Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tiryaki Həsən Paşa
Tiryaki Həsən Paşa, (? — ö. 1611 Budin) Kanija müdafiəsi ilə məşhurlaşan Osmanlı paşasıdır. Doğum tarixi və yeri dəqiq bilinməsə də, qəhvəni çox sevdiyi üçün "Tiryaki" ləqəbi ilə tanınmışdır. Bir çox xarici dil bildiyi üçün əsasən sərhəd əyalətlərdə vəzifələndirilmişdir. Ən uzun müddət durduğu vəzifə Zigetvar hakimliyidir (20 il). Əndərunda yetişdirilib. 1574 tarixində Sultan III. Murad taxta çıxdığı zaman onun rikabdarı olmuşdur. Saraydan ayrıldıqdan sonra təqribən 20 il Zigetvar bəyi və sonra da bəylərbəyi olmuşdur. Rəvayətə görə, Əflak səfəri zamanı ətrafındakı əsgərlərin geri çəkilməsindən əsəbləşən Həsən paşa tək başına düşmən üzərinə yürümüş, ancaq kəndxudası atın yüyənini tutaraq buna mane olmuşdur.
Mehmet Rüştü Tiryaki
Mehmet Rüştü Tiryaki (1971, Diyarbəkir) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. == Həyatı == Mehmet Rüştü Tiryaki 1971-ci ildə Diyarbəkir ilində anadan olub. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1989-cu ildən Səhiyyə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində çalışıb. Bu müddət ərzində Səhiyyə və Sosial Xidmət İşçiləri İttifaqının (SES) qurucu üzvü olub. İctimai İşçilərin İttifaqı Konfederasiyasında (KESK) hüquq məsləhətçisi, Təhsil və Elm İşçiləri İttifaqında (EĞİTİM SEN) isə hüquqşünas vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində HDP və YSP üzvü olub. 2015-ci ildən HDP-nin Ali Seçim Şurasının nümayəndəsi vəzifəsində çalışır. 2022-ci ilin iyulunda HDP Məclisinin üzvü seçilib. HDP İdarə Heyətinin üzvü və həmsədrin müavini vəzifələrində çalışıb.
Tiryaki Mehmed Paşa
Tiryaki Mehmed Paşa (1680, Konstantinopol – 31 iyul 1751, Retimno[d], Krit vilayəti) — I Mahmud dönəmində 1 il 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən türk olub, 1680-ci ildə İstanbulda dünyaya gəldi. Atası yeniçəri ocağında xidmət edən İvaz ağadır. Bu səbəblə yeniçəri ocağında böyüdü və ilk vəzifələrini də burada aldı. 1736-cı ildə səfərə göndərilən ordunun daxilində baş yazıcı olaraq vəzifələndirildi. Səfər əsnasında Sultan Mahmudun əmriylə, yeniçəri ocağında qeydə düşməyən əsgərlərə ülufə verməyərək dövlət xəzinəsinə külli miqdarda gəlir qazandırdı. Ancaq bu səbəblə yeniçərilər arasında xeyli düşmən qazandı. Bu səbəblə vəzifəsindən azad edilərək sədarət kəndxudası Osman Xalis Əfəndinin xidmətinə alındı. Uzun müddət müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 10 avqust 1746-cı ildə sədrəzəm təyin edildi. Ancaq sədarətə təyin edildikdən sonra sərt tədbirlər alan Mehmed Paşa eyş-işrət aləmlərinə qarışdı.
Biryani
Biryani və ya Biriyani (urdu بریانی; hind. बिरयानी) – Düyüdən (adətən basmati növləri) və ədviyyatlı ət, balıq, yumurta və ya tərəvəzlərin əlavəsi ilə hazırlanmış ikinci yemək. Biryani hazırlamaq üçün lazım ədviyyatlar və souslar: əridilmiş yağ, kərəvüz, mixək, hil, darçın, dəfnə yarpağı, keşniş, zəfəran, nanəli göyərtilər, zəncəfil, soğan və sarımsaq. Ancaq bu siyahı tam deyil. Yemək müxtəlif çeşidlərdə bütün Cənubi Asiyada, həmçinin ərəb ölkələrində və Qərbdə olan Cənubi Asiya icmaları arasında yayılmışdır. Göründüyü kimi, o İran mənşəlidir və Hindistan subkontinentinə İranlı tacirlər və səyyahlar sayəsində daxil olmuşdur. Biryani dahi çatni və ya raita, korma, karri, badımcan turşusu, xırda dəniz xərçəngi kimi hind mətbəxindən olan digər yeməklərlə üst-üstə düşür. Plovdan ətli biryani onunla fərqlənir ki, plovda duyu ilə ət bir yerdə, biryanidə isə ayrı-ayrı hazırlanır. == Etimologiya == Bir nəzəriyyəyə görə, biryani sözü fars dilindəki birinc (fars. برنج‎), yəni düyü sözündən gəlir.
