Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Amofobiya
Amofobiya (yun. aichmē - nöqtə və phobos - qorxu) — spesifik fobiyanın bir növüdür. Üçbucaqlar, ulduzlar, kvadratlar, karandaşlar, iynələr, bıçaqlar, dartlar, tikanlı şeylər kimi bitkilər, (alaq otları), kaktus ağacları, şam iynələri, sınmış şüşə, qırıq çini, iti taxta parçaları və hətta çətirin iti ucluğu və mebel və binadakı müxtəlif növ əşyalardan, məsələn, çıxıntılı künclərdən və ya iti kənarlardan qorxmaqdır. Bu qorxuya belonefobiya və ya enetofobiya da demək olar. Bəzən bu ümumi termin daha konkret olaraq iynə qorxusu və ya iynə fobiyası (tripanofobiya) adlanan şeyə istinad etmək üçün istifadə olunur. İynə qorxusu iynə və ya dərialtı inyeksiya ilə bağlı tibbi prosedurlardan həddindən artıq qorxudur. Xəstənin iti cisimlərdən qorxmadığı, lakin yaxınlıqdakı iti cisimlərə baxarkən ağrı və ya narahatlıq hiss etdiyi vizual looming sindromu oxşar vəziyyətlə (qaçınma davranışı) qarışdırılmamalıdır.
Atelofobiya
Atelofobiya — özünü mühakimə etmə, narahatlıq, stress, qeyri-adekvat hiss etmə və özünə hörmətsizlik kimi müxtəlif psixoloji pozğunluqlara səbəb olan mükəmməllikçiliyin ifrat formasıdır. Özünə hörmət və mühakimə qabiliyyətinin aşağı olması səbəbindən atelofobiyası olan insanlar qorxularını gücləndirirlər. Xəstəlikdən əziyyət çəkən insanlar çox vaxt qarşılarına qeyri-real məqsədlər qoyurlar. Keçmişdə etdikləri və ya gələcəkdə etməkdən qorxduqları səhvlərə görə peşman olurlar. Səhv etmələrinə səbəb ola biləcək tapşırıqlardan qaça və ya tamamlaya bilmirlər. Atelofobiya uğursuzluq qorxusu olan atifobiyadan fərqlidir. == Səbəbləri == Səhvdən sonra ağır cəzaya məruz qalmaq kimi travmatik səbəb. Ailədə başqa psixi sağlamlıq problemlərinin olması. Digər fobiyaların və ya narahatlıq pozğunluqlarının olması. Sizə mükəmməlliyə can atmağın öyrədildiyi və ya səhvlərin qəbuledilməz olduğu və etdiyiniz heç bir şeyin kifayət qədər yaxşı olmadığı bir ailədə/mühitdə böyümək.
