Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ohrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
THAAD
Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (İngiliscə: Terminal High Altitude Area Defense) və ya THAAD, qısa və orta mənzilli təhdid ünsürlərinə qarşı təkmilləşdirilərək yaradılmış, ABŞ Quru Qoşunlarına məxsus olan ballistik raketlərdən müdafiə sistemidir. Lockheed Martin şirkəti tərəfindən istehsal edilmiş THAAD sistemi ümumi olaraq Skad və ona oxşayan qısa mənzilli ballistik raketlər üçün müvəqqəti bir həll yolu kimi arsenala qəbul edilsə də, daha təkmilləşdirilmiş və uzun mənzilli qitələrarası ballistik raketlərə qarşı da, qismən müdafiə imkanlarına malikdir. THAAD ABŞ istehsalı anti-ballistik raketdən müdafiə sistemidir. 2008-ci ildən silahlanmaya daxil olub. Qısa və orta mənzilli ballistik raketləri onların terminal fazasında məhv etmək üçün yaradılıb. Raketləri döyüş başlığı daşımır, kinetik zərbə ilə hədəfini məhv edir. THAAD sistemi AN/TPY-2 radarları istifadə edir. Bu radarlar dünyanın ən geniş mənzilli daşınabilən yer/hava radarlarıdır. AN/TPY-2 radarları 1000 km məsafədə atılan ballistik raketləri atmosferə çatmamış müəyyən edir. Raketin sürəti 2,8 km/san, lülə çapı 34 sm, ağırlığı 900 kq-dır.
Thium
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
EBird
eBird — alimlərə, tədqiqatçılara və həvəskar təbiətşünaslara quşların yayılması və bolluğu haqqında real vaxt məlumatları təqdim edən quş müşahidələrinin onlayn məlumat bazasıdır.
Tahir
Tahir — ad.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Hirs
Hirs — bu və ya digər obyektin hərəkətləri nəticəsində insanda yaranan bəzi fenomen, qəzəb və ya qəzəbdən narazılıqda ifadə olunan mənfi duyğu və reaksiya, gərgin emosional cavab. Hirs qəbul edilən provokasiyaya, təhqirə və ya hədəyə güclü, narahat və qeyri-adekvat cavabı əhatə edir. Hirsli insan tez-tez ürək döyüntüsünün artması, qan təzyiqinin yüksəlməsi və adrenalin və norepinefrin səviyyələrinin artması kimi fiziki təsirlərlə üzləşir. Hirsin bir çox fiziki və zehni təsirləri ola bilər. Hirsin zahiri ifadəsi üz ifadələrində, bədən ifadələrində, fizioloji reaksiyalarda, bəzən isə ictimai aqressiv hərəkətlərdə müşahidə oluna bilər. Üz ifadələri qaşların içəriyə əyilməsindən tam qaşqabağa qədər dəyişə bilər. Müasir psixoloqlar hirsi, demək olar ki, bütün insanların zaman-zaman yaşadığı normal, təbii və yetkin bir duyğu və yaşamaq üçün funksional əhəmiyyəti olan bir şey kimi qiymətləndirirlər. Bununla belə, idarə olunmayan qəzəb şəxsi və ya sosial rifaha və başqalarına mənfi təsir göstərə bilər. Müasir cəmiyyətdə qəzəb tez-tez avtomobil idarə edərkən yaranır (“yol qəzəbi”).
