Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Travma
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. == Ədəbiyyat == Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Akustik travma
Akustik travma — eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi. == Patogenez == Akustik travma nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. Kəskin akustik travma hətta qısamüddətli güclü səsin təsirindən baş verə bilər. Xronik akustik travma səs-küylü istehsalatda uzun müddət işləyənlərdə olur. == Profilaktikası == İstehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər görmək. == İstinadlar == == Əlavə ədəbiyyat == "АКУСТИЧЕСКАЯ ТРАВМА". Большая медицинская энциклопедия.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Travmatik şok
Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir. Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqanizmin sinir–reflektor reaksiyasıdır. Şok zamanı əsas həyat fəaliyyəti olan üzvlər: qan hərəkəti, tənəffüs, maddələr mübadiləsi pozulur. Lakin əsas yeri sinir sisteminin fəaliyyətinin pozulması tutur. Şok ağır zədələnmələrdə, geniş sahəli yanıqlarda, uyğun olmayan qanı köçürən zaman baş verir.
Travmatizm
Travmatizm — müəyyən anda konkret şəxsdə yaranan zədə toplumu. Travmatizm kişilərdə ən çox 20–49 yaşda, qadınlarda – 30–59 yaşında baş verir. Bütün yaş qruplarda kişilərdə travmatizim daha çox olur. İlkin əlillikdə və ölüm hadisələrində travmatizim üçüncü, işlək əhali qrupunda isə birinci yerdə durur. Travmatizim əhalinin ümumi xəstəliklərindən biri sayılır.
Travmatologiya
Tibbdə, travmatoloji (yunan travma, məna yaralanması və ya yara) bir qəzaya və ya şiddətə səbəb olan yaraların və yaralanmaların və zərərin cərrahi müalicəsi və təmirinin öyrənən elm travmatologiya adlanır. Travmatologiya tibbin bir sahəsidir. həmçinin ənənəvi ortopedik cərrahiyə ixtisasdır. Travmatologiya da qəza əməliyyatı olaraq bilinə bilər. Travmatoloji şöbələrə tibbi travmatologiya və psixoloji travmatologiya daxildir. Tibbi travmatoloji şiddət və ya ümumi qəza nəticəsində yaraların və yaralanmaların müalicəsində ixtisaslaşan iş kimi müəyyən edilə bilər. Bu tip travmatoloji, cərrahi prosedurlara və gələcəyə yönəlib. Psixoloji travmatologiya, narahatlıq verici bir hadisədən ötəri ağılın bir növüdür. Bu cür travmanın bir adamın həyatda olduğu kimi stressin çox miqdarda olması da ola bilər. Psixoloji travma ümumiyyətlə bir insanın təhlükəsizliyinə və yaşamasına təhlükə yaradan bəzi fiziki travmalara səbəb olur.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Vaqif Verdiyev (travmatoloq)
Vaqif Qambay oglu Verdiyev (1 yanvar 1948, Kirovabad) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), tibb elmləri doktoru, professor, həkim ortoped-travmatoloq. == Həyatı == Vaqif Verdiyev 1948-ci il yanvar ayının 1-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə N. Nərimanov adina ADTİ-nu bitirdikdən sonra 1973-cü ilə qədər Gəncədə travmatoloq işləyib. 1973–1978-ci illərdə- H. İ. Turner adına Leninqrad ET Uşaq Ortopediyası institutunda elmi işci vəzifəsində işləyib. "Uşaqlqrda hipofosfatemik böyrək osteopatiyası "(aşağı ətrafların kliniki-rentgenoloji müayinə və cərrahi müalicəsi) mövzusunda namizədlik dissertasiyasını 1978 ildə Moskva şəhərində müdafiə etdikdən sonra Bakı ET Travmatologiya və Ortopediya institutuna dəvət edilib. Əvvəl kiçik, sonra baş elmi işçi və 1980-ci ildən sümük patologiyası şöbəsində rəhbər vəzifəsində işləyib. 