Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taybad
Taybad və ya Təyyibat-İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Taybad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,228 nəfər və 10,230 ailədən ibarət idi.
Teyvaz
Teyvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarix və etimologiyası == Kəndin ərazisində Tunc dövrünə aid arxeoloji abidə vardır. Bəzi tədqiqatçılar qeyd edirlər ki, Teyvaz kəndinin adı qədim türk dilindəki taipa (geniş) və az (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, "böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri" mənasını verir. Teyvaz kəndinin tarixi 6 cı əsrin əvvəllərinə dayanır. == Coğrafi mövqeyi == Dağlıq ərazidə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. == Təbii ehtiyatları == === Mineral suları === Kənd ərazisindən xeyli sayda mineral sular çıxır. Bu suların suyu soyuq, azacıq turş, az debitlidir. Müalicə məqsədi ilə istifadə edilən mineral suların adı Teyvaz oykonimindən istifadə edilərək adlandırılmışdır. == Əhalisi == Əhalisi 324 nəfərdir.
Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. == Coğrafiyası və iqlimi == Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Poyraz, Elâzığ
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Poyraz (Elazığ)
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Taybad şəhristanı
Taybad şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Taybad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,129 nəfər və 22,267 ailədən ibarət idi.
Topbağ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Toydaş dağı
Toydaş dağı – Вabək rayonu ərazisində dağ (hünd. 1312,7 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Sirabçayın sağ sahilində, Sirab kəndindən 1,3 km şimal-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb və şimal-şərq yamaclarında iki daha kiçik, eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir. Konusvari formadadır, subvulkandır.
Toyqar İşıqlı
Toyqar İşıqlı (16 aprel 1974, Gölcük[d], Kocaeli ili) — türk bəstəkarı, musiqi prodüseri və müğənnisi. Film və serial musiqisi üzrə fəaliyyət göstərən sənətkar mindən çox əsər bəstələmişdir. Serial musiqi albomları ilə yanaşı, onun öz sözləri, bəstəsi və şərhi ilə solo albomları da var. Arven Müzik film istehsalı və yayımlanması şirkətinin sahibidir. == Həyatı == 1974-cü ildə Gölcükdə anadan olub. Gölcük Barbaros Hayrettin Liseyini bitirib. Daha sonra İstanbula köçdü və Mərmərə Universitetində vokal ixtisası üzrə bakalavr təhsili aldı. O, magistr dərəcəsini İstanbul Texniki Universiteti MİAM-da (Musiqidə İrəli Araşdırmalar Mərkəzi) almışdır. Hal-hazırda, İstanbul Texniki Universitetində musiqişünaslıq və musiqi nəzəriyyəsi üzrə aspirantura təhsili alır. Toygar Işıklı Berklee Musiqi Kollecində də film musiqisi oxuyub.
Toşbak adası
Toşbak adası (özb. Tоshbaqa oroli) — Özbəkistan Respublikası, Cizzəx vilayəti Aydarkul gölünün şimal hissəsində yerləşən ada. == Adı == Toşbak sözü özbəkcə tərcümədə tısbağa deməkdir. Adanın bu cür adlanmasına səbəb onun ərazisində böyük tısbağa populyasiyasının olması ilə əlaqədardır. == Coğrafiya == Toşbak adası Özbəkistanın Aydarkul glünün şimal-şərqində yerləşir. Adanın sahəsi 6,42 km²-dir. XX əsrin 60-cı illərində Şardar Su Elektrik stamnsiyasının inşası zamanı meydana gəlmişdir. Nəticədə böyük torpaq sahələri su altında qalmışdır. nisbətən hündür sahələr isə suyun səthiundə qalmışdır. Toşbak adası insan fəaliyyəti nəticəsindir.
İşıl Poyraz
Ayşə İşıl Poyraz - türk teatr aktrisası. 1944-cü ildə anadan olub. 1969-cu ildə Ankara Dövlət Konservatoriyasının Teatr Ali Bölümünü bitirib . Dövlət Teatrına daxil oldu. O, 1979-cu ildə Tərifəlayiq Köhnə Fotoşəkillərə görə İncəsənət Həvəskarları Assosiasiyasının Mükafatını və 1982-ci ildə Ən Yaxşı Qadın Səsi Rəssam Mükafatını aldı. O, TRT-nin kult və unudulmaz uşaq şousu "Susam Sokağı"nda Sabiha Teyze rolu ilə yadda qalıb . == Teatr oyunları == Zoraki Tabip, Çığ, Hırsızlar Balosu, Yedekçi, Kaşıkçılar, Tavsiye Mektubu, Defter Hesapta Yoktu, Akın, Yunus Emre, Merdiven, III. Selim, Eski Fotoğraflar, Skapen'in Dolapları, Otelci Kadın, Fizikçiler, Buzcu Geliyor, Bağış, Braytin Beach Anıları, Hizmetçiler..