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. == Tire == Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. == Uzun tire == Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Trir
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. == Qardaşlaşmış şəhərlər == Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
TƏİR
Tank əleyhinə idarəolunan raket (TƏİR) (ingiliscə: anti-tank guided missile (ATGM), və ya anti-tank guided weapon (ATGW)) tankların məhv edilməsi məqsədilə hazırlanmış silahdır. Bu raketlərin əsas vəzifəsi tank və ya digər zirehli döyüş maşınlarını vurmaq və məhv etməkdir. TƏİR-lər əsasən atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən, və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir. Birinci nəsil TƏİR-lər hədəfi tapmaq üçün komanda qolu kimi bir alətlə operator vasitəsilə hədəfi tapa bilirdi. Ancaq, bu iş üçün operatorun yaxşı təcrübəsinin olması və raketin uçuşu zamanı hərəkətsiz qalması lazım gəlirdi. İkinci nəsil TƏİR-lərdə isə hədəf vurulana qədər operatorun nişangahı hədəfdən ayırmaması lazım idi. Bu sistemlərdə raketi idarə etmək üçün kabel, radio siqnalı, lazer işarələnməsi və ya raketə yerləşdirilən TV kamerasından istifadə olunurdu. Bu raketlərə ABŞ istehsalı TOW raketləri misal ola bilər. Ancaq, bu nəsil silahlarda da operatorun sabit qalması lazım gəlirdi. Çox inkişaf etmiş üçüncü nəsil TƏİR-lər isə lazer, elektronik görüş sistemlərindən istifadə olunur.
Adelina Tahiri
Adelina Tahiri (makedon: Аделина Тахири, alban: Adelina Tahiri) — alban müğənni. 1991-ci ildə Skopyedə anadan olub. Hazırda Albaniyada yaşayan Tahiri peşəkar karyerasına 2007-ci ildə cəmi 16 yaşında ikən alban dilində nəşr etdirdiyi və həmin sinql Albaniya və Kosovoda ifa olunan Më Trego sinqlı ilə başlayıb. 2010-cu ilin oktyabrında o, ikinci albomu olan Nuk Jam Penduar -ı da alban dilində də buraxdı. Tahiri 2011-ci ildə rəsmi olaraq Albaniya vətəndaşlığını qəbul edib.
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Mame Thiam
Mame Baba Thiam (9 oktyabr 1992) — Seneqalli futbolçu. "Fənərbaxça" klubunun hücumçusudur.
Ranunculus thora
Ranunculus thora (lat. Ranunculus thora) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Tahir Abasov
Tahir Abdullayev
Tahir Abdullayev (memar) — Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979). Tahir Abdullayev (riyaziyyatçı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. Tahir Abdullayev (idmançı) — qarışıq döyüş sənətləri üzrə azərbaycanlı döyüşçü.
Tahir Alxazov
Tahir İsa oğlu Alxazov (28 dekabr 1952, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru,dosent AMEA Polimer Materialları İnstitutunun baş mühəndisi. == Həyatı == Alxazov Tahir İsa oğlu 28 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhərindəki 89 №-li orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitunun kimya-texnologiya fakultəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində “Üzvi Sintez” zavodunda 1974-1981-ci illərdə əməliyyatçı, növbə rəisi, texnoloq, istehsalat rəisi vəzifələrində çalışmışdır. 1983-cü illərdə Sumqayıt ş. Şüşə zavodunda baş mühəndis, 1983-1986-cı illərdə Sumqayıt ş. “Üzvi Sintez” zavodunda divinil istehsalatının rəisi, 1986-1990-cı illərdə SSRİ Dövlət Standartlar Komitəsinin baş nümayəndəsi, 1990-1993-cı illərdə “Anhidrid” müəssisəsinin direktoru vəzifəsində işləmişdir. 1993-1995-cı illərdə Respublika Prezidentinin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkətinin prezidentinin müavini təyin edilmişdir. 1995-1998-ci illərdə “Üzvi Sintez” zavodunun direktoru, 1998-2001-ci illərdə Azərbaycan OET “Olefinlər” institutunda baş mühəndis vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitunda böyük elmi işçi, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işləyir.
Tahir Atakişiyev
Tahir İsrafil oğlu Atakişiyev (21 avqust 1927 – 30 noyabr 2012) — skripkaçı, pedaqoq. Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirmiş və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirmişdir. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan dövlət konservatoriyasının "Simli alətlər" kafedrasında dərs demişdir. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olmuşdur. Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var. Rauf Atakişiyevin qardaşıdır.
Tahir Baxşəliyev
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub. === Təhsili === 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.