1986–1988-ci illərdə Kiev ET Ortopediya İnstitutunda elmi ezamiyyətdə olub və" Boyartımı başa çatmiş xəstələrdə skoliozun ağır formalarının cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası üzərində çalışmışdır. Bakiya qayitdıqdan sonra 1988–1992-ci illərdə institutun elmi işlər üzrə direktor müavini işləmiş, eyni zamanda sümük patologiyası və böyüklərin ortopediyası şöbəsinə rəhbərlik etmişdir. Bu dövrdə Qarabağ müharibəsində yaralananların ETTOİ-da müalicə olunmasında təşkilatı və bir başa ixtisaslaşmış yardım göstərilməsində fəal iştirak etmişdir. Savaşın kəskin dövrü bitdikdən sonra 1994-cü ildə Kiev şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mədəaltı vəzi travmaları
Mədəaltı vəzi travmaları — Mədəaltı vəzi travmaları abdominal zədələnmələr arasında 2% halda rast gəlir. Zədələnmələrin 2/3-sini açıq, 1/3-ni isə qapalı travmalar təşkil edir. Mədəaltı vəzi travmaları travmaları adətən çoxlu orqan zədələnmələri ilə birlikdə rast gəlir və xəstələrdə pankreasla yanaşı təxminən 3–4 orqan zədələnir. Açıq travmalarda letallıq 5–15%, atəşli silah yaralanmalarında və qapalı travmalarda isə 50%-ə qədər çatır. Ölüm başlıca olaraq erkən dövrdə qanaxmaya, gec dövrlərdə isə intraabdominal infeksiyaya bağlıdır.
Qaraciyər travmaları
Qaraciyər travmaları — Qaraciyər qarının kut və açıq travmalarında ən çox zədələnən orqanlardan biridir. Qaraciyər zədələnmələrinin müalicə tələb etməyən kiçik hematomalardan başlamış, geniş parenxima destruksiyası və magistral damarların zədələnməsinə qədər dəyişən müxtəlif ağırlıq dərəcələri vardır. Qaraciyər zədələnmələrinin təxminən 80% digər zədələnmələrlə birlikdə rastlanır və təxminən 70–80% yüngül dərəcəli olur. Şübhəsiz ki, zədələnmənin ağırlıq dərəcəsi klinik gedişi və müalicə taktikasını müəyyən edən ən əsas amildir.
Tramva
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. == Ədəbiyyat == Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Brahma
Brahma — qədim hindlilərdə baş tanrı. Yaradıcı tanrı, kainatın yaradıcısı. Adətən ququşu üstündə oturmuş halda, qırmızı, şanagülləyi gözlü, saqqallı təsvir olunur, dörd üzü, dörd bədəni, səkkiz əli var və bu əllərdə Vedanın dörd kitabı, hakimiyyət bildirən əsa, Qanq çayının suyu ilə doldurulmuş qab, qurban qaşığı, bəzən şanagüllə çiçəyi, mirvari dəsti və ox var. Brahma əqlin gücü ilə qızıl yumurtanı iki yerə böldü: birindən Yeri yaratdı, digərindən isə səmanı; onların arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ gəldi, bundan sonra şüur, daha sonra isə tanrılar, qurbanvermə, Vedanın üç kitabı, ulduzlar, zaman, dağlar, düzənlər, dənizlər, çaylar, nəhayət, insanlar, danışıq, qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti - soyuq, quru - nəm, kədər - sevinc 81 və s.) meydana gəldi. Bundan sonra bitkilər, heyvanlar, quşlar, böcəklər, iblislər yaradılır. Bütün canlı aləm, dünyanın bütün nizamı Brahma tərəfindən idarə olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır.
Pravda
Pravda (qəzet) — qəzet. Pravda (jurnal) — Pravda — 3 iyul 1998-ci ildə adı dəyişdirilərək Qılıncbəyli adlandırılmış kənd.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədilə sal quraşdırılmışdır.
