == Tarixi və memarlıq quruluşu == Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb. Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
Kamal paşa şirini
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन )(Urdu dili: گلاب جامن)(Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Bəkməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Səkmən
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Çəkməköy
Çəkməköy (türk. Çekmeköy) — İstanbul ilinin ilçəsi. Əvvəllər Ümraniyyə ilçəsinə bağlı bələdiyyə olan Çəkməköy, 2009-cu ildə Ömərli, Aləmdağ və Daşdələn birinci dərəcəli bələdiyyələrin hüquqi şəxslərinin fəaliyyətinin dayandırılması və bu bələdiyyələrə tabe olan 17 məhəllə və 5 kəndin birləşdirilməsi ilə yaradılmışdır. İlçənin şimal-qərbində Bəykoz, şimal-şərqində Şilə, cənub-qərbində Ümraniyə, cənub-şərqində isə Sancaqtəpə və Pendik yerləşir.
Çəlpək
Çəlpək (türkm. Çelpek; qaz. шелпек; qırğ. май токоч, челпек; özb. чалпак; uyğ. чалпак) — Orta Asiya türklərinin ənənəvi çörəklərindən biri. == Lazım olan ərzaqlar == un süd şəkər kərə yağı qaymaq soda duz bitki yağı == Hazırlanma qaydası == Xəmir top şəklində düzülür və qızıl rəngə çatana kimi isti bitki yağı ilə qızardılır. Çəlpək maya ilə də hazırlana bilər, beləliklə xəmir daha uzun müddət yumşaq qalır. Verilən vəziyyətdə xəmir hazırlamaq üçün resept bursak (bağırsaq) üçün işlədilən reseptə bənzəyir . == İstinadlar == Çəlpək Çəlpək / Tatar mətbəxi .
Çərmik
Çərmik (türk. Çermik ) — Türkiyənin Diyarbəkir ilində şəhər və rayon. == Tarixi == İnsanlar qədim zamanlardan bu yerlərdə yaşayıblar. Sonradan şəhər müxtəlif dövlətlərin bir hissəsi idi. Qədim Avarn şəhərinin burada yerləşdiyi güman edilir. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuşdur.
Bikini
Bikini — qadınlar üçün nəzərdə tutulan və üzgüçülükdə istifadə edilən çimərlik geyimi növüdür.
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Divani
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri. Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır. Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Dişicik
Dişicik (lat. Pistillum) — örtülütoxumlu bitkilərdə çiçəyin mühüm orqanlarından biri. Dişicik çiçək yatağının ortasında olub üç hissəyə bölünür: yumurtalıq (bir, yaxud bir neçə yumurtaçıqlı), ondan ayrılan sütuncuq (adətən, bir və ya bir neçə) və tozlanma vaxtı tozcuğu tutan ağızçıq. Müxtəlif bitki növlərində dişiciyin forma və quruluşu müxtəlifdir. Bəzi bitkilərdə sütuncuq inkişaf etmir və ağızcıq bilavasitə yumurtalığın üstündə oturur. Dişiciyi əmələ gətirən meyvə yarpaqçığının miqdarına və onların bitişməsi xarakterinə görə yumurtalıq biryuvalı, ikiyuvalı və çoxyuvalı olur. Mayalandıqdan sonra yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə inkişaf edir. Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm mərhələdir. Bu, örtülütoxumlu bitkilərin dünyada sürətlə artmasına və onların əvvəllər daha çox yayılmış ali sporlu və çılpaqtoxumlu oitkiləri sıxışdırıb azaltmasına səbəb olmuşdur.
Fişinq
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Rimini
Rimini (it. Rimini, lat. Ariminum) — İtaliyanın Adriatik sahilində bir kurort. Emilia-Romanya bölgəsin Rimini vilayətin paytaxtı. Federiko Fellininin doğma şəhəri.
Rişiri
Rişiri (yap. 利尻 — Yapon dənizində Hokkaydo adasından 20 km şimal-qərbdə yerləşir. Vulkan məşəlli adadır. Sahəsi 182,11 km², sahil xəttinin uzunluğu 63 km. Ada öz adını Aynu dilidən götürmüşdür. Mənası rii-shiri — «hündür ada» deməkdir. == Coğrafiya == Adaya gələn turistərin çoxu adaya hündürlüyü 1721 m olan Rişiri-san dağıdır görməyə gəlirlər. Dağ ilk baxışdan Fudziyama dağını xatırladır. Avropalılar üçün İsveçrədə yerləşən Alp dağlarını xatırladır. Açıq havada 120 km şimalda yerləşən Rusiyaya məxsus Moneron adasından görmək olar.
Vişinq
Vişinq (ing. Vishing) — IP protokolu üzərindən səs (VoIP) vasitəsilə məlumatlara icazəsiz giriş.
Ceklər
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Cermuk
Cermuk, Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. == Əhalisi == 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çəkçəki
Çəkçəki (lat. Saxicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.