Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Big Thief
Big Thief — Nyu-Yorkun Bruklin borosunda qurulmuş indi-folk musiqi qrupu. Qrupun üzvləri Adrianna Lenker, Bak Mik, Maks Oleartçik və Ceyms Krivçeniadır. Qrupun ilk albomu olan "Masterpiece" 2016-cı ildə Saddle Creek Records tərəfindən buraxılıb. Onların ikinci albomu "Capacity" bundan bir il sonra, 2017-ci ildə yayımlanıb. Big Thief 2019-cu ildə 4AD musiqi şirkəti ilə müqavilə bağlayıb. Həmin il onlar iki yeni albom təqdim ediblər, mayda "U.F.O.F." və oktyabrda "Two Hands" adlı albom. Bu albomların hər ikisi 2020-ci ildə baş tutan 62-ci "Qremmi" mükafatlarında "Ən yaxşı alternativ alboma görə Qremmi mükafatı"na namizəd göstərilib. Növbəti il, 2021-ci ildə onların "Not" mahnısı "Ən yaxşı rok mahnısına görə Qremmi" mükafatına və "Ən yaxşı rok performansına görə Qremmi" mükafatına namizəd göstərilmişdir. Qrupun beşinci studiya albomu "Dragon New Warm Mountain I Believe in You" 2022-ci ilin fevralında işıq üzü görüb. Bu albom Hollandiya çartlarında ilk onluğa daxil olmuş və Qremmi 2023-də "Ən yaxşı alternativ musiqi albomu" mükafatına namizədlik əldə etmişdir.
Uncharted 4: A Thief’s End
Uncharted 4: Bir Oğrunun Sonu, Naughty Dog tərəfindən yaradılan və Sony Computer Entertainment tərəfindən PlayStation 4 videooyun konsolu üçün nəşr olunan bir döyüş-macəra videooyunudur. Oyun 10 May 2016-cı ildə dünyada satışa çıxarıldı. Uncharted 3: Drake’s Deception-in dəvamı olan Neytan Dreyk'in rol oynadığı Uncharted seriyasının son oyunudur və Naughty Dog'un yaratdığı seriyanın son oyunudur. Drake's Deception hadisələrindən bir neçə il sonra, Bir Oğrunun Sonu, tale ovçuluğundan uzaqlaşan qəhrəmanı, Neytan Dreyk'i izləyir. Qardaşını qurtarmaq üçün Kapitan Henri Eyveri'nin uzun müddətdir itmiş xəzinəsinin yerini tapmaq üçün, böyük qardaşı Sem və uzun müddətdir birlikdə olan ortağı Sali ilə yenidən bir araya gəlir. Buraxılışının ardından Uncharted 4: Oğrunun Sonu, çox bəyənildi və videooyunları jurnalistləri tərəfindən 2016-ci ilin ən yaxşı videooyunlarından biri olaraq görüldü. Jurnalistlər, oyunu Uncharted seriyasına uyğun bir son olaraq gördülər. Oyun povestinə, romantik dərinliyinə, vizual keyfiyyətinə, Multioyunçu və inkişaf etdirilmiş oyun mexanikasına görə əvvəlki oyunlarla müqayisədə inkişaf etdirilmişdi. Uncharted 4: Bir Oğrunun Sonu, İlin Oyunu, Ən Yaxşı Aksiyon-Macəra Oyunu kimi bir sıra mükafatlara nail olmuşdur. Oyun ilk həftəsində 2,7 milyon kopiya satdı və PlayStation 4'dəki ən çox satan videooyunlarının yanında seriyanın ən sürətli satan oyunu oldu.
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Chief Keef
Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995, Çikaqo) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb. Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olan Billboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçi Kanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır. Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra, Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olan drillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.
