Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atabəy
Atabəy (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Səlcuqlularda atabəy rütbəsi daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini və çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent və himayədar vəzifəsini yerinə yetirirdi. Bəzən atabəylər nikah və ya hər hansı başqa vasitələrlə hakimiyətə gəlirdilər. Atabəylərin bütöv sülalələri yaranırdı.
Ulubəy
Ulubəy (Ordu) — Ulubəy (Uşak) — Ulubəy (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Ulubəy Kanyonu Təbiət Parkı ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı.
Ağabəy
Ağabəy (Təkab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. Ağabəy (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Atabəy (dəqiqləşdirmə)
Atabəy — 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Atabəy (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd.
Atabəy (Şəmkir)
Atabəy – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir.
Atabəy bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Ağabəy (Təkab)
Ağabəy (fars. اقابيك‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (27 ailə).
Ağabəy Azərbaycani
Ağabəy Azərbaycani (13 iyul 1939, Tehran) — Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, professor, Amerikanın MİR humanitar tibb Cəmiyyətinin qurucusu və rəhbəri . == Həyatı == Ağabəy Azərbaycani 1939-cü ilin 13 iyul Tehran şəhərində anadan olub. Atası professor Tahir Ağabəy Azərbaycani Tehran Universitetinin Malerioloji İnstitutunun direktoru olmuşdur. Maleriya xəstələyinin İranda kökünün kəsilməsində böyük əməyi olub. Anası Siddiqə Heyət professor Cavad Heyətin böyük bacısıdır. İranda Təhsil nazirliyinin baş müşaviri və Qızlar Pedoqoji Universitetinin rektoru olub. Ana babası Əli Heyət uzun illər İranda məhkəmə sədri, ədliyyə naziri işləmiş, müxtəlif vəzifələrdə çalışmışdı. Ata babası Hacı Qasım XIX əsrin 50-ci illərində, təxminən 165 il əvvəl Almaniyada çap təhsili aldıqdan sonra mətbəə avadanlıqları alıb İrana gətirmək istəsə də, Sultan Əbdülməcid imkan verməmiş, onu İstanbulda saxlamışdı. O, ilk mətbəəni də burada qurmalı olmuş, sonralar mədəniyyət naziri işləmişdi. === Uşaqlıq illəri, təhsili === 4 yaşında məktəbə gedib.
Ağabəy Məmmədquliyev
Ağabəy Novruzbəyli
Ağabəy Sultanov
Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — tibb elmləri doktoru (1972), professor (1973), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru. == Həyatı == Ağabəy Sultanov 22 fevral 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb Universitetinə daxil olub. 1960-cı ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun Psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi_Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil alıb. O, bir müddət Moskva şəhərində Elmi-Tədqiqat Psixiatriya İnstitutunda işləyib. Ağabəy Sultanov 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müxtəlif vəzifələrdə çalışıb, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsini icra edib, Azərbay­canın baş psixiatrı olub. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində böyük işlər görüb. == Akademik fəaliyyəti == Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1972-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1973-cü ildə isə professor elmi adına layiq görülüb.
Ağabəy rəqsi
"Heyvagülü" və ya "Ağabəy rəqsi" — Azərbaycanın milli rəqsi. Segah muğamı üstündədir. Qara zurna ilə ifa olunan xalq rəqsidir. Solo rəqslərə aiddir. El arasında bu rəqsi "Ağabəy rəqsi" də adlandırırlar. Bu bəstə Əli Kərimov tərəfindən bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Heyvagülü" rəqsi.
Ağabəy Əsgərov
Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. == Həyatı == Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb. 1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Ucagöy noxud
Pisum elatius Bieb. (P. humile Boiss. & Noe, P. sativum L. subsp. elatius (Bieb.) Aschers. & Graebn.) Hündürlüyü (20) 30-70 (100) sm və ondan yüksək olan, gövdəsi sadə və yaxud budaqlanmış birillik çılpaq göyümtül ot bitkisidir. Yalançı zoğları iridir, yarım oxşəkilli, uzunsovdur, çox vaxt aşağı hissəsi və həmçinin yuxarısı oyuqlu dişlidir. Yarpaqları 2-3 cüt yarpaqcıqlarladır, yarpaqcıqlar yalançı zoğlardan biraz iri və ya onlara bərabərdir, elliptik və ya uzunsovdur, tamkənarlı və ya kənarları az dişlidir, aşağı yarpaqları əksinə-yumurtaşəkillidir. Çiçək saplağı adətən yalançı zoğlardan 2-3 dəfə uzundur və üzərində 1-2 ədəd çiçək olur. Tacın uzunluğu 20–25 mm-dir. Yelkən bənövşəyi və ya tünd-qırmızı rəngdədir; qanadları demək olar ki, qara tünd-bənövşəyi rəngdədir, ovaldır; qayıq tutqundur və qanadlardan biraz qısadır.
Ulubəy (Xudabəndə)
Ulubəy (fars. اولي بيك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 762 nəfər yaşayır (156 ailə).
Vaqif Ucatay
Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 22 iyun 1955, Təkyə, Dəvəçi rayonu – 20 dekabr 2020, Bakı) — Azərbaycan rəssamı; Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü (2006). Vaqif Ucatay 22 iyun 1955-ci ildə Dəvəçi rayonununnun Təkyə kəndində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin boyakarlıq fakultəsinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Krasnoyarsk şəhərində hərbi xidmətdə olmuş, 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakultəsini bitirmişdir. 1981–1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 20 dekabr 2020-ci ildə 65 yaşında dünyasını dəyişib. 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir.
Özbək (atabəy)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Şamil Atabəy
Şamil Atabəy 5.5.1925-20.11.1975 “Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün “Kommunistlərin “ideoloji işləri” məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
Atabəy Cahangirov
Atabəy Şahmur oğlu Cahangirov (7 iyul 1951, Novruzlu, Saatlı rayonu – 5 fevral 2022) — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991). == Həyatı == Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir. Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir. Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.
Ağabəy (Duzluca)
Ağabəy — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Ağabəq kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 55 km, Duzluca şəhər mərkəzinə 19 km məsafədədir.
Atabəy Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az.-əski. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Atabəy Əbu Bəkr
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Atabəy parkı hadisəsi
Atabəy parkı hadisəsi (farsca:واقعه باغ اتابک)— əsasən Cənubi Azərbaycandan olan 300 üsyançının ölümünə səbəb olan münaqişə nəzərdə tutulur. 8 avqust 1910-cu ildə baş vermişdir. == Məşrutə inqilabında oynadığı rol == Səttar xan Bakıdakı cənubi azərbaycanlıların yaratdığı İctimaiyyun-Amiyyun və ya Sosial Demokrat Partiyası ilə yaxın əlaqələri var idi. Onun məşhurlaşmasının səbəbi Təbrizin Əmirxiz məhəlləsində məşrutə tərəfdarı şəxslərə rəhbərlik edərək üsyan başlatması olmuşdur. 1907-ci ildən etibarən o, üsyançıların rəhbərinə çevrilmişdir. Qacar şahı Məhəmmədəli şah Qacar Məclisi bombardman etdikdən sonra minlərlə ordu ilə məclisin qapadılmasına etiraz edən Təbrizə hücum etdi. Buna cavab olaraq, 1908-ci ilin iyununda Səttar xannı rəhbərliyi altlnda Ali Hərbi Şura yaradıldı. Səttar xan bu şuranın rəhbəri, Bağır xan onun köməkçisi təyin edildi. Əli Müsyö, Hacı Əli və Seyid Haşim bu şuranın üzvü olan digər məşhur şəxslər idilər. 1909-cu ilin aprelində Təbriz üsyançıları royalistləri şəhərdən qovmaq üçün öz qüvvələrinin xeyli hissəsini qurban verdilər.
Qışlaq-i Musabəy (Miyanə)
Qışlaq-i Musabəy (fars. قشلاق موسي بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (63 ailə).
Alopecurus scaber
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Oxypappus scaber
Oxypappus (lat. Oxypappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Oxypappus scaber Benth. Chrysopsis scabra Hook. & Arn.
Ricinus scaber
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Verxniy Ufaley
Verxniy Ufaley — Rusiya Federasiyasında yerləşən şəhər, Çelyabinsk vilayətinə daxildir.