Ahmed Touba
Ahmed Touba (fr. Ahmed Touba; 13 mart 1998, Rube) — Erediviziya təmsilçilərindən olan "Valveyk" klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Belçikalı futbolçu. Fransada doğulan futbolçu Belçikada böyümüş və Əlcəzair millisinin heyətində oynayır. == Klub karyerası == === Brügge === Touba Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Touba öz peşəkar karyerasında debütünü 1 may 2017-ci ildə etmişdir. O, "Zülte Varegem" klubu ilə qarşılaşmada etmişdir. O, 80-ci dəqiqədə Xose İskyerdonu əvəz etmişdir. == Milli komanda == Əlcəzair əsilli futbolçu Fransada doğulub. O, gənc yaşlarında Belçikaya köçmüş və ölkənin gənclərdən ibarət milli komandasında çıxış etməyə başlamışdır. 3 iyun 2021-ci ildə Mavritaniya millisi ilə oyunda Əlcəzair millisinin formasıyla meydana çıxmışdır.
Topaz (bukmeyker)
Topaz – Azərbaycanda bukmeyker. 2014-cü ildə ölkədə ən çox tanınan brendlərdən biri kimi göstərilmişdir. == Tarixi == Bukmeyker 8 yanvar 2011-ci ildə ölkədə mərc oyunlarına olan 13 illik qadağadan sonra qurulmuşdur. 2011-ci ildə şirkət 500-cü mərc ofisini açmışdır. == Əməliyyatlar == Şirkətin 1000-dən çox işçisi var. Şirkət telefon və internetlə birlikdə 500-dən çox lisenziyalaşdırılmış mərc ofisində mərc etməyi təklif edir. == Sponsorluq == 2012-ci ildə Topaz Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmuşdur. 5 avqust 2019-cu ildə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirmidir ki, Topaz 2019/2020 Azərbaycan Premyer Liqa mövsümünün rəsmi sponsoru olmayacaq. == Tənqid == 2013-cü ilin martında AR Milli Məclisi gənclər üzərində mənfi təsirinə görə Topaza qarşı tənqidlər etmişdir, lakin Gənclər və İdman naziri Azad Rəhimov Topazın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini bildirmişdir.
Topaz (dəqiqləşdirmə)
Topaz — Qiymətli daş. Topaz (bukmeyker) — Azərbaycanda yeqanə bukmeyker.
Qırmızı tozbaş səhləb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1 sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Qırmızı tozbaş sәhlәb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1 sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Taybad Abbasabad Kompleksi
Abbasabad Kompleksi (fars. مجموعه عباس‌آباد‎) — Teymurilər və Qacarlar dövrünə aid saray kompleksi. Bu kompleks Taybaddan 34 kilometr şimalda yerləşir.
Teyvaz mineral bulağı
Teyvaz mineral bulağı — Culfa rayonundakı Teyvaz kəndindən 2 km cənub-qərbdə Teyvaz çayının məcrasında okean səviyyəsindən 1785 m yüksəklikdədir. Orta dərəcədə minerallaşmış hidrokarbonatlı-natriumlu-xlorlu suyun tərkibində karbon qazı olduqca azdır. Mütəxəssislər tərəfindən öyrənilməsə də sudan dəri səpkiləri ilə qaşınmaları, ayaqlardakı göbələk (qribok) və s. xəstəliklərin müalicəsində vanna qəbul etmək (10 kurs 40-50 Cº) əhəmiyyətlidir. Mineral sudan həkimin məsləhəti ilə müalicə aparılmalıdır. Ağız boşluğu və diş ətlərindəki iltihaba qarşı qısa müddətli qar-qara etmək olar.
Uzunyarpaq tozbaş səhləb
Cephalanthera longifolia (lat. Cephalanthera longifolia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. == Arealı == Arealı kiçilməkdə olan az rast gəlinən növdür. Ural, Qırğıstan, Qafqaz, Skandinaviya, Orta və Atlantik Avropa, Aralıq dənizi, Kiçik Asiya, İran, Himalayda yayılıb. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir. Ehtiyatı məhduddur, nadir halda və az miqdarda rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 20–45 sm, düz gövdəli, çılpaq çoxillik bitkidir. Qaytanşəkilli çoxsaylı köklərə malik kökümsovu üfüqi yerləşmişdir. Yarpaqları xətvari-neştərşəkilli və ya neştərvaridir, yuxarı yarpaqları dar, çox vaxt sivriləşmiş olur. Çiçək qrupu 15–20 sm uzunluqdadır, düz, formalı, seyrək və 3–20 ədəd çiçəkdən ibarətdir.
Hace Musa Topbaş
Hace Musa Topbaş (1917, Osmanlı imperiyası və ya Konya, Konya vilayəti – 16 iyul 1999) — Müasir Türk-İslam mədəniyyətinin ən görkəmli simalarından biri, alim. O, bütün İslam coğrafiyasında daha çox "Sahibü'l-Vefa" adı ilə tanınmışdır. == Həyatı == Hace Musa Topbaş Osmanlı imperatorluğunun son dönəmlərində dünyaya gəlmişdir. Atası Ahmed Hamdi Topbaş böyük İslam alimlərindən biri idi və Musa Topbaşı gənc yaşlarında ticarət sahəsinə yönləndirərək, İstanbulun Erenköy hissəsinə yerləşdirir. Musa Topbaş həzrətləri Erenköyde, məsnəvixan Tahiru'l Məvləvi, Elmalılı Məhəmməd Həmdi Yazır və digər çoxsaylı alimlərin müşayiətində zahiri təhsilini başa vurmuşdur. Xəttatlıq elmini məşhur türk xəttatı Hamit Aytaç, mənəvi tədrisini isə Mahmud Sami Ramazanoğlunun öndərliyi altında tamamlayır.
