Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dantuin
Dantuin (ing. Dantooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Dantuin orbitində iki peyki olan yerəbənzər planetdir. Böyük peyki açıq bənövşəyi, kiçik peyki isə yaşılımtıl rəngə sahibdir. Dantuinin landşaftının çox hissəsi otlu düzənliklərdən, təpələrdən, çaylardan və böyük göllərdən ibarətdir. Yazda yağışlı mövsüm istisna olmaqla, planet ilin əksər hissəsində mülayim və quru iqlim saxlayır. Dantuin həmçinin, nəmli, sıx meşələrə və şirə təsərrüfatlarının yetişdirildiyi sonsuz örtüyə malikdir. Dantuinin adı ilk dəfə 1977-ci ildə çəkilmiş "Yeni ümid" filmində çəkilir. "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"dən, xüsusilə "Knights of the Old Republic" video oyunu və "Ulduz müharibələri: Yeni Ceday Ordeni" kitabında həm planetin tərkibi, həm də tarixi haqqında ətraflı məlumat verilir, lakin kanon deyil. == İstinadlar == == Xarici keçidlər == Dantooine — Vukipediya saytında.
Martuni
Martuni — sovet dövlət və partiya xadimi Aleksandr Fyodoroviç Myasnikovun təxəllüsü, həmçinin onun şərəfinə adlandırılan bir neçə toponimlərin adı: == Azərbaycan Respublikası == Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni — Xocavənd şəhərinin əvvəlki adı. Martuni — Şəmkir rayonunda Günəşli kəndinin əvvəlki adı. == Ermənistan Respublikası == Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Martuni — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon mərkəzi, şəhər. Martuni (Qaraqoyunlu) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Qaraqoyunlu mahalı ərazisində kənd.
Antoni
Antoni — ad. Mark Antoni — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı.
Tatoni
Tatoni — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 102 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki tat (isti) və lıoni (bulaq) sözlərindən ibarət olub, “isti bulaq” mənasındadır. Kəndin adı ərazisində İsti su bulağının olması ilə əlaqədardır.
Tatuin
Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir. Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır. Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Cuzeppe Tartini
Cuzeppe Tartini (8 aprel 1692[…], Piran[d], Venesiya Respublikası[…] – 26 fevral 1770[…], Padova[…]) — Barokko dövründə yaşayıb yaratmış italyan bəstəkar və skripkaçı.
Elisa Santoni
Elisa Santoni (10 dekabr 1987, Roma) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Santoni İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Santoni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Santoni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Santoni qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Blançi, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Luan Santani
Luan Santani (Luan Santana, 13 mart 1991, Campo Grande) — Braziliya müğənnisi.
Martuni (Ermənistan)
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir.
Martuni (Qaraqoyunlu)
Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun tərkibinə daxil edilimşdir. Toponim gödəklər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənilər buraya köçürüldükdən sonra 1924-cü ildə kəndin adı dəyişdirilib Martuni qoyulmuşdur. == Əhalisi == 1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Lakin mənbələrdə azərbaycanlıların say tərkibi göstərilmir.
Martuni rayonu
Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur.
Penias Tentani
Penias Tentani (2 iyun 1996) — Zimbabveli peşəkar kişi BMX velosipedçisi. Penias Tentani Zimbabveni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Penias Tentani 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 40.051 saniyəlik nəticəsi ilə 85-ci yeri tutdu.
Phytoseius mantoni
Phytoseius mantoni (lat. Phytoseius mantoni) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius mantoni Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Antoni (rayon)
Antoni (fr. Antony) — Fransanın İl-de-Frans regionun rayonlarından biri. Departamenti — O-de-Sen. Suprefektur — Antoni. Rayon əhalisi 2006-cı ildə 402,868 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8222 nəfər / km². Rayon ərazisi — 49 km².
Antoni Cenkinson
Antoni Cenkinson — (ing. Anthony Jenkinson, 8 oktyabr 1529, Lesterşir[d] – 16 fevral 1611) XVI əsr ingilis səyyahı, taciri və diplomatı. Onun gündəliyində apardığı qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri o cümlədən, İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə önəmli mənbələrdəndir. == Həyatı == Antoni Cenkinson 1529-cu ildə Leyçester şəhərində anadan olmuşdur. Atası Uilyam Cenkinson öz dövrünün varlılarından idi. Antoni tacir olmaq üçün təhsil almışdı. 1568-ci ildə o, Cudi Marş ilə ailə həyatı qurmuş, bu evlilikdən 6 qız, 5 oğlan övladı dünyaya gəlmişdir. Cudi Marşın atası Con Marş "Moskva" kompaniyasının qurucularından biri olmaqla yanaşı, geniş işgüzar əlaqləri olan bir şəxs idi. Bu əlaqələr vasitəsilə Antoni Cenkinson "Moskva" kompaniyasına qoşulmuş, kompaniyanın tərkibində dəfələrlə ekspedisiyalarda iştirak etmişdi. == Səyahətləri == === İlk səyahəti === Antoni Cenkinsonun ilk xarici səfəri "İpəkçi" kompaniyası ilə 1546-cı ilin oktyabr ayında baş tutmuşdur.
