TEY

прил. диал.
1. чистый (без примеси чего-л. постороннего). Tey buğda unu чистая пшеничная мука, tey qızıl чистое золото
2. сплошной. Bu ət tey yağdır это мясо – сплошной жир
TETRASİKLİN
TEYLƏMƏ
OBASTAN VİKİ
Le-Tey (Alye)
Le-Tey (fr. Le Theil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03281. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 408 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 252 nəfər (15-64 yaş) arasında 177 nəfər iqtisadi fəal, 75 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 63.7%) idi. Fəal olan 177 nəfərdən 157 nəfəri (97 kişi və 60 qadın), 20 nəfəri işsizdir (9 kişi və 11 qadın). Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
El-i Teymur (Soyuqbulaq)
El-i Teymur (fars. ايل تيمور‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (27 ailə).
Elayza Teylor
Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa. == Bioqrafiya == Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi. == Karyera == Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.
Elizabet Teylor
Elizabet Teylor (ing. Elizabeth Rosemond Taylor, 27 fevral 1932[…] – 23 mart 2011[…], Los-Anceles, Kaliforniya) — Böyük Britaniya əsilli ABŞ aktrisası. Hollivudun "Qızıl dövrü"ndə kino kraliçası, habelə iki dəfə ən yaxşı qadın roluna görə "Oskar" mükafatı laureatı (1961, 1967). Qonorarı bir milyon dollar təşkil edən ilk aktrisa olmuşdur. O, daha çox şəxsi həyatı ilə və ilk növbədə səkkiz dəfə ailə həyatı qurması ilə diqqət mərkəzində olmuşdur. == Həyatı == Fevralın 27-i 1932-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olmuşdur. Valideynləri əslən Arkansas şəhərindən olmuşlar və ikisi də incəsənət adamı idilər. == Yaradıcılığı == "Batterfild 8" (BUtterfield 8) və "Virciniya Vulfdan kim qorxur?" (Who’s Afraid of Virginia Woolf?) filmlərindəki rollarına görə "Oskar" mükafatına layiq görülsə də, 1963-cü ildə çəkildiyi "Kleopatra" filmindəki Kleopatra rolu ilə daha çox tanınır. == Şəxsi həyatı == === Evlilikləri === Teylor 7 nəfərlə 8 dəfə ailə qurmuşdur. Konrad "Niki" Hilton (6 may 1950 – 29 yanvar 1951) (boşanıb) Maykl Uildinq (21 fevral 1952 – 26 yanvar 1957) (boşanıb) Maykl Todd (2 fevral 1957 – 22 mart 1958) (dul qalıb) Eddi Fişer (12 may 1959 – 6 mart 1964) (boşanıb) Riçard Barton (15 mart 1964 – 26 iyun 1974) (boşanıb) Riçard Barton (10 oktyabr 1975 – 29 iyul 1976) (boşanıb) Con Uorner (4 dekabr 1976 – 7 noyabr 1982) (boşanıb) Larri Fortenski (6 oktyabr 1991 – 31 oktyabr 1996) (boşanıb) Teylor Maykl Todd və Eddi Fişerlə evliliyi arasında dinini dəyişərək xristianlıqdan iudaizmə keçmişdir.
Elvin Teymurov
Fineas Teylor Barnum
Fineas Teylor Barnum (5 iyul 1810[…] – 7 aprel 1891[…], Bricport, Konnektikut) — amerikalı sahibkar, siyasətçi və sirk artisti. 1871-ci ildə Barnum öz sirk şirkətini qurdu. On il ərzində çox uğur qazandıqdan sonra, rəqabət onu qüvvələrini birləşdirərək Ceyms A. Bailey (1881) ilə birlikdə "Böyük Barnum və Bailey Sirkini" yaratmağa məcbur etdi. İki, üç və ya hətta dörd fəaliyyət halqası nümayiş olundu. Və 1882-ci ildə nəhəng bir fil olan Jumbo, yeni sirkin ulduzu oldu. Siyasi karyerasına gəlincə, 1867–1869-cu Connecticut qanunverici orqanda xidmət etdi və 1875-ci ildə Bricport meri oldu.
Frederik Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[…] – 21 mart 1915[…], Filadelfiya, Pensilvaniya) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur. == Həyatı == Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu.
Fredrik Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[…] – 21 mart 1915[…], Filadelfiya, Pensilvaniya) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur. == Həyatı == Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu.
Fərhad Teymurov
Teymurov Fərhad Dəmir oğlu — (d.1938- ö.2021) Azərbaycan Kooperasiya Universitetinin professoru. == Həyatı == Fərhad Dəmir oğlu Teymurov 1938-ci ildə anadan olmuşdur. 1956-ci ildə ADU-nun (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1961-ci ildə oranı bitirmişdir. 1967-ci ildə Moskva Dövlət Universitetində fizika-riyaziyyat elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı İqtisad fakültəsində ( indiki Azərbaycan Kooperasiya Universiteti) baş müəllim, dossent, direktorun tədris işləri üzrə müavini vəzifələrində çalışıb. 2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Elmi şurasında professor vəzifəsinə seçilmişdir. 60-dan çox elmi və metodiki məqalənin, beş dərs vəsaitinin müəllifidir. Azərbaycan Kooperasiya Universitetinin Ümumi texniki fənlər kafedrasının müdiri işləyib. == Kitabları == F.Teymurov, “Riyazi analizin qısa kursu”. Bakı, “Kooperasiya” nəşriyyatı, 2008.
Fərid Teymurov
Fəxrəddin Teyyub
Fəxrəddin Teyyub (23 aprel 1950, Şıxakəran, Lənkəran rayonu) — tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010). == Həyatı == Fəxrəddin Teyyub 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir. 1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olur. 1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabı olaraq bitirir. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir. == Yaradıcılığı == Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb.
Hacı Teymur məscidi
Hacı Teymur məscidi və ya Pensər kəndi Hacı Teymur Cümə məscidi — Astara rayonu, Pensər kəndində 1896-cı ildə (Hicri-qəməri təqvimi ilə 1314-cü ildə) inşa edilmiş məscid. Məscid xeyriyyəci Hacı Teymurun vəsaiti ilə Cənub memarlıq üslubunda, qırmızı kərpicdən tikilmişdir. Məscid Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan abidələrin siyahısına daxildir. == Tarixi == Hacı Teymur məscidi Astara rayonunun ən böyük kəndi Pensərdə yerləşir. Məscid 1896-cı ildə yerli xeyriyyəçi Hacı Teymurun vəsaiti ilə inşa olunub. Hacı Teymur məscidin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir. Hacı Teymurun oölu Hacı Osman ali təhsilini Türkiyədə alıb. Pensər kəndində həyatı boyu, xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Təxmini 1912–1913-cü illərdə Hacı Osman Pensər kəndində Astara rayonunun ilk orta məktəbini açıb.
Həsən Teymur-i Ülya
Həsən Teymur-i Ülya (fars. حسن تيمورعليا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 550 nəfər yaşayır (128 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Həşim bəy Teymurxanov
Həşim bəy Teymurxan bəy oğlu Allahveysov-(1808-?), Qarabağ atlı alayının vəkili, mülkədar == Həyatı == Həşim bəy Teymurxan bəy oğlu 1808-ci ildə Kolanı mahalının I Gərravənd obasında dünyanı tanımışdı. Molla yanında oxmuşdu. Şərq dillərini və rus dilini öyrənmişdi. Çar ordusunda xidmət еtmişdi. Qarabağ atlı alayının vəkili idi. Praporşik hərbi rütbəsi vardı. == Ailəsi == Həşim bəyin törəmələri Həşimbəyov soyadını daşıyırdılar. Həşim bəyin Qəhrəman bəy, Hüsеyn bəy, Məhəmməd bəy, Həsən bəy, Qasım bəy və Əli bəy adlı oğlanları vardı.
II Teymuraz
II Teymuraz (gürc. თეიმურაზ II; 1700 – 8 yanvar 1762) — Kaxeti çarı (1733–1736, 1737–1744), daha sonra Kartli çarı (1744–1762). Baqrationi nəslindəndir. Lirik şeirlər yazırdı. Kartli-Kaxeti çarı I İraklinin oğludur. 1744-cü ildə II Teymurazın oğlu II İrakli Kaxetiya çarı oldu və Şərqi Gürcüstanı birləşdirdi. == Gənclik illəri == I İrakli Baqrationinin və Anna Çolokaşvilinin 12-ci övladı olaraq dünyaya gəlmişdi. 1709–1715-ci illərdə Teymuraz anası ilə birlikdə qardaşı II Davidin yerinə qəyyum olaraq hökm sürmüşdü. 1732-ci ildə Osmanlı ordusu digər qardaşı II Konstantin Baqrationini öldürüb Kaxetiyanı işğal etdikdən sonra Teymuraz dağlara qaçdı. 3 il sonra Nadir şahın Osmanlını məğlub etməsi münasibətilə geriyə dönən Teymuraz İrəvana, şahın iqamətgahına getdi.
I Teymuraz
I Teymuraz (gürc. II თეიმურაზ; 1589, Tiflis – 1663, Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün Kaxeti çarlığı bir müddət anası Ketevan tərəfindən idarə edilmişdir. I Teymuraz həmçinin şair kimi Gürcü ədəbiyyatında önəmli yerə sahibdir. == Həyatı == Səfəvi hökmdarı I Abbasın Şərqi Gürcüstan yürüşü səbəbindən I Teymuraz qonşu Kartli hökmdarı ilə birlikdə İmereti çarı II Luarsaba sığındı. 1615-ci ildə I Teymuraz Kaxetiyə geri döndü və Səfəvilərə qarşı üsyana rəhbərlik etməyə başladı. Lakin növbəti il I Abbasın yeni hücumu qarşısında təzədən İmeretiyə sığınmalı oldu. I Teymuraz və Kartli çarı Georgi Saakadze əvvəl Səfəvilərə qarşı müttəfiq olsalar da, sonradan bu əlaqələr pozuldu. Georgi Saakadze Basaleti döyüşündə I Teymuraz tərəfindən məğlub edildi. Beləliklə, I Teymuraz Kartli-Kaxeti hökümdarı oldu.
Jermen Teylor
Kazım Teymurlu
Kazım Teymurlu (azərb. Teymurlu Kazım Vəli oğlu‎) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi == Həyatı == Kazım Teymurlu Vəli oğlu 1956-cı ildə Qarabağlar kəndində anadan olub. Orta təhsilini 1963-1973-cü illərdə Qarabağlar kənd orta məktəbində alıb. 1984-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. === Ailəsi === Evlidir. Üç övladi var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1980-ci ildə fəhlə kimi başlamış, müxtəlif məsul vəzifələrdə çalışmış, 1990-cı ildə Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının sədri seçilmişdir. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini seçilmiş, həmin vəzifədə 1995-ci ilədək işləmişdir.1995-2006-cı illərdə AHİK sədrinin məsləhətçisi, 2006-cı ildən AHİK-in katibidir. AHİK-in Məclis üzvüdür. == Təltifləri == Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə 4 fevral 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Kris Teylor (geymdizayner)
Kristofer Teylor (ing. Christopher Taylor) — ABŞ kompüter, stolüstü və kart oyunu istehsalçısı. == Həyatı == Kristofer Teylor ABŞ-nin Cənubi Kaliforniya bölgəsində anadan olmuşdur. O, "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" epizodunun baş dizayneri rolu ilə tanınır. Teylor burada Tim Keyn, Leonard Boyarski və Ceyson Anderson ilə birlikdə çalışmışdır. "Interplay"də olarkən Teylor "Star Trek: Starfleet Command", "Stonekeep" və "Fallout 2" videooyunlarının dizaynına töhfə vermişdir. O həmçinin, "The Lord of the Rings Online" videooyununun prodüseri olaraq da çalışmışdır. 2005-ci ildə Teylor və digər iki "Fallout" dizayneri (Tom Deker və Skott Everts) stolüstü oyun və kart oyunu istehsalına yönəlmiş "Zero Radius Games" şirkətini təsis etmişdir. 22 sentyabr 2008-ci ildə "Interplay"in saytında Teylorun şirkətə yenidən qoşulduğu və "Fallout Online" üzərində çalışacağı açıqlanmışdır. Buna baxmayaraq, seriyanın yeni sahibi olan "Bethesda" hüquqi yollarla layihənin ləğv edilməsinə nail olmuşdur.
Maarif Teymur
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Maarif Teymurov
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Mahmud Teymur
Mahmud Teymur (ərəb. محمود تيمور‎) (16 iyun 1894, Qahirə – 25 avqust 1973, Lozanna) — Misir yazıçısı, dramaturqu, ədəbiyyatşünası. Qahirədə Ərəb Dili Akademiyasının fəal üzvü. Misir realist novella janrının banilərindən biridir. Məhəmməd Teymurun qardaşı olmuşdur. == Həyatı == Mahmud Teymur 16 iyun 1894-cü ildə Qahirədə, Əhməd Teymurun ailəsində anadan olmuşdur. O, Ali Kənd Təsərrüfatı Məktəbində oxumuşdur. Teymur 1925-ci ildə əsərlərini çap etməyə başlamışdır. Onun ilkin əsərlərinə İlkin əsər İvan Turgenev, Anton Çexov və Qi de Mopassan təsir etmişdir. 1920–1930-cu illərdə yazdığı hekayələrində Misir cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını göstərmişdir.
Maks Teyler
Maks Teyler (ing. Max Theiler; 30 yanvar 1899[…], Pretoriya – 11 avqust 1972[…], Nyu-Heyven, Konnektikut) — amerikan bioloqu, 1951-ci ildə sarı qızdırmaya qarşı peyvənd kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb. Nobel mükafatı tarixində hələ ki virus peyvəndinə görə mükafatlandırılmış yeganə alimdir. == Həyatı == Maks Teiler 30 yanvar 1899-cu ildə Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində dörduşaqlı ailədə anadan olub. Onun atası tanınmış isveçrəli baytar alim idi. Maks əvvəlcə yerli məktəblərə gedir, sonra isə Rouds Universitetinin Kollecinə və 1916–1918-ci illərdə Keyptaun Universitetinin tibbi fakültəsində oxuyur. Ardından İngiltərədə St. Tomas Hospitalına və Londonun Tropik Təbabət Məktəbinə oxumağa gedir, və 1922-ci ildə tibbi diplomunu qazanır. Eyni ildə Terapevtlərin və Cərrahların Kral Kolleclərinin diplomantı olur. 1922-ci ildə Harvard Tibbi Məktəbinin (Boston, Massaçusets) Tropik Təbabət fakültəsinə assistent, sonra isə təlimatçı kimi təyin olunur.
Mansur Teymurov
Marqaret Teylor
Marqaret Teylor (ing. Margaret Mackall Smith Taylor; 21 sentyabr 1788 – 14 avqust 1852[…], Missisipi ştatı) — ABŞ Prezidenti Zakari Teylorun həyat yoldaşı.

Значение слова в других словарях