Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suiti
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulina Adı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Kyuiti Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Samuel Umtiti
Samuel Umtiti (14 noyabr 1993, Yaunde) fransız, gənc və Kataloniya komandası olan Barcelona komandasının əsas heyətinin mərkəz müdafiəçisidir. Eyni zamanda Fransa millisində də əsasən heyətdə olur. Kamerun əsilli oyunçu.
Adi suiti
Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir. İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir. Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər.
Boz suiti
Uzunsifət suiti, və ya Boz suiti (lat. Halichoerus grypus) — Bioloji növ olaraq Əsl suitilər fəsiləsinə aiddir. Boz suitiləri arealı — Şimali Atlantik okean, Şimali Amerika sahillərindən Yeni İngiltərə, Labrador yarımadası və cənubi Qrenlandiya sahilləri boyunca yerləşirlər. Avropada Norveç, İslandiya və Kola yarımadası sahilləri boyunca yerləşir. Baltik dənizində boz suitinin — Halichoerus grypus macrorhynchus yarımnövü yaşayır. Boz suitilərin ümumi sayı 120–170 min baş, Baltik yarımnövünün sayı isə 7–8 min baş təşkil edir Yetkin erkəklər 2,5 metr (təsadüfü halda 3 m), dişilər isə 1,7–2 m uzunluğa malik olur. Çəkiləri isə erkəklərdə 300 kq, dişilərdə 100–150 kq olur. Sifəti uzusov olur. Rəngləri isə boz, qonur və təsadüfü halda qara olur. Yetkinlik yaşına erkəklər 6–7, dişilər isə 3–5 yaşında çatır.
Halqaşəkilli suiti
Halqaşəkilli suiti (lat. Pusa hispida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Əsasən Şimal Buzlu okean sularında və ona yaxın dənizlərdə, Ladoqa gölü və Sayma gölü sularında yayılmışdır. == Xariçi görünüş == Halqaşəkilli suiti adı bu növə onun üzərində olan şəkillə əlaqədardır. Yetkin fərdin uzunluğu 1,1–1,5 metr təşkil edir. Çəkisi isə 70 kq, baltik yarımnövündə isə 100 kq olur. Onlar yaxşı, görmə qabiliyyətinə malik olurlar və yaxşı eşidirlər. == Yayıldığı ərazi == Bu növə dörd yarımnöv daxildir. Onların hərəsi bir ərazidə yaşasalarda, bu ərazilər əsasən subartik əraziləri əhatə edir. Ağ dəniz halqaşəkilli suitisi (P. h.
Ləkəli suiti
Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, Yaponiya və Rusiya sahil ərazilərinə xasdır. Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar. Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir.
Qamma Scuti
Qamma Scuti — Latın dilində γ Scuti , Qalxan bürcünün cənubunda yerləşən ağ-qanadlı ulduzdur. 4.67 görünən ulduz ölçüsünə malik bu ulduz sönük olsa da adi gözlə görünə bilir. Yerdən 10.21 milliarcsan illik parallaksla görününən bu ulduz Günəşdən təxminən 319 işıq ili məsafədəd yerləşir. Hal-hazırda 41 km / s tezliklə Günəş Sisteminə doğru hərəkət edir, yəni 2.35 milyon il ərzində yalnız 20 i.i. (5.519 pc) məsafədə olacaq,, və ehtimal ki,-2,1 ulduz ölçüsünə malik olaraq, gecə göyün ən parlaq ulduzuna çevriləcək. Bu ulduz A spektral sinfinə malik, əsas ardıcıllıq ulduzudur və A2: V 237 milyon ildən sonra 222 km / s sürətlə fırlanan sürətlə dönür. Bu, ulduzun qütb radiusundan 21% daha böyük olduğu təxmin edilən ekvatorial şüa ilə bir oblasda forma verir. Günəşin kütləsi təxminən 2.91 dəfə, Günəş radiusunun isə 4.1 dəfədir. Günəşin parlaqlığını fotosferdən 150 min dəfə effektiv bir temperaturda 9,016 K radiasiya yayır.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
UY Scuti
UY Scuti qalxan bürcündə yerləşən dəyişkən qırmızı ifratnəhəng ulduzdur. Radiusuna görə Stephenson 2-18 ulduzundan sonra ən böyük ulduzdur. 1.708 R⊙ (1.188 × 109 km; 7,94 astronomik vahid) radiusu ilə Günəşdən 5 milyard dəfə böyük həcmə malikdir. Yer planetindən təqribi olaraq 9,500 işıq ili uzaq məsafədə yerləşir. Əgər bu ulduz Günəş sisteminin mərkəzində yerləşsəydi fotosferası Yupiterin orbitini əhatə edərdi. Uy Scuti ilk dəfə 1860-cı ildə Bonn rəsədxanasında Alman astronomları tərəfindən göy üzündəki ulduzların ilk araşdırılması zamanı "Bonner Durchmusterung Stellar Catalogue" kataloqunda qeyd olunmuşdur. O BD-125055 adlandırılmışdır, 0-cı düz doğuşdan sayarkən 12°S və 13°S arasında yerləşən 5,055-ci ulduzdur. Növbəti araşdırma zamanı bu ulduzun parlaqlığının bir az dəyişdiyi müşahidə olundu, bu səbəblə bu ulduzun yeni dəyişkən ulduz olması fikri irəli sürüldü. Dəyişkən ulduzların təyin olunmasının beynəlxalq strandartlarına uyğun olaraq UY Scuti Qalxan bürcünün 38-ci dəyişən ulduzu kimi təyin olundu (bax: dəyişən ulduzların tərifləri) UY Scuti Qamma Scuti A-tip ulduzunun bir neçə dərəcə şimalında və NGC 6611-in şimal-şərqində məskunlaşmışdır. Ulduzun işıqlığı çox böyük olsa da, ən parlaq halı ilə Yerdən 9-cu parlaq ulduz kimi görünür, bunun səbəbi ulduzun Böyük Yarığın içərisində Qaçınma zonasında olan məsafəsi və yeridir.
Zolaqlı suiti
Zolaqlı suiti (lat. Histriophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Monax suiti
Monax suiti (lat. Monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Bu cins üç növə bölünür: Monachus monachus|Adi monax suitisi; Monachus schauinslandi|Havay monax suitisi; Monachus tropicalis|Karib monax suitisi. Bu cinsə daxil olan üç növün üçüdə Qırmızı kitaba daxil edilmişdir. Onların sayı olduqca azdır. Monax suitilərinin sayı bəzi mənbələrdə 500–5000, Havay monax suitilərinin sayı isə 700–1000 baş olaraq qiymətləndirilir.
Andre (suiti)
Suiti Andre (16 may 1961 - 19 iyul 1986) — Amerika Birləşmiş Ştatlarının Men ştatının Penobskot körfəzindəki Robinson qayası adasında tapılmış erkək adi suiti balası idi. == Həyatı == Suiti o vaxt arborist (meşələrdə ağacları ağac mişarı ilə kəsən şəxs) və Men ştatının Rokport limanının müdiri olan Harri Qudric tərəfindən qəbul edilmişdir. Harri suiti balasını onun dalğıc yoldaşı olacağına ümid edərək böyütmüş və gələcəkdə suitinin nəhayət vəhşi təbiətin qoynuna geri dönəcəyini gözləyirdi. Bunun əvəzinə isə Andre 1986-cı ildəki ölümünə qədər Harri ilə Rokportda qalmağı seçmişdir. == Mediada və incəsənətdəki təsvirləri == Onların 25 illik münasibətləri yazılmış yüzlərlə hekayələrdə xəbər məqaləsində, bir neçə kitabda, 1994-cü ildə Paramount Pictures tərəfindən çəkilmiş bir bədii filmdə və PBS tərəfindən çəkilmiş bir sənədli filmdə nümayiş etdirilmişdir. Andrenin şöhrəti və populyarlığı hətta 1978-ci ildə Men ştatının Rokport limanında onun şərəfinə Ceyn Vasi tərəfindən xatirə heykəlinin ucaldılması ilə nəticələnmişdir. 2018-ci ildə isə əhəngdaşından hazırlanmış heykəlin üzü 14.000 dollara bərpa olunmuş və nəticədə heykəldəki çoxsaylı çatlar aradan qaldırılmışdır. Leqesi Rokport (ing. Legacy Rockport) adlı qeyri-kommersiya təşkilatı bu məqsəd üçün 6000 dollar ayırmışdır. Qalan vəsait isə, yerli bağ klubundan gəlmiş 2500 dollar da daxil olmaqla xüsusi donorlardan təmin edilmişdir.
Havay monax suiti
Karib monax suiti
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Adi saqqallı suiti
Adi saqqallı suiti (lat. Erignathus barbatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin saqqallı suiti cinsinə aid heyvan növü.
Adi zolaqlı suiti
Adi zolaqlı suitu (lat. Histriophoca fasciata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin zolaqlı suiti cinsinə aid heyvan növü. Öz adınını məxsus olduğu zolaqlı dərisi ilə əlaqədardır. Yetkin fərd tünd rəngə malik olur və ağ xəttlərə üzərindən zolaqlar keçir. Yeni doğulan suitilərin rəngi ağ olur. Onların bu ağ və qalın dərisi 2 həftə qalır. Yetkin fərdin uzunluğu 150–190 sm, çəkisi 70–90 kq olur. Yeni doğulan körpələrin uzunluğu 70–80 sm təşkil edir. Yaz və yayın əvvəlində Berinq dənizi və Oxot dənizi sularında yerləşən buzlaqlarda birdə Çukot dənizinin cənubunda yerləşirlər. Əsasən açıq dəniz sahələrində yerləşən bulaqlarda yerləşməyi xoşlasalarda hərəkət edən buzlaqların üzərində sahil xəttinə qədər gəlib çıxırlar.
Qroznı-Citi
«Qroznı-Citi» — Qroznı şəhərinin mərkəzində, Əhməd Kadırov prospekti boyunca, Sunja çayının sdahilində yerləşən çoxmərtəbəli binalar kompleksi. Kompleksin ümumi sahəsi 4,5 hektardır. Yeddi çoxmərtəbəli bina (yaşayış binaları, otel, ofis və iş mərkəzi) var: biri 40 mərtəbəli, biri 30 mərtəbəli, üçü 28 mərtəbəli və ikisi 18 mərtəbəli. Yaşayış binalarındakı mənzillərin ümumi sayı 700-dür. Bir mənzilin faydalılıq sahəsi 68 ilə 280 m² arasındadır. Fenix yaşayış binasının ilk iki mərtəbəsində ticarət mərkəzi yerləşir. Yaşayış binalarının yanında, 303 otaqlı 28 mərtəbəli beşulduzlu otel və ümumi sahəsi 34.000 m² olan 30 mərtəbəli ofis və iş mərkəzi tikilmişdir. Otelin damında vertolyot meydançasıvardır. Oteldə bir üzgüçülük hovuzu, spa mərkəzi, idman zalı, 3 restoran, 32-ci mərtəbədəki şəffaf günbəzin altındakı kafe və ticarət köşkləri yer alır. Göydələnlərin hər birinin altında ümumi tutumu təxminən 3000 maşın olan iki yeraltı dayanacaqlar var.
Typhlodromus cuii
Typhlodromus cuii (lat. Typhlodromus cuii) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus cuii Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Baltik dəniz halqaşəkilli suiti