Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brawl Stars
Brawl Stars — Finland videooyun şirkəti Supercell tərəfindən tərtib edilmiş çox oyunçulu, döyüş arenası videooyunu. Qlobal olaraq 12 dekabr 2018-ci ildə iOS və Android platforması üçün buraxılmışdır. Oyunda müxtəlif oyun rejimləri mövcuddur, burada oyunçular hər birinin özünəməxsus bacarıqları olan "brawler" adlanan personajları seçir, onları matçlarda idarə edərək bir-birlərini məğlub etməyə çalışırlar. == Oynanış == Oyunçunun məqsədi oyun kuboku yolunda (ing. Trophy Road) irəliləmək, digər oyunçularla döyüşlərdə iştirak etmək və unikal qabiliyyət eləcə də xüsusiyyətlərə malik yeni oynana bilən personajları açmaq və təkmilləşdirməkdir. Oyunun oynanışı müxtəlif oyun rejimlərində iki nəfərdən ibarət komandada və ya üç və ya beş nəfərlik kooperativdə digər oyunçulardan ibarət komandanı və ya süni intellektlə idarə olunan rəqibi təkbaşına məğlub etməyə yönəlib. Oyunçular hər biri öz bacarıqları və super gücləri olan personajları seçə bilərlər. Həmçinin, personajların hər birinin öz ulduz gücləri və qacetləri var, onları oyunda bir stardrop açmaqla əldə etmək və ya mağazadan almaq mümkündür. 2020-ci ilin may ayında oyunun yeniləmələrindən birinə Brawl Pass adlı yeni mükafat sistemi əlavə edildi. Oyunçular döyüşlərdə iştirak etdikcə, mükafat səviyyələrini açmaq üçün istifadə edilən oyundaxili valyuta olan tokenlər qazanırlar.
Tramp
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017 – 20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tranz
Tranz — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. İlk dəfə 29 iyun 2018-ci ildə albomla bir buraxılıb. Həmin ilin 12 sentyabr tarixində sinql şəklində musiqi videosu ilə yanaşı yenidən yayımlanıb. Albom üçün buraxılan axırıncı sinqldır. Deymon Albarn 2014-cü ildə verdiyi müsahibəsində bildirib ki, heroin çəkmək onun yaradıcılıq bacarıqlarına olduqca müsbət təsir göstərib. O, deyir ki, "Afrikanı səyahət etmək onu bir musiqiçi kimi xeyli dəyişib". == Haqqında == "Tranz" albomun ən diqqətçəkən mahnılarından biridir. Musiqi videosu Britaniya mərkəzli prodakşn şirkətləri olan Blinky və Eddy tərəfindən istehsal olunmuşdur. Bu dəfə Gorillaz dünyasına "The Powerpuff Girls" cizgi serialından tanıdığımız yaşıl avara bandit Eys (Ace) qoşulub. Eys bu albomda səslənən hər bir mahnı üçün bas-gitara ifa edib.
Kral
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Prins — kral ailəsindən olan şəxslərin oğlan övladlarından hər biri, kral oğlu Prinses — kral və kraliçanın qız övladlarından hər biri, kral qızı Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa III Çarlz , Böyük Britaniya kralı. X Frederik, Danimarka kralı. XVI Karl Qustav, İsveç kralı.
Raul
Raul — Kişi adı. Raul Kastro — Dövlət Şurasının sədri (2008) Raul Serkeyra — Portuqaliyalı keçmiş üzgüçü. Raul Qonsales — ispan futbolçu. Raul Albiol — ispaniyalı futbolçu Raul Meyreles — Portuqaliyalı futbolçu.
Trel
Trel (it. trillare — cingildəmək) — melizmlərin ən çox işlənilən növlərindən biri olub, əsas səs ilə onun üst qonşu səsinin mümkün qədər tez – tez növbələşməsini göstərir.
