Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. == Coğrafiyası == Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
TANAP
Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd.
Talay
Tanah
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Tanax
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Tatay
Tatay Xan - türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. == Etimologiya == (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Manay Alibekov
Manay Alibekov (1860 - 1920)—qumuq şairi. == Həyatı == Manay Alibekov (1860, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın pe­şəsi inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yaz­dığı əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qu­muq qızla­rının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mol­lalar“ və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maa­riflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çoban­zadə onu „köy ve köylü şairi“ adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir. Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca zən­gin etnoqrafik materialları var. Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap et­dirmişdir.
Misao Tamay
Misao Tamay (16 dekabr 1903 - 23 dekabr 1978) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Nanay dili
Nanay dili (keçmiş adı qold dili) — Nanayların dili. Tunqus-mancur dillərinə daxildir. Bu dildə Rusiyada 1.347 nəfər adam danışır. 3 dialektə bölünür: Amur, Kurirmi və Sunqari. Sunqari dialekti əsasən Çində danışılır. Ədəbi dil Amur dialektinin nayxi şivəsinə əsaslanır. Yazıda 1931-ci ildən 1963-cü ilədək latın əlifbasından istifadə olunmuş, 1963-cü ildən sonra isə kiril əlifbasından istifadə olunmaqdadır. == Mənbə == ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 155.
Tamay (Tikantəpə)
Tamay (fars. ‎تماي‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 580 nəfər yaşayır (112 ailə).
Tanat (mifologiya)
Tanat (Yunanca: θάνατος, ölüm) Yunan mifologiyasında ölüm tanrısı. Niksin oğlu, Hipnosun əkiz qardaşı, Hommerin "İliada" poemasında dünyanın sonunda, səhər və axşamın bir-birilə görüşdüyü və Atlantın göyü saxladığı yerdə yaşadığı göstərilir. Tanat dəmir ürəkli olub, tanrılara qarşı kinlidir. Tanat adətən əlində sönmüş məşəl tutmuş qanadlı gənc oğlan simasında təsvir edilir.
Tanya Baramzina
Tanya Baramzina (rus. Татьяна Николаевна Барамзина; 19 dekabr 1919 və ya 12 dekabr 1919 – 5 iyul 1944) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Tanya Saçdev
Tanya Saçdev (hind तानिया सचदेव; doğ. 20 avqust 1986, Dehli, Hindistan) — Hindistan şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2005), kişilər arasında beynəlxalq usta (2008). Şahmat şərhçisi kimi də tanınır. == Şahmat karyerası == Tanya Saçdev 20 avqust 1986-cı ildə Dehlidə anadan olub. Şahmat oynamağı 6 yaşında ikən anasından öyrənib.1995-ci ildən 2006-cı ilə qədər Hindistanı müxtəlif yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatlarında təmsil edib. Burada ən yüksək uğuru 1998-ci ildə U12 yaş qrupunda qazandığı bürünc medal olub. 2000-ci ildə 14 yaşlı qızlar arasında, 2002-ci ildə isə gənclər arasında Asiya çempionu olmuşdur. 2006 və 2007-ci illərdə qadınlar arasında şahmat üzrə Hindistan çempionatının qalibi olub. 2007-ci ildə həmçinin, Tehranda keçirilmiş qadınların şəxsi Asiya çempionatında da qalib olub.Tanya Saçdev müxtəlif illərdə qadınlardan ibarət şahmat üzrə Hindistan yığma komandasının heyətində Şahmat Olimpiadalarının, dünya və Asiya çempionatlarının iştirakçısı olub.
Fernanda Takay
Fernanda Takay (port. Fernanda Barbosa Takai) — Braziliyalı müğənni və mahnı yazarı. Əvvəllər Belo Horizonte şəhərində yaradılmış Pato Fu rok qrupunun vokalist və gitaristi kimi tanınmışdır. 2007-ci ildən etibarən solo karyerasına başlayıb. 2011-ci ildə Atom ™, Toshiyuki Yasuda və Moreno Veloso ilə birlikdə Red Hot+Rio 2 albomu üçün Águas de Março parçasını hazırlamışdır. Albomdan əldə edilən gəlirin QİÇS virusuna qarşı məlumatsızlığın aradan qaldırılmasın və mümkün qorunma tədbirləri ilə bağlı layihələrin həyata keçirilməsinə yönləndiriləcəyi bildirilib. == Həyatı == 1971-ci ilin 25 avqust tarixində Braziliyanın Serra do Navio bölgəsində anadan olan Fernanda Takay gənc yaşlarında ölkənin önəmli şəhərlərindən biri olan Belo Horizonteyə köçmüşdür. Fernanda Takay Braziliya yaponlarındadır. Ata tərəfi yapon, ana tərəfi isə yerli portuqal dillində danışan braziliyalılardandır. 2007-ci ildə solo karyerasına başlamasına baxmayaraq, musiqi sahəsində ilk addımlarını atdığı Pato Fu rok qrupu ilə də əməkdaşlığını davam etdirməkdədir.
