Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Sara Marşallı unutmaq
Sara Marşallı unutmaq (ing. Forgetting Sarah Marshall) — Nikolas Stollerin rejissorluğu ilə 2008-ci ildə çəkilmiş amerikan romantik komediya filmi. Filmin ssenari müəllifi Ceyson Siqel, icraçı prodüseri isə Cadd Apatoudur. Filmin çəkilişləri 2007-ci ildə Havay adalarında yerləşən Turtle Bay Resort-da baş tutub. Filmin davamı və spin-offu olan "Onu Yunan Teatrına apar" 2010-cu ildə işıq üzü görüb. Musiqi bəstəkarı Piter Bretter, Sara Marşall adlı teleserial ulduzu ilə münasibətdədir. Beş il davam edən münasibətdən sonra Sara ondan ayrılır. Piter, ayrılığı unutmaq üçün Havay adalarına istirahət üçün getmək qərarına gəlir. Lakin o, tətildə olarkən təsadüfən Sara və onun yeni sevgilisinin də orada olduğunu öyrənir. Forgetting Sarah Marshall — Internet Movie Database saytında.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir, D=E/m. BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3–10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir. Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür. Praktik dozimetriyada hesab etmək olar ki,1R, təxminən, şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Ucuncaq
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Uçurdağ
Uçurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2573,0 m). Zəngəzur silsiləsinin Azərməsçid aşırımından (3474,7 m) cənub-qərb istiqamətdə ayrılan eyniadlı qolunun suayırıcısında zirvə. Pəzməri kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşib, şimal-şərqdən və cənub-qərbdən şimal-qərb istiqamətli qırılma pozulmaları ilə kəsilmişdir.
Üçbulaq
Azərbaycanda Üçbulaq (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Üçbulaq (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. İranda Üçbulaq (Germi) Üçbulaq (Çaroymaq) Üçbulaq (Məlikan) Üçbulaq (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd.
Üçbulaq (Biləsuvar)
Üçbulaq (fars. اوچبلاغ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (12 ailə).
Üçbulaq (Füzuli)
Üçbulaq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Füzuli rayonunun Hoğa kəndi Üçbulaq kəndi adlandırılmışdır. Kənd 1992-ci il martın 31-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişində işğaldan azad olunmuşdur. Kəndin qədim adı Hoğadır. 1593-cü ilə bağlı Osmanlı qaynağında Hoğa kəndi haqqında bilgi var. 1727-ci ilə bağlı qaynaqda yazılır: "Dizaq nahiyəsinə tabe olan Hoğa kəndi. Kəndin əhalisi əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa, darı və pərinc əkirdilər. Baramaçılıqla ilgilənənlər də vardı.
Üçbulaq (Germi)
Üçbulaq (fars. اوچبلاغ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (15 ailə).
Üçbulaq (Göygöl)
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Üçbulaq (Kövsər)
Üçbulaq (fars. اوچبلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (6 ailə).
Üçbulaq (Məlikan)
Üçbulaq (fars. اوچ بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (26 ailə).
Üçbulaq (Nəmin)
Üçbulaq (fars. اوچ بلاغ‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 87 nəfər yaşayır (25 ailə).
Üçbulaq (Qürvə)
Üçbulaq (fars. اوچ بلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (57 ailə). Əhalisini kürdlər təşkil edir.
Üçbulaq (Xudabəndə)
Üçbulaq (fars. اوچ بلاغ‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 161 nəfər yaşayır (32 ailə).
Üçbulaq (Çaroymaq)
Üçbulaq (fars. اوچبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (6 ailə).
Üçbulaq dağı
Üçbulaq dağı — Yuxarı Qarabağda, Xocavənd rayonu ərazisində qeydə alınan oroqrafik obyektlərindən biri. Yuxarı Qarabağda, Xocavənd rayonu ərazisində qeydə alınan oroqrafik obyektlərindən biri Üçbulaq dağı adlanır. Oronim üç, bulaq və dağ sözlərindən ibarətdir. Coğrafi adın tərkibindəki -ı saiti mənsubluq ifadə edir. Dağ coğrafi termini müsbət relyef formasını bildirir. Dağ ərazidəki mövcud olan üç gözlü bulağın (Üçbulaq) adı ilə belə adlanmışdır.
Qışlaq-i Üçbulaq (Biləsuvar)
Qışlaq-i Üçbulaq (fars. قشلاق اوچبلاق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (25 ailə).
Qışlaq-i Üçbulaq (Ərdəbil)
Qışlaq-i Üçbulaq (fars. قشلاق اوچ بلاغ‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).