Tarava
Tarava — Sakit okeanda, Kiribati ada dövlətinin paytaxtının yerləşdiyi atoll Paytaxt Cənubi Tarava mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. == Tarixi == İkinci Dünya müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Trakya
Frakiya (Bolqar dilində: Тракия Trakiya, Türk dilində: Trakya, Yunan dilində: Θράκη Traki) ― Cənub-Şərqi Avropada cənubdan Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən, tarixi çox zəngin bir bölgə. Türkiyə sərhədləri içindəki sahəsi 23.764 km² olan bu bölgənin üç dəniz ilə sərhədi vardır: Qara dəniz, Mərmərə dənizi və Egey dənizi. == Frakiyanın ərazi bölünməsi == Frakiyanın torpaqları Türkiyə Frakiyası, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyası arasında bölünmüşdür. Türkiyə Frakiyasına Şərqi Frakiya, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyasına Qərbi Frakiya deyilir. Türk mediasında Qərbi Frakiya sözü Yunanıstanın Frakiya (Şərqi Makedoniya və Frakiya) bölgəsi üçün istifadə edilir. == Mənşə elmi (etimologiya) == Frakiya sözü qədim yunan dilində traxia sözündən törəmişdir və "qırtlaq, nəfəs borusu" mənasını verməkdədir. Bir başqa deyişlə Frakiya, "Boğazlar ölkəsi" dir.
Tramua
Tramua (fr. Tramoyes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01424. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 17 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1674 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1442 nəfərdən (15-64 yaş) 834 nəfəri iqtisadi cəhətdən, 308 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu 76.5%). 834 fəal sakindən 791 nəfər (406 kişi və 385 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın).
Tramvay
Tramvay — relslər üzərində hərəkət edən nəqliyyat vasitəsi. == Ümumi məlumat == 1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdır. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkimlişdir. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir. SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra öz çətin zamanlarını yaşamışdır. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılmışdır. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırmışdır.
Traxoma
Traxoma (lat. trachōma, q.yun. τραχύς sözündən) – konyuktivanın xroniki dənəvarı, infeksion xəstəliyidir. Traxoma yunanca trachus sözündən olub nahamar deməkdir. Bu zaman konyuktiva nahamarlaşdığı üçün traxoma adını almışdır. == Simptomları == Traxomanın kliniki gedişində 4 dövr ayırd edilir. Traxoma I-bu dövrdə konyuktiva infiltpatlaşır, hiperemiyalaşır. Konyuktiva üzərində üst göz gapağı və üst tağ konyuktivasında follikullar əmələ gəlir. Bunlar sarımtraq-çəhrayı rəngdə olub, qeyri-müntəzəm düzülür. Traxoma II-burada konyuktivanın hiperemiyası və infiltrsiyası bir az da artır.
Trnava
Trnava (slovak. Trnava, alm. Tyrnau‎, mac. Nagyszombat) — Slovakiyanın qərbində şəhər. Trnava bölgəsinin inzibati mərkəzidir. Əhalisi 68 828 nəfərdir (2005-ci il). Kiçik Karpat dağ yamaclarının cənubunda yerləşir. Trnava kilsələrin çoxluğu ilə fərqlənir, burada slovak arxiyepiskopluğunun iqamətgahı yerləşdiyinə görə, buranı "Slovakiya Roması" adlandırılar. == Əhali == 2001-ci ilə əsasən, şəhərin etnik mənsubiyyatı belə idi: Slovaklar – 96,91 % Çexlər – 0,79 % Qaraçılar – 0,27 % Macarlar – 0,21 % Almanlar – 0,05 % Ukraynalılar – 0,03 % digərlər konfessiyaya görə roma katolikləri – 71,85 % ateistlər – 18,37 % protestantlar (əsasən yevangelizm) – 2,93 % yunan katolikləri - 0,20 % pravoslavlar – 0,11 % digərlər == Şəhərin icra başçıları == 1990 – 1994 – İmrix Borbelı 1994 – 2010 – Ing. Ştefan Boşnyak 2010– ?
