f. 1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. Maxorkanı ovmaq.
– Xalıqverdi kişi köhnə məndulə kisədən tənbəki çıxarıb ovcunda ovdu. Ə.Vəliyev.
2. Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək.
Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza.
On-on beş metr uzunluğunda güclü su şırnağı … dağı ovub dağıdırdı. Ə.Sadıq.
3. Dəlmək, qazımaq.
Dağların içini ovaraq bu tuneli açmışlar. M.İbrahimov.
// Bıçaq və b. ucuiti şeylə pozmaq, silmək, pozub görünməz etmək.
O sənin yazdığını; Ovub tökdü bıçaqla. Z.Xəlil.
4. məc. Əzişdirmək, əzmək, əziyyət vermək.
Həyat [Səriyyə və uşaqlarını] şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. M.İbrahimov.