Tayyaki
Tayyaki (鯛焼き, "bişirilmiş çapaq balığı") — Yaponiya mətbəxinə xas olan balıq formasında tort. Tortun hazırlanmasında anko xəmirindən (şəkərli adzukilərdən hazırlanır) istifadə olunur. Bundan əlavə kremdən, şokoladdan, pendirdən və şirin kartofdan da istifadə oluna bilər. Bəzi mağazalar tayyakini hətta okonomiyaki, qyozo və sosiska ilə hazırlayırlar. Tayyaki hazırlamaq üçün blinçik və ya vafli xəmirindən istifadə olunur. Hazırlanmış sulu xəmir balıq formasında olan qəlibin hər tərəfinə tökülür. Daha sonra bir tərəfə əlavə məhsullar daxil edilir və qəlib bağlanılır. Qızıl qəhvəyi rəngi alana qədər bişilir.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.
Hiroaki Morişima
Hiroaki Morişima (d. 30 aprel 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 64 oyun keçirib, 12 qol vurub.
Hiroaki Sato
Hiroaki Sato (5 fevral 1932 - 1 yanvar 1988) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Kiriaki Liosi
Kiriaki Liosi (10 oktyabr 1979, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Kiriaki Liosi, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Kiriaki Liosi, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Teruaki Kurobe
Teruaki Kurobe (d. 6 mart 1978) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kokona Hiraki
Kokona Hiraki (yap. 開 心那; 26 avqust 2008) — Yaponiya skeytbordinqçisi, 2019-cu ildə Boysedə keçirilən X Oyunlarının gümüş medalçısıdır. 2020 Yay Olimpiya Oyunlarında Yaponiyanı təmsil edərək 12 yaşında gümüş medal qazanmışdır. == Həyatı == Kokona Hiraki 26 avqust 2008-ci ildə Yaponiyanın Hokkaydo şəhərində anadan olmuşdur. Tomakomayda yaşamışdır. 5 yaşında skeytbordinqçiliyə başladı və Sapporoya köçərək burada məşqlərə davam etdi. 2018-ci ildə qatıldığı Yapon Skeytbordinq Çempionatında 4-cü yeri tutdu. İlk qələbəsini 10 yanvar 2019-cu ildə eyni turnirdə əldə etdi. 2019-cu ildə Aydahonun Boyse şəhərində keçirilən X Oyunlarında iştirak etmişdir. Bu oyunlarda ilk dəfə ölkə hüdudlarından kənara çıxan Kokona gümüş medal almışdır.
Ryuzo Hiraki
Ryuzo Hiraki (7 oktyabr 1931 - 2 yanvar 2009) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.
Şiraki düzənliyi
Şiraki (gürcü: შირაქის ვაკე, shirak'is vake) — Gürcüstanın İori yaylasında düzənlikdir. Düzənlik cənubdan İori çay vadisi ilə, şimaldan Qanıxçay ilə, şərq sərhədində, Azərbaycanın Mingəçevir su anbarı ilə, qərbdə Tsiv-Qombori silsiləsi ilə əhatələnib. Şiraki düzü taxıl bitkilərinin becərildiyi və qışda mal-qaranın otlandığı çöllərdən ibarətdir. Bölgədə bəzi neft yataqları və arxeoloji məkanlar mövcuddur. Şiraki, dəniz səviyyəsindən 500 metrdən 700 metrə qədər yüksəklikdə yerləşən, 35 kilometr uzunluğunda və 15 kilometr eni olan düzənlik ərazidir. Dördüncü dövr yataqları və artezian suları ilə zəngindir. Bölgədə iqlim mülayim kontinentaldır, orta illik temperaturu 10 ° C, yanvarda -3.8 ° C, iyulda 22.8 ° C təşkil edir. İllik yağıntılar azdır və qeyri -bərabər paylanır, orta hesabla 490 mm yağıntı düşür. Şiraki düzünün florasına çöl bitkiləri daxildir. Hal -hazırda, ərazinin çox hissəsi, ilk növbədə dənli bitkilər üçün əkin sahələri kimi istifadə olunur və Gürcüstanın çörək məkanı kimi tanınır.