Şanay-Timpişka
Şanay-Timpişka çayı (isp. Shanay-timpishka) və ya La Bomba — Amazon çayının qoludur və "dünyada yeganə qaynayan çay" adlanır. Uzunluğu 6,4 km (4,0 mil) təşkil edir. Sularının çox yüksək temperaturu ilə tanınır. Suyunun terpmeraturu 45 °C (113 °F) ilə təxminən 100 °C (212 °F) arasında dəyişir. İstiliyin mənbəyi əslində geotermal olsa da, adı "günəşin istiliyində qaynadılmış" deməkdir. == Mifalogiya == Çay Huanuko yüksək meşəsinin bir hissəsi olan Mayantuyacu ziyarətgahında yerləşir. Ərazidə Aşaninka icması yaşayır. Yerli şamanlar qaynar suyun “Suların Anası” kimi tanınan nəhəng ilan ruhu Yakumama tərəfindən doğulduğuna inanırlar. == Elmi izahat == Geotermal sahə üzrə alim Andres Ruzo istiliyin mənbəyini araşdırıb.
Tana gölü
Tana (amh. ጣና ሐይቅ) və yaxud Tsana — Afrikanın şərqində, Efiopiyanın şimal-qərbində yerləşən göl. Efiopiya dağlarının şimal-qərbindəki Amhara bölgəsində yerləşən göl təxminən 84 kilometr (52 mil) uzunluğunda və 66 kilometr (41 mil) enində, maksimum dərinliyi 15 metr (49 fut) və 1,788 metr (5,866 fut) yüksəklikdədir. Tana gölü əsasən Gilgel Abay, Reb və Qumara çaylarından qidalanır. Onun səth sahəsi mövsümdən və yağıntıdan asılı olaraq 3000-3500 kvadrat kilometr (1200-1400 kvadrat mil) arasında dəyişir. Gölün səviyyəsi gölün Mavi Nilə axıdıldığı suaşıran bəndin inşasından bəri tənzimlənir. Bu, Mavi Nil şəlaləsinə (Tis Abbai) və su elektrik stansiyasına gedən axını idarə edir. 2015-ci ildə Tana gölü bölgəsi milli və beynəlxalq təbii və mədəni əhəmiyyətini nəzərə alaraq YUNESKO-nun biosfer qoruğu kimi namizədliyi irəli sürülüb. == Coğrafiyası == Tana Efiopiyanın ən böyük gölüdür. Göl təxminən 5 milyon il əvvəl, erkən pleystosen dövründə axan çayların məcrasını kəsən vulkanik fəaliyyət nəticəsində əmələ gəib.
Aq-Manay bərzəği
Aq-Мanay bərzəği (rus. Ак-Монайский перешеек, ukr. Ак-Монайський перешийок, krımtat. Aq Manay boynu, Акъ Манай бойну) — Kerç yarımadasını Krımın əsas hissəsi ilə birləşdirir. Azov dənizinin Sivaş körfəzi və Arabat körfəzlərini Qara dənizin Feodosiya körfəzini ayırır. Bərzəğin uzunluğu təqribi — 15 km, eni ən dar yerdə — 17 km təşkil edir. Bərzəx öz adını onun ərazisində yerləşən Aq-Manay və Parpac kəndlərinin adından götürmüşdür. Bərzəğin şimal hissəsində Arabat Oxu adlı burun vardır. Onun ərazisində hərbi su anbarları və Kamışıncki Luk gölü vardır. Bərzəxdə Kamenskoe, Lovovo, Petrovo, Semisotka, Frontovoe, Yacmennoe və şəhər tipli qəsəbə olan Primorsk Bərzəz artıq I — III əsrlərdə məskunlaşma mövcud idi.
Tanya (Mortal Kombat)
Tanya (ing. Tanya) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. == Həyatı == 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.
Tanya di Mario
Tanya di Mario (4 may 1979, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Tanya di Mario, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Tanya di Mario, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Əbülhəsən Tana Şah
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlılar sülaləsi – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. == Həyatı == Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. == Hakimiyyəti == 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.
Atabay
Atabay — İran türkmənlərinin Yəmut elinin oymaqlarındandır.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir.
Banat
Banat - Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Banya
Banya (rus. баня) — soba ilə buxar hamamıdır. Buxar və yüksək istilik hamamlarda tərləməyə səbəb olur.