Antoni Flu
Antoni Flu (ing. Antony Garrard Newton Flew; 11 fevral 1923, London – 8 aprel 2010[…], Ridinq) — ingilis filosofu. O, analitik təfəkkür məktəbinə sadiqliyi və din fəlsəfəsi ilə bağlı fəaliyyəti ilə tanınır. Flu keçmişdə ateizmin güclü tərəfdarı idi və Allah haqqında dəlil olana qədər ateizmin qəbul edilməsi lazım olduğunu müdafiə edirdi. O, həmçinin ölümdən sonra həyata inamı, şər probleminin azad iradə ilə həllini və Allah anlayışının mənasını tənqid etmişdir. Lakin 2004-cü ildə deizmə qayıtdığını elan etdi. Bundan sonra o, Roy Abraham Varqesenin töhfələri ilə "Bir Tanrı var: Dünyanın ən məşhur ateistinin fikrini necə dəyişdirdi" kitabını nəşr etdi. Kitab nəşr edildikdən sonra New York Times-da Flüunun əqli qabiliyyətlərini itirdiyini və orijinal müəllifin Varqes olduğunu iddia edən bir məqalə dərc olundu. Məsələ hələ də mübahisəlidir, bəzi müəlliflər, o cümlədən PZ Myers və Richard Carrier iddiaları dəstəkləyir, digərləri isə (Flu daxil olmaqla) bunu rədd edir. Flyu Oksford, Aberdin, Keele və Ridinq Universitetlərində və Torontodakı York Universitetində dərs deyib.
Antoni Liu
Antoni Liu (6 iyun 1987) — Amerika Samoasından olan cüdoçu. Antoni Liu Amerika Samoasını 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antoni Liu birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Latviyanın nümayəndəsi Yevgeniys Borodavko ilə üz-üzə gəldi. Həmin görüşdə Antoni Liu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Antoni Martial
Anthony Joran Martial (5 dekabr 1995, Massi[d]) — İngiltərənin Mançester Yunayted klubunda və Fransa milli yığmasında hücumçu mövqeyində çıxış edən fransız futbolçudur. O, Avropada 21 yaş altı ən yaxşı gənc futbolçuya təqdim olunan 2015 "Golden Boy" mükafatının sahibidir. Fransanın Les Ulis klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra, peşəkar futbolçu karyerasına Olimpik Lion klubunda başlamış və 2013-cü ildə 6 milyon avro qarşılığında Monako klubuna transfer olmuşdur. Burada iki il çıxış etdikdən sonra isə 2015-ci ildə 36 milyon funt-sterlinq (bonuslarla birlikdə 57.6 milyon funt-sterlinq) qarşılığında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Martial Mançester Yunayted forması ilə çıxdığı ilk görüşdə qol vurmağı bacarmış və Premyer Liqada çıxış etdiyi ilk ayda "Ayın futbolçusu" mükafatına layiq görülmüşdür. Antoni Martial Fransa milli yığması ilə ilk oyununa 2015-ci ildə çıxmış və milli komandanın heyətində UEFA Avro 2016 turnirində iştirak etmişdir. == Milli yığma == Martial Fransanın fərqli yaş kateqoriyalarında çıxış etdi və bu dövrdə 58 oyunda 25 qol vurmağı bacardı. 26 avqust 2015-ci il tarixində isə Portuqaliya və Serbiya komandalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərində iştirak etmək üçün milli yığmaya dəvət aldı. Milli yığma forması ilə 4 sentyabr 2015-ci ildə Lissabon şəhərinin Estadio Xose Alvalade stadionunda çıxdığı ilk görüşdə Kərim Benzemanın yerinə sonradan daxil oldu və Fransa bu görüşdə 1-0 hesabı ilə qələbə qazandı. 11 oktyabr 2015-ci il tarixində isə 2-1 qalib gəldikləri Danimarka qarşılaşmasında millinin heyətində ilk dəfə start heyətdə meydana daxil oldu və bir məhsuldar ötürmə ilə yadda qaldı.
Antoni Nvakaeme
Antoni Nvakaeme (21 mart 1989, Laqos) — Nigeriyalı futbolçu. "Trabzonspor" klubunun Hücumçusudur.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Antoni Suaybi
Antoni Tapiyes
Antoni Tapiyes (ing. Antoni Tàpies; 13 dekabr 1923[…], Barselona – 6 fevral 2012[…], Barselona) — İspaniyalı rəssam və heykəltaraş. XX əsr İspaniya rəssamlığında mücərrəd və avanqard janrın önəmli təmsilçilərindən biri. == Həyatı == Antoni Tapiyes 1923-cü il dekabr ayının 13-də Barselonada anadan olub. Barselona Universitetinin Hüquq fakültəsində təhsil alıb, amma üç ildən sonra rəssamlığa olan həvəsi universiteti tərk etməsinə səbəb olub. 1950-ci ildə ilk fərdi sərgisini açıb. Bundan sonra Parisə köçən A. Tapiyes burada mücərrəd janrda əsərlər yaratmağa başlayıb. 1990-cı ildə Barselonada Antoni Tapiyes fondunu yaradıb ki, burada 2000-ə qədər rəssamın əsəri yerləşdirilib. Fondda həmçinin gənc rəssamların yetişdirilməsi və moderinizm janrının təbliği istiqamətində fəaliyyət göstərib. Antoni Tapiyes 6 fevral 2012-ci ildə 88 yaşında vəfat edib.
Mark Antoni
Mark Antoni (e.ə. 83, Roma, Qədim Roma – e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı. E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında senat qoşunlarına məğlub olduqdan sonra Oktavian Avqust və Mark Emili Lepid ilə ittifaqa girmiş (2-ci triumvirat), e.ə. 42-ci ildə Oktavianla birgə Sezarın qatilləri Brut və Kassini məğlub etmişdi. Bundan sonra imperiyanın şimal əyalətlərini idarə edən Antoni, Misir hökmdarı Kleopatra ilə yaxınlaşmış və Misirə arxalanaraq hakimiyyət uğrunda Oktavianla mübarizəyə başlamışdı. E.ə. 36-cı ildə Antoni 100 minlik qoşunla Atropatenaya hücum etmiş, lakin tələfat verərək (təqr. 24 min nəfər) geri çəkilmişdi.