Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toratau
Toratau və ya Şixan (Tratau, Toratau; başq. Торатау — «qala-dağ») — Rusiya Federasiyasının Başqırdıstan Respublikası İşimbay rayonu və İşimbay şəhərinin rəmzi. Bu zirvə istər şəhərin istərsə rayonun gerbində əks olunmuşdur. 1965-ci ildən etibarən təbiət abidəsidir. İşimbay rayaonu ərazisində olan şahid dağlar arasında olan Kuştau, Yuraktau və Şaxtau Rusiyanın yeddi möcüzəsinə namizəd olaraq göstərilirdi. == Fiziki-coğrafi xüsusiyyətləri == Toratau dağının Ağidel çayı sahilindən olan hündürlüyü 275 metrdir. Ətrafında olan düzənlikdən isə 280 metr hündürlüyə malikdir. Dağın dəniz səviyyəsindən olan hündürlüyü isə 406 metr təşkil edir. Dağ üzərində və çevrəsində 100 növdən çox ot bitkisinə rastlamaq mümkündür. Zirvənin qərb və cənub-qərb ətəklərində mağaralar vardır.
Turabad
Turabad — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Turaabad kəndi Oxçu çayının sahilində, dağətəyi ərazidədir. Oykonim türk dillərindəki “yaşayış məntəqəsi, şəhər, kənd”, “səngər, qala, bina, ev” mənalarında işlənən tur sözündən və abad komponentlərindən düzəlib, “kənd, yaşayış məskəni” mənasındadır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Eyst Turseax
Eyst Turseax (pol. Eist Tuirseach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kralı, kraliça Kalantenin ikinci həyat yoldaşı. == Bioqrafiya == Eyst Turseax Skelliq kralı Branın qardaşı, yarl Krax an Kraytın dayısıdır. O, hələ həyat yoldaşının sağlığında yaxın münasibətdə olduğu Sintra kraliçası Kalante ilə evlənir və Pavettanın atalığı olur. Onun Kalante ilə evliliyi 14 il davam edir. Eyst Turseax nilfqaardlılara qarşı Marnadal döyüşündə həlak olur. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Eys rolunu Byörn Hlinur Haraldsson canlandırmışdır. Personaj serialın pilot seriyasında nilfqaardlılara qarşı döyüşdə həlak olsa da, sonradan keçmiş dövrün hadisələrini təsvir edən dördüncü və yeddinci seriyalarda yenidən görünür.
Tumatar (Urmiya)
Tumatar (fars. ‎‎تومتر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 685 nəfər yaşayır (189 ailə).
Turaxan məqbərəsi
Turaxan məqbərəsi (başq. Турахан кәшәнәһе) — məqbərə Başqırdıstanın Çışmi rayonu ərazisində yerləşir. Abidə XIV—XV əsrlərə aiddir. Məqbərə rayon mərkəzindən 12 km cənub-qərbdə, Çişmidən Aşağı Termı kəndinə gedən yolun üzərində yerləşir. Ehtimal edilir ki, nə zamansa yaxınlığında daş məscid olmuşdur. Bu məqbərə ilə birlikdə vahid memarelıq ansambılıdır. Bəzilərinə görə məqbərə «məhkəmə evi» rolunu oynadığını iddia edirlər. Burada nə zamanlarsa məhkəmələr getmişdir. == Təsviri == Turaxan məqbərə kobut işlənmiş daşlarla inşa edilmişdir. Təməlini düzbucaqlı formalı, 6,6х6 metr olan divarlar təşkil edir.
Artemisia aurata
Artemisia aurata (lat. Artemisia aurata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Phyllorkis aurata
Bulbophyllum auratum (lat. Bulbophyllum auratum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkim, həmçinin Cənubi Taylanddan Malayziyanın qərbinə qədər yayılmışdır. == Sinonimləri == Cirrhopetalum auratum Lindl. (1840) (Basionym) Phyllorkis aurata (Lindl.) Kuntze (1891) Cirrhopetalum borneense Schltr. (1906) Bulbophyllum campanulatum Rolfe (1909) Cirrhopetalum campanulatum (Rolfe) Rolfe (1910) Bulbophyllum borneense (Schltr.) J.J.Sm.
Profelis aurata
Qızılı pişik (lat. Profelis aurata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin profelis cinsinə aid heyvan növü.
Quercus durata
Quercus durata (lat. Quercus durata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Sabanejewia aurata
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. == Yayılması == Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. == Morfoloji əlamətləri == D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Yasuharu Kurata
Yasuharu Kurata (1 fevral 1963, Şizuoka) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Yukari Murata
Yukari Murata (9 oktyabr 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Murata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Şu Kurata
Şu Kurata (d. 26 noyabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masaki Murata
Masaki Murata (村田 聖樹, Murata Masaki, 29 avqust 1999, Kavasaki[d], Kanaqava prefekturası) – Azərbaycanın "Sumqayıt" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. == Klub karyerası == Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir. O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır. Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır. O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir. 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur. Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur. 2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur. 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir.
Urata Rama
Urata Rama (20 dekabr 1986) — Kosovolu atıcı. Urata Rama Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Urata Rama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 402.3 xal toplayaraq 48-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Küratağ qalası
Küratağ qalası — Xocavənd rayonunun Düdükçü kəndi yaxınlığında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. == Yerləşməsi == Qala əlçatmaz yüksəkliyə malik ərazidə yerləşir. Üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş, bir tərəfdən isə onu xarici aləmlə əlaqələndirən yol açlmışdır. Qalanın yerləşdiyi ərazidən bütün ətraf ərazilərə nəzarət etməyə imkan verən mənzərə açılır. == Memarlıq xüsusiyyətləri == Qala dövrümüzə ciddi dağıntılara məruz qalmış şəkildə çatmışdır. Vaxtilə onun yerləşdiyi ərazidə ağaclar və kollar arasında qala divarları və yarımdairəvi qüllələrin qalıqları görünməkdədir. Qala divarlarınn inşası zamanı ərazinin relyefi də nəzərə alınmışdır və buna görə də, qala qeyri-səlis dördbucaqlı formasına malikdir. Qalanın ən yüksək hissəsində, iki qüllə arasında giriş qapısı yerləşir. Vaxtilə qala divarları ilə əhatə olunmuş ərazi düzləşdirilmiş relyefə malik olmaqla 300m2 sahəyə malikdir. Qala ərazisində su saxlancı kimi istifadə edilən geniş hovuz yonulmuşdur.