Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bozdağan
Bozdağan — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Bozdağan kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Bozdağan Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Əhalisi == Əhalisi milli tərkibi baxımından azərbaycanlılardan ibarətdir == İstinadlar == == Mənbə == Ermənistanda Azərbaycan Mənşəli toponimlərin izahlı lüğəti II, B. Budaqov, N. Məmmədov. Onomastika, Elmi-Onomastik jurnal, № 3, Bakı-2008, Adil Tapdıqov.
Mozalan
"Mozalan" Satirik Kinojurnalı — 1971-ci ildə təsis edilmiş Kinojurnal. "Mozalan" studiyası — "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən studiya. Mozalan kinojurnalının süjetlərinin siyahısı Mozalan (musiqi qrupu) Mozalan böcəyi == Filmlərdə == "Mozalan"ın nağılı (film, 1979) — "Mozalan" Satirik Kinojurnalı № 50 (1979) "Mozalan"ın izi ilə (film, 1982) — Film Xanlar rayonunun Aşıqlı kəndindəki qaz probleminin Mozalanın 59-cu nömrəsindəki "Göz Dağı" adlı süjetindən sonra nəticə çıxarılaraq həll olunduğu haqqındadır.
Qorağan
Qorağan — Azərbaycan Respublikasının Qax rayonunun Qorağan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür. == Tarixi == 1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar. == Coğrafiyası və iqlimi == Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir.
Qızağan
Qızağan Xan — türk və altay mifologiyasında döyüş tanrısı. Kızığan da deyilir. Göyün doqquzuncu qatında yaşayır. Kayra Xanın oğludur. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni yenmekte komandirlərə köməkçi olar. Qırmızı yularlıdır, qırmızı buğra kürəyində oturar. Asası göyqurşağıdır. Qırmızı rəng ilə işarələniyər. Döyüşçüləri qoruyar.
Torağay
Torağaylar Torağay palçıq vulkanı — Abşeron ərazisində, Qobustanda palçıq vulkanı. Hündürlüyü 407 m. Şorca Torağay (Məlikan) Torağay (Məlikan) Turağayçay — Tərtər rayonu ərazisində çay.
Tozağacı
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
"Mozalan" Studiyası
"Mozalan" kinostudiyası məşhur kinostudiya == Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Mozalan" satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edir. Direktor və bədii rəhbər: Orxan Fikrətoğlu. 2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. == Filmoqrafiya == 100 (film, 1985) (qısametrajlı bədii film — Mozalan №100) ("Mozalan" studiyası) 20+1 (film, 1986) (qısametrajlı bədii süjet — Mozalan №105) ("Mozalan" studiyası) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) ("Mozalan" studiyası) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet — Mozalan №129) ("Mozalan" studiyası) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet — Mozalan №47) ("Mozalan" studiyası) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) ("Mozalan" studiyası) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet — Mozalan №161) ("Mozalan" studiyası) Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet — Mozalan №162) ("Mozalan" studiyası) Adsız su (film, 1985) (qısametrajlı sənədli süjet — Mozalan №98) ("Mozalan" studiyası) Ağstafa Şərabçıları (film, 1992) ("Mozalan" studiyası) Axırıncı maqın sonu (film, 1974) ("Mozalan" studiyası) Axtaran tapar (film, 1980) ("Mozalan" studiyası) Akt və fakt (film, 1978) ("Mozalan" studiyası) Alayarımçıq (film, 1984) ("Mozalan" studiyası) Alıcının sərgüzəşti (film, 1976) ("Mozalan" studiyası) Altı duru, üstü quru (film, 1983) ("Mozalan" studiyası) Arayış (film, 1986) ("Mozalan" studiyası) Arşınmalçı (film, 1985) ("Mozalan" studiyası) Arzu (film, 1972) ("Mozalan" studiyası) Astarı üzündən baha (film, 1986) ("Mozalan" studiyası) Atamın sənəti (film, 1980) ("Mozalan" studiyası) Atası yandı (film, 1986) ("Mozalan" studiyası) ATU və ya pa ATU nnan (film, 1971) ("Mozalan" studiyası) Avtoqraf (film, 1986) ("Mozalan" studiyası) Ay alan! (film, 1981) ("Mozalan" studiyası) Ay çox, il çox... (film, 1985) ("Mozalan" studiyası) Ay müştəri... (film, 1986) ("Mozalan" studiyası) Baba zeytun diyarında (film, 1992) ("Mozalan" studiyası) Bağlı qapılar (film, 1986) ("Mozalan" studiyası) Bais (film, 1985) ("Mozalan" studiyası) Baldızoğlu (film, 1977) ("Mozalan" studiyası) ...balıq sevdası (film, 1979) ("Mozalan" studiyası) Baş tutmayan ziyafət (film, 1981) ("Mozalan" studiyası) Başdan ayağa (film, 1973) ("Mozalan" studiyası) Belə də olur (film, 1988) ("Mozalan" studiyası) Bəhanə (film, 1991) ("Mozalan" studiyası) Bəhrə (film, 1984) ("Mozalan" studiyası) Bəhri-təhvil (film, 1979) ("Mozalan" studiyası) Bəlkə... (film, 1985) ("Mozalan" studiyası) Bir daha keyfiyyət barədə (film, 1987) ("Mozalan" studiyası) Bir məktubun izi ilə (film, 1982) ("Mozalan" studiyası) Bir nömrəli...
Ağ tozağacı
Tükcüklü tozağacı (lat. Betula pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Buynuzlu torağay
Buynuzlu torağay (lat. Eremophila alpestris) — Sərçəkimilər dəstəsinə, Torağaylar fəsiləsinə aid olan quş növü. == Təsviri == Bədənlərinin uzunluğu 16–17 sm arasında dəyişir. Bədənin yuxarı hissəsi gümüşü çəhrayı, aşağı hissəsi isə ağımtıldır. Üzündəki xarakterik bir maska var, başın arxasında isə buynuzlara bənzəyən uzun qara tükləri olur. == Yayılması == Yayılma arealı olduqca böyükdür. Yuvalama bölgəsi Atlas dağlarından Şimali və cənubi Amerikaya qədər uzanır. Qış ayları Mərkəzi Avropanın ənənəvi qonağıdır Птица — регулярный зимний гость на побережье Центральной Европы.. Bu növə daxil quşlar əsasən meşəsiz lanşaft zonalarını daha üstün bilir. Meşə ətrafı ərazilərdə, tundranın şibyəli sahələrində yayılır.
Erman tozağacı
Erman tozağacı (lat. Betula ermanii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Hamaryarpaq tozağacı
Hamaryarpaq tozağacı (lat. Betula platyphylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Kağız tozağacı
Kağız tozağacı (lat. Betula papyrifera) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Kağız tozağacı Saskaçevan (Kanada) əyalətinin və Nyu-Hempşir (ABŞ) ştatının simvolik ağacıdır. Təbiətdə növün arealı Şimali Amerikanın şimal hissəsini əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 20-35 sm, gövdəsinin diametri 1 m-dək, enli-silindrik çətirli və nazik, horizontal pulcuqlarla örtülmüşdür. Cavan budaqları tükcüklü, seyrək qatranlə vəzicikli, yaşılımtıl və ya açıq-qonur, sonradan budaqları parlaq tünd-qonur, çılpaq olur. Tumurcuqları xırda, ensiz-yumurtavari, ucu biz, hamardır. Pulcuqların kənarı yapışqanlı, yaşıl, qonurdur. Yarpaqları növbəli düzülüşlü, oval və ya yumurtavari olub, uzunluğu 5-12 sm, eni 4-9 sm, ucu biz, kənarları ikidişlidir. Bünövrəsi yumru, cavanlıqda tükcüklərlə örtülüb, çılpaq, tutqun tünd-yaşıldır, uzunluğu 1,5-3 sm olan tükcüklü saplaqlarda yerləşir.
Kəkilli torağay
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Litvinov tozağacı
Litvinov tozağacı (lat. Betula litwinowii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 10–15 m-ə qədər olan kiçik aqacdır.Aşağı hissədə ağ rəngli çatlaq qabığı vardır.Cavan budaqları xırda yumşaq tüklüdür, vəzili ziyilciklidir. Yarpaqları yumurtaşəkilli və yaxud yumurtaşəkilli-rombvaridir, yarpağın qaidə hissəsi enli pazşəkilli və yaxud dairəvidir, təpə hissəsində üçkünc formada daralmışdır, kənarları iri birqat və yaxud ikiqat mişarvaridir, alt tərəfdən damarların küncündə saqqalcıqları yerləşmişdir. Saplaq 2,5-4 dəfə yarpaq ayasından qısadır. Bar verən salxımlar silindrşəkilli olub,uzunluğu 2,5-3,5 sm, eni 7–9 mm-dir. Meyvə verən çiçəklərin pulcuqları meyvə verən zaman üçbölümlü, qaidəsinə yaxın hissəsi isə pazşəkillidir. Fındıqca meyvələri əksinəyumurtaşəkilli-uzunsov və yaxud uzunsov-ellipsvaridir, fındıqcameyvənin qanadlarının eni fındığın ölçüsunə bərabərdir, nadir hallarda 1,5 dəfə enlidir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəz == Yaşayış mühiti == Meşənin yuxarı kənarlarında rast gəlinir.
Mancuriya tozağacı
Mancuriya tozağacı (lat. Betula mandshurica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 40-50 sm-ə çatan seyrək çətirli ağacdır. Gövdəsinin qabığı ağ, bozumtul-ağ, qara və s. rənglərdə olur. Budaqların ucunda vəzilər vardır. Yarpaqları dairəvi üçkünc, ovalşəkilli, ölçüləri 3-9 sm olub, enli pazşəkilli və ya ürəkşəkillidir. Aprel-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-sentyabr aylarında yetişir.
Mozalan (kinojurnal)
Mozalan kinojurnalı 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980-ci ildən isə ildə 8 nömrəsi buraxılmışdır. 2007-2014-cü illərdə kinojurnalın baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğlu olub. 2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. 2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunmuşdur. Beləliklə “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlamışdır. Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir.
Mozalan (studiya)
"Mozalan" kinostudiyası məşhur kinostudiya == Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Mozalan" satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edir. Direktor və bədii rəhbər: Orxan Fikrətoğlu. 2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. == Filmoqrafiya == 100 (film, 1985) (qısametrajlı bədii film — Mozalan №100) ("Mozalan" studiyası) 20+1 (film, 1986) (qısametrajlı bədii süjet — Mozalan №105) ("Mozalan" studiyası) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) ("Mozalan" studiyası) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet — Mozalan №129) ("Mozalan" studiyası) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet — Mozalan №47) ("Mozalan" studiyası) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) ("Mozalan" studiyası) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet — Mozalan №161) ("Mozalan" studiyası) Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet — Mozalan №162) ("Mozalan" studiyası) Adsız su (film, 1985) (qısametrajlı sənədli süjet — Mozalan №98) ("Mozalan" studiyası) Ağstafa Şərabçıları (film, 1992) ("Mozalan" studiyası) Axırıncı maqın sonu (film, 1974) ("Mozalan" studiyası) Axtaran tapar (film, 1980) ("Mozalan" studiyası) Akt və fakt (film, 1978) ("Mozalan" studiyası) Alayarımçıq (film, 1984) ("Mozalan" studiyası) Alıcının sərgüzəşti (film, 1976) ("Mozalan" studiyası) Altı duru, üstü quru (film, 1983) ("Mozalan" studiyası) Arayış (film, 1986) ("Mozalan" studiyası) Arşınmalçı (film, 1985) ("Mozalan" studiyası) Arzu (film, 1972) ("Mozalan" studiyası) Astarı üzündən baha (film, 1986) ("Mozalan" studiyası) Atamın sənəti (film, 1980) ("Mozalan" studiyası) Atası yandı (film, 1986) ("Mozalan" studiyası) ATU və ya pa ATU nnan (film, 1971) ("Mozalan" studiyası) Avtoqraf (film, 1986) ("Mozalan" studiyası) Ay alan! (film, 1981) ("Mozalan" studiyası) Ay çox, il çox... (film, 1985) ("Mozalan" studiyası) Ay müştəri... (film, 1986) ("Mozalan" studiyası) Baba zeytun diyarında (film, 1992) ("Mozalan" studiyası) Bağlı qapılar (film, 1986) ("Mozalan" studiyası) Bais (film, 1985) ("Mozalan" studiyası) Baldızoğlu (film, 1977) ("Mozalan" studiyası) ...balıq sevdası (film, 1979) ("Mozalan" studiyası) Baş tutmayan ziyafət (film, 1981) ("Mozalan" studiyası) Başdan ayağa (film, 1973) ("Mozalan" studiyası) Belə də olur (film, 1988) ("Mozalan" studiyası) Bəhanə (film, 1991) ("Mozalan" studiyası) Bəhrə (film, 1984) ("Mozalan" studiyası) Bəhri-təhvil (film, 1979) ("Mozalan" studiyası) Bəlkə... (film, 1985) ("Mozalan" studiyası) Bir daha keyfiyyət barədə (film, 1987) ("Mozalan" studiyası) Bir məktubun izi ilə (film, 1982) ("Mozalan" studiyası) Bir nömrəli...
Mozalan kinojurnalı
== Tarixi == Kinojurnal 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır. İndiyə qədər 180-dən çox nömrə istehsal etmişdir. Hər nömrədə isə 3-4 süjet vardır. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir.
Muhamməd Torağay
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Qara tozağacı
Qara tozağacı (lat. Betula nigra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Qorağan bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Radde tozağacı
Radde tozağacı (lat. Betula raddeana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2-2,5 sm uzunluğunda, 10-14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2-2,5 mm uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir.
Sallaq tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Ümumi yayılması == Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyil. == Bioloji xüsusiyyətləri == Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
Topaşan qəbiristanlığı
Topaşan qəbiristanlığı — Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən ş.-də arxeoloji abidə. Ərazi xalq arasında Post adlandırılır. Qəbiristanlıq torpaq yolun alt tərəfində yerləşir. Qəbirlərin əksəriyyətinin başdaşları düşmüşdür. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Başdaşlarında hicri təqvimi ilə 1017, 1191, 1300 və s. tarixli kitabələr vardır. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə qəbiristanlıqda olan daş qoçlar aparılmışdır. Başdaşları üzərində olan tarixlər qəbiristanlığın 300 ildən artıq istifadə olunduğunu təsdiq edir. Topaşan nekropolunu XVII–XX əsrlərə aid etmək olar.
Torağay (Məlikan)
Torağay (fars. طوراغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 636 nəfər yaşayır (160 ailə).
Qoçaqan