Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəzdində xidmət göstərən Fransanın milli aviaşirkəti.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Tranze adaları
Tranze adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Kara dənizinin ərazisində, Vilkiç boğazının cənubunda, Bolşevik adasıdan 500 m cənubda qərarlaşır. Adalardan şimalda Solneçnaya buxtası vardır. Adalar arasında məsafə 500 m təşkil edir. Adalar qrupu iki adadan ibarətdir. Onların uzunluğu 1 kilometrdən çoxdur. Şimal adası cənubdan şimala doğru uzanır. Cənub adası isə hamar olub, bürünlüklə qumla örtülüdür. Adalarda yüksəşlik yoxdur.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Collège de France
Əvvəllər Kral Kolleci (Collège Royal) və ya İmparator Kolleci (Collège impérial) kimi tanınan və 1530-cu ildə I Fransisk tərəfindən təsis edilən Collège de France (Fransızca tələffüz: [kɔlɛʒ də fʁɑ̃s]) Fransada ali təhsil və tədqiqat müəssisəsidir. Collège de France Fransanın ən nüfuzlu tədqiqat müəssisəsi kimi tanınır.
France université numérique
France université numérique — onlayn dərslər verən fransız platformasıdır. 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. 2018-ci ilin aprel ayı statistikasına görə 1.4 milyondan çox istifadəçi qeydiyyatdan keçib. France université numérique istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.
Tour de France
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun. Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı. Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir.
Morten Trane Brünnix
Morten Trane Brünnix (dan. Morten Thrane Brünnich30 sentyabr 1737, Kopenhagen – 19 sentyabr 1827, Kopenhagen) — Danimarka zooloqu və mineraloqu. Prodromus insectologiæ Siælandicæ. Kopenhagen 1761. Die natürliche Historie des Eider-Vogels. Kopenhagen 1763. Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763. Tillæg til Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763.
Aéro-Club de France
Fransa aeroklubu – aerokosmik sahəsinin müxtəlif aspektləri ilə məşğul olan dünya miqyasında bir qurum. O, 1898-ci ildə təsis edilib və dünyanın ən qədim qurumudur. Akademiklər, məhsul istehsalçıları, xidmət təminatçıları və digər qlobal mülki və hərbi aerokosmik mütəxəssislər AeCF-də təmsil olunurlar. Təşkilatın baş qərargahı Parisdə yerləşir.
Franca
Frankeniya (lat. Frankenia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin frankeniyakimilər fəsiləsinə aid bitki cinsi.
Franck
Franck — Qəhvə, çay və müxtəlif atışdırmalar (qəlyanaltılar) istehsal edən Xorvatiya şirkəti. 1883-cü ildə ortaya çıxan alman transmilli şirkəti Heinrich Franck Söhnenin tərkibində 1892-ci ildə qurulur. İkinci Dünya müharibəsindən əvvəl Franck qəhvə əvəzediciləri istehsal edir. Lakin məhsul çeşidi hazırda xeyli genişlənmişdir:çay, qəlyanaltılar, müxtəlif qatqılar, toz şəkər və ədviyyatlar daxildir. Şirkət 1992-ci ildə özəlləşdirilir. 2015-ci ildə Franck Intersnack ilə ortaqlığa girir və Adria Snack Company Ltd adı altında qəlyanaltıların istehsalı və satışı üçün ortaq bir müəssisə qurulur. 2017-ci ildə şirkət 125 illiyini qeyd edir Franck sürətli hazırlıq və müxtəlif ləzzətlərlə xarakterizə olunan bir sıra içkilər (dərhal qəhvə və kapuçino) təklif edir. Bu çeşidə daxildir: kapuçino - Classic, Vanilya, Şokolad, Irish Cream, Coconut və ağ şokolad, Jaffa, Winter az şəkərli və kofeini olmayan, habelə Bananaccino və Jagodaccino - uşaqlar üçün isti içkilər; "klassik", "qızıl" və kafeinsiz versiyalarda dərhal qəhvə. Burada üçü birində və ikisi birində olan qəhvələr, kakao (ikisi birində) və soyuq qəhvə (Ice Coffee) Adria Snack Company Lt 2015-ci ildə əldə edilmiş razılığa əsasən qurulan Franck və Intersnack-in birgə müəssisəsidir. Tərəfdaşlığın məqsədi ləzzətli qəlyanaltılar sahəsində biznesin inkişaf etdirilməsinə yönəlmiş uzunmüddətli birgə strategiyanın həyata keçirilməsidir.
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Tronje
Tronje (fr. Tronget) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03292. 2008-ci ildə əhalinin sayı 933 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 592 nəfər (15-64 yaş) arasında 404 nəfər iqtisadi cəhətdən, 188 hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) olmuşdur. Fəal olan 404 nəfərdən 357 nəfəri (200 kişi və 157 qadın), 47 nəfəri işsiz (28 kişi və 19 qadın) idi. 188 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 67 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Grace
Grace — ABŞ müğənnisi Ceff Baklinin(en) yeganə studiya albomu. 23 avqust 1994-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Cattleya trianae
Cattleya trianae (lat. Cattleya trianae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin kattleya cinsinə aid bitki növü. 1936-cı ildən Kolumbiyanın milli gülü kimi seçilib. Cattleya bogotensis Linden Cattleya kimballiana L.Linden & Rodigas Cattleya labiata var. ernestii Sander Cattleya labiata subsp. massangeana Rchb.f. Cattleya labiata var. trianae (Linden & Rchb.f.) Regel Cattleya trianae var. alba L.Linden & Rodigas Cattleya trianae f. alba (L.Linden & Rodigas) M.Wolff & O.Gruss Cattleya trianae var.
Chrysanthemum grande
Plagius grandis (lat. Plagius grandis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin plagius cinsinə aid bitki növü. Chrysanthemum grande (L.) Hook.f. Cotula grandis L. Kremeria grandis (L.) Maire Leucanthemum grande (L.) P.Giraud Matricaria grandis (L.) Desr. Balsamita grandiflora Desf. Balsamita virgata Desf. Chrysanthemum grandiflorum (Desf.) Dum.Cours. Plagius grandiflorus (Desf.) L'Hér.
Galium grande
Galium grande (lat. Galium grande) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Galium pubens var. grande (McClatchie) Jeps.
Kanal Qrande
Kanal Qrande (it. Canal Grande) — İtaliyanın Venesiya şəhərində su kanalı. Uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir. Kanalın sahili demək olar ki, yoxdur. Onu evlərin fasadı əvəzləyir. Adətən bu evlərin iki çıxışı olur: həm quruya, həm də suya. Kanalın kənarında 100-ə yaxın saray var ki, ona görə bəzən ona "Saray Kanalı" da deyirlər. Çində çox milyonlu sənaye şəhəri Tyanszində bu kanalın prototipi tikilmişdir.
Lassina Traore
Lassina Frank Traore (21 yanvar 2001-ci ildə anadan olub) — Burkina-Faso təmsilçələrindən olan Rahimo klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Faso futbolçusudur. Traore Burkina-Faso milli futbol komandasında debütünü 4 may 2017-ci ildə Benin millisinə qarşı oyunda etmiş və qol ilə yadda qalmışdır. Həmin görüşdə Burkina-Faso rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 3 Yanvar 2018 tarixində yenilənib Nəticələr və qollar Burkina-Faso hesablamasının birinci siyahısındadır.
Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Pentacalia trianae
Pentacalia trianae (lat. Pentacalia trianae) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Rio-Qrande
Rio Qrande (film, 1950)
Rio Grande
Rio Grande , Rio-Qrandi-du-Sul-da yerləşən Braziliya bələdiyyəsi. 2020-ci il siyahıyaalınmasına görə əhalinin sayı 211.965 nəfər idi.
Tavçe qravçe
Tavçe qravçe (mak. Тавче гравче) — tavada qızardılmış paxladan ibarət Şimali Makedoniya mətbəxinə aid yemək. Serb mətbəxində buna bənzər prebranas adlı yemək də var. Yeməyin adı iki sözdən ibarətdir: "tavçe" — xüsusi gil qab; "qravçe" isə — paxla mənasını verir. Yeməyin "tavçedə qravçe" və "makedonsayağı paxla" kimi digər adları da var. Hazırlanması üçün tetovas növündən olan böyük ağ paxladan istifadə olunur. Tetovas paxlası ölkənin şimal-qərbində yerləşən Tetovo şəhərində yetişdirilir. Yeməyin tərkibinə ağ paxladan başqa girdə soğan, bitki yağı, qırmızı bolqar bibəri, həmçinin duz, istiot, cəfəri kimi müxtəlif ədviyyatlar da daxildir. Hazırlanmamışdan əvvəl paxla şişənə və yumşalana qədər suda saxlanılır, sonra hazır vəziyyətə çatanadək qaynadılır. Paxla hazırlanana yaxın üstünə yağda az qızarmış soğan və ədviyyatlar əlavə olunur.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Françes Leiqton
Françes Leiqton (d. 30 mart 1982) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françes Leiqton, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. Françes Leiqton, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.