Nquyen Van Thieu
Nquyen Van Thieu və ya Thiyeu (vyet. Nguyễn Văn Thiệu, vyetnam: [ŋʷǐənˀ vān tʰîəwˀ] ( dinlə); 5 aprel 1923[…] – 29 sentyabr 2001[…], Nyuton[d], Massaçusets) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi xadimi və prezidenti. Əksər qeyri-Vyetnam mənbələrində sadəcə Thieu kimi xatırlanmasına baxmayaraq, bu onu soyadı deyil, adının bir hissəsidir. Dininə görə katolik idi. Kiçik bir torpaq sahibinin oğlu olmuşdur. Gəncliyində Ho Şi Minin başçılıq etdiyi antikolonialist Vyetmin hərəkatına qoşulmuş, lakin hərəkət diqqətini SSRİ-yə yaxınlaşma və kommunist idarəetmə formasına yönəltməyə başladığı üçün hərəkatdan ayrılmışdır. 1949-cu ildə əslində Fransa müstəmləkəçiləri tərəfindən elan edilmiş, lakin rəsmi hökmdarı imperator Bao-dau olan qondarma Vyetnam Dövlətinin paytaxtı Hyue şəhərində yerləşən hərbi akademiyanı bitirmiş və 2-ci leytenant rütbəsi almışdır. 1955-ci ildə Fransa qoşunlarının çıxarılması zamanı daha çox "Cənubi Vyetnam" kimi tanınan Vyetnam Respublikası yarananda polkovnik-leytenant rütbəsinə sahib idi. O, 1965–1967-ci illərdə Baş nazir Nquyen Kao Kinin dövründə rəsmi dövlət başçısı olmuşdur. 3 sentyabr 1967-ci ildə keçirilən prezident seçkilərində 38% səs toplamış və prezident seçilmişdir.
Thium
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Taif
Taif (ərəb. الطائف‎) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir. Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər, 1517-ci ilə qədər onun tərkibində qalır.
Thea
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
This Is the Night
This Is the Night (azərb. Bu gecə həmin gecə‎) – Maltanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Kurt Kalleyanın müsabiqədə ifa etdiyi mahnı.
Mame Thiam
Mame Baba Thiam (9 oktyabr 1992) — Seneqalli futbolçu. "Fənərbaxça" klubunun hücumçusudur.
Nausithoe thieli
Nausithoe thieli (lat. Nausithoe thieli) — nausithoe cinsinə aid heyvan növü.
Yuyçzülyü Tiefa
Yuyçzülyü Tiefa (v. 553) - Anaxuanın ölümündən sonra nominal xaqan titulunu daşıyırdı. 553-cü ildə xitaylar tərəfindən öldürüldü. Yerinə Çindən qayıtmış atası Yuyçzülyü Denqçu keçdi.
Think Later
Think Later — Kanada müğənnisi Teyt Makreyin ikinci studiya albomu. 8 dekabr 2023-cü ildə RCA Records tərəfindən buraxılıb.
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun. Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. == Oyun prosesi == Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur. Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. == Xəritə == Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). == Polislər == Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.
Lars Fon Trier
Lars Fon Trier (dan. Lars von Trier; əsl adı Lars Holbek Trier, dan. Lars Holbæk Trier; 30 aprel 1956) — Danimarka kino rejissoru. == Həyatı == Lars Fon Trier 1956-cı il aprelin 30-u Danimarkanın paytaxtı Kopenhagendə doğulub. Danimarkanın Milli Kino Məktəbini bitirib. Kinoda ilk dəfə 1976-cı ildə debüt edib. İlk tammetrajlı filmi isə Cinayətin Elementi filmidir ki, 1984-cü ildə çəkilir və bu film Kann, Çikaqo film festivallarında mükafat qazanır. Cinayətin Elementi (Element of Crime) filmi Trierin E trilogiyasının ilk filmidir. Hər rejissorun işi deyil ki, ilk tammetrajlı filmi ilə Qızıl Palma budağına namizəd olsun. Cinayətin Elementi ilə Trier öz müəllimi Tarkovskini yamsılamışdı.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Nquyen Van Thiyeu
Nquyen Van Thieu və ya Thiyeu (vyet. Nguyễn Văn Thiệu, vyetnam: [ŋʷǐənˀ vān tʰîəwˀ] ( dinlə); 5 aprel 1923[…] – 29 sentyabr 2001[…], Nyuton[d], Massaçusets) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi xadimi və prezidenti. Əksər qeyri-Vyetnam mənbələrində sadəcə Thieu kimi xatırlanmasına baxmayaraq, bu onu soyadı deyil, adının bir hissəsidir. Dininə görə katolik idi. Kiçik bir torpaq sahibinin oğlu olmuşdur. Gəncliyində Ho Şi Minin başçılıq etdiyi antikolonialist Vyetmin hərəkatına qoşulmuş, lakin hərəkət diqqətini SSRİ-yə yaxınlaşma və kommunist idarəetmə formasına yönəltməyə başladığı üçün hərəkatdan ayrılmışdır. 1949-cu ildə əslində Fransa müstəmləkəçiləri tərəfindən elan edilmiş, lakin rəsmi hökmdarı imperator Bao-dau olan qondarma Vyetnam Dövlətinin paytaxtı Hyue şəhərində yerləşən hərbi akademiyanı bitirmiş və 2-ci leytenant rütbəsi almışdır. 1955-ci ildə Fransa qoşunlarının çıxarılması zamanı daha çox "Cənubi Vyetnam" kimi tanınan Vyetnam Respublikası yarananda polkovnik-leytenant rütbəsinə sahib idi. O, 1965–1967-ci illərdə Baş nazir Nquyen Kao Kinin dövründə rəsmi dövlət başçısı olmuşdur. 3 sentyabr 1967-ci ildə keçirilən prezident seçkilərində 38% səs toplamış və prezident seçilmişdir.
