Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend Audeşild Adada onlarla kiçik qəsəbə yerləşir.
Teksel adasında gürcü üsyanı
Teksel adasında gürcü üsyanı (nid. Opstand der Georgiërs; gürc. ქართველთა აჯანყება ტექსელზე) - Gürcü legionu birliklərindən təşkil olunmuş Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonu tərəfindən Hollandiyanın şimalında yerləşən Teksel adasında başladılmış üsyan. Vermaxta qarşı başladılan üsyan hərəkatı 1945-ci ilin 5 aprelindən 20 may tarixinə qədər davam etmişdir. Avropa cəbhəsində son döyüş olaraq tarixə keçmiş üsyan nəticəsində Gürcü legionu məğlub edilmiş, 565 gürcü və 812 Vermaxt əsgəri həlak olmuşdur. Hollandiyanın şimal sahillərində yerləşən Teksel adası Adolf Hitler tərəfindən yaradılmış Atlantik divarının mühüm istinad nöqtələrindən biri idi. Müttəfiq qoşunların Normandiya sahillərinə qoşun çıxarmasının ardından adanın əhəmiyyəti azalmışdır. İkinci dünya müharibəsi dönəmində Tekseldə gürcülərdən ibarət 800 nəfərlik birlik saxlanılırdı. Şərq cəbhəsində aparılan hərbi əməliyyatlar zamanı Vermaxt qüvvələrinə əsir düşən gürcülərdən ibarət Gürcüstan legionu 1941-ci ilin dekabr ayında yaradılmışdır. Digər legion birləşmələrində olduğu kimi gürcülər də öz ölkələrinin sovet işğalından azad edilməsi üçün döyüşürdülər.
Veksel
Veksel (alm. Wechsel‎) — müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir. Veksel-qiymətli kağızların, pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır. Bunun 2 növü mövcuddur: a) Tratta vekseli — bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir. b) sadə veksel — bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər. Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. Lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar.
Edsel
Edsel ― ABŞ-də yerləşən keçmiş bir avtomobil markası idi. Marka 1957-ci ildə Ford Motor Company tərəfindən yaradılmış və 1960-cı ildə bağlanmışdır. Henri Fordun oğlu Edsel Fordun adını daşımışdır. Ford Edsel markası ilə həm General Motors, həm də Chryslerə qarşı bazar payını əhəmiyyətli dərəcədə artıracağına və Amerika avtomobil bazarında GM ilə arasındakı boşluğu aradan qaldıracağına ümid edirdi. Ford, Edselin gələcəyin avtomobili olduğuna istehlakçıları inandırmaq üçün reklam kampaniyasına böyük bir investisiya qoydu. İctimaiyyətə açıqlandıqdan sonra, çirkin, bahalı və ekstravaqant hesab edildi və müasir Amerika avtomobil alıcıları arasında heç vaxt populyarlıq qazanmadı. Edsel adı, ticarətdə uğursuzluğu göstərmək üçün nəzərdə tutulmuş məşhur bir simvol halına gəlmişdir.
Tesey
Tesey (yun. Θησεύς) — qədim yunan mifologiyasında ən məşhur personaj, Afina çarı Egeyin oğludur. Afina çarı iki dəfə evlənməsinə baxmayaraq, onun yerini tutacaq bir övladı olmurdu. Buna gürə o, Delfiy peyğəmbərinə müraciət edərək ondan mənasını anlamadığı "Afinaya qədər xəz dərini öz çaxırı ilə açmamağı" cavabını alır. Delfi tərk edən Egey dostu Trezen çarı Pitfeyin yanına gəlir. Pitfey peyğəmbər kəlamını dərhal anlayaraq, Egeyi sərxoş olanadək içirdib, artıq Poseydonla əlaqədə olmuş qızı Efra ilə bir yatağa qoyur. Bildikdə ki Efra hamilədir çox sevinir, lakin qardaşı Pallantın onun yerinə keçə biləcəyindən ehtiyat edib təcili Afinaya dönməli olan Egey öz qılıncını və səndəlini qaya altında gizlədərək, Efraya oğlan olarsa, həddi buluğa çatana qədər ona kimliyini bildirməməsini, böyüdükdən sonra qayanı ona göstərməsini, oğlunun qayanı qaldırıb atasının kimliyini öyrəndikdən sonra onun dalınca Afinaya yola salmasını tapşırır. Efra dünyaya Tesey adlı bir oğlan uşağı gətirir. Tesey Efra və Pitfeyin yanında böyüyüb başa çatır. Bir dəfə Pitfeyin sarayına Herakl qonaq düşür.
Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel‎; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016) == Karyerası == Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.
Hersşprunq-Ressel
Hersşprunq-Ressel diaqramı-Spektr-işıqlıq diaqramı XX yüzilliyin əvvələrində artıq yüzlərlə ulduzun illik parallaksı, başqa sözlə bu ulduzlara qədər məsafə məlum idi. Odur ki, həmin ulduzların görünən ulduz ölçülərini bilməklə onların mütləq ulduz ölçüləri, mütləq ulduz ölçüləri bilməklə ulduzların işıqlıqlarını, nəhayət, spektral sinifləri, yaxud effektiv temperaturları təyin edilmişdi. Bütün statistik məlumatlar əsasında XX yüzilliyin 5–13-cü illərində danimarkalı astrofizik Hersşprunq və amerikalı astrofizik Ressel ulduzların işıqlığı ilə onların spektral sinifləri arasında maraqlı əlaqə olduğunu müəyyən etmişlər. Bu aslılıq "spektr-işıqlıq" diaqramı, yaxud Hersşprunq-Ressel (H.-P.) diaqramı adlanır. Hersşprunq diaqramda baş ardıcıllıq və ondan altda cırtdan ulduzları yerləşdirmiş, Ressel isə sonra üstdəki ulduzları diaqrama əlavə etmişdir. Sonralar "spektr-işıqlıq" diaqramı təkmilləşdirilmiş, sol və sağ ordinat oxunda işıqlıq və mütləq ulduz ölçüsü, alt və üst absis oxunda isə spektral siniflər (yaxud əsas rəng göstəricisi) və effektiv temperatur olmaqla diaqramda ulduzların vəziyyəti müəyyən edilmişdir.
Hevsel bağları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Hevsel bağçaları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Messel karxanası
Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir. 1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı.
Tervel xan
Tervel xan(bolq. Тервел) 700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı. Asparux xanın oğludur və onun ölməsi üzərinə xan olmuştur. Bizans mənbələrində adı ilk dəfə 704-cü ildə keçir. II Yustiniana taxtına yenidən sahib olması üçün kömək etmiş, qızı Anastasiya ilə evlənmişdir. 717-718-ci illərdəki Ərəblərin İstanbul mühasirəsində Ərəblərə qarşı qələbə qazandığı üçün, Avropanın qurtarıcısı ləqəbi ilə tanınmışdır. Tervel xan, II Yustinianın Bizans üsyançıları tərəfindən edamından sonra Frakiyanı işğal etmiş və İstanbulu yağmalamışdı. Tervel xan Bizans imperatoru III Feodosi ilə 716-ci ildə Birinci Bulqar dövləti ilə Bizans arasındaki sərhədi müəyyən etmişdi. Onun dövründə Madara atlısı əsəri divara qazınmışdır. 25 may 717-ci ildə imperator III Leonun taxta çıxmasından sonra 200,000 əsgər və 2500 gəmidən ibarət ərəb ordusu İstanbulu mühasirəyə başlamışdı.
Veksel uçotu
Veksel uçotu — vekselin ödəniş tarixindən əvvəl alınması üçün veksel sahibi tərəfindən banka köçürülməsi. Bir vekselin uçotu üçün bank, veksel məbləğinin yüzdə bir hissəsi kimi bir haqq alır. Bu faizə endirim dərəcəsi və ya endirim faizi və ya endirim deyilir. Başqa sözlə, bir vekselin mühasibat uçotu, bank tərəfindən vekselin altındakı bir qiymətə diskontla bir faktura almasıdır. Diskont dərəcəsinin ölçüsü fakturanın keyfiyyətinə və ödəmə müddətinə bağlıdır və bank sahibi ilə bank arasındakı müqavilədə müəyyən edilir. Endirim dərəcəsinin ölçüsünə bankın verdiyi kredit faiz dərəcəsi təsir göstərir. Sabit borc məbləği göstərildiyi veksellər üçün faiz hesablanmadan endirim dəyəri düsturla müəyyən edilir: D = B ⋅ T ⋅ I 100 ⋅ 360 {\displaystyle D={\frac {B\cdot T\cdot I}{100\cdot 360}}} , burada D {\displaystyle D} - diskont məbləği; B {\displaystyle B} - veksel; T {\displaystyle T} - vekselin ödəmə tarixindən əvvəlki günlərin sayı; I {\displaystyle I} - bank endirim dərəcəsi. Banklar, ödəmə qabiliyyəti şübhə doğurmayan nüfuzlu firmaların öhdəliklərini ehtiva edən vekselləri, birinci dərəcəli vekselləri nəzərə alır. Bir banknota böyük bank zəmanət verirsə, o zaman bank zəmanəti olmayan (bank avalı) ticarət və ya sənaye firmalarından daha aşağı faizlə uçota alınır. Kiçik və maliyyə baxımından zəif firmaların öhdəlikləri olan dövriyyə vərəqələri banklar tərəfindən mühasibat uçotu üçün qəbul edilmir və ya adi, çox şişirdilmiş faiz dərəcələrindən fərqli olaraq uçota alınır.
Veysel Musibov
Veysəl Yadulla oğlu Musibov (15 fevral 1989, Taldı-Kurqan vilayəti – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Veysəl Musibov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Döyüşlərdən 3 il sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Veysəl Musibovun adı verilmişdir. Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər almışdır.
Basel 2
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. == Bazel 2" nədir ? == — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
Edsel Ford
Edsel Bryant Ford (6 noyabr 1893[…], Detroyt, Miçiqan – 26 may 1943), Henri Fordun oğlu olub, Michigan, Detroit şəhərində anadan olmuşdur. 1919-cu ildən 1943-cü ildəki ölümünə qədər Ford Motor Companynin prezidenti idi.
Sesel (En)
Sesel (fr. Seyssel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sesel kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01407. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 80 km şərqdə və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 942 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 617 nəfər (15-64 yaş arasında) arasında 485 nəfər iqtisadi fəal, 132 hərəkətsiz (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə bu 72,4%) olmuşdur. 485 fəal sakindən 422 nəfər (242 kişi və 180 qadın) işləyir, 63 nəfər işsizdir (32 kişi və 31 qadın).
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Discovery Travel & Living
Discovery Travel & Living Discovery Communications-ın bir kanalıdır.Kanal Bu adı Avropa, Latın Amerika və Asiyada istifadə edir. Dünyanın digər yerlərində isə kanal Travel Channel olaraq adlanır. Kanalda Discovery Science-dakı kimi sənədli filmlər yerinə daha çox gəzinti,tətil proqramları nəşr olunar.
Peter Vessel Zapffe
Peter Vessel Zapffe (18 dekabr 1899, Tromsø – 12 oktyabr 1990, Asker[d], Akersxus[d]) — Norveçli filosof, yazıçı və alpinist. Pessimizm cərəyanının önəmli simalarındandır, həmçinin antinalizmin müdafiəçisi kimi tanınır. Tanınmış qütb səyyahı Fritz Zapffenin oğludur. İnsan həyatı haqqında fikirlərini "Son Məsih" adlı essesində irəli sürmüşdür. Bu esse onun "Tragediya haqqında" adlı əsərinin qısa versiyasıdır. O fəlsəfəyə başlamazdan əvvəl yumoristik yazı müəllifi kimi və təbiətsevər alpinist kimi tanınırdı. 1923-cü ildə Oslo Universitetindən hüquq diplomu əldə etmişdir. Daha sonra isə fəlsəfə doktoranturası təhsili almışdır. Zapffe iki dəfə evlənmiş və öz seçimi ilə övlad sahibi olmamışdır. 1990-cı ildə vəfat etmişdir.
Travel (Mamamoo minialbomu)
Travel (azərb. Səyahət‎) – Cənubi Koreya qız qrupu Mamamoo tərəfindən buraxılmış 10-cu EP. 3 noyabr 2020-ci ildə RBW tərəfindən buraxılmış və Kakao M tərəfindən yayımlanmışdır. EP-ə 6 mahnı, eləcə də, "Dingga" və "Aya" sinqlları daxil edilmişdir. == Buraxılış == 13 noyabr 2019-cu ildə qrup tərəfindən "Reality in Black" albomu qrupun ən çox satan albomu olmuşdur. Albomunun uğurundan sonra qrup üzvləri solo performanslara diqqətlərini ayırmışdılar. Nəhayət 6 oktyabr 2020-ci ildə rəsmi sosial şəbəkə hesabları vasitəsilə yeni EP-nin adı, üzlüyü və buraxılış tarixi açıqlanmışdır. 11 oktyabrda bir neçə şəkil və video tizerlər yayımlanmışdır. 20 oktyabrda EP-ə daxil olacaq "Dingga" sinqlı rəqəmsal şəkildə buraxılmış və musiqi videosu YouTube-a yüklənmişdir. EP həm fiziki, həm rəqəmsal olaraq 3 noyabr 2020-ci ildə tam şəkildə buraxılmışdır. İkinci sinq olan "Aya" sinqlı üçün musiqi videosu da yayımlanmışdır.
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. Elçin. Seçilmiş əsərləri.
Təsək
Təsək — adətən gecələr başa qoyulan toxunulmuş və ya parçadan tikilmiş papaq.
Asel Cakayeva
Asel Cakayeva (d. 14 mart 1980) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Travel (Mamamoo EP-i)
Travel (azərb. Səyahət‎) – Cənubi Koreya qız qrupu Mamamoo tərəfindən buraxılmış 10-cu EP. 3 noyabr 2020-ci ildə RBW tərəfindən buraxılmış və Kakao M tərəfindən yayımlanmışdır. EP-ə 6 mahnı, eləcə də, "Dingga" və "Aya" sinqlları daxil edilmişdir. 13 noyabr 2019-cu ildə qrup tərəfindən "Reality in Black" albomu qrupun ən çox satan albomu olmuşdur. Albomunun uğurundan sonra qrup üzvləri solo performanslara diqqətlərini ayırmışdılar. Nəhayət 6 oktyabr 2020-ci ildə rəsmi sosial şəbəkə hesabları vasitəsilə yeni EP-nin adı, üzlüyü və buraxılış tarixi açıqlanmışdır. 11 oktyabrda bir neçə şəkil və video tizerlər yayımlanmışdır. 20 oktyabrda EP-ə daxil olacaq "Dingga" sinqlı rəqəmsal şəkildə buraxılmış və musiqi videosu YouTube-a yüklənmişdir. EP həm fiziki, həm rəqəmsal olaraq 3 noyabr 2020-ci ildə tam şəkildə buraxılmışdır. İkinci sinq olan "Aya" sinqlı üçün musiqi videosu da yayımlanmışdır.
Work and Travel USA
İş və səyahət Amerika-(ing. Work and Travel USA).Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir. Work and Travel proqramının əsas şərtləri bunlardır: 18-28 yaş arası olmaq Ali məktəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir. Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.) Ali məktəb qiymətlərinin normal olması. Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq. Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
Ekoloji təhsil
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsildir. == Ekoloji təhsil == Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyeti, sağlamlığı — insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Eritreyada təhsil
Eritreyada təhsil beşmərhələlidir: ana məktəb, ibtidai məktəb, ilk məktəb, orta məktəb və universitet. İbtidai, ilk və orta məktəbdə təxminən 245.000 məktəbli təhsil alır. Təhsilin şüarı Vətən, ana dilidir.
Estoniyada təhsil
Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. == Müasir təhsil sistemi == Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır. Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir: təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması; dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi; məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri. Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir: məktəbəqədər təhsil; əsas təhsil (təhsilin ilk pilləsi); orta təhsil (təhsilin ikinci piləsi); ali təhsil (təhsilin üçüncü pilləsi). Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur.
Evdə təhsil
Evdə təhsil — məktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur. Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər. Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir. == Evdə təhsilin təşkili == məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi; evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli; fərdi təlim proqramı; tədris planı; şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər; evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı); şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri; şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri; şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi; evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Feysəl Rerras
Fransada təhsil
Fransada təhsil məcburiyyəti 3 ildən 16 ilə qədərdir. Fransız təhsilinin əsas prinsipləri: tədris azadlığı (dövlət və özəl qurumlar), pulsuz təhsil, neytral təhsil, laisizm (dünyəvi, dini olmayan) təhsil. Təhsil bir neçə səviyyədən ibarətdir: İbtidai təhsil (fr. enseignement primaire) - uşaq bağçasında 3-4 il (fr. L'école maternelle) və ibtidai məktəbdə 5 il (fr. L'école élémentaire). orta təhsil (fr. enseignement secondaire) - kollecdə 4 il (fr. Le collège) və Liseydə 3 il (fr. Le lycée).
Gürcüstanda təhsil
Gürcüstanda təhsil — Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir. == Ali təhsil == Əsas ali təhsil müəssisələri bunlardır: Tbilisi Dövlət Universiteti (5 regional filialı vardır) Tbilisi Dövlət Tibb Universiteti Gürcüstan Texniki Universiteti Gürcüstan Dövlət Aqrar Akademiyası Tbilisi Ruhani Seminariyası Beynəlxalq Qara Dəniz Universiteti Q.Rokabidze adına Universitet Şota Rustaveli adına Batumi Dövlət Universiteti Tbilisi İqtisadiyyat və Hüquq Akademiyası Tbilisi Asiya və Afrika İnstitutu Tbilisi Dövlət Rəssamlıq Akademiyası Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu Tbilisi Konservatoriyası Avropa Menecment Məktəbi (sponsor – Şeverdnadze Fondu) Dövlət İdarəetmə İnstitutu (ABŞ ictimai və siyasi elmlər Milli Akademiyası ilə birgə məktəb layihəsi, amerika təhsil proqramları əsasında fəaliyyət göstərir) Tiblis Siyasi Akademiyası.
Herşel adası
Herşel adası (ing. Herschel Island) — Yukon ərazisinin ən ucqar şimal nöqtəsidir. Adada hal-hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Şimal Buzlu okeana daxil olan Bofort dənizində 69-cu paralel daxilində yerləşir. Materikdən 2 km aralıda yerləşir. Adanın uzunluğu 14,5 km, eni 8 km, ən hündür nöqtəsi 183 metr təşkil edir. Yerli əhali adanı kee keek ta ruk və ya Qi kiq daryuk adlandırırlar. Mənası "bu — ada" deməkdir. Noyabrdan iyula qədər ada buzla örtülü olur. Adadan 90 km aralıda daimi buzlaqlar yerləşir.
Hindistanda təhsil
Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Müasir təhsil sistemi == Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb. 2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub. 2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Karolina Herşel
Karolina Herşel (alm. Caroline Herschel‎ 16 mart 1750, Hannover — 9 yanvar 1848, Hannover) — ingilis-alman əsilli astronom. == Həyatı == Karolina Herşel hərbi musiqiçi ailəsində anadan olmusdu. 1772-ci ildə böyük qardaşı, Vilyam Herşelin dəvəti ilə İngiltərəyə gəldi və həyatının qalan qırx ilində onun ayrılmaz köməkçisi oldu. İlk səkkiz ildə Uilyam musiqi ilə məşğul oldugu vaxt Karolina bir müğənni kimi onun bütün musiqi əsərlərini ifa edirdi. Uilyam musiqi ilə yanaşı astronomiya ilə də maraqlanırdı. Karolina isə ona araşdırmalarında kömək edirdi. Boş vaxtlarında Karolina göy üzünü müşahidə edirdi və 1783-cü ildə üç yeni dumanlıq aşkar etdi. 1786-cı ildə Karolina yeni komet kəşf etdi. Bu komet bir qadın tərəfindən aşkar edilən ilk komet idi.
Küveytdə təhsil
Küveytdə təhsil — Cənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi. Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.
Weezer (Teal Album)
Weezer (daha çox Teal Album və ya Teal olaraq bilinir) — amerikan rok qrupu Weezer-in on ikinci studiya albomu. 24 yanvar 2019-cu ildə Crush Music və Atlantic Records tərəfindən buraxılıb. Albom kover ifalardan təşkil olunub.
TEAS Press Nəşriyyat evi
Azərbaycanın müasir nəşriyyat sferasında ən qabaqcıl nəşriyyat evinə çevrilən və özünəməxsus dəst-xətti olan "TEAS Press" Nəşriyyat Evi Azərbaycanda kitabçılıq işinə dəstək vermək, xarici dillərdən akademik və müxtəlif nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2014-cü ildən təsis edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin kitaba və mütaliəyə hər zaman göstərdiyi diqqət və qayğını əsas götürən TEAS Press Nəşriyyat evi daima müxtəlif tədbirlər, imza günləri və kitab təqdimatları keçirməklə ölkədə mütaliənin təbliğinə öz töhfəsini verməyi qarşısına məqsəd qoyub. Nəşriyyatın çap məhsulları ölkə və bir çox beynəlxalq miqyaslı müsabiqələrin qalibi olmuş, dünya və Avropa sərgilərində uğurla nümayiş etdirilmişdir. 2019-cu il sentyabrın 27-29-da Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edən TEAS Press Nəşriyyat evi nazirliyin Təşkilat Komitəsinin qərarına əsasən, sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün mükafatına layiq görülüb. Azərbaycan oxucusunu müasir dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış etmək; Ötən əsrin sonlarında keçmiş SSRİ-nin ən çox mütaliə edən respublikalarından sayılan indiki müstəqil Azərbaycanın vətəndaşlarında yenidən kütləvi oxu vərdişlərini bərpa və daha da inkişaf etdirmək, onların ən müxtəlif sahələrə aid maraqlı və dəyərli kitablara olan tələbatının ödənilməsində fəal iştirak etmək; Azərbaycan Respublikasının dünyada daha yaxından tanıdılmasında mühüm rol oynaya biləcək müxtəlif çeşidli kitabların nəşrini təmin etmək və bu nəşrləri yaymaq; Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin kiril qrafikasından latın qrafikasına keçirilməsi barədəki tapşırığı əks etdirən bəndin də yer aldığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun, 2001-ci il tarixli fərmanından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar, 2004-cü il tarixli və "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 24 avqust, 2007-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə bir nəşriyyat olaraq öz töhfəmizi vermək; Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Azərbaycan ədəbiyyatının müxtəlif səpkili nümunələri, klassik və müasir yazıçılarımızın əsərlərinin ən yaxşı örnəkləri ilə təmin etmək; Azərbaycan vətəndaşlarını, xüsusilə də gənc nəsli, gənc elm və iş adamlarını müasir dünyanın inkişaf tendensiyalarının nəbzini tutan, yeni texnika və texnologiyalardan bəhs edən, müasir biznesin inkişaf istiqamətlərini elmi şəkildə şərh edən elmi-kütləvi, habelə bədii-fantastik, əyləncəli, maarifçi ədəbiyyatla, müasir dərslik və tədris vəsaitləri ilə təmin etmək. Elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar çap edən nəşriyyatın “3 Alma” “YAY” kitab və "Təməl kitab" adlı fərqli əmtəə nişanları mövcuddur. TEAS Press Nəşriyyat evi “3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir. Məqsəd uşaqları əyləndirmək, maarifləndirmək və mütaliəyə həvəsləndirməyə istiqamətlənmiş Azərbaycan dilində keyfiyyətli kitablar nəşr etməkdir. Dünyanın ən yaxşı uşaq kitablarını - həm klassik, həm də yeni kitabları tərcümə edib nəşr edir. Dünyanın dörd bir yanından olan və Azərbaycan dilinə tərcümə etmək üçün bu günün tələblərinə cavab verən kitablar seçilir.