Eyst Turseax

Eyst Turseax (pol. Eist Tuirseach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kralı, kraliça Kalantenin ikinci həyat yoldaşı.

Eyst Turseax
pol. Eist Tuirseach
Cadugər romanlar seriyası personajı
İlk görünmə Az qəddarlıq
Yaradan Andjey Sapkovski
Canlandıran Byörn Hlinur Haraldsson
Məlumat
Cinsi kişi
Peşə konsort, kral
Həyat yoldaşı

Eyst Turseax Skelliq kralı Branın qardaşı, yarl Krax an Kraytın dayısıdır. O, hələ həyat yoldaşının sağlığında yaxın münasibətdə olduğu Sintra kraliçası Kalante ilə evlənir və Pavettanın atalığı olur. Onun Kalante ilə evliliyi 14 il davam edir. Eyst Turseax nilfqaardlılara qarşı Marnadal döyüşündə həlak olur.

Teleseriallarda

[redaktə | mənbəni redaktə et]

ABŞ istehsalı olan Cadugər teleserialında Eys rolunu Byörn Hlinur Haraldsson canlandırmışdır. Personaj serialın pilot seriyasında nilfqaardlılara qarşı döyüşdə həlak olsa da, sonradan keçmiş dövrün hadisələrini təsvir edən dördüncü və yeddinci seriyalarda yenidən görünür.