Trew
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
Txal
Txal səhrası - Pakistanın Pəncab əyalətində yerləşir. Bu geniş ərazi Celam çayı ilə Hind çayı arasında yerləşir. Onun sahəsi Potxoxar platosunda yerləşir. Onun şimaldan cənuba uzunluğu 305 km, onun ən yenli yeri 112 km, ensiz yeri isə 32 km təşkil edir. Bu vilayət Bxakkar, Xuşab, Mianvali, Cxanq, Layya və Müzəffərqar. Coğrafi baxımından Çolistan və Tar səhrası ilə oxşarlıqları vardır. Txal səhrası qumluqlardan ibarətdir. Burada hündür dyunlara rast gəlinir. Bu xüsisiyyətlər baxımından Mərkəzi Asiyada yerləşən qumlu səhralara bənzəyir. Burada qum tufanlarına müşahidə edilir ki, bu hadisələr səhrada temperaturu aşağı salır.
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Fred Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.
Kevin Trapp
Kevin Trapp (8 iyul 1990) — Almaniyalı futbolçu.
Le-Trüel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).
Liz Trass
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Lui Brayl
Lui Brayl (fr. Louis Braille; 4 yanvar 1809[…] – 6 yanvar 1852[…], Paris, Sena[d], Fransa) — gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır. Bu əlifbayla birdən altıya qədər olan xanalar vasitəsi ilə gözdən əlilər həm yaza, həm də oxuya bilərlər. Əlifba Asiya xalqlarının əlifbalarından başqa, dünyada olan bütün əlifbalara tətbiq etilmişdir. Lui Braylın özüdə gözdən əlil olmuşdur. == Həyatı == Lui Brayl Paris yaxınlığında yerləşən Kopvrey kəndində anadan olmuşdur. Uşaqlıq dövrünün böyük bir qismi Lisle şəhərində keçmişdir. Atası Simon Rene Brayl sərraclıqla məşğul olurdu. Üç yaşı olanda atasının yataq otaqında, sərrac iynəsi ilə sol gözünü zədələmişdir. Bu hadisə zamanla sol gözünün kor olmasına səbəb oldu.
Luis Brayl
Lui Brayl (fr. Louis Braille; 4 yanvar 1809[…] – 6 yanvar 1852[…], Paris, Sena[d], Fransa) — gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır. Bu əlifbayla birdən altıya qədər olan xanalar vasitəsi ilə gözdən əlilər həm yaza, həm də oxuya bilərlər. Əlifba Asiya xalqlarının əlifbalarından başqa, dünyada olan bütün əlifbalara tətbiq etilmişdir. Lui Braylın özüdə gözdən əlil olmuşdur. == Həyatı == Lui Brayl Paris yaxınlığında yerləşən Kopvrey kəndində anadan olmuşdur. Uşaqlıq dövrünün böyük bir qismi Lisle şəhərində keçmişdir. Atası Simon Rene Brayl sərraclıqla məşğul olurdu. Üç yaşı olanda atasının yataq otaqında, sərrac iynəsi ilə sol gözünü zədələmişdir. Bu hadisə zamanla sol gözünün kor olmasına səbəb oldu.
Melanya Tramp
Melanya Tramp (ing. Melania Trump; qızlıq soyadı — Knaus (slov. Knavs); d. 26 aprel 1970[…], Novo-Mesto[d], Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — sloveniyalı fotomodel, qol saatlarının və zərgərlik məmulatlarının dizayneri, ABŞ-nin keçmiş prezidenti Donald Trampın həyat yoldaşı.
Melissa tragi
Tural-Turan
TuralTuranX – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər. Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur. 2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar.
Tural Bağmanov
TuralTuranX – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər. Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur. 2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar.