Birinci tiryək müharibəsi
Birinci tiryək müharibəsi — 1840–1842-ci illərdə Çində Böyük Britaniya tərəfindən Tsin imperiyasına qarşı aparılan müharibə. == Müharibənin səbəbləri == XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində İngiltərənin Ost-Hind şirkəti Hindistanda geniş miqyasda tiryək istehsalını artırmağa və satış bazarı kimi Çin ərazisindən istifadə olunmasına diqqəti artırdı. 1757-ci ildə Çin imperatoru ölkəyə tiryək gətirilməsini qadağan edən bir sıra fərmanlar vermişdi. İngilis tacirləri bu fərmanlara əhəmiyyət verməyərək, qeyri-qanuni surətdə tiryək ticarətini daha da geniş miqyasda davam etdirirdilər. Tiryək ticarətinin əsas mərkəzi Kanton şəhəri idi. Mövcud vəziyyətlə barışmayan ingilis tacirləri ingilis mallarının Çinə qeyri-məhdud miqdarda idxalı üçün Çin limanlarının açılmasını tələb edirdilər. İngiltərə hökuməti öz tacirlərinə Çində geniş ticarət aparmaq üçün əlverişli şərait yaratmaq məqsədilə 1816-cı ildə Çinə yeni nümayəndəlik — Amxerstin səfirliyini göndərdi, lakin səfirliyin Çinin rəsmi dairələri ilə danışıqları heç bir nəticə vermədi. XIX əsrin 30-cu illərində Çində daxili siyasi vəziyyətin kəskinləşməsindən istifadə edən Böyük Britaniya Çində öz nüfuz dairəsini genişləndirmək üçün öz fəaliyyətini gücləndirdi. 1833-cü ildə İngiltərə parlamenti tərəfindən Ost-Hind şirkətinin ticarət inhisarının ləğv edilməsi Çin bazarında çoxlu yeni ticarət şirkətlərinin fəaliyyətə başlamalarına təkan verdi. İngilis-Çin ticarətinə rəhbərlik və nəzarət etmək üçün Çin hökumətinin razılığı olmadan, 1834-cü ildə lord Nepir İngiltərənin Çinə xüsusi baş komissar təyin edildi.
Tiryək və Şərab
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Toryak-de-Kamares
Toryak-de-Kamares (fr. Tauriac-de-Camarès, oks. Tauriac de Camarés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12275. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 75 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 58 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 36 nəfər arasında (15-64 yaş) 24 nəfər İqtisadi cəhətdən fəal, 12 nəfər hərəkətsiz idi (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə bu 48.6% idi).
Toryak-de-Nosel
Toryak-de-Nosel (fr. Tauriac-de-Naucelle, oks. Tauriac de Naucèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12276. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 382 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 218 nəfər arasında (15-64 yaş) 159 nəfər iqtisadi cəhətdən fəal, 59 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.9%, 1999-cu ildə bu 69.1%).
İkinci tiryək müharibəsi
İkinci tiryək müharibəsi - 1856-1860-cı illərdə Böyük Britaniyanın Fransa ilə birlikdə Çində Tsin imperiyasına qarşı apardığı müharibə. XIX əsr tarixşünaslığında 1859-1860-cı illərdə baş vermiş hadisələr Üçüncü tiryək müharibəsi adlandırılmışdır. Müasir tarixşünaslıqda 1856-1860-cı illər hadisələri İkinci tiryək müharibəsi dövrü kimi öyrənilir. Birinci tiryək müharibəsindəki (1840-1842) məğlubiyyət Çində mövcud idarə-üsuluna qarşı xalqın qəzəbini və nifrətini daha da gücləndirdi. 1850-ci ildə Çində Tsin imperiyasına qarşı Taypinlər hərəkatı (1850-1864) başlandı, ölkədə vətəndaş müharibəsi alovlandı. Taypinlər hərəkatının ilk mərhələsində ABŞ, Böyük Britaniya və Fransa neytral mövqe tutsalar da, artıq 1854-cü ildən etibarən Çində yaranmış mürəkkəb daxili vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə başladılar. İngilislər Birinci tiryək müharibəsindən sonra Çində tiryək ticarətindən əldə etdikləri gəlirlərlə kifayətlənmirdilər. ABŞ, Böyük Britaniya və Fransanın diplomatik nümayəndəlikləri imperatordan 1842-1844-cü illərdə bağlanmış müqavilələrin şərtlərinə yenidən baxılmasını tələb edirdilər. Dövlətlər Çinin bütün ərazisində qeyri-bərabər ticarət imtiyazlarına yiyələnmək, tiryək ticarətinə rəsmi xarakter vermək, Pekində daimi səfirliklərini açmaq niyyətlərini gizlətmirdilər. Tsin hökuməti bu tələbləri rədd etsə də, bu münaqişəyə səbəb olmadı, çünki həmin dövrdə İngiltərə ordusu Rusiya və İranla müharibəyə, həmçinin Hindistanda üsyanların yatırılmasına cəlb olunmuşdu.