Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Terp
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. == İstinadlar == == Mənbə == Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == == Əhalisi == Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, kosa iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.
Ralf Teyt
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. == Elmi fəaliyyəti == Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Temp (şahmat)
Temp — Şahmat termini Şahmat mübarizəsində iki məna daşıyır. "Temp" sözü altında mübarizənin inkişaf etməsinin ahəngini başa düşmək olar. Digər mənası bir gediş çox etməkdir.
Teye-Arjanti
Teye-Arjanti (fr. Teillet-Argenty) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03279. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 331 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə bu 68.6%) idi. Fəal olan 254 nəfərdən 226 nəfər (128 kişi və 98 qadın), 28 nəfər işsiz (13 kişi və 15 qadın) idi. Aktiv olmayan 20 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Teyt Modern
Teyt Modern (ing. Tate Modern) — İngiltərənin paytaxtı Londonda yerləşən milli və beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi muzey, dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri. Teyt Briteyn, Teyt Liverpul, Teyt S.t İves və Teyt Onlayn ilə birlikdə sadəcə "Teyt" olaraq adlandırılır. == Tarixi == Teyt Moderndəki sənət qalereyaları orijinal olaraq fərqli funksiyalara sahibdir.1947-1963-cü illərdə memar Gil Gilbert Skott dizaynına görə bu bölgədə iki mərhələli inşaat ilə "Bankside Elektrik stansiyası" inşa etdi.1981-ci ildə isə bu elektrik stansiyası bağlandı. Quruluş memarlar qrupu olan Herzoq & de Meyron tərəfindən yenidən dizayn edilərək muzey kimi xidmət göstərməyə başladı.Muzeyin tikintisini isə "Karillion" adlı inşaat firması həyata keçirdi.
Teyu (Fransa)
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
Endrü Teyt
III. Emori Endryu Teyt (1 dekabr 1986-cı ildə anadan olub) İngilis və Amerika sosial media fenomeni, iş adamı və keçmiş peşəkar kikboksçudur. Teyt 2005-ci ildə kikboksinqə başlayıb və 2009-cu ildə ilk Prfesyonel qəlibəsini qazanıb. O, 2016-cı ildə Britaniyanın "Big Brother" realiti-şousuna qatıldıqda daha çox diqqət çəkib və sosial mediada yazdığı şərhlər mübahisələrə səbəb olduqdan sonra verilişdən kənarlaşdırılıb. Tate'in iddia edilənlərə görə qadın düşəməni şərhləri onun bir çox sosial media platformalarından silinməsinə səbəb olub.29 dekabr 2022-ci ildə Endryu və qardaşı Tristan iki qadınla birlikdə Rumıniyada həbs olundular; Hər dördü insan alverində və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir. Rumıniya polisi iddia edir ki, qrup qurbanları sosial media üçün pullu pornoqrafiya yaratmağa məcbur edib. İstintaq davam etdiyi üçün martın 31-də dördü də ev dustaqlığına buraxılıb. İttiham aktı hələ təqdim edilməyib və prokurorlar işi məhkəməyə göndərmək üçün iyunun sonuna qədər vaxtlarının olduğunu bildiriblər. == Bioqrafiya == Emori Endryu Teyt III Vaşinqtonda anadan olub. Onun afro-amerikalı atası Emori Tate Jr. Beynəlxalq Şahmat Ustası idi.
Keyp-Enn yarımadası
Keyp-Enn (ing. Cape Ann) — Qayalıqlarla zəngin olan yarımada şimaldan Massaçusets körfəzi ilə əhatələnir. Massaçusets ştatı ərazisində Bostondan 50 km şimal-şərqdə yerləşir. == Adlanması == Burnu ilk adlandıran İngilis dənizçi Con Smit Ceymstaun olur. O, yarımadanı Traqabiqzanda (ing. Tragabigzanda adlandırır (çox böyük ehtimal ki bu ad onun hindli sevgilisinin adı olmuşdur Traqa). Bir müddət sonra İngilis kralı I Karl burnu Anna olaraq adlandırır (öz anasının şərəfinə). Yarımadada ilk yaşayış məntəqəsi ingilislər tərəfindən 1624-ci ildə salınmışdır.
