SUİTİ

is. zool. Pərayaqlılar dəstəsindən dəniz heyvanı.
Yeraltı gözə-gözə dəlmələrdə suitiləri yaşayır, balalayır, törəyir və artırdı. S.Rəhimov.
Orada-burada dənizdə baş qaldıran suitiləri qayığın yaxınlaşdığını gördükcə dərhal suya cumub yox olur, özlərindən sonra dairəvi izlər buraxırdılar. M.Hüseyn.

SUİLANI
SUKEÇİRMƏYƏN
OBASTAN VİKİ
Suiti
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulina Adı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Adi suiti
Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir. İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir. Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər.
Halqaşəkilli suiti
Halqaşəkilli suiti (lat. Pusa hispida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Əsasən Şimal Buzlu okean sularında və ona yaxın dənizlərdə, Ladoqa gölü və Sayma gölü sularında yayılmışdır. == Xariçi görünüş == Halqaşəkilli suiti adı bu növə onun üzərində olan şəkillə əlaqədardır. Yetkin fərdin uzunluğu 1,1–1,5 metr təşkil edir. Çəkisi isə 70 kq, baltik yarımnövündə isə 100 kq olur. Onlar yaxşı, görmə qabiliyyətinə malik olurlar və yaxşı eşidirlər. == Yayıldığı ərazi == Bu növə dörd yarımnöv daxildir. Onların hərəsi bir ərazidə yaşasalarda, bu ərazilər əsasən subartik əraziləri əhatə edir. Ağ dəniz halqaşəkilli suitisi (P. h.
Ləkəli suiti
Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, Yaponiya və Rusiya sahil ərazilərinə xasdır. Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar. Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Monax suiti
Monax suiti (lat. Monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Bu cins üç növə bölünür: Monachus monachus|Adi monax suitisi; Monachus schauinslandi|Havay monax suitisi; Monachus tropicalis|Karib monax suitisi. Bu cinsə daxil olan üç növün üçüdə Qırmızı kitaba daxil edilmişdir. Onların sayı olduqca azdır. Monax suitilərinin sayı bəzi mənbələrdə 500–5000, Havay monax suitilərinin sayı isə 700–1000 baş olaraq qiymətləndirilir.
Andre (suiti)
Suiti Andre (16 may 1961 - 19 iyul 1986) — Amerika Birləşmiş Ştatlarının Men ştatının Penobskot körfəzindəki Robinson qayası adasında tapılmış erkək adi suiti balası idi. == Həyatı == Suiti o vaxt arborist (meşələrdə ağacları ağac mişarı ilə kəsən şəxs) və Men ştatının Rokport limanının müdiri olan Harri Qudric tərəfindən qəbul edilmişdir. Harri suiti balasını onun dalğıc yoldaşı olacağına ümid edərək böyütmüş və gələcəkdə suitinin nəhayət vəhşi təbiətin qoynuna geri dönəcəyini gözləyirdi. Bunun əvəzinə isə Andre 1986-cı ildəki ölümünə qədər Harri ilə Rokportda qalmağı seçmişdir. == Mediada və incəsənətdəki təsvirləri == Onların 25 illik münasibətləri yazılmış yüzlərlə hekayələrdə xəbər məqaləsində, bir neçə kitabda, 1994-cü ildə Paramount Pictures tərəfindən çəkilmiş bir bədii filmdə və PBS tərəfindən çəkilmiş bir sənədli filmdə nümayiş etdirilmişdir. Andrenin şöhrəti və populyarlığı hətta 1978-ci ildə Men ştatının Rokport limanında onun şərəfinə Ceyn Vasi tərəfindən xatirə heykəlinin ucaldılması ilə nəticələnmişdir. 2018-ci ildə isə əhəngdaşından hazırlanmış heykəlin üzü 14.000 dollara bərpa olunmuş və nəticədə heykəldəki çoxsaylı çatlar aradan qaldırılmışdır. Leqesi Rokport (ing. Legacy Rockport) adlı qeyri-kommersiya təşkilatı bu məqsəd üçün 6000 dollar ayırmışdır. Qalan vəsait isə, yerli bağ klubundan gəlmiş 2500 dollar da daxil olmaqla xüsusi donorlardan təmin edilmişdir.
Havay monax suiti
Karib monax suiti
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Adi saqqallı suiti
Adi saqqallı suiti (lat. Erignathus barbatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin saqqallı suiti cinsinə aid heyvan növü.
Adi zolaqlı suiti
Adi zolaqlı suitu (lat. Histriophoca fasciata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin zolaqlı suiti cinsinə aid heyvan növü. Öz adınını məxsus olduğu zolaqlı dərisi ilə əlaqədardır. Yetkin fərd tünd rəngə malik olur və ağ xəttlərə üzərindən zolaqlar keçir. Yeni doğulan suitilərin rəngi ağ olur. Onların bu ağ və qalın dərisi 2 həftə qalır. Yetkin fərdin uzunluğu 150–190 sm, çəkisi 70–90 kq olur. Yeni doğulan körpələrin uzunluğu 70–80 sm təşkil edir. Yaz və yayın əvvəlində Berinq dənizi və Oxot dənizi sularında yerləşən buzlaqlarda birdə Çukot dənizinin cənubunda yerləşirlər. Əsasən açıq dəniz sahələrində yerləşən bulaqlarda yerləşməyi xoşlasalarda hərəkət edən buzlaqların üzərində sahil xəttinə qədər gəlib çıxırlar.
Boz suiti
Uzunsifət suiti, və ya Boz suiti (lat. Halichoerus grypus) — Bioloji növ olaraq Əsl suitilər fəsiləsinə aiddir. Boz suitiləri arealı — Şimali Atlantik okean, Şimali Amerika sahillərindən Yeni İngiltərə, Labrador yarımadası və cənubi Qrenlandiya sahilləri boyunca yerləşirlər. Avropada Norveç, İslandiya və Kola yarımadası sahilləri boyunca yerləşir. Baltik dənizində boz suitinin — Halichoerus grypus macrorhynchus yarımnövü yaşayır. Boz suitilərin ümumi sayı 120–170 min baş, Baltik yarımnövünün sayı isə 7–8 min baş təşkil edir Yetkin erkəklər 2,5 metr (təsadüfü halda 3 m), dişilər isə 1,7–2 m uzunluğa malik olur. Çəkiləri isə erkəklərdə 300 kq, dişilərdə 100–150 kq olur. Sifəti uzusov olur. Rəngləri isə boz, qonur və təsadüfü halda qara olur. Yetkinlik yaşına erkəklər 6–7, dişilər isə 3–5 yaşında çatır.
Zolaqlı suiti
Zolaqlı suiti (lat. Histriophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Baltik dəniz halqaşəkilli suiti
Adi suitilər
Monax suitiləri
Monax suitisi
Qrenlandiya suitisi
Qrenlandiya suiti (lat. Pagophilus groenlandicus) — Arktikada yaşayan dəniz məməlisi. Qrenlandiya suitiləri əsasən Şimal Buzlu okean sularında rast gəlinir. Onların bir-birindən ayrı ərazilərdə yaşayan papulasiyaları vardır: Ağ dəniz, cütləşmə dövrü Barens dənizi və Kara dənizi; Labrador yarımadası, Nyufaundlend sahilərində və Müqəddəs Lavrentiya körfəzi sularında, çütləşmə dövründən sonra isə Kanada və Qrenlandiya sahillərində; Yan-Mayendən şimalda, çütləşmə dönəmi isə Şpistbergen və Şərqi Qtenlandiya sahillərində. Onlar əsasən artik sularda yaşayır. Erkəklərinin özünə məxsus rəngi vardır, bu səbəbdən digər nnövlərdən asanlıqla fərqlənir. Onların dərisi gümüşü-boz, başları isə qara rəngdə olur. Dişilərdə isən bu rənglər nisbətən solğun olur. Üstlək üzərində ləkələrdə vardır. Uzunluqlarl 170–180 sm, çəkisi isə 120–140 kq təşkil edir.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Ross suitisi
Ross suitisi (lat. Ommatophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Adi monax suitisi
Adi monax suitisi (lat. Monachus monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Türkiyədə (Foça), Yunanıstanda, Tunisdə, Mərakeşdə və İspaniyada yayılmışdır.
Adi ross suitisi
Adi ross suitisi (lat. Ommatophoca rossii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin ross suitisi cinsinə aid heyvan növü. İngilis səyyahı Ceyms Rossun şərəfinə adlandırılmışdır. == Ümumi məlumat == Ross suitisi Antraktidanın digər növlərinə nisbətən kiçikdirlər. 2 metr uzunluğa və 200 kq çəkiyə malikdirlər. Dəri altı piy qatı yaxşı inkişaf etmişdir. Çox kök olurlar. Ümumi rəngi tünd-qəhvəyi və ya tam qara. 20 il ömür sürürlər. Ross suitisi qeyri-adı növ sayılır və az öyrənilmişdir.
Baltik dənizi halqaşəkilli suitisi
Baltik dənizi halqaşəkilli suitisi (lat. Pusa hispida botnica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Əsasən Baltik dənizinin buzlu, soyuq sularında yaşayır. Əsasən İsveç, Finlandiya Estoniya və Rusiya dövlətlərinin Baltik dəniz sahilləri boyunca rast gəlinir. Onların sayı 6000–9000 arası qiymətləndirilir. Fin körfəzində isə 200 baş müəyyən edilmişdir. Ən böyük yerləşim yeri Xanqeloda adasıdır. Tükənmə təhlükəsi olan növlər siyahısına daxil edilmişdir. Yetkin fərdin uzunluğu 100–160 sm, çəkisi isə 45–90 kq təşkil edir.
Havay monax suitisi
Havay monax suitisi (lat. Monachus schauinslandi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Uzunluğu 225 sm, rəngi isə tünd qəhvəyi və ya tünd boz-qəhvəyi olur. Dişilər isə nisbətən açıq rəngdə olurlar. Erkəklər bir qayda olaraq dişilərdən iri olur. == Yayılması == Havay suitiləri Havay adalarının şimal-qərbdə yerləşən atol atol adalarında yayılmışdır. Əsasən Kure, Perl end Hermes, Frenç Friqat Şols, Miduey adalarında yaşayırlar. Əvvəllər isə hətta Kayay, Havay, Niihau, Oahu adaları sahilləri ərazisində də yaşayırdılar. 1958–1996-cı illərdə onların sayı 60% azalmışdır. 2004-cü ildə isə onların sayı 1400 başa çatmışdır.
Karib monax suitisi
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Monax suitilər
Monax suitilər (lat. Monachinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Suitilər
Suitilər (lat. Phocinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Значение слова в других словарях