Tafofobiya
Tafofobiya — Şəxsin diri-diri basıdırılmaqdan və ya məzarda ayılmasından qorxması, fobiyaların bir növü. Yunancadan τάφος - taphos, "məzar, qəbir" və φόβος - phobos, "qorxu" sözlərinin tərcüməsindən formalaşaraq məzar qorxusu, qəbir qorxusu anlamına gəlməkdədir.". == Məlumat == Müasir tibb elminin formalaşmasına qədər qorxu hissi tamamilə irrasional hesab olunmurdu. Tarix ərzində insanların diri-diri basdırılmasını əks etdirən onlarla fakt mövcud olmuşdur və bu üsul əsasən qiyamçılara və əsir edilmiş düşmən əsgərlərinin cəzalandırılması zamanı ağır bir metod kimi istifadə olunmuşdur. İngilis reformçu Uliyam Teb vəfat etməmiş şəxslər üçün təşkil edilən cənazə mərasimləri ilə bağlı kiçik bir araşdırma gerçəkləşdirmişdir və əldə etdiyi nəticəyə görə 219 diri-diri basdırılma, 149 həqiqi canlı məzar və 2 nəfərin məzarda ayılması faktının baş verdiyini müəyyənləşdirmişdir.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. == Ümumi məlumat == Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Teoqoniya
Teoqoniya (yun. Θεογονία, "tanrıların yaranması") e.ə. VII – VIII əsrlərə aid Hesiod tərəfindən yazılmış, tanrıların yaranması və onların nəsilləri haqqında poema, Avropanın ən qədim ədəbiyyat əsərlərindən biri. Hesiodun "Teoqoniya" mənzum əsəri muzalara xitabən başlayır, sonra isə əsərdə ardıcıllıqla dünyanın yaranması, titanlar, olimplər və mifoloji qəhrəmanlardan bəhs edilir.ƏsƏrin dili ilə desək: Ən əəvvəl Xaos (boşluq, qarma-qarışıqlıq ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış tək Xaos – ucsuz bucaqsız zülmət varmış. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur. Sonra Xaos Tartar adlı axirətin dibini ya cəhənnəmin dibini yaradır, daha sonra Niks adlı gecəni, Ereb adlı qaranlığı yaratmışdır ki, onlardan isə öz növbəsində Efir adlı şəffaflıq ya göy üzü və Hemera adlı gün yaranmışdır.
Teosofiya
Teosofiya (yun. θεοσοφία – ilahi müdriklik) – hər şeyin həqiqi mahiyyətinin açılması üçün zəruri olan mistik Tanrı biliciliyi və Tanrının duyulması haqqında təlimdir. Həm də Teosofiya insan ruhunun mütləq qüvvə (tanrı) ilə birləşdiyini və bilavasitə o dünya ilə əlaqə qurmağın mümkünlüyünü iddia edən sinkretik (birləşdirici) dini-mistik təlimdir. = Tarixi = Tədqiqatçıların fikrincə "teosofiya" məfhumu hələ II əsrdən başlayaraq görkəmli Roma filosofu Plotinin müəllimi, məşhur filosof Ammonim Sakkas irəli sürmüşdür. Bütün dinləri vahid universal prinsiplər və əbədi həqiqətlərlə əsaslandıran ümumi əxlaq sistemi altında birləşdirməyə çalışan filosof qurduğu fəlsəfi sistemi belə adlandırmışdır. Lakin teosofiyanın tarixi köklərinin Uzaq Şərqə və xüsusilə də Upanişad, Veda mətnlərinin formalaşdığı Hindistana gedib çıxdığını deyənlər də vardır. XIX əsrin sonlarında bu dini-mistik təlimə zadəgan rus qadını, yazıçısı-filosof Yelena Petrovna Blavatskaya əlavələr etmiş və onu nisbətən fərqli formaya salmışdır. Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir.
Texnofobiya
Texnofobiya (yun. technē - sənət, fobos - qorxu) — texnoloji cihazlara və mürəkkəb cihazlara, xüsusən də kompüterlərə qarşı qorxu və ya nifrət hissidir. Fobiya kibrofobiya ilə əlaqəli və texnofiliyanın əksidir.