Osman Nuri Topbaş
Osman Nuri Topbaş (21 yanvar 1942, İstanbul) — İslam ailimi, din xadimi, mütəsəvvif, yazıçı. == Həyatı == === Təhsili === İbtidai təhsilini Ərənköy Zihni paşa ibtidai məktəbində almışdır. İlk təhsil illərində xüsusi Quran kurslarında təhsil alıb. ==== İmam Xətibdəki təhsili ==== 1953-cü ildə İstanbul İmam Xətib məktəbinə daxil olub. O illərdə bu məktəb Osmanlı imperiyasının böyük tanınmış şəxsləri sayılan M. Cəlaləddin Öktən, Mahir İz kimi ustadların, Nurəddin Topçu kimi Qərbdə təhsil almış mütəfəkkirlərin müəllimlik etdiyi önəmli bir qurum idi. Əmisi və yaşıdı Abidin Topbaş ilə birlikdə 1960-cı ildə bu məktəbi bitirdi.İmam Xətib illərində adı çəkilən böyük müəllimlərdən əlavə, M. Zəkayi Qonrapa, Yaman Dədə (Əbdülqadir Keçeoğlu), Əhməd Davudoğlu, Mahmud Bayram, Əli Rza Sağman kimi müəllimlərdən də dərs aldı. == Fəaliyyəti == Təhsili başa vurduqdan sonra bir müddət ticarət və sənaye sahəsində fəaliyyətini davam etdirir. 1962-ci ildə hərbi xidmətə yollanan Nuri Siirt-Tilloda ehtiyat zabit kimi müəllimlik edir. Hərbi xidmətdə olduğu illərdə müəllim olmaq arzusu ilə alışıb-yanan Nuri insanlara təhsil vermək və gənclərlə məşğul olmaqdan həzz alırdı. === Yaradıcılığı === Tarix, ədəbiyyat, dini elmlər və poeziyaya olan marağı səbəbindən yazıçılıq fəaliyyətinə 1990-cı illərdən başlayıb.
Koyba Milli parkı
Koyba Milli parkı — Mərkəzi Amerikanın sahəsi 503 kvadrat kilometr olan, Panama vilayətinin Veraquas əyalətinin Sakit okean sahillərində yerləşən ən böyük adasıdır. O vilayətin Mantijo rayonunun bir hissəsidir. == Tarixi == Koyba dəniz səviyyəsinin qalxdığı zaman təqribən 12000-18000 il əvvəl Panama qitəsindən ayrıldı. Yeni adadakı bitki və heyvanlar materik populyasiyasından təcrid olundu və minilliklər ərzində əksər heyvanların görünüş və davranışlarında fərqlər yarandı. Ada, Koyba adası uluyan meymuna, Koyba uzunayaqlı gəmiriciyə və Koyba adasındakı quş növlərinə ev sahibliyi edir. Koyba İspaniya tərəfindən fəth edildikdən və köləliyə məcbur edildikdən təxminən 1560-cı ilə qədər Koyba Kasiq hinduların yaşayış yeri idi. 1919-cu ildə adada cəza koloniyası quruldu və Panamanın Omar Torriyos və Manuel Norieqanın diktəsi altında olduğu illərdə Koybadakı həbsxana qəddar şərtlər, həddindən artıq işgəncələr, edamlar və siyasi qətllərə görə qorxulu bir yer idi. Bu müddət ərzində həbsxanada nə qədər insanın öldüyünü heç kim dəqiq bilmir, amma mənbələr bu sayın üç yüzə yaxın ola biləcəyini iddia edirlər. Həbsxana 2004-cü ildə bağlandıqdan sonra adanın səliqəli vəziyyəti onu qoruq kimi ideal vəziyyətə gətirdi. Həbsxananın məhbusları öz kabusları ilə təqib edilirdilər.
Topaz Premyer Liqası
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
Toyda Görüş (1970)
== Məzmun == Film-konsertdə müğənni Mirzə Babayev telefonla tanışlarını toya dəvət edir və toya gələn müğənni qonaqlar mahnılar ifa edirlər. == Film haqqında == 1970-ci ildə çəkilmış olan bu filmdə, Flora Kərimova "Toy olsun, bayram olsun" (bəstəkar: Oqtay Kazımi) kompozisiyasını ifa etmişdi. Sonralar onun siyasi baxışlarına görə lent yazılarının böyük əksəriyyəti kimi bu fraqment də filmdən kəsilib məhv edilmişdir. Titrlərdə filmin heyətinin peşələri göstərilməyib.
Göybaza (Bicar)
Göy Baza (fars. گاوبازه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 390 nəfər yaşayır (71 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.