Tural Qəlbinur
Tural Qəlbinur — Uzman oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə mütəxəssis, tibb elmləri doktoru Tural Qəlbinur, 1982-ci il yanvar ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 13 yaşında Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində— SSK Vakıf Gureba Eğitim xəstəxanasının Göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə, 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində— Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship, 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində— Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır. 23 yaşında tibb elmləri namizədi və 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir. 2004-cü ildə “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)” adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb elmlər doktoru adını almışdır. Sequence variants in HTRA1 and LOC387715/ARMS2 and phenotype and response to photodynamic therapy in neovascular age-related macular degeneration in populations from Israel.
Trallı Anfimi
Trallı Anfimi (q.yun. Ἀνθέμιος ὁ Τραλλιανός; təq. 474 – təq. 534, Konstantinopol) — Bizans riyaziyyatçısı. Miletli İsidor ilə birlikdə Konstantinopolda Ayasofiya kafedralını inşa edən memar . Trall şəhərində (müasir Türkiyənin Aydın şəhəri) həkim Stefanın ailəsində anadan olub. Anfiminin dörd qardaşı var idi: Trallda həkim olmuş Dioskor, dövrünün ən məşhur həkimlərindən biri olan İskəndər, Roma hüququ üzrə mütəxəssis Olimp və Konstantinopolda yaşamış görkəmli qrammatik Metrodorus. Anfimi daha çox Konstantinopoldakı Müqəddəs Sofiya katedralinin (532–537-ci illərdə tikilib) memarlarından biri kimi tanınır. Dar şəhərində qoruyucu bəndlərin (damba) təmiri ilə də məşğul olub. Bacarıqlı bir riyaziyyatçı olan o, Müqəddəs Sofiya kafedralinin dizaynı üçün əla hazırlıq olan konus kəsikləri haqqında kitab yazmış və xüsusilə ərəb riyaziyyatçısı İbn əl-Heysəmin qeyd etdiyi güzgü sistemlərinin icmalını yazmışdır.
Troll ferması
Trol ferması və ya trol fabriki (ing. troll farm or troll factory) siyasi rəyə və qərar qəbul etmə prosesinə müdaxilə etməyə çalışan internet trollarının institutlaşmış qrupudur. Bəzən hökumətlər təbliğat yaymaq və tənqidçilərə hücum etmək üçün klaviatura ordularına mükafatlar, pullu ödənişlər edir. Hesabatalara görə, bu hökumətlər jurnalistləri sıxışdırmaq və mediayaya inamı sarsıtmaq, seçkilərə təsir etmək üçün pullu şərhçilərdən, trollardan və botlardan istifadə edirlər. Troll fermasının üzvləri sosial media və onlayn forumlarda əvvəlcədən müəyyən edilmiş mesajlarlarla, məqalələrlə doldurmaq, şərhlər yazmaq üçün saxta onlayn profillər yaradaraq fəaliyyət göstərən peşəkar qruplardır. Ödənişli əsasda sosial şəbəkələrdə trolluq etməklə məşğul olan şəxslər və ya səhifələr internet mühitində ölkələrə və ya milli, dini, irqi, cinsi və s. azlıqlara qarşı süni şəkildə formalaşdırılmış aqressiv kütlə görüntüsü və effekti yaratmağa çalışan qruplardan biri də hesab etmək olar. Trollar müəyyən bir siyasətçini tərifləmək və ya hökuməti tənqid edən birinə hücum etmək kimi öncədən planlaşdırılmış məqsədləri var. Onlar koordinasiyalı şəkildə işləyir, bir-birinin yazılarını paylaşır, şərh edir və geniş şəkildə paylaşılan viral bir baxış, mövqe illüziyası yaradırlar. Trolların fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır.
Tural Nəcəfov
Tural Nüsrət oğlu Nəcəfov (1981, Naxçıvan) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti. Nəcəfov Tural Nüsrət oğlu 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1996-cı ildə Naxçıvan Musiqi kollecinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına daxil olmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının solistidir. 2007-ci ildə Naxçıvan MR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2010–2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Fəaliyyəti dövründə olkədaxili və ölkəxarici çoxsaylı konsertlərdə çıxış etmişdir.