Tokofobiya
Tokofobia (ingiliscə: Tokophobia) və ya hamiləlik və doğuş qorxusu bu xüsusi fobiyanın təyin olunmuş adıdır. Buna "maleusiofobia"da deyilir (Bu söz "maieusiophobia" sözündəndir), yunanca "maieusis" "doğuş edən qadın" deməkdir (lakin adətən mamaçaya aiddir bu söz). Latın dilində "Parturiphobia" sözünün mənası ("parturire"), "hamilə olmaq" və ya "lockiophobia" deməkdir. === İbtidai və ikinci tokofobiya === İbtidai tokofobiya hamiləlikdən əvvəlki köklü doğuş qorxusudur və yeniyetməlik dövründə başlaya bilər. Bu, adətən öz analarının təcrübələri və ya məktəbdə öyrəndikləri biliklərlə formalaşan bir fobiyadır. İkinci dərəcəli tokofobiya travmatik doğuş təcrübəsi, zəif mamaçalıq təcrübəsi, zəif tibbi xidmət, doğuşdan sonrakı depressiya və ya digər narahatedici hadisələr nəticəsində meydana gəlir. Xəstələrin doğuşla bağlı bəzi reaksiyaları aşağıdakılardır: "Həqiqət budur ki, içimdə yad bir şeyin böyüməsini iyrənc hesab edirəm." "Doğuş haqqında çox düşünməyimin mənim mədəmi bulandırdığını söyləmək, mənim üçün çətin deyil". "Bu, sadəcə olaraq psixoloji vəziyyət deyil, mən fiziki olaraq doğum və hamiləlikdən qorxuram". "Hətta ətrafımdakı dostlarımdan birinin hamilə olduğunu eşidəndə mən əziyyət çəkirəm və hətta doğuşla bağlı hər hansısa bir şeyi izləməyə yaxud da, dinləməyə belə dözə bilmirəm".
Zoofobiya
Zoofobiya — heyvan qorxusudur. Bir və ya bir neçə heyvandan qorxmaqdır. Adətən bu fobiya kiçik yaşlarda ortaya çıxır. Qorxulu heyvanın zərərli cinsdən olması lazım deyil. Bütün növ heyvanlardan qorxmaq olar. Ən ümumi olanlar; itlər, pişiklər və hörümçəklər kimi heyvanlar olsa da, bir çox başqa heyvanlardan da qorxmaq olar. Ziqmund Freydin daha əvvəl qeyd etdiyi kimi, heyvan fobiyası uşaqlar arasında ən çox rast gəlinən psixonevrotik xəstəliklərdən biridir. Tibbdə tam müalicəsi yoxdur. Ümumiyyətlə dərmanlar və müalicələrlə aradan qaldırılmağa və ya azaldılmasına çalışılır.
Teosofiya Cəmiyyəti
Teosofiya cəmiyyəti—Yelena Blavatskaya tərəfindən qurulan dərnək. == Tarixi == Tarix səhnəsində meydana gələn yeni dinlərin böyük əksəriyyətinin fəaliyyəti uzun müddətli olmamışdır. Buna baxmayaraq bəziləri öz mövcudluğunu qoruya bilmiş və tanınaraq hal-hazırda geniş yayılan dinlərdən birinə çevrilmişdir. В"Müasir dövrdə yeni yaranan dinlərdən hər hansı biri bir neçə əsrdən artıq mövcud ola biləcəkmiВ"? Din sosioloqlarının fikrincə bu suala müəyyən mənada müsbət cavab vermək mümkündür. Belə ki, onlar dünyəvi faktorlardan çıxış edərək belə dinlərin daha uzunmüddətli olacağını irəli sürürlər. Tədqiqatçılara görə, yeni dinlər yalnız o vaxt inkişaf edib yayıla bilərlər ki, özlərində ruhani həyat qabiliyyətini, güclü təşkilatçılığı və tərəfdarlarının şəxsi maraq dairələrini yüksək səviyyədə qoruya bilsinlər. İctimai mühitdə yeni dinlərin yayılması o halda özünü göstərir ki, mənəvi dəyərlərdə qeyri-müəyyənlik, cəmiyyətdə parçalanma, ənənəvi dinlərdə isə zəifləmə müşahidə edilsin. Bu məqalədə yeni dinlərdən biri, XIX əsrin sonlarında yayılaraq nüfuzlu dini-mistik cərəyana çevirilən teosofiya və ya teosof cəmiyyəti haqqında məlumat veriləcəkdir. В"TeosofiyaВ" sözü В"ilahi müdriklikВ" mənasına gəlir.
Teodoziya Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. == Karyerası == Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. == İstinadlar == == Əlavə ədəbiyyat == Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. == Karyerası == Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.