Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tullantı
Tullantı, istifadə olunmayan materialların tullantısıdır. Tullantılar bir çox materialdan ibarət ola bilər. Ən yüksək dəyəri olan tullantılar metal tullantılarıdırlar. Tullantı alverçiləri insanların əllərində olan yararsız tullantıları asanlıqla götürürlər və bundan sonra onları əridib yenidən xammala çevirə bilirlər. Bu proses təkrar-təkrar istifadə olunarsa, təkrar emal baş verir. Beləliklə də, tullantılar özlüyündə bazara çevrilirlər. Məsələn, hal-hazırda yeni olan elektron cihaz gələcəkdə köhnəldikcə tullantıya çevrilə bilər və tullantıya çevrildikdən sonra onun tərkibində olan dəmir, polad, mis və qurğuşun kimi materiallardan yenidən istifadə edilə bilər.
Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir. Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar. Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.
Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir. Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir. Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir. Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir.
Hündürlükdən tullanma
Hündürlükdən tullanma (ing. bungee jumping) — böyük bir elastik ipə bağlı olan bir insanın çox hündür məsafədən tullanmasını əhatə edən bir attraksiondur. Başlatma meydançası adətən bina və ya kran kimi hündür strukturda, dərin dərə üzərindən körpüdə və ya qaya kimi təbii coğrafi obyektin üzərində qurulur. İsti hava şarı və ya vertolyot kimi yerin üzərində uçmaq qabiliyyətinə malik olan bir tipli təyyarədən tullanmaq da mümkündür. Həyəcan sərbəst düşmə və beynin buraxdığı adrenalin hormonlarından irəli gəlir. Şəxs tullananda ip uzanır və ip geri çəkildikcə tullanan adam yenidən yuxarıya doğru uçur və bütün kinetik enerji dağılana qədər yuxarı və aşağı salınmağa davam edir.
Tullan, görüm! (film, 2007)
Tullan, görüm! (ing. Jump In!) — 2007-ci ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Korbin Blyu və Keke Palmer. Film ilk dəfə 12 yanvar, 2007-ci ildə nümayiş etdirilmişdir. Korbin Blyu Keke Palmer Devid Reivers Tullan, görüm! — Internet Movie Database saytında.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 16.38 nəticə göstərən Azərbaycanın idmançısı, Nazim Babayev qazandı. İkinci pilləni 16.34 nəticə göstərən Moldovanın idmançısı Vladimir Letnikov qazandı. Üçüncü pilləni isə 15.87 nəticə göstərən İsrail idmançısı Tom Yakobov qazandı. Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.41 nəticə göstərən İsrailin idmançısı, Anna Minenko qazandı. İkinci pilləni 13.95 nəticə göstərən Slovakiyanın idmançısı Dana Veldakova qazandı. Üçüncü pilləni isə 13.27 nəticə göstərən Azərbaycan idmançısı Yekaterina Sarıyeva qazandı. Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma) — 15, 20 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 76 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Yarışların finalı isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.266 xal toplayan Ukrayna idmançısı Oleq Verniayev, gümüş medalı 15.116 xal toplayan Hollandiya idmançısı Kasimir Şmidt, bürünc medalı isə 14.996 xal toplayan Azərbaycan idmançısı Oleq Stepko qazandı. Təsnifat mərhələsində - ölkənin 76 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Ayna Ulmanis
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) -İqtisadçı, dövlət məmuru, Latviyanın 1-ci Birinci xanımı (1993–1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993–1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Eyxler tülpanı
Florenski tülpanı
Karlis Ulmanis
Karlis Ulmanis (latış. Kārlis Augusts Vilhelms Ulmanis‎; 4 sentyabr 1877[…] – 20 sentyabr 1942[…], Krasnovodsk) — Latviyalı Siyasətçi və Dövlət Xadimi; Latviya Respublikasının 4-cü Prezidenti (11 aprel 1936 – 21 iyul 1940) olub. == Həyatı == Karlis Ulmanis 4 sentyabr 1877-ci ildə Latviya Respublikasının Berze kəndində kəndli ailəsində anadan olmuşdur. Ailədə üçüncü oğlan uşağı idi. == Siyasi fəaliyyəti == 1918-ci ilin noyabrında Latviya istiqlaliyyətini elan edəndən sonra Karlis Ulmanis ölkənin ilk Baş naziri olur. 1886–1889-cu illərdə qəza məktəbində təhsil almışdır. 1940-cı ildə Sovet ordusu bu ölkəni tutarkən Ulmanis ölkənin 4-cü prezidenti idi. 20–22 il əvvəl həm Bolşevik ordusuna, həm Alman ordusuna, həm də ağqrvardiyaçılara qarşı əlində silah istiqlaliyyət uğrunda vuruşmuş, yaralanmış Ulmanis indi müqavimətin mənasız olduğunu görüb, müqavimətdən imtina edib, istefa verməyə razı olur. == Həyatının son illəri və vəfatı == Latviyanı SSRİ işğal etdikdən sonra, Karlis Ulmanis Stalin hökuməti tərəfindən Rusiyaya sürgün olunur. Bir müddət Bakıda Bayıl türməsində yatır, buradan Türkmənistana etap olunmuş və 20 sentyabr 1942-ci ildə həbsxanada vəfat etmişdir.
