Tiryaki Mehmed Paşa

Tiryaki Mehmed Paşa (1680, İstanbul31 iyul 1751, Retimno[d], Krit vilayəti) — I Mahmud dönəmində 1 il 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Tiryaki Mehmed Paşa
10 avqust 1746 – 26 avqust 1747
(ləqəbi: Hacı)
ƏvvəlkiQarahisarlı Həsən Paşa
SonrakıBoynuəyri Seyid Abdullah Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1680
Doğum yeri
Vəfat tarixi 31 iyul 1751(1751-07-31)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası İvaz ağa

Əslən türk olub, 1680-ci ildə İstanbulda dünyaya gəldi.[1] Atası yeniçəri ocağında xidmət edən İvaz ağadır. Bu səbəblə yeniçəri ocağında böyüdü və ilk vəzifələrini də burada aldı. 1736-cı ildə səfərə göndərilən ordunun daxilində baş yazıcı olaraq vəzifələndirildi. Səfər əsnasında Sultan Mahmudun əmriylə, yeniçəri ocağında qeydə düşməyən əsgərlərə ülufə verməyərək dövlət xəzinəsinə külli miqdarda gəlir qazandırdı.[2]

Ancaq bu səbəblə yeniçərilər arasında xeyli düşmən qazandı. Bu səbəblə vəzifəsindən azad edilərək sədarət kəndxudası Osman Xalis Əfəndinin xidmətinə alındı. Uzun müddət müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 10 avqust 1746-cı ildə sədrəzəm təyin edildi.

Ancaq sədarətə təyin edildikdən sonra sərt tədbirlər alan Mehmed Paşa eyş-işrət aləmlərinə qarışdı. Tütünə qurşanmasıyla bağlı haqqında yayılan şayələrin ardından çox keçmədən 26 avqust 1747-ci ildə vəzifədən alındı. Bir müddət həbs tutulduqdan sonra Rodos adasına sürgün edildi. Daha sonra bağışlandı və həmin ilin noyabrında İçel, 1748-ci ilin martında Mosul, noyabrında isə Bağdad valisi olaraq təyin edildi. Son vəzifə yeri olan Bağdadın idarəsində yaranan problemlər səbəbilə vəzifədən alınan Mehmed Paşa Ciddəyə təyin edilsə də, bu vəzifəni qəbul etmədi. Nəticədə vəzirlik rütbəsi əlindən alınaraq Krit adasına sürgün olundu. Resmo qalasında həbsdə ikən 31 iyul 1751-ci ildə vəfat etdi.[3]

  1. Tektaş. Nazım. (2009). Osmanlı’da İkinci Adam Saltanatı. Çatı Kitapları
  2. Şentürk. Nazır. (2008). Babıali ve Sadrazamları. Doğan Kitap. bs. 4. İstanbul
  3. Yılmaz, Mehmet "Mehmed Paşa (Tiryaki, Hacı)" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.173
  • Bir Grup Biyografisi Denemesi: Osmanlı Sadrazamları (1718-1917). Yüksek Lisans Tezi. Semi Özgen Cesur. Kırıkkale 2023