Çan Thyen Khyem
Çan Thyen Khyem (vyet. Trần Thiện Khiêm, [ʈəŋ˨˩ tʰiəŋ˨˩˨ kʰim˧˧]; 15 dekabr 1925, Sayqon – 24 iyun 2021, San-Xose, ABŞ) — Cənubi Vyetnam hərbçisi və siyasətçisi, Cənubi Vyetnamın baş naziri (1969–1975). 12 iyul 1947-ci ildə Vyetnam Milli Hərbi Akademiyasını bitirmişdir. Vyetnam Milli Ordusunda xidmət etmişdir. 1951-ci ildə kapitan, 1954-cü ilin iyulunda mayor rütbəsinə yüksəlmişdir. 1957-ci ildə polkovnik rütbəsi ilə Baş Qərargah rəisinin müavini, oktyabr ayında isə Birləşmiş Baş Qərargah rəisi vəzifələrində çalışmışdır. 1969-cu ilin sentyabrında baş nazir və müdafiə naziri olmuşdur. O, 1975-ci ilin aprel ayına qədər bu vəzifədə qalmışdır. Sonradan ölkəni tərk etmişdir. 23 iyun 2021-ci ildə ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində vəfat etmişdir.
Now & Then
Now & Then — The Carpenters albomu.
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Taif (şəhər)
Taif (ərəb. الطائف‎) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir. Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər, 1517-ci ilə qədər onun tərkibində qalır.
Taif şəhəri

Thea sinensis
Çin çayı (lat. Camellia sinensis) — Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Theo James
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Hiey dağı
Hiei Dağı (yap. 比叡山) — Yaponiyada, Kioto şəhərinin şimal-şərqində, Kioto və Şiqa prefekturalarının ərazisində dağ. Dağ Biva gölünün və Otsu şəhərinin üzərində yerləşir. VII-ci əsrin sonlarında burada Tenday məktəbinin UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan Enryakuji məbədi qurulmuşdu. O vaxtdan ölkənin dini mərkəzlərindən biri sayılır. Dağda Botanika bağı və istirahət parkı, zirvənin yaxınlığında isə Enryaku-ji adlı böyük Buddist monastırı var. Dağın ətəyində Şinto ziyarətgahı Hiyoşi-taişa və böyük Buddist monastırı Mii-dera yerləşir. Enryaku-ji bu günə qədər Tenday məktəbinin mərkəzidir. Burada daha kiçik məbədlər və ziyarətgahlar da var. == Kanat yolu == Dağa hər iki tərəfdən - Otsu şəhərindən (Sakamoto) Enryaku-ji monastırına və Kioto prefekturasındakı dağlardan zirvəyə və botanika bağına qədər funikulyor qalxır.
TIFF
TIFF (Tagged Image File Format) – rastr qrafik görüntülərin daranması, saxlanması və mübadiləsi zamanı istifadə olunan standart fayl formatı. Aldus və Microsoft şirkətləri tərəfindən işlənib hazırlanıb. Parktiki olaraq bütün qrafik paketlər TIFF formatını dəstəkləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərəf (Heris)
Tərəf (fars. طرف‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (51 ailə).
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üçüncü tərəf proqramları