Qarabağ tülpanı
Qesner tülpanı
Quntis Ulmanis
Quntis Ulmanis və ya 1939–1955-ci illərdə sahib olduğu Quntis Rumpitis (13 sentyabr 1939, Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 8 iyul 1993-cü ildən 8 iyul 1999-cu ilə qədər Latviya Respublikasının 5-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Quntis Ulmanis, Latviya Seyminin V (1993) və X (2010–2011) çağırış üzvü olub. Quntis Ulmanis 1939-cu il sentyabrın 13-də Riqa şəhərində anadan olub. Quntis Ulmanisin babasının qardaşı Sovet işğalından əvvəl mövcud olan Latviya dövlətinin sonuncu Prezidenti Karlis Ulmanisdir. Quntis Ulmanis və ailəsi 1941-ci ildə Sibir regionuna sürgün olunub və 1946-cı ildə Riqa şəhərində yaşamamaq şərti ilə Latviyaya dönmələrinə icazə verilib. Ulmanis ailəsi əvvəlcə Kuldiq rayonunun Edole qəsəbəsində, sonra isə Yurmala şəhərində yaşayıb. Orta təhsilini Yurmala şəhərində alan Quntis Ulmanis, 1963-cü ildə Latviya Universitetini iqtisadçı ixtisası üzrə bitirib. 1963–1965-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Quntis Ulmanis, inşaat sahəsində iqtisadçı olaraq çalışdı. Daha sonra Riqa Tramvay-trolleybus İdarəsində çalışan Quntis Ulmanis, Riqa şəhər İcra Komitəsinin rəhbərinin müavini təyin edildi. Amma bir neçə aydan sonra sahib olduğu Ulmanis soyadına görə işdən qovuldu.
Tumanis nahiyəsi
Tumanis nahiyəsi XIV əsr — 1801əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1590-cı ilə aid olan Türk mənbələrində Tuman, 1728-ci ilə aid mənbələrdə Tumanisi kimi qeyd olunmuş və Tumanisinin Tiflis əyalətinin bir nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Lori sancağının nahiyəsi 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.
Yuliya tülpanı
Şmidt tülpanı
Boris Urlanis
Boris Sezareviç Urlanis (ukr. Урланіс Борис Цезарович; 15 (28) avqust 1906 və ya 1906, Kiyev – 14 iyul 1981 və ya 1981, Moskva) — sovet, Ukrayna, Rusiya demoqrafı, iqtisad elmləri doktoru, professor. O, iqtisadi demoqrafiya, statistikanın ümumi nəzəriyyəsi, əhalinin ümumi problemləri, SSRİ əhalisinin dinamikası və strukturu üzrə əsərlərin müəllifidir. == Həyatı == Boris Urlanis milliyyətcə yəhudi olan qədim dillər üzrə gimnaziya müəlliminin ailəsində anadan olub. Atası siyasi etibarsızlıq ucbatından bankda sığorta işçisi işləməyə məcbur idi. Boris ailədə onuncu övlad idi. O, anadan olandan 6 ay sonra, 1907-ci ilin yanvarında ailə Moskvaya köçdü və Boris ömrünün sonuna kimi burada yaşadı. 1914-1918-ci illərdə Moskvada özəl Çareviç Aleksey adına Təşviq Cəmiyyətinin Ticarət Məktəbində oxuyub. Ardınca 1918-1922-ci illərdə 91 saylı Moskva məktəbində "II-ci səviyyə" üzrə təhsil alıb. Boris Urlanis 1923-cü ildə Moskva Dövlət Universitetinin İctimai Elmlər Fakültəsinin Statistika şöbəsinə daxil olub.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir. Yaşıl finalçılar deməkdir.