Keyp-Kod kanalı
Keyp-Kod kanalı - ABŞ-nin Massaçusets ştatında Keyp Kod və Bazzards körfəzlərini birləşdirən süni su kanalı. Kanalın böyük bir qismi Bourn şəhərində yerləşir, lakin onun şimal şərq hissəsi Sendviç şəhərciyinin payına düşür. Skasset Dövlət Çimərlik Qoruğu kanalın şimal girişi boyunca uzanır. Cənubunda isə Massaçusets Dəniz Akademiyası fəaliyyət göstərir. Kanalın uzunluğu 11 km-dir. İlkin təməli 1909-da atılan qurğu 1914-cü ildən fəaliyyətə başlamışdır. == Faunası == Süni qurğu olmasına baxmayaraq kanalda çox sayda balina və delfinlər yaşayır. Burada yaşayan Şimali Atlantika balinası nəsli kəsilmə təhlükəsi altındadır.
Keyp-Kross yarımadası
Keyp-Kross (ing. Cape Cross, afrik. Kaap Kruis, alm. Kreuzkap‎) — Afrikanın qərb sahillərində, Namibiya ərazisində, materikin cənub qutaracağından 1850 km məsafədə yerləşir. Burunu ətrafı özünə xass olan Kap dəniz pişikləri ilə məşhurdur. Ərazidə qoruq mövcuddur və turistlər arasında popularlığı ilə seçilir. Bundan başqa yarımadada Padraonun eynisi mövcuddur, o 1485 Dieqo Kaonun təşkil etdiyi ekspedisiya zamanı əraziyə gətirilmişdi. Ariginal xaç hazırda Portuqaliyada saxlanılır. Yarımada öz adını bu xaçdan götürmüşdür.
Keyp-Mey (dairə)
Keyp-Mey (ing. Cape May County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 1606 km² ərazini əhatə edir. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Keyp-Mey dairəsində 102.326 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2008-ci ilədək əhali 6,3% azalaraq 95,838 nəfərə çatmışdı. Keyp-Mey-Kort-Haus dairənin mərkəzidir. Dairənin ən böyük şəhəri Oşen-Siti şəhəridir. Dairədə həmçinin Uayldvud kurort şəhəri də var.
Keyp-Poynt burnu
Keyp-Poynt burnu (həmcinin Kappyunt(afrik. Kaappunt, ing. Cape Point) — CAR sahillərində yerləşən burun. Ümid burnu kimi Kap yarımadasının cənub qutaracağını təşkil edir. Burun Ümid burnundan şərqdə, Keyptaundan isə cəınubda yerləşir. İnzibati cəhətdən CAR Qərbi Kap vilayəti ərazisinə daxildir. Burun ilk dəfə 1488-ci ildə portuqaliyalı dənizçi Bartolomeu Diaş tərəfindən kəşf edilmişdirBurunun sahil xətti kəskin şəkildə şərqə yönəlir və yalançı körfəz əmələ gətirir. Bu hissəsdə Prinql-Bey qəsəbəsi yerləşir. Burada 1857-ci ildə inşa edilmiş mayak vardır.
Keyp-Verde alabayquşu
Keyp-Verde alabayquşu (lat. Tyto detorta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Keyp Kod yarımadası
Keyp Kod yarımadası (ing. Cape Cod — «Treska burnu») — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində, Bostondan 120 km aralıda, Massaçusets ştatının ucqar şərq nöqtəsini təşkil edən yarımada. Keyp Kod yarımadası eyni adlı körfəzi Atlantik okeanından ayırır. İlk əvvəllər yarımada materikə birləşik olmuşdur. 1914-cü ildə Keyp-Kod kanalının inşası ilə böyük bir adaya çevrilmişdir. == Coğrafiyası == Yarımada 4 hissəyə bölünür: Yuxarı burun — materikə ən yaxın yerləşən hissə. Şəhərlər: Born, Sendviç, Falmaus və Maşpi. Falmaus şəhərində Buds Houl Okeanoqrafik İnstitut yerləşir. Orta burun — cənub hissədə yerləşir. Çoxlu sayda çimərliklərə sahibdir.
Keyp floristik vilayəti
Keyp və ya Ümid burnu floristik vilayəti — Cənubi Afrikanın cənub ucqarına yaxın bir floristik vilayətdir. Bura Keyp (Cənubi Afrika) floristik krallığının yeganə floristik regionu olan Keyp floristik regionunun bilinən yeganə floristik vilayətidir. Dünyanın altı floristik krallığı arasında ən kiçiyi olan Cənubi Afrika floristik krallığı, yəni Keyp floristik vilayəti, olduqca yüksək biomüxtəlifliyə və 69 faizi endemik olan 9000-dən çox borulu bitki növünə sahibdir. Ərazinin bu biomüxtəlifliyi, Aralıq dənizi tipli, yanğına meylli çöl ərazisi olan finbos biomu ilə əlaqələndirilir. Finbos biomüxtəlifliyinin bioloji materiallardan (məsələn, vəhşi çiçəklərdən) və ekoturizmdən əldə edilən məhsullara əsaslanan iqtisadi dəyərinin ildə 77 milyon rand olduğu təxmin edilir. Beləliklə, Keyp floristik vilayəti biomüxtəlifliyin qaynar nöqtəsi olaraq həm iqtisadi, həm də bioloji əhəmiyyətə malikdir. == Coğrafiya == Dünyadakı irigövdəli bitki növlərinin ən böyük qeyri-tropik konsentrasiyasına sahib olan region, bütün bir floristik krallığı əhatə edən yeganə qaynar nöqtədir və bura Cənubi Afrikanın 12 endemik bitki ailəsindən beşinə və 160 endemik nəslinə sahibdir. 78.555 km² sahəni əhatə edən Keyp floristik vilayəti tamamilə CAR sərhədləri daxilindədir. Qaynar nöqtələr siyahısındakı beş mülayim Aralıq dənizi sistemindən biridir və bütün floristik krallığı əhatə edən yalnız iki qaynar nöqtədən (digəri Yeni Kaledoniya olmaqla) biridir. Ərazi, Cənubi Afrikanın Aralıq dənizi iqlim bölgəsini, ölkənin cənub-qərb küncündəki Qəbi Burun vilayətini əhatə edir və Şərqi Burun vilayətinə qədər uzanır.
Nort Vest Keyp
Nort Vest Keyp yarımadası (ing. North West Cape) — Avstraliyanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Yarımada şərq hissədən Eksmut körfəzi, digər iki hissədən isə Hind okeanı ilə əhatələnir. yarımadadan şimaı-qərbdə Myuron adası qərarlaşır. İqlimi istidir. Yarımsəhradır. İllik yağıntının miqdarı illərdən asılı olaraq dəyişir:2007-ci ildə 259 mm, 2003-cü ildə 51 mm. Minimal yağıntı sentyabr-deklabr ayları arası düşür. Maksimal temperatur: yanvar — 38 °C, iyul — 24,1 °C. Ağır iqlim şərtlərinə baxmayaraq burada 630 növdən artıq flora nümuməsi aşkarlanmışdır. Sahil sularında mərcan rifi yayılmışdır.
Qərbi Keyp vilayəti
Qərbi Keyp və ya Qərbi Kap (afrik. Wes-Kaap; ing. Western Cape; kosa Ntshona-Koloni) — Cənubi Afrikanın cənub-qərbində vilayət. 1994-cü ildə ölkənin inzibati ərazi bölgüsündən sonra yaradılmışdır. Mərkəzi Keyptaun şəhəridir.
Teya (nəzəri planet)
Teya (ing. Theia) — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet. Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15 və Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır. Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi. Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır. Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.
Tərp
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.