QEYZ

is. [ ər. ] Qəzəb, hiddət, acıq.
Koroğlu qeyz ilə nərə çəkəndə bir ağaclıqdan eşidilirdi. Koroğlu”.

□ Qeyzə gəlmək, qeyzi tutmaq – hirslənmək, qəzəblənmək, hiddətlənmək, qeyzi tutmaq.
Ağalar elə bir qeyzə gəldilər ki, pulları çırpdılar biçarə Yusif əminin üzünə. C.Məmmədquluzadə.

Qeyzə gətirmək – bax qeyzləndirmək.

Синонимы

  • QEYZ qeyz bax acıq, hiddət

Антонимы

  • QEYZ QEYZ – MƏRHƏMƏT Mən qeyzimdən əsirdim (S.Qədirzadə); Bəli, mən ondan mərhəmət ummaqda səhv eləməmişəm (S

Этимология

  • QEYZ Ərəbcə “qəzəbli” deməkdir, amma “qəzəb”lə eyni kökə malik deyil (qeyz sözü zad ilə yazılır, qəzəb isə za ilə)
QEYSƏRLİK
QEYZLƏNDİRİLMƏ
OBASTAN VİKİ
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qeyzerler

Значение слова в других словарях