Tratta
Tratta (it. tratta) və ya köçürmə veksel — veksel sahibinə müəyyən məbləğdə pul ödəmək üçün vekseldə göstərilən ödəyiciyə (investisiyaya) veksel verənin qeyd-şərtsiz təklifini (sərəncamını) özündə əks etdirən veksel. Əksər hallarda vekselin ödəyicisi veksel sahibinə borcludur, veksel isə veksel sahibinə borcludur və veksel ödəyicinin borcunun razılaşdırılmış məbləğinin köçürmə forması veksel yeni kreditora — vekselin sahibi kimi çıxış edir. Köçürmə vekselinin verilməsi və sonradan ödəyicinin onu ödəməyə razılığı (aksept) dedikdə, ödəyicinin veksel məbləğinə görə veksel verənə və veksel sahibinin veksel sahibinə olan borcunun ödənilməsi başa düşülür, lakin öhdəliyin yaranması deməkdir. ödəyicinin üzərinə vekseli cari veksel sahibinin xeyrinə ödəmək. Bundan əlavə, qanun layihəsi üzrə öhdəlikdə borcun yarandığı müqavilələrlə əlaqəli ola biləcək hər hansı şərt yoxdur. Təhvil vermə proseduru ilə müqayisədə veksel vasitəsilə kreditorun dəyişdirilməsi arasındakı əsas fərq budur. Xeyrinə veksel buraxılan köçürmə vekselinin ilk sahibinə remittor deyilir. Çekmənin özü göndərici kimi göstərilə bilər. Göndərən şəxsin göstərilməsi Cenevrə Vahid Veksel Qanununa uyğun olaraq vekselin məcburi detalıdır.
Bravoa
Aqava (lat. Agave) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Triacma
Hoya (lat. Hoya) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arava
Arava (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Tavda
Tavda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tramp
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ siyasətçisi, iş adamı, ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017 – 20 yanvar 2021) və АBŞ-nin 47-ci seçilmiş prezidenti. Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını "The Trump Organization" olaraq dəyişdirmək qərarına gəlmiş, diqqətini isə hündür binaların, otellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəltmişdir. Ona məxsus olan bu şirkət 1990-cı illərin sonlarında müflis olmuşdur. O, sonrakı illərdə bir sıra uğurlu biznes təşəbbüsləri həyata keçirərək şirkətini yenidən ayağa qaldırıb. Belə ki, o, bir çox müəssisələrin “Trump” adı altında fəaliyyət göstərməsinə razılıq verən lisenziya müqavilələrinə imza atıb. Donald Tramp 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu "The Apprentice"-nin istehsalını və aparıcılığını etmişdir. Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak etmişdir.
Trema
Trema (lat. Trema) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Mokşen pravda
Mokşen pravda (rus. Мокшень правда; mokş. Мокшанская правда) — Mordoviyada nəşr olunan mokşa dilində qəzet. Sahibləri Rusiya hökuməti və Mordoviya Dövlət Məclisidir. Həftədə bir dəfə nəşr olunur. Tirajı 4500 nüsxədir. 1970-ci illərdə tiraj 8 min nüsxə idi. Qəzet respublikada baş verən ictimai, siyasi və iqtisadi hadisələrlə bağlı materiallar dərc edir, həmçinin mokşa dili və mədəniyyəti ilə əlaqədar məsələləri işıqlandırır.
Pravda (qəzet)
Pravda (rus. Правда,"Həqiqət") — Rusiyada yayımlanan, 11 milyon tirajla ən nüfuzlu qəzetlərdən biri olduğu vaxtlarda Sovet İttifaqı Kommunist Partiyasının rəsmi qəzeti olan Rusiyadakı böyük ölçülü qəzetidir. == Tarixi == Qəzet 5 may 1912-ci ildə Rusiya imperiyasında nəşr olunmağa başlamış, ancaq 1911-ci ilin yanvarında xaricdə yayılmışdır. Oktyabr inqilabından sonra Sovet İttifaqının aparıcı qəzeti olaraq meydana çıxdı. Qəzet 1912-ci ildən 1991-ci ilədək KP MK-nın rəsmi orqanı idi. Sovet İttifaqının dağılmasından sonra Pravda Rusiya Prezidenti Boris Yeltsin tərəfindən 1996-cı ildə Yunan biznes ailəsinə satıldı və qəzet özəl Pravda İnternational şirkətinin nəzarəti altına keçdi. 1996-cı ildə Pravda İnternational şirkətinin sahibləri ilə Pravda jurnalistlərinin bəziləri arasında Pravdanın fərqli qurumlara bölünməsinə səbəb olan daxili mübahisə yarandı. Rusiya Federasiyası Kommunist Partiyası Pravda kağızını aldı, bəzi orijinal Pravda jurnalistləri isə Rusiyanın Kommunist Partiyasına bağlı olmayan ilk onlayn qəzeti (və ilk onlayn ingilis dilli qəzet) Pravda.ru-nu yaratdı. Rəqib tərəflər arasında hüquqi mübahisədən sonra Rusiya arbitraj məhkəməsi hər iki qurumun Pravda adından istifadə etməyə davam etməsinə icazə verilməsini təmin etdi. Pravda qəzeti bu gün Rusiya Federasiyası Kommunist Partiyası tərəfindən idarə olunur, halbuki onlayn Pravda.ru özəldir və rus, ingilis, fransız və portuqal dillərində nəşr olunmuş beynəlxalq nəşrləri var.
Pravda qəzeti
Pravda (rus. Правда,"Həqiqət") — Rusiyada yayımlanan, 11 milyon tirajla ən nüfuzlu qəzetlərdən biri olduğu vaxtlarda Sovet İttifaqı Kommunist Partiyasının rəsmi qəzeti olan Rusiyadakı böyük ölçülü qəzetidir. == Tarixi == Qəzet 5 may 1912-ci ildə Rusiya imperiyasında nəşr olunmağa başlamış, ancaq 1911-ci ilin yanvarında xaricdə yayılmışdır. Oktyabr inqilabından sonra Sovet İttifaqının aparıcı qəzeti olaraq meydana çıxdı. Qəzet 1912-ci ildən 1991-ci ilədək KP MK-nın rəsmi orqanı idi. Sovet İttifaqının dağılmasından sonra Pravda Rusiya Prezidenti Boris Yeltsin tərəfindən 1996-cı ildə Yunan biznes ailəsinə satıldı və qəzet özəl Pravda İnternational şirkətinin nəzarəti altına keçdi. 1996-cı ildə Pravda İnternational şirkətinin sahibləri ilə Pravda jurnalistlərinin bəziləri arasında Pravdanın fərqli qurumlara bölünməsinə səbəb olan daxili mübahisə yarandı. Rusiya Federasiyası Kommunist Partiyası Pravda kağızını aldı, bəzi orijinal Pravda jurnalistləri isə Rusiyanın Kommunist Partiyasına bağlı olmayan ilk onlayn qəzeti (və ilk onlayn ingilis dilli qəzet) Pravda.ru-nu yaratdı. Rəqib tərəflər arasında hüquqi mübahisədən sonra Rusiya arbitraj məhkəməsi hər iki qurumun Pravda adından istifadə etməyə davam etməsinə icazə verilməsini təmin etdi. Pravda qəzeti bu gün Rusiya Federasiyası Kommunist Partiyası tərəfindən idarə olunur, halbuki onlayn Pravda.ru özəldir və rus, ingilis, fransız və portuqal dillərində nəşr olunmuş beynəlxalq nəşrləri var.
Tranqa transqafqaz