Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
American Teen
American Teen — ABŞ müğənnisi Xalidin debüt studiya albomu. 3 mart 2017-ci ildə Right Hand Music Group və RCA Records tərəfindən buraxılıb.
My Teen Romantic Comedy SNAFU
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. == Adı == Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir == Tarixi == 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Tesey
Tesey (yun. Θησεύς) — qədim yunan mifologiyasında ən məşhur personaj, Afina çarı Egeyin oğludur. Afina çarı iki dəfə evlənməsinə baxmayaraq, onun yerini tutacaq bir övladı olmurdu. Buna gürə o, Delfiy peyğəmbərinə müraciət edərək ondan mənasını anlamadığı "Afinaya qədər xəz dərini öz çaxırı ilə açmamağı" cavabını alır. Delfi tərk edən Egey dostu Trezen çarı Pitfeyin yanına gəlir. Pitfey peyğəmbər kəlamını dərhal anlayaraq, Egeyi sərxoş olanadək içirdib, artıq Poseydonla əlaqədə olmuş qızı Efra ilə bir yatağa qoyur. Bildikdə ki Efra hamilədir çox sevinir, lakin qardaşı Pallantın onun yerinə keçə biləcəyindən ehtiyat edib təcili Afinaya dönməli olan Egey öz qılıncını və səndəlini qaya altında gizlədərək, Efraya oğlan olarsa, həddi buluğa çatana qədər ona kimliyini bildirməməsini, böyüdükdən sonra qayanı ona göstərməsini, oğlunun qayanı qaldırıb atasının kimliyini öyrəndikdən sonra onun dalınca Afinaya yola salmasını tapşırır. Efra dünyaya Tesey adlı bir oğlan uşağı gətirir. Tesey Efra və Pitfeyin yanında böyüyüb başa çatır. Bir dəfə Pitfeyin sarayına Herakl qonaq düşür.
Trenya
Trenya (fr. Treignat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03288. 2008-ci ildə əhalinin sayı 452 nəfər təşkil edirdi. 2007-ci ildə 245 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 180 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə bu 72.1%). Fəal 180 nəfərdən 165 nəfəri (87 kişi və 78 qadın), 15 nəfəri işsizdir (9 kişi və 6 qadın). Fəal olmayan 65 nəfər arasında 18 nəfər şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Terens
Terens — ad. Terens Tao — avstraliya riyaziyyatçısı. Terens Hill — İtalyan aktyor, prodüser, ssenarist və rejissor. Terens Kemp Makkenna — Amerikalı müəllif, filosof.
Keney
Keney ( q.yun. Καινεύς, lat. Caeneus ) — qədim yunan mifologiyasında personaj, lapiflərdən biri. Arqonavtların yürüşündə, Kalidon ovunda və xüsusilə Pirifoyun toyunda lapitlərin kentavrlarla döyüşündə iştirak etmişdir. Antifan və Ararın "Keney" komediyaları yaxşı məlumdur.
Eney
Eney (q.yun. Αἰνείας, lat. Aenēās) — qədim yunan mifologiyasında dardan hökmdar nəslindən olan Troya müharibəsi qəhrəmanı, Qədim Roma mifologiyasında isə Romanın banisi olan Rem və Romulun Troya müharibəsi zamanı sağ qalmış troyalıları məhv edilənlər içərisindən çıxarıb İtaliyaya gətirmiş əfsanəvi əcdadı.
Erigeron tener
Erigeron tener (lat. Erigeron tener) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Laura Teani
Laura Teani (d. 13 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Teani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Meena Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Nissan Teana
Nissan Teana — Nissan tərəfindən 2003-cü ildən istehsal edilən orta sinif avtomobil modeli. Nissan Bluebird və Nissan Cefironu əvəz edib və Cefiro, Maxima və Altima adları ilə bir çox ölkələrə ixrac edilib. Şimali Amerikada satılan Maxima və Yaponiya bazarında satılan Presage minivan ilə eyni platformanı paylaşır.
Teona Kumsiaşvili
Teona Kumsiaşvili (gürc. თეონა ქუმსიაშვილი; 27 yanvar 1984, Sioni[d], Mtsxeta-Mtianeti – 22 iyul 2010, Mutso[d], Mtsxeta-Mtianeti) — Gürcü bəstəkar müğənni və yazıçı. 27 yanvar 1984-cü ildə Sionidə doğulub. 22 iyul 2010-cu ildə Mutsoda vəfat edib.
Püje-Tenye
Püje-Tenye (fr. Puget-Théniers) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Püje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,76 km², əhalisi — 1836 nəfərdir (2006) artım tendensiyası ilə: 1840 nəfər (2012), əhalinin sıxlığı 188,5 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1820 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1840 nəfər.
Trend xətti
Trend xətti — müxtəlif növ birjalarda qiymət dəyişiklikləri tendensiyalarını müəyyən etmək üçün istifadə edilən texniki analiz aparatının elementi. Trend xətləri bəzi riyazi funksiyalardan istifadə etməklə əldə edilən təhlil edilən göstəricilərin orta qiymətlərinin həndəsi ekranıdır. Bir tendensiya xəttinin qurulması üçün funksiyanın seçimi adətən məlumatların zamanla dəyişməsinin xarakteri ilə müəyyən edilir. Üç növ tendensiya var: "boğa" (artan) — qiymətlər yüksəlir (buynuzlarını yuxarı qaldıran öküzlə müqayisədə); "ayı" (düşən) — qiymətlər düşür (pəncəsini aşağı vuran ayı ilə müqayisədə); "kambala" (yan) — qiymətlər qiymət aralığındadır. Tipik olaraq, konsolidasiya sonrakı yüksəliş və ya enişdən əvvəl baş verir.
Senecio tener
Emilia tenera (lat. Emilia tenera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio tener O.Hoffm.
Teben nekropolu
Teben nekropolu (ərəb. مدينة طيبة الجنائزية‎‎) — Nil çayının qərb sahilində, Qədim Misirin Teben şəhərinin qarşısında nekropol. Bura birinci aralıq dövründən başlayaraq, xüsusilə Yeni padşahlıq dövründə ritual dəfnlər üçün istifadə edilmişdir. Vikianbarda Teben nekropolu ilə əlaqəli mediafayllar var.
Teben triadası
Teben triadası — Qədim Misirdə Teben şəhərinin üç ən çox sitayiş olunan tanrısı: Amon, onun həyat yoldaşı Mut və oğulları Xonsu. Yeni padşahlığın XVIII və XX sülalələri triadanın çiçəklənmə dövrü hesab edilir. Bu tanrılar Karnak məbəd kompleksində əsas ibadət obyekti rolunu daşıyırdılar. Triadanın məbədləri və ziyarətgahları bütün Misirdə mövcuddur. Onlardan biri hətta Dəxlə vahəsinin yaxınlığında, Deyr əl-Həcərdədir. Karnak məbəd kompleksində monumental məbəd qapısını tikdirən və şərəfinə nəhəng heykəl ucaldılan firon I Amenhotep tez-tez bu tanrılar arasında təsvir edilmişdir. Hər il Tebendə bu triadanın şərəfinə Opet bayramı keçirilirdi.
Terens Hill
Terens Hill (ing. Terence Hill; əsl adı Mario Cirotti (it. Mario Girotti); 29 mart 1939, Venesiya, İtaliya) — İtalyan aktyor, prodüser, ssenarist və rejissor. Terens Hill 29 mart 1939-cu ildə İtaliyanın Venesiya şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan Almaniyada, Lommaç şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Roma şəhərinə dönmüşdü. Mario uşaqlıqdan üzgüçülüklə məşğul olmuşdu. Burda Bad Spenserlə tanışlığın binasını qoymuşdu.
Terens Tao
Тerens Çi Şеn Тао (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[…], Adelaida) — avstraliya riyaziyyatçısı,əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory).Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi).Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur. Tao istedadlı uşaq idi.O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır.Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur.Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir,anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki,iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı.Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi.Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var,hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər. Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di,o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur. Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir.Onun haqqında Savant sindromu kitabında danışılacaq. Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır.
Tənək
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Təng
Təng (Germi) Təng Erəm — İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. Təng-i Bələkə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Təng (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Məney (Auırqazı)
Mənev (başq. Мәнеү, rus. Красный Восток) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 22 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (93%) üstünlük təşkil edir.
Təknə qəbir
Təknə qəbir, gil sarkofaq və ya vanna qəbir — Qafqaz Albaniyası ərazisində mövcud olmuş qəbir tipi. Azərbaycanda əsasən Göyçay, Türyançay, Girdimançay hövzələri üçün səciyyəvidir. Təknə tip qəbirlərdə ölü dördkünc və ya oval formada olan gildən hazırlanmış təknəyəbənzər saxsı içərisində dəfn olunurdu. Gil təknələrin ölçüləri əsasən 60-80 sm aralığında müşahidə olunur. Bəzi saxsı tabutların yan tərəflərində tutmaq üçün dəstəyi də olur. Qəbir avadanlıqları gil təknənin ətrafına və ya içərisinə (kiçik ölçülü əşyalar olduqda) qoyulurdu. Mərhum sağ və ya sol böyrü üstə olmaqla bükülü vəziyyətdə yerləşdirilirdi. Təknə qəbirlər əsaslı şəkildə ilk dəfə 1930-1960-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı öyrənilmişdir. Bu illər ərzində İsmayıllı rayonunun bir neçə kəndində (Mollaisaqlı və Sultankənd, Qışlaq və Qalagah kəndlərində), Qəbələ şəhərinin xarabalıqlarında, Mingəçevirdə bir neçə təknə qəbirlər tədqiqata cəlb olunublar . Təknə qəbirlər haqqında ilk məlumatları professor Y.A.Paxomov 1933-cu ildə Mollaisaqlı kəndindən maddi-mədəniyyət nümunələrinin